Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2007/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: şəxsiyyət vəsiqəsinin və pasportun ləğv edilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Baş İdarəsi (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxslər Baş Səhiyyə İdarəsinin 3 nömrəli Şəhər Kli niki Xəstəxanası, X12) “şəxsiyyət vəsiqəsinin və pasportun ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1802/2021 saylı, 30 iyul 2021-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı 25 fevral 2021-ci il tarixdə cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05.02.2017-ci il tarixində İsrail dövlətinin vətəndaşlığının qəbul edilməsi və Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi ilə əlaqədar X5 şəxsiyyət vəsiqəsinin və ümumvətəndaşlıq pasportunun ləğv edilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması; X5 Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşaması statusunun müəyyən edilərək M.C.Dadaşovanın Azərbaycan Respublikası vətəndaşlığına mənsub olmaması faktını müəyyənləşdirmək vəzifəsinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Baş İdarəsinin üzərinə qoyulması; “Vətəndaşlığın azaldılması haqqında” Konvensiyanın 7-ci maddəsinin 2-ci bəndinə əsasən məhkəməyə müvafiq rəy vermək və M.C.Dadaşovanın Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi haqqında icraatı təmin etmək vəzifəsinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması; xarici dövlətin vətəndaşlığını qəbul etdiyi vaxtdan xarici dövlətin vətəndaşı M.C.Dadaşova tərəfindən qanunsuz olaraq alınan Azərbaycan Respublikası pen siyası M.C.Dadaşovadan tutulması; xarici dövlət vətəndaşı M.C.X9 Məcəlləsinin 575-ci maddəsinə müvafiq olaraq inzibati məsuliyyətə cəlb edilməsi, məhkəmə vasitəsilə İsrail dövlətinə giriş hüququ olmadan ölkədən 5 il müddətinə çıxarılması vəzifəsinin Baş Pasport Qeydiyyat Miqrasiya İdarəsinin üzərinə qoyulması; 17.12.2006-cı il tarixində, saat 00:10-da vəfat etmiş 1958-ci il təvəllüdlü T.A.Dadaşovun fiziki ölümünə dair sənədləri, həmçinin mərhumun şəxsiyyət vəsiqəsinin surətini iddiaçıya vermək vəzifəsinin Baş Səhiyyə İdarəsinin 3 nömrəli Şəhər Kliniki Xəstəxanasının üzərinə qoyulması; Azərbaycan Respublikası Nazirlər Sovetinin 29 avqust 2007-ci il tarixli, 136 nömrəli Qərarına müvafiq olaraq 3 nömrəli şəhər Kliniki Xəstəxanasının inzibati orqan hesab edilməsi; İddiaçı üç daşınmaz əmlak oby ekti barədə cinayət faktlarının müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1, 177.3.2, 178.3.2-ci maddələrinə müvafiq olaraq üçüncü şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə bildirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, o, 19 aprel 2019-cu il tarixdə Bakı şəhəri Nərimanov rayonu 38-ci notarial kontora və yuxarıda göstərilən ünvanda yaşayan İsrail vətəndaşı X7 qarşı Azərbaycan vətəndaşı M.C.Dadaşovanın daxili şəxsiyyət vəsiqəsinin və ümumvətəndaşlıq pasportunun ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 2(005)-1563/2019 saylı 18.04.2019cu il tarixli qərarında qeyd edilir ki, tə qdim olunmuş sənədlərdən görünür ki, iddiaçı Fomina.L.İ. müvafiq tələblə əlaqədar (vətəndaş M.C.Dadaşovanın sənədlərinin ləğv edilməsi haqqında) AR Dövlət Miqrasiya Xidmətinə müraciət etməmişdir. Beləliklə, müvafiq tələblərlə əlaqədar iddiaçı M.C.Dadaşovanın şəxsiyyət vəsiqəsinin və ümumvətəndaşlıq pasportunun ləğv edilməsi üçün AR Dövlət Miqrasiya Xidmətinə müraciət etmək hüququna malikdir. O, 22 oktyabr 2020-ci il tarixdə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası vətəndaşlığının 05.02.2017-ci il tarixində itirilməsi ilə bağlı İsrail vətəndaşı M.C.Dadaşovanın sənədlərinin ləğv edilməsini tələb etmişdir. 13.11.2020-ci il tarixdə AR Miqrasiya Xidməti İdarəsi K/F-2346 №-li sənəddə düzgün olmadan “Vətəndaşsızlığın azaldılması haqqında” 30 avqust 1961-ci il Konvensiyasının 7-ci maddə sinə istinad edir. O, M.C.Dadaşovanın vətəndaşlığının itirilməsi haqqında icraatın həyata keçirilməməsi haqqında cavabla tamamilə razı deyildir, çünki 30 avqust 1961-ci il tarixli vətəndaşlığın azaldılması haqqında Konvensiyanın 7-ci maddəsinin 2-ci bəndində aydın surətdə göstərilmişdir ki, razılaşan Dövlətin yad ölkədə naturallaşmaq istəyən vətəndaşı bu yad ölkənin vətəndaşlığının əldə edilməsi üçün təsdiq almadığı zaman və ya əldə etmədiyi zaman öz vətəndaşlığını itirmir. M.C.Dadaşovanın 05.02.2017-ci il tarixdə əldə etdiyi İsrail vətəndaşlığı haqqında məhkəmə sorğusu vasitəsilə əldə edilən anket-ərizədən görünür ki, Dadaşova M.C inzibati məsuliyyət barədə xəbərdar edilmişdir. AR Miqrasiya Xidməti icra hakimiyyəti orqanının hərəkətsizliyi vəzifəli şəxslərin inzibati məsuliyyətinə səbəb o lmalıdır. AR DİN-nin 14.10.2019-cu il tarixli 018-13847F3219 №-li sənədindən görünür ki, Dövlət Miqrasiya Xidmətinə və ya məhkəməyə müraciət etmək tövsiyə olunur. Baş Pasport Qeydiyyatı və Miqrasiya İdarəsinin vəkil Səlimov Elvinə ünvanladığı 018-10539-12 №-li 19.09.2018-ci il tarixli cavabından görünür ki, M.C.Dadaşova yuxarıda göstərilən ünvanda qeydiyyatdadır və AZE 06679754 №-li şəxsiyyət vəsiqəsi ilə və C01165764 №-li ümumvətəndaşlıq pasportu ilə təmin edilmişdir. X6 vətəndaşı M.C.Dadaşova pensiya ilə təmin olunmuşdur və qanunsuz olaraq Azərbaycan Respublikasında yaşayaraq qanunsuz olaraq AR sənədlərindən istifadə edir. Bu qanunsuz əmək inzibati və cinayət məsuliyyətinə səbəb olmalıdır. Onların əmlak mübahisəsi üzrə şəxsi araşdırmalarında aşkar olunmuşdur ki, M.C.Dadaşovanın əri T.A.D adaşov X6 vətəndaşlığını qəbul etmiş və 02.03.2017-ci il tarixdə İsrail dövlətinin vətəndaşı kimi vəfat etmişdir. İddiaçı 05.02.2017-ci il tarixdə M.C.Dadaşova və T.A.Dadaşov tərəfindən xarici dövlətin vətəndaşlığının qəbul edilməsi üçün əsas görmür və bunu T.A.Dadaşovun Bakı şəhərində ölümünün gözlədilməsi məqsədi və üç daşınmaz əmlak obyektinin qanunsuz əldə edilməsi məqsədi ilə saxta hesab edir. İddia ərizəsində həmin faktlar hal-hazırda apelyasiya instansiyası məhkəməsində araşdırılır, hansında ki, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olmaqla saxtalaşdırma, xeyli miqdarda əmlak oğurluğu, dələduzluğun 100%-lik sübutları aşkar olunmuşdur. Şəxsi araşdırmalarında həmçinin aşkar olunmuşdur ki, 1933-cü il təvəllüdlü T.A.Dadaşov və 1958-ci il təvəllüdlü T.A.Dadaşov eyni şəxsdir. 3 №-li Ş əhər Kliniki Xəstəxanasının rəhbərliyi mərhumun şəxsiyyət vəsiqəsinin nömrəsini qəsdən gizlədir, öz cavabında mərhumun doğum tarixini göstərmir, şəxsi söhbət zamanı istinad edir ki, onlarda sənədlər yoxdur. Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olmaqla əmlak oğurluğu və dələduzluq faktları üzrə AR CM-nin 294.1, 177.3.2, 178.3.2-ci maddələri üzrə cəzalandırılan əməllər haqqında əlavə ərizə, və ya ayrıca ərizə yazılacaqdır. AR MPM-nə müvafiq olaraq, iddiaçı X2 xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında 2(005)1880/2014 saylı xüsusi icraat işində T.A.Dadaşovun imzasının ekspertizasını tələb edəcəkdir. Həmçinin onlar tərəfındən aşkar olunmuşdur ki, 1933-cü il təvəllüdlü T.A.Dadaşov təxminən 2012-2013-cü illərdə Bakı şəhərində vəfat etmişdir və öz atası 1958-ci ildə Bakı şəhərində vəfat e tmiş 1870-ci il təvəllüdlü X4 yanında dəfn olunmuşdur. Sonra iddiaçı AR Dövlət Miqrasiya Xidməti Baş İdarəsinin üzərinə öhdəliklərin qoyulması haqqında Bakı şəhəri Nərimanov rayonuna iddia ərizəsi ilə müraciət etmişdir. Mülki iş üzrə 2(005)-1359/2021 saylı 27.01.2021-ci il tarixli qərarla iddianın mümkün olmaması ilə əlaqədar İddiaçı cavabdeh M.D.Dadaşovaya qarşı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etmişdir. AR Nazirlər Kabinetinin 136 nömrəli 29 avqust 2007-ci il tarixli qərarı ilə təsdiq olunmuş İnzibati orqanların təsnifatı inzibati orqanların dəqiq siyahısını təqdim edir. Bununla yanaşı müəyyən olunmuşdur ki, inzibati aktların qəbul edilməsi üzrə səlahiyyətlərə müvafiq olaraq inzibati aktların qəbul edilməsi səlahiyyətləri verilən digər orqanlar inzibati orqanlar hesab e dilə bilərlər (Baş Səhiyyə İdarəsi). İddiaçı 08.02.2021-ci il tarixdə İsrail Dövlətinin vətəndaşı M.C.Dadaşovanın İXM-nin 575-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilməsi, İsrail Dövlətinə giriş hüququ olmadan ölkədən çıxarılması haqqında ərizə ilə Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət etmişdir. Baş Pasport Qeydiyyatı və Miqrasiya İdarəsi 19.02.2021-ci il tarixli 0181577F3221 nömrəli cavabda AR Dövlət Miqrasiya Xidməti Baş İdarəsinə istinad edir və İsrail Dövlətinin vətəndaşı M.C.Dadaşovanı inzibati məsuliyyətə cəlb etmir.
3. Bakı İnzibati Məhkəməsinin (hakim X3, 2-1(112)-4606/2021 saylı iş) 5 may 2021-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizəs ində cavabdeh inzibati orqan kimi göstərilən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı tələblərinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkünlüyü və iddiaçının həmin tələbləri qaldırmaqda subyektiv hüququnun mövcudluğu (qanunvericiliyin tələblərinə əsasən hər hansı üçüncü şəxsin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə əlaqədar öhdəlik qoyulmasına dair tələb irəli sürməsinə yol verilmədiyindən) müəyyən edilmədiyindən, eləcə də, iş üzrə cavabdehlərə qarşı yönəlməyən digər tələbləri konkret şəkildə cavabdehlərə qarşı ifadə edilmədiyindən, həmçinin həmin tələblərə də, inzibati məhkəmə icraatı qaydas ında baxılması mümkün olmadığından, iddianın dəqiqləşdirilməsi ilə bağlı iddiaçı tərəfə məhkəmənin tövsiyəsi olsa da, iddiaçının arzuladığı hala uyğun inzibati orqana qarşı əsaslandırılmış (iddiaçının hüquqlarının konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələrək pozulması) tələb konkret əks olunmaqla yeni ərizə (iddia ərizəsi) təqdim olunmadığından, iddia mümkün sayılmamalıdır.
5. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X8-məruzəçi, X11 və X17, 2-1(103)1802/2021 saylı iş) 30 i yul 2021-ci il tarixli qərardadla iddiaçının apelyasiya şikayəti təmin etməmiş, birinci instansiya məhkəməsinin 5 may 2021-ci il tarixli qərardadını dəyişdirmədən saxlamışdır.
7. İddiaçı 9 sentyabr 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işin baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
8. Üçüncü şəxslərdən biri, yəni X1 vətəndaşı olsa da, sənədləri saxtalaşdıraraq Azərbaycan Respublikasında qalmış və Bakı şəhərinin Xətai rayonunda yerləşən və iddiaçının mülkiyyətində olan mənzilin, Yasamal rayonunun ərazisində yerləşən və 7 kvadrat metr olan qeydi-yaşayış obyektinin, eləcə də Bakı şəhərinin Səbail rayonunda yerləşən 1 o taqlı mənzilin saxta sənədlərlə öz qızı Dinara Dadaşovanın adına rəsmiləşdirilməsinə nail olmuşdur.
9. Göstərilən faktlar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında araşdırılmamış və hüququ qiymət verilməmişdir.
10. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinin tələblərinə uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməlidir.
11. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinin tələblərinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
12. Beləliklə iş üzrə məhkəmə baxışının prinsipləri, yəni Azərbaycan Respublikası MPM-nin 14.1 -ci maddəsinin tələblər i pozulmuşdur. Həmin maddədə göstərilir: Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həqiqətinə lazımi şərait yaradır.
13. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
15. İnzibati Prosessual Məcəllə: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mü bahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (-). Maddə
58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-) Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətin in verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Kasasiya şikayətinin mümkünlüyü, ka sasiya baxışının hədləri
17. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Kasasiya məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
19. İddiaçının iddia tələbi bu qərarın təsviri hissəsində qeyd edilmişdir.
20. Birinci instansiya məhkəməsi tərəfindən İPM-in 13-cü maddəsinə uyğun olaraq iddiaçıya yardım edilmiş, iddiaçı iddia tələbində hər hansı qüsura yol verilmədiyini bildi rərək, iddia tələblərinə olduğu kimi baxılmasını xahiş etmişdir.
21. İddiaçının məhkəməyə təqdim etdiyi ərizəsində cavabdeh inzibati orqan kimi göstərilən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı tələblərinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkünlüyü və iddiaçının həmin tələbləri qaldırmaqda subyektiv hüququnun mövcudluğu (qanunvericiliyin tələblərinə əsasən hər hansı üçüncü şəxsin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə əlaqədar öhdəlik qoyulmasına dair tələb irəli sürməsinə yol verilmədiyindən) müəyyən edilmədiyindən, eləcə də, iş üzrə cavabdehlərə qarşı yönəlməyən digər tələbləri konkret şəkildə cavabdehlərə qarşı ifadə edilmədiyindən, həmçinin həmin tələblərə də, inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün olmadığından, iddianın dəqiqləşdirilməsi ilə bağlı iddiaçı tərəfə məhkəmənin tövsiyəsi olsa da, iddiaçının arzuladığı hala uyğun inzibati orqana qarşı əsaslandırılmış (iddiaçının hüquqlarının konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələrək pozulması) tələb konkret əks olunmaqla yeni ərizə (iddia ərizəsi) təqdim olunmadığından, iddia mümkün sayılmamışdır.
22. İPM-in 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri təsbit edilmişdir.
23. İddiaçının iddia tələbində göstərilən mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquql a bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən birinə aid edilməlidir.
24. Hazırkı işdə iddiaçının qaldırdığı iddia tələbləri İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia tələblərindən hər hansı birinə aid olmamışdır.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhk əmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir.
26. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.
27. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”.
29. İddiaçının hazırkı mübahisə predmeti ilə bağlı cavabdehlərə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olması işdə olan sənədlərlə sübuta yetməmişdir.
30. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər.
31. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edi lməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
32. Bəhs olunanlara əsasən cavabdehlərin hərəkəti nəticəsində iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığından iddianı mümkün saymamaqla apelyasiya məhkəməsi haqlı olmuşdur.
33. Kasasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1802/2021 saylı, 30 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.