Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2006/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil, Cavabdehin vəkili (nümayəndəsi) X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 27 aprel tarixli, 2-1(103)-526/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
2. Cavabdeh 2019-cu il 11 oktyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən iş stajını təsdiq edən əsas sənəd əmək kitabçası hesab olunur. Təqdim olunmuş 197 7-ci il 11 avqust tarixli, İT-İ ******* nömrəli əmək kitabçasının 6-7ci səhifələrində 7 nömrəli qeydə aid tarixlərdə sonradan düzəlişlər edilməsi aşkar görünür. Eyni zamanda 2006-cı il 1 yanvar tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2019-cu il 6 noyabr tarixdə Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyinatından cavabdehin **********3 saylı, 2019-cu il 11 oktyabr tarixli imtinasının əsassız və qanunsuz olması, 2016-cı ilin iyun ayından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-500/2020 saylı, 2020-ci il 27 yanvar tarixli qərardadı ilə iddiaçının ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinin üzərinə qoyulmasına dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1959-cu il 22 iyul tarixdə doğulmuş, 1977-ci ildən, yəni 18 yaşından əmək fəaliyyətinə başlamış və fasiləsiz olaraq hazırkı vaxtadək işləmişdir. 42 illik əmək stajına malikdir və həmin əm ək stajının 13 ilini əmək şəraiti zərərli və ağır olan işlərdə çalışmışdır. Bu hal yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı ilə öz təsdiqini tapır. 1977-ci il 4 avqust tarixdən 1978ci il 8 may tarixədək “Bakı Şin Zavodu”nun Buxar təchizatı sexində 3-cü dərəcəli elektrik qazqaynaqçısı, 1978-ci il 15 iyun tarixdən 1978-ci il 28 sentyabr tarixədək Buxar təchizatı sexində 3-cü dərəcəli elektrik qazqaynaqçısı, 1978-ci il 20 oktyabr tarixdən 1980-ci il 23 oktyabr tarixədək hərbi xidmət keçmiş, hərbi xidmətdən sonra 1980-ci il 1 dekabr tarixdən 1991-ci il 11 mart tarixədək İstilik, su təchizatı və kanalizasiya sexində 4-cü dərəcəli çilingər kanalizatorçu işləmişdir. Hal-hazırda “Bakı Şin zavodu” üzrə verilmiş 01-k saylı, 2002-ci il 31 may tarixli əmrə əsasən “Bakı Şin zavodu” "xxxx" ASC-yə çevrilmişdir. Buxar təchizatı sexinin elektrik qazqaynaqçıları, İstilik, su təchizatı və kanalizasiya sexinin təmirçi kanalizatorçuları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü bölməsinin “Elektrik stansiyaları, enerji qatarları buxar və güc təsərrüfatı” bölməsinə və 8- ci bölməsinin “Kimya istehsalatı”nın 8.3.1 punktunun “a” bəndinə aiddir. Güzəştli şərtlərlə pensiya təyin olunmasına dair verilmiş 2019-cu il 25 sentyabr tarixli müraciət ərizəsinə cavabdehin 2019-cu il 11 oktyabr tarixli cavab məkt ubu ilə imtina verilmişdir. Güzəştli şərtlərlə pensiya təyinatından imtina əsassız, qanunsuz və ədalətsiz olmaqla onun konstitusion hüquqlarını pozur. Cavabdehin etirazları:
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının 2019-cu il 25 sentyabr tarixli güzəştli şərtlərlə pensiya təyinatının aparılması barədə müraciətinə idarə tərəfindən baxılmış, onun təqdim etdiyi 1977-ci il 11 avqust tarixli, HT-İ ******* nömrəli əmək kitabçasının 6-7-ci səhifələrində 7 nömrəli qeydə aid tarixlərdə sonradan düzəlişlər edildiyindən və 2006cı il 1 yanvar tarixədək ümumi iş stajı 25 ildən az təşkil etdiyindən ona güzəştli şərtlərlə pensiya təyinatının aparılması mümkün olmamışdır. İddiaçının işlədiyi istilik, su təchizatı və kanalizasiya sexində 4-cü də rəcəli çilingər kanalizatorçu vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyul tarixli, 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahıda nəzərdə tutulmamışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 12 fevral tarixli, 2-1(112)500/2020nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 2006-cı il 1 yanvar tarixədək 25 ildən artıq ümumi iş stajının (iddiaçıya məxsus attestat, hərbi bilet və əmək kitabçasında qeyd olunmuş məlumatlar nəzərə alınmaqla), o cümlədən 12 il 6 aydan artıq, yəni 13 il, 3 ay, 24 gün güzəştli şərtlərlə iş stajının mövcud olması ("xxxx" ASC tərəfindən verilmiş 2019-cu il 20 dekabr tarixli, 01/124 nömrəli arayışda göstərilmiş məlumatlar nəzərə alınmaqla) iş materialları ilə öz təsdiqini tapmışdır. Beləliklə, ilkin sübut etmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmamışdır.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Eyni zamanda, ərizə təqdim edərək buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 11 iyun tarixli, 2-1(103)-1214/2020 nömrəli qərardadı ilə ərizə təmin edilməmiş, cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmamışdır.
12. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini tələb etmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1803/2020 saylı, 2020ci il 29 sentyabr tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 11 iyun tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
14. Bakı Apellyasiya Məhkəməsinin İnzi bati Kollegiyasının 2021-ci il 27 aprel tarixli, 2-1(103)-526/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 27 yanvar tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş 12 il 6 aylıq güzəştli iş stajı mövcud deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın Xİİ bölməsi olan “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı” bölməsində iddiaçının 1980-cı il 1 dekab r tarixindən 1991-ci il 11 mart tarixədək çalışdığı istilik, su təchizatı və kanalizasiya sexində 4 dərəcəli çilingər kanalizatorçu peşəsi qeyd edilməmişdir. Həmçinin, iş materiallarında olan iddiaçıya məxsus İT-İ № ******* seriya və nömrəli əmək kitabçasının təsdiq edilmiş surətinin 7 nömrəli qeydində tarixlərdə sonradan düzəlişlərin edildiyi vizual olaraq müəyyən edilir. Beləliklə, iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanması üçün qanunvericiliklə nəzərdə tutulmuş güzəştli iş stajına malik olmadığından hazırkı iddia tələbi əsassızdır.
16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHA TLARİ a. kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçının hərbi xidmət dövrü və təhsil dövrü də nəzərə alınmaqla 2006-cı il tarixədək 25 ildən artıq, yəni 26 il 5 ay 21 gün ümumi iş stajı mövcuddur. İddiaçının işlədiyi peşələr “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı” bölməsinin kod 2140000a18455 ilə qeyd olunmuş qazanxana, turbin (buxar qaz turbini) avadanlığın təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avto matikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri və “Kimya İstehsalatı” bölməsi, 3-cü hissəsinin İ və İİ bəndləri kod 2110A030-17531; 2110A030 ilə qeyd olunmuş 2 nömrəli Siyahıda sadalanmış istehsalatlarda texnoloji və elektrik avadanlığının təmirində, profilaktikasında, xidmətində 1 nömrəli və 2 nömrəli siyahıda sadalanmış nəzarət ölçü cihazlarının və ventilyasiyasının kimya istehsalatlarında məşğul olan fəhlələr, ustalar, energetiklər və mexaniklər, işləri kanat üsulu ilə yerinə yetirərkən, yüksək kimya müəssisələri qurğularının təmiri ilə məşğul olan fəhlələr peşələrinə uyğun gəlir. Bütün bunlara baxmayaraq Bakı Apelyasiya Məhkəməsi tərəfindən qanunvericiliyin müvafiq norması səhv tövsif olunmuş, Bakı İnzibati Məhkəməsinin 2020-ci il 12 fevral tarixli qərarı ləğv edilmişdir.
18. Bakı Apelyasiya Məhkəməsi öz mövqeyini bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyul tarixli, 320 nömrəli qərarı ilə təsdiqlənmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın Xİİ bölməsi olan “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı” bölməsində iddiaçının 1980-ci il 1 dekabr tarixdən 1991-ci il 11 mart tarixədək çalışdığı istilik, su təchizatı və kanalizasiya sexində 4-cü dərəcəli çilingər kanalizatorçu peşəsi qeyd edilməmişdir. 1980-ci il 1 dekabr tarixdən 1991-ci il 11 mart tarixədək “Bakı Şin Zavodu”nda istilik, su təchizatı və kanalizasiya sexində 4-cü dərəcəli ventilyasiya üzrə çilingər vəzifəsində işləmişdir. Bu da qeyd olunan siyahının müvafiq bölmələrindəki “qazanxana, turbin (buxar qaz turbini) avadanlığın təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri, 2 nömrəli Siyahıda sadalanmış istehsalatlarda texnoloji və elektrik avadanlığının təmirində, profilaktikasında, xidmətində 1 nömrəli və 2 nömrəli siyahıda sadalanmış nəzarət ölçü cihazlarının və ventilyasiyasının kimya istehsalatlarında məşğul olan fəhlələr, ustalar, energetiklər və mexaniklər, işləri kanat üsulu ilə yerinə yetirərkən, yüksək kimya müəssisələri qurğularının təmiri ilə məşğul olan fəhlələr” peşələrinə uyğundur. Bu Bakı İnzibati Məhkəmənin müvafiq sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən verilmiş 2019-cu il 20 dekabr tarixli, 01/124 nömrəli arayışda da öz təsdiqini tapmışdır.
19. Bundan başqa Bakı Apelyasiya Məhkəməsinin 2021-ci il 27 aprel tarixli qərarda iddiaçıya məxsus İT-İ seriyalı ******* saylı, 1977-ci il 11 avqust tarixli əmək kitabçasının 6-7-ci səhifələrində 7 nömrəli qeydə aid tarixlərdə sonradan düzəlişlərin edildiyi göstərilmişdir. Belə ki, əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən də göründüyü kimi 6-7-ci səhifələrdəki 7 nömrəli qeyddə hər hansı düzəliş müşahidə olunmur. Qərarda məhkəmənin bu mövqeyini təsdiq edəcək hər hansı mötəbər sübuta istinad olunmamışdır. Hər hansı düzəlişin olmadığını təsdiq etmək üçün məhkəmə iclası zamanı tərəfimizdən əmək k itabçasının əsli də təqdim olunacaqdır. Bundan başqa Bakı İnzibati Məhkəmənin müvafiq sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən verilmiş 2019-cu il 20 dekabr tarixli, 01/124 nömrəli arayışla da bir daha təsdiq olunur ki, iddiaçı 1991-ci il 11 mart tarixədək istilik, su təchizatı və kanalizasiya sexində 4-cü dərəcəli çilingər kanalizatorçu işləmişdir kassasiya şikayətinə etirazın dəlilləri
20. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, 2 saylı Siyahının Xİİİ bölməsinə nəzər saldıqda, kanalizatorçu adda peşənin nəzərdə tutulmadığı aydın olur. Digər tərəfdən, iddiaçı həmin bölmədə 2140000a-18455 kodu altında öz əksini tapmış “qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri” peşəsində çalışdığını iddia etməkdə haqlı deyildir. Belə ki, İddiaçının çalışdığı peşə ilə qeyd edilən kod altında nəzərdə tutulmuş peşənin eyniliyi müəyyən edilməmişdir. Həmçinin, əmək kitabçasındakı qeydlərdəki ziddiyyətlər yalnız əmək kitabçasının təsdiq edilmiş surətinin 7 nömrəli qeydində tarixlərdə sonradan düzəlişlərin edilməsindən ibarət olmamışdır. Apellyasiya məhkəməsi öz qərarında göstərmişdir ki, İddiaçının Bakı Şin Zavoduna işə qəbul olunanadək 1974-cü il 1 aprel tarixdən 1977-ci il 15 iyul tarixədək 19 saylı Texniki Peşə məktəbində təhsil aldığı qeyd edilsə də, 1977-ci il 25 iyul tarixdə verilmiş 1170 nömrəİi attestatın notarial qaydada təsdiq olunmuş surətin də İddiaçı 1976-cı il 1 sentyabr tarixdən 1977-ci il 23 iyul tarixədək 19 saylı texniki peşə məktəbində təhsil aldığı göstərilmişdir. Həmçinin, iddiaçıya məxsus əmək kitabçasına əsasən onun 1991-ci il 7 mart tarixli, 17-k nömrəli Əmr ilə 3 saylı yataqxanaya dəstə rəhbəri vəzifəsinə keçirildiyi qeyd edilsə də, iş materiallarına əlavə edilmiş əmrin surətində əmrin nömrəsinin 04 nömrə olduğu görünür. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının surətinə əsasən o, 1997-ci il 15 iyul tarixli, 01 nömrəli Əmr ilə “Kaşı” kiçik müəssisəsində öz xahişi ilə tutduğu vəzifədən azad olunsa da, o, artıq 1997-ci il 14 iyun tarixdə “Bakı Şin Zavodu”nda istilik, su təchizatı və kanalizasiya sexində çilingər-santexnik vəzifəsinə qəbul olmuşdu r. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarına uyğun baxılmış, qanuni və əsaslı qərar qəbul edilmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
21. İddiaçının vəkili məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
22. Cavabdehin vəkili (nümayəndəsi) məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayə ti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcm də) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
27. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının texniki peşə təhsili və hərbi xidmət müddətləri də nəzərə alınmaqla, onun əmək kitabçasının məlumatların a əsasən 2006-cı il 1 yanvar tarixədək 25 ildən artıq iş stajı vardır.
28. İddiaçının əmək kitabçasında 7-ci qeyddəki tarixlərdə düzəliş edildiyinə dair cavabdehin dəlili iddiaçının 1980-1991-ci illərdə Bakı Şin Zavodunda işləməsi faktını şübhə altına almalı deyil. Belə ki, bu fakt iddiaçının həmin zavoda işə daxil edilməsi və işdən azad olunması barədə 6-cı və 8-ci qeydlərlə təsdiq olunur.
29. İddiaçının güzəştli iş stajına dair tələbə və bunun əsası kimi onun 1980-1991ci illərdə işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Si yahısı”nın Xİİİ bölməsində (“Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı”) 2140000a-18455 kodu ilə nəzərdə tutulmuş (“qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri”) peşələrə, habelə iddiaçının kassasiya şikayətində qeyd etdiyi “Kimya İstehsalatı” bölməsi, 3-cü hissəsinin İ və İİ bəndləri kod 2110A030-17531; 2110A030 ilə qeyd olunmuş “2 nömrəli Siyahıda sadalanmış istehsalatlarda texnoloji və elektrik avadanlığının təmirində, profilaktikasında, xidmətində 1 nömrəli və 2 nömrəli siyahıda sadalanmış nəzarət ölçü cihazlarının və ventilyasiyasının kimya istehsalatlarında məşğul olan fə hlələr, ustalar, energetiklər və mexaniklər, işləri kanat üsulu ilə yerinə yetirərkən, yüksək kimya müəssisələri qurğularının təmiri ilə məşğul olan fəhlələr” peşələrinə uyğun olduğuna dair dəlilə gəldikdə, iddiaçının əmək kitabçasının məlumatlarına əsasən, o, 1980-1991-ci illərdə Bakı Şin Zavodunun istilik-su təchizatı və kanalizasiya sexində havalandırma üzrə çilingər vəzifəsində işləmişdir ki, həmin vəzifənin iddiaçının istinad etdiyi güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrə uyğunluğu iş üzrə müəyyən edilməmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin edilməsi üçün əsaslar yoxdur.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibat i Kollegiyasının 2021-ci il 27 aprel tarixli, 2-1(103)-526/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.