Məhkəmə qərarları › İş №2-1(102)-2006/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2006/2022

17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2006/2022 17.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına gö rə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1739/2022 nömrəli, 8 iyul 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 29 dekabr 2020-ci il tarixli, **********5419 nömrəli qərara əsasən, İddiaçı MMC olan obyektdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələləri üzrə 29 dekabr 2020-ci il tarixdən 12 yanvar 2021ci il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır. 2. “Vergi ödəy icisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 12 fevral 2021-ci il tarixli, **********0479 saylı qərara əsasən, İddiaçı MMC Vergi Məcəlləsinin 58.7.3-cü maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində üç və daha çox dəfə yol verildiyinə görə 6000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin **********0479 nömrəli, 12 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfində n İddiaçı MMC barəsində tərtib olunmuş 29 dekabr 2020-ci il tarixli DVX seriyalı 004041 nömrəli akta əsasən vergi qanunvericiliyinin pozulması haqqında 12 fevral 2021-ci il tarixli, **********0479 nömrəli qərar qəbul edilmiş və MMC 6,000 manat məbləğində vergi məsuliyyətinə cəlb olunmuşdur. İddiaçı çıxarılmış qərarı aşağıda qeyd edilənlərə əsasən ədalətsiz, qeyri-qanuni və qeyri-obyektiv hesab edir. Belə ki, məlum ağır pandemiya şəraitində vətəndaşların dərman məhsulları ilə təchizatı ilə məşğul olan apteklərin fəaliyyətinə böyük ehtiyac duyulur. Belə bir dövrdə apteklər barədə bəzən ədalətsiz və qeyri-obyektiv surətdə vergi yoxlamalarının aparılması nəticəsində cərimələnməsi ölkə sahibkarlığının xüsusilə də əczaçılıq fəaliyyətinin inkişafına ağır zərbələr vurur. Belə hallarda biri də İddi açı MMC-nin 29 dekabr 2020-ci il tarixdə ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 95 ünvanında, 1-ci mərtəbədə fəaliyyət göstərən Aptek 584-də həyata keçirilən operativ vergi nəzarəti tədbiri zamanı baş vermişdir. 29 dekabr 2020-ci il tarixdə Aptek 584-də müştəri tərəfindən tibbi maska alınan zaman məhsula görə ödəniş qiyməti 2 manat olduğundan, müştəri tərəfdən 100 manat pul aptek satıcısına təqdim edilmiş, satıcı da öz növbəsində məhsula görə məbləği çıxıb müştəriyə qalıq pulu qaytarmaq məqsədilə bütöv pulu xırdalamaq ərəfəsində olmuşdur. Bu zaman vergi əməkdaşı kassaya çek vurulmadığını əsas gətirərək AR Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən vergi sanksiyası barədə müvafiq akt tərtib etmişdir. İddiaçı hesab edir ki, barəsində qəbul edilən vergi sanksiyası qeyri-qan uni, əsassız və qeyriobyektivdir. Belə ki, 1) aptek satıcısı satılan məhsula görə müştəri tərəfindən ödənilən 100 manat bütöv pula qalıq kiçik (xırda) pul axtaran zaman hələ pulun qalığını müştəriyə qaytarmamış həmin məbləği kassaya vurub müştəriyə çeki təqdim edə bilməzdi; 2) vergi əməkdaşı o zaman kassaya çekin vurulmadığını iddia edə bilərdi ki, qalıq pul müştəriyə qaytarılmış olsun və o, apteki tərk etmiş olsun; 3) müştəri ilə satıcı arasında alqı-satqı prosesi hələ davam etməkdə idi, çünki, satıcı xırda pulu qaytaranadək müştəri əlavə olaraq digər məhsul da ala bilərdi; 4) ehtimal ola bilərdi ki, bütöv pula qalıq tapmaq qeyrimümkün olması səbəbindən aptek satıcısı ilə müştəri arasında alqı-satqı baş tutmamış da olsun. İddiaçı barəsində Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlir lər Baş İdarəsi tərəfindən **********0479 nömrəli 12 fevral 2021-ci il tarixli qərar qəbul olunarkən yuxarıda qeyd edilən obyektiv hallar nəzərə alınmamış və hadisənin mahiyyətinə hərtərəfli, tam və obyektiv surətdə diqqət yetirilməmişdir. Bununla da hesab edilir ki, vergi qanunvericiliyinin tələbləri pozulmuşdur..

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək qeyd edilmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 29 dekabr 2020-ci il tarixli **********5419 nömrəli qərarına əsasən İddiaçı MMC üzrə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məqsədilə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Həmin tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 95 ünvanında 1-ci mərtəbədə yerləşən aptekdə müşahidə zamanı müştəri tərəfindən alınm ış tibbi maskaya görə ödənilmiş 2 manat pul vəsaiti üçün nəzarət-kassa aparatı çeki vurulmamışdır. Vergi orqanının əməkdaşları tərəfindən həmin məbləğ saat 15:39-da 53 saylı çeklə nəzarət-kassa aparatına bərpa olunmuşdur. Belə ki, Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Belə olan halda isə, vergi orqanı tərəfindən 29 dekabr 2020-ci il tarixli DVX seriyalı 004041 nömrəli akt tərtib olunaraq, vergi ödəyicisi tərəfindən AR Vergi Məcəlləsinin 16.1.9-ci maddəsinin və AR Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixl i 338 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəzarət-kassa aparatlarının istismarı Qaydaları»nın 8.3.16-cı bəndinin tələblərini pozulduğuna görə müəssisəyə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən 6.000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir.

6. Vergi orqanı tərəfindən tərtib edilmiş sözügedən akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 12 fevral 2021-ci il tarixli, **********0479 saylı qərar qəbul edilmişdir. Operativ vergi nəzarəti zamanı təqdim olunmuş aktın səlahiyyətli nümayəndə obyektdə olmadığına görə imzalanması mümkün olmamışdır. Yuxarıda qeyd edilən məlumatlardan göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiyi mülahizələr həqiqətə uyğun deyildir və operativ vergi nəzarəti t ədbirləri zamanı iddiaçı tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməməsi faktı aşkar edilmiş və qanunvericiliyin tələblərinə müvafiq şəkildə rəsmiləşdirilmişdir. Bunlarla yanaşı, AR Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Həmin Məcəllənin 50.1.3-cü maddəsinə əsasən vergi orqanları əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələləri üzrə operativ vergi nəzarətini həyata keçirirlər. AR Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa ha lların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. AR Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5230/2021 nömrəli, 26 noyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən hakim R.T.Kərimli) iddianın təmin edilməsi, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 12 fevral 2021-ci il tarixli, **********0479 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, cavabdeh inzibati orqanın 12 fevral 2021-ci il tarixli **********0479 nömrəli qərarı qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu vergi ödəyicisi kimi hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (maliyyə sanksiyasının) ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1739/2022 nömrəli, 8 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və V.Ə.Baxışova) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

14. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Vergi Məcəlləsi: Maddə

50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat va sitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Maddə 50.2 operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə ve rgi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39 – 43-cü və 46 – 49-cu maddələrinin müddəaları tətbiq edilir.

16. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrind ə nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzib ati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətl ərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. X1 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəmə si tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, məlum olduğu kimi, vergi orqanının 29 dekabr 2020-ci il tarixli qərarı ilə vergi ödəyicisi kimi hazırkı İddiaçı MMC-nin təsərrüfat subyekti olan “Aptek 584”də (Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 95 ünvanında 1-ci mərtəbədə) operativ vergi nəzarəti keçirilmiş və tədbirin nəticələri 29 dekabr 2020-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Həmin akt əsasında 12 fevral 2021- ci il tarixli **********0479 nömrəli qərar qəbul edilmişdir. Sözügedən aktla vergi orqanı əməkdaşları iddiaçının müvafiq ünvandakı fəaliyyəti üzrə pul hesablaşmalarının aparılması qaydalarının pozulması, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən əhali ilə pul hesablaşmalarının aparılması faktının (təqvim ili ərzində iki dəfədən artıq) aşkar olunduğu rəsmiləşdirilmişdir. 12 fevral 2021-ci il tarixli **********0479 nömrəli qərarla vergi ödəyicisi kimi hazırkı İddiaçı MMC-yə AR Vergi Məcəlləsinin 58.7.3-cü maddəsi rəhbər tutularaq 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

24. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən həm şahid ifadələri, həm də cavabdehin nümayəndəsinin etirafı əsasında müəyyən olunmuşdur ki, operativ vergi nəza rəti həyata keçirilərkən vergi orqanın işçilərindən biri alıcı, digəri isə müşahidəçi qismində iştirak etmişdir.

25. Nəzərə alınmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən hal ların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri).

26. Bununla bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyini haqlı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 23.1.11-ci maddəsinə əsasən nəzarət qaydasında mal alqısını həyata keçirtmək vergi orqanının hüququdur. Lakin bu hüquq «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müə yyən olunmuş hallarda və qaydada nəzarət qaydasında həyata keçirilə bilər. Lakin “Əməliyyat-axtarış fəaliyyəti” haqqında qanunun 5-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyətinin subyektləri - əməliyyat-axtarış fəaliyyətini Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş təhqiqat orqanları, korrupsiya ilə bağlı cinayətlər üzrə isə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı həyata keçirir. 27. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 5-ci maddəsi subyektləri və onların fəaliyyət həddini tənzimlədiyindən eyni zamanda Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentindən başqa digər vergi orqanları təhqiqat aparmadığından yerli vergi orqanlarının nəzarət qaydasında mal alışını həyata keçi rmək səlahiyyəti yoxdur. Nəzərə alınmalıdır ki, operativ vergi nəzarəti həyata keçirilərkən vergi orqanının əməkdaşının alıcı kimi çıxış etməsi qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin pozulmasına səbəb olmuşdur.

28. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən qanunun 5-ci maddəsinə əsasən, hazırkı halda vergi orqanının təhqiqat aparmaq səlahiyyəti olmadığından, o, təhqiqat orqanı qismində çıxış edə bilməz.

29. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Beləl iklə, vergi orqanının mübahisələndirilən qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin 12 fevral 2021-ci il tarixli, **********0479 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının qəbulunun vergi ödəyici kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslı olmuşdur.

31. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən ə saxlanılmalıdır. QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1739/2022 nöm rəli, 8 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar