Məhkəmə qərarları › İş №2-1(102)-2006/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2006/2023

27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2006/2023 27.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının iddiaçı Nağıyeva Aybəniz Məhəmməd qızının cavabdeh Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qəzalı vəziyətdə olan daşınmaz əmlakın sökülməsinə görə maddi yardımın verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X3 (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə iddiaçı Nağıyeva Aybəniz Məhəmməd qızının cavabdeh Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (bundan sonra - Suraxanı RİH) qarşı yaşayış sahəsinin sökülməsi ilə bağlı maddi yardımın ödənilməsi tələbinə dair iddia ər izəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-8/2023 nömrəli iş üzrə 11 may 2023-cü il tarixli qərarından iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2017-ci il tarixli RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına görə, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Rüfət Abdullayev küçəsi ev 24 mənzil 18B İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2633 nömrəli reyestr kitabının 245214 nömrəli vərəqində qeydiyyata alınmışdır. 2. xx.xx.2017-ci il tarixli RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, ümumi sahəsi 15.27 kv.m. olan Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Rüfət Abdullayev küçəsi ev 24 mənzil 18 Nağıyeva Aybəniz Məhəmməd qızının adına daşınmaz əmlakın dövlət reyestrində 2637 nömrəli reyestr kitabının 245632 nömrəli vərəqində qeydiyyata alınmışdır.

3. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa görə, ümumi sahəsi 13,80 kv.m. olan Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Rüfət Abdullayev küçəsi ev 24 mənzil 18B Nağıyeva Aybəniz Məhəmməd qızının adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5401/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Suraxanı RİH cavabdeh Nağıyeva Aybəniz Məhəmməd qızına qarşı iddia ilə məhkəməyə müraciət edərək, Nağıyeva Aybəniz Məhəmməd qızının və ailə üzvlərinin (qızı, oğlu, atası) təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların üzərinə 35.000 manat maddi yardım əvəzində ünvan 1 ünvanda yerləşən yaşadıqları yataqxana binasındakı otaqlarını (18 və 18B nömrəli) boşaltmalarına dair öhdəliyin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia qismən təmin edilmiş, cavabdeh Nağıyeva Aybəniz Məhəmməd qızının və ailə üzvlərinin (qızı, oğlu, atası) təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların üzərinə 35.000 manat maddi yardım əvəzində ünvan 1 ünvanda yerləşən yaşadıqları yataqxana binasındakı 18 nömrəli otağını (mənzilini) boşaltmaları öhdəliyinin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun ünvan 2 ünvanda yerləşən yataqxana binasının texniki vəziyyəti haqqında tərtib edilmiş xx.xx.2017-ci il tarixli rəyinə görə, yataqxana binasının mövcud texniki vəziyyəti qəzalı hesab edilir. Bununla bağlı sakinlərin təcili olaraq binadan köçürülməsi, bütün kommunikasiyı xətləri (su, kanalizasiya, qaz, elektrik) kəsilməsi, binaya girişin qadağan edilməsi, binanın ətrafının çəpərlənməsi, binanın qəzalı vəziyyətdə olması barədə əlaqədar təşkilatların məlumatlandırılması zəruridir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Suraxanı RİH-ə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, yaşayış sahəsinin sökülməsi ilə əlaqədar yardım ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4243/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya mülkiyyətində olan mənzilə görə 35.000 manat kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsinin qərarının əsaslarına görə, “... Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 saylı evin (yataqaqxana) 18b saylı məönzili İddiaçı mülkiyyətində olduğundan, həmin mənzilin yerləşdiyi mübahisəli yataqxana binasının kommunikasiya sistemləri (xətləri) fəaliyyət göstərmədiyindən, qəzalı vəziyyətdə olması ilə əlaqədar binaya giriş-çıxış tam məhdudlaşdırıldığından, iddiaçının mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırılması birmənalı təsdiqlənir və bu məhdudiyyətin gələcəkdə birbaşa (əvvəlki kimi) bərpası real görünmür. Qeyd olunanlar, eləcə də inzibati praktika və qanunverciliyin “bərabərlik prinsipi” nəzərə alınmaqla belə nəticə əldə olunur ki, cavabdeh Suraxanı RİH-in iddiaçıya müvafiq məbləğdə kompensasiya ödənilməsindən imtinası qanunsuz və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Həmin mənzildə iddiaçının özünün və ya başqa şəxslərin yaşayıb-yaşamamasından asılı olmayaraq iddiaçının ona kompensasiya verilıməsi tələbi əsaslıdır.” b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti vermişdir.

10. İddiaçı xx.xx.2020-ci il tarixdə öldüyündən Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1084/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının hüquqi varisi müəyyən edilənədək iş üzrə icraat dayandırılmış, iddiaçının qızı Nağıyeva Aybəniz Məhəmməd qızı onun hüquqi varisi kimi tanınmış və 2-1(103)-34/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadla iş üzrə icraat təzələnmişdir.

11. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-8/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər A.Hüseyn (sədrlik edən və məruzəçi), V.Baxışova və R.Qurbanov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia rədd edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsinin qərarının əsaslarına görə, “İşin halları ilə müəəyn olunur ki, iddiaçının hüquqi varisi Nağıyeva X1 RİH -ə müraciət edərək, ayrılmış maddi yardımın ona və atası İddiaçı ayrılıqda ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 135/1 nömrəli 12 avqust 2009-cu il tarixli sərəncamı ilə Hövsan qəsəbəsi, R.Abdullayev küçəsində yerləşən 24 saylı evin yaşayış sahəsi 28,2 kv.m 2 otaqlı 18-ci mənzilinə dair 3 nəfər ailə tərkibi ilə (özü, qızı, oğlu) vətəndaş Aybəniz Nağıyevanın adına icarə müqaviləsi bağlanmışdır. Yataqxana binasının mövcud texnimi vəziyyəti yolverilməz olduqdan sonra 15 aprel 2017-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dölət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən həmin mənzilin 1 otağına dair reyestrdən çıxarış Aybəniz Nağıyevanın adına, digər otağına dair çıx arış isə atası Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olmaqla yaşayan İddiaçı adına verilmişdir. Komissiya tərəfindən sözügedən qəzalı yataqxana binasında Aybəniz Nağıyevanın faktiki olaraq 3 nəfər ailə tərkibi ilə (özü, qızı, oğlu) yaşadığı müəyyən edildiyindən, ona həmin ailə tərkibi ilə birdəfəlik maddi yardım verilməsi nəzərdə tutulmuşdur. ünvan 3 ünvanda yerləşən yataqxana binasının texniki vəziyyəti haqqında tərtib edilmiş xx.xx.2017-ci il tarixli rəydən görünür ki, yataqxana binasının mövcud texniki vəziyyəti qəzalı hesab edilir. Bununla bağlı sakinlərin təcili olaraq binadan köçürülməsi, bütün kommunikası xətləri (su, kanalizasiya, qaz, elektrik) kəsilməsi, binaya girişin qadağan edilməsi, binanın ətrafının çəpərlənməsi, binanın qəzalı vəziyyətdə olması barədə əlaqədar təşkila tların məlumatlandırılması zəruridir. İddiaçı yataqxana binasının mövcud texniki vəziyyəti yolverilməz olduqdan sonra 2017-ci ilin aprelin 15-də sözügedən mənzilə dair çıxarış almışdır. Bununla yanaşı, birdəfəlik maddi yardımın yataqxana binasında mülkiyyət hüququ olan şəxslərə deyil, orada faktiki yaşayış ailələrin sayına görə verilməsi nəzərdə tutulmuşdur.... Suraxanı Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, hazırkı iş üzrə iddiaçının hüquqi varisi Nağıyeva Aybəniz Məhəmməd qızına və atası İddiaçı təhlükəsizliklərinin təmin edilməsi məqsədi ilə ünvan 4 ünvanında yerləşən yaşadıqları yataqxana binasındakı 18 saylı otağını (mənzilini) boşaltmaları üçün 35 000 manat maddi yardım verilmişdir. Odur ki, İddiaçı mülkiyyətində olan mənzilə görə 35.000 manat k ompensasiyanın ödənilməsi barədə iddia tələbi təmin edilə bilməz.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ

13. Apellyasiya instansiyası məhkəməsinin qərarı ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinə görə, 35.000 manat maddi yardım xx.xx.2017-ci il tarixdə Aybəniz Nağıyevanın mülkiyyətində olan 1 otaq mənzilə görə verilmişdir. Həmin ərazidə 2 otaqlı mənzilə ümumiyyətlə 35.000 manat kompensasiya verilməmişdir. Qeyd olunanlar ona dəlalət edir ki, İddiaçı mülkiyyətinə verilmiş ünvan 2 saylı evin (yataqaqxana) 18B saylı 1 otaq mənzilə görə kompensasiya verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayəti nə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 17. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai mar aqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır; Maddə

17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür; Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməs ini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər; Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılması nın hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir; Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır; Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir; Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır; Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir; Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir; Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər; Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ VƏ İŞƏ BAXİLMASL QAYDASİ a) Kassasiyanın mümkünlüyü

20. Kassasiya şikayəti vaxtında verildiyi, şikayət formal baxımdan lazımi qaydada əsaslandırıldığı və şikayətçinin tələbləri göstərildiyi üçün mümkün hesab edilmişdir. b) Kassasiya baxışının hədləri

21. Kassasiya şikayətində qərarın ləğvi xahiş edildiyi instansiyasının yekun məhkəmə aktı şikayət həddində tam yoxlanılır. üçün, apellyasiya c) İşə baxılması qaydası

22. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası mə hkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qərarının tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. İlk olaraq, şikayətdə fundamental vacib hüquqi məsələlər qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbay cana qarşı” işi üzrə qərarı).

25. Aşağı instansiya məhkəmələrinin qərarlarından məlum olur ki, ünvan 2 ünvanda yerləşən yataqxana binasında baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması, sakinlərin təhlükəsizliyinin təmin edilməsi, orada faktiki yaşayan ailələrin Bakı ŞİH-ə 2017ci ilin yerli xərclərində mənzil fondunun əsaslı təmiri üçün ayrılmış vəsait hesabına birdəfəlik maddi yardım ödənilməklə köçürülməsi, eləcə də binanın sökülərək ərazinin abadlaşdırılması işlərinin həyata keçirilməsinə dair Bakı ŞİH-in xx.xx.2017-ci il tarixli 7290/2g nömrəli təklifinə Azərbaycan Respublikası Baş nazirinin müavini A.Şərifovun xx.xx.2017-ci il tarixli xx/xx/3266-12 nömrəli dərkənarı ilə etiraz edilməmişdir. Suraxanı RİH başçısının xx.xx.2017-ci il tarixli 89 nömrəli sərəncamı ilə müvafiq k omissiya yaradılaraq, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan Suraxanı rayonu Hövsan qəsəbəsi R.Abdullayev küçəsi 24 ünvanda yerləşən qəzalı yataqxana binasında inventarlaşdırma işləri aparılmış, orada faktiki yaşayan ailələrin dəqiqləşdirilmiş siyahısı tərtib olunmuş və münasibət bildirilməsi üçün RİH-in müvafiq məktubları ilə aidiyyəti üzrə Bakı ŞİH-ə və Bakı ŞMKT Departamentinə təqdim edilmişdir. Sözügedən yataqxana binasının mövcud texniki vəziyyəti müəyyən olunduqdan sonra dövlət büdcəsindən əlavə vəsaitin əldə edilməsi məqsədilə bəzi sakinlər tərəfindən mənzillərin otaqlarının bölünərək sənədləşdirilməsi və sair hərəkətlərin edilməsi hallarına komissiya tərəfindən aparılan inventarlaşdırma işləri zamanı rast gəlinmişdir. İddiaçı da Suraxanı RİH-ə müraciət edərək, ayrılmış maddi yardımın ona və atası İddiaçı ayrılıqda ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, Bakı ŞMKT Departamentinin xx.xx.2009-cu il tarixli 135/1 nömrəli sərəncamı ilə Hövsan qəsəbəsi R.Abdullayev küçəsində yerləşən 24 nömrəli evin yaşayış sahəsi 28,2 kv.m. 2 otaqlı 18-ci mənzilinə dair 3 nəfər ailə tərkibi ilə (özü, qızı, oğlu) vətəndaş Aybəniz Nağıyevanın adına icarə müqaviləsi bağlanmışdır. Yataqxana binasının mövcud texniki vəziyyətinin yolverilməz sayılması barədə rəy verildikdən sonra xx.xx.2017-ci il tarixdə DƏDRX tərəfindən həmin mənzilin 1 otağına dair reyestrdən çıxarış Aybəniz Nağıyevanın adına, digər otağına dair çıxarış isə atası, Salyan rayonu Arbatan kəndində qeydiyyatda olmaqla yaşayan İddiaçı adına verilmişdir. Komissiya tərəfindən sözügedən qəzalı yataqxana binasında Aybəniz Nağıyevanın faktiki olaraq 3 nəfər ailə tərkibi ilə (özü, qızı, oğlu) yaşadığı müəyyən edildiyindən, ona həmin ailə tərkibi ilə birdəfəlik maddi yardım verilməsi nəzərdə tutulmuşdur.

26. Bu kontekstdə, kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, mübahisəli mənzilin yerləşdiyi qəzalı yataqxana binasında 35.000 manat maddi yardım Suraxanı RİH tərəfindən bir ailəyə bir mənzilə görə bir maddi yardım qaydasında verilmişdir və həmin yardım məbləği iddiaçıya artıq ödənilmişdir. Dövlət orqanları tərəfindən binanın sökülməsinə yönələn hərəkətlər başladıldıqdan və bu barədə səlahiyyətli qurum tərəfindən müvafiq rəy tərtib edildikdən sonra iddiaçının yaşadığı 2 otaqlı mə nzilin hər otağına ayrıca mülkiyyət sənədi alması isə əvvəllər bir mənzil kimi mövcud olmuş yaşayış sahəsinə görə iki maddi yardımın ödənilməsini şərtləndirmir və bu da cavabdeh inzibati orqanın həmin vəsaiti ödəməkdən imtinasının qanunsuz olmadığına dəlalət edir. Başqa sözlə, cavabdehin birdəfəlik maddi yardımı təkrar ödəməkdən imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası nəticə olaraq qanunazidd olmamaqla, iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya da uyğun və cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzm unu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri).

27. Beləliklə, inzibati işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

28. Göstərilənlərə əsasən və İPM-in 96 və 98-cİ maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-8/2023 nömrəli iş üzrə 11 may 2023-cü il tarixli qərarı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı Nağıyeva Aybəniz Məhəmməd qızının kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar