Məhkəmə qərarları › İş №2-1(102)-2007/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2007/2022

07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2007/2022 07.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1958-ci il; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sos ial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2022-ci il tarixli, 2-1(103)-1992/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. Я seriyalı 049676 nömrəli diplomun surətinə əsasən iddiaçı 1976-cı ildə Azərbaycan SSR Səhiyyə Nazirliyinin H.K.Krupskaya adına Kirovabad baza tibb məktəbinə daxil olmuş və 1978-ci ildə həmin məktəbi tibb bacısı ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət ixtisas komissiyasının 8 iyul 1978-ci il tarixli qərarı ilə ona tibb bacısı ixtisası verilmişdir. 2. 30 dekabr 1983-cü il tarixdə tərtib edilmiş ИТ- İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətinə əsasən, iddiaçı xx.xx.1979-cu il tarixdə Çallı KHM-də tibb bacısı vəzifəsinə təyin edilmiş, xx.xx.1979-cu il tarixdə vəzifəsindən azad edilmişdir; xx.xx.1980ci ildə Zərdab rayonu xalq maarif şöbəsi - Çallı kənd uşaq bağçasına tərbiyəçi-tibb bacısı təyin edilmiş, xx.xx.1984-cü il tarixdə tutduğu vəzifədən azad edilmişdir; xx.xx.1984-cü ildə Sumqayıt Üst Trikotaj Fabrikinə müvəqqəti olaraq tikiş sexində geyim gözətçisi (qarderobçu) kimi mövsümi işə qəbul olunmuşdur; xx.xx.1984-cü ildə İnzibati Təsərrüfat şöbəsinə fəhlə vəzifəsinə keçirilmişdir; xx.xx.2002-ci il tarixdə vəzifəsindən azad edilmişdir.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanl anmış **********747300 №-li məktuba əsasən, iddiaçı (VÖEN: **********) tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021ci il tarixədək olan fəaliyyət dövrü ərzində şəxsi hesab vərəqəsinə əsasən dövlət büdcəsinə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı məbləği aşağıdakı kimi olmuşdur: iyul 2020-ci il üzrə 45,0 manat (2020-ci ilin iyun, iyul və avqust ayları); oktyabr 2020-ci il üzrə 45,0 manat (2020-ci ilin oktyabr, noyabr və dekabr ayları); yanvar 2021-ci il üzrə 45,0 manat (2021-ci ilin yanvar, fevral və mart ayları); mart 2021-ci il üzrə 45,0 manat (2021-ci ilin aprel, may və iyun ayları ); iyul 2021-ci il üzrə 45,0 manat (2021-ci ilin iyul, avqust və sentyabr ayları); cəmi 225,0 manat.

4. İddiaçı cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişd ir. Cavabdeh xx.xx.2021-ci il tarixli **********7 nömrəli imtina məktubu ilə bildirmişdir ki, təqdim olunmuş əmək kitabçasının və diplomun surətlərinə əsasən müraciətçinin ümumi sığorta stajı 23 il 9 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 23 il 9 ay sığorta stajına uyğun olaraq 17.606,11 manat olmaqla qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən ona yaşa görə əmək pensiyasının təyin olunması qanunvericil iyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona 62 yaş 6 aydan yəni, xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 15 yanvar 1979-cu il tarixdən 14 may 2002-ci il tarixə qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur. Əmək pensiyasının təyin edilməsi üçün sənədlərini qeydiyyatda olduğu DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına təqdim etsə də yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişlər. İmtin a onunla əsaslandırılmışdır ki, onun ümumi stajı 23 il 9 ay təşkil edir və pensiya sosial sığorta kapitalı yoxdur. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Çünki imtina məktubunda onun təhsil müddəti və sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müddətlər nəzərə alınmamışdır. Təhsil müddətini və sahibkarlıqla məşğul olduğu müddəti nəzərə alsalar onun ümumi stajı 25 ildən çox müddət təşkil edir. Belə ki, o, sahibkarlıqla məşğul olduğu müddətdə dövlət büdcəsinə məcburi dövlət sosial sığorta haqqı ödəmişdir (Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin məktubunda ödənişlər aylar üzrə əks olunmuşdur).

7. Cavabdeh iddia ərizəsinə qarşı imtina məktubuna uyğun etiraz təqdim etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 3 mart 2022-ci il tarixli, 2-1(112)-3404/2022 nömrəli qərarı ilə ( hakim N.İ.Abıyev) iddia təmin edilmiş, iddiaçıya 62,6 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus əmək kitabçasında və diplomunda qeyd olunmuş məlumatlar, həmçinin iddiaçının fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrlər nəzərə alınmaqla iddiaçının xx.xx.2006-cı il tarixə qədər 25 ildən artıq stajı mövcuddur. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə (62 yaş) xx.xx.2020-ci il tarixdə çatmış olsa da, onun qanunla müəyyən olunmuş sığorta stajı (25 il) 2021-ci ilin sentyabr ayında tamamlanmışdır. Belə olan halda iddiaçıya pensiya 62 yaşdan deyil, 62,6 yaşdan təyin olunmalıdır. Həmçinin məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada mübahisələndirilən dövrlər üzrə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə etməklə məcburi dövlət sosial sığorta ödənişlərini həyata keçirən sığortaedən iddiaçının hesabat məlumatlarının vergi orqanından cavabdeh inzibati orqanın tabe olduğu nazirliyə ötürülməməsi və bununla əlaqədar həmin dövrlər üzrə məlumatların İddiaçı fərdi şəxsi hesabında əks olunmaması qanunla müəyyən olunmuş qaydada pensiya hüququnu qazanmış iddiaçıya pensiya təyinatından imtina üçün əsas sayıla bilməz.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. Apelyasiya instansi yası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2022-ci il tarixli, 21(103)-1992/2022 nömrəli qərarı ilə (hakimlər:S.İ.Bəktaşi – sədrlik edən və məruzəçi, A.S.Hüseynov və A.Ə.Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 3 mart 2022-ci il tarixli, 2-1(112)-3404/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmişdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh hesab edir ki, apellyasiya instansiyası məhkəm əsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdehin kassasiya şikayəti mahiyyətcə, imtina məktubu, etiraz ərizəsi, eləcə də apellyasiya şikayəti ilə eyni məzmundadır. Cavabdeh kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 7, 21.1-ci maddələrinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2022-ci il tarixli, 2-1(103)-1992/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulm uş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

17. Əmək pensiyaları haqqında” Qanun qəbul ed ilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq q eydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq o lmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 19. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

20. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

22. Apelyasiya instansiyası məhkəməsi nin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiya sı məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.

26. Hazırkı mübahisə mahiyyət etibarı ilə iddiaçı ya yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır.

27. Nəzərə alınmalıdır ki, hazırkı qərarın 16-cı bəndində istinad olunanlara əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 25 il sığorta stajı olmalı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir.

28. Kassasiya şikayətinin təkrarlanan dəlili ondan ibarətdir ki, iddiaçının ümumi sığorta stajı 23 il 9 ay olmaqla tələb olunan müddətdən azdır, həmçinin məcburi dövlət sosial sığorta ödənişlərini həyata keçirən sığortaedən iddiaçının hesabat məlumatları vergi orqanından Nazirliyə ötürülmədiyi üçün 1 il 3 aya aid dövrlər üzrə məlumatlar onun **********465 nömrəli fərdi şəxsi hesabında əks olunmamışdır.

29. Məhkəmə kollegiyası cavabdehin iddiaçının 1 il 3 ay üzrə ödədiyi sığorta haqlarının onun sığorta stajına daxil edilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta h aqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 30. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2.1-ci maddəsinə əsasən işəgötürən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) orqanın vəzifəsidir.

31. Bununla bağlı qeyd etmək lazımdır ki, mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından eləcə də hazırkı qərarın 3-cü bəndində qeyd olunan Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İ darəsi tərəfindən iddiaçıya ünvanlanmış **********747300 nömrəli xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçı tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada mübahisələndirilən dövrlər üzrə məcburi dövlət sosial sığorta haqları ödənilmişdir.

32. Belə olan halda apellyasiya məhkəməsi doğru olaraq qeyd etmişdir ki, məcburi dövlət sosial sığorta ödənişlərini həyata keçirən sığortaedən iddiaçının hesabat məlumatlarının vergi orqanından cavabdeh inzibati orqanın tabe olduğu nazirliyə ötürülməməsi və bununla əlaqədar həmin dövrlər üzrə məlumatların İddiaçı fərdi şəxsi hesabında əks olunmaması qanunla müəyyən olunmuş qaydada pensiya hüququnu qazanmış iddiaçıya pensiya təyinatından imtina üçün əsas sayıla bilməz.

33. Beləliklə iş materialları ilə və əmək kitabçasına əsasən iddiaçının 2021-ci ilin sentyabr ayında 25 il sosial sığorta stajına malik olması müəyyən edildiyindən, “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi” şərtinin yoxlanılmasına ehtiyac qalmır.

34. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya əmək pensiyanın təyin olunması ilə bağlı apellyasiya instansiyası məhkəməsinın gəldiyi nəticə qanuni və əsaslıdır

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2022-ci il tarixli, 21(103)-1992/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar