Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2007/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanından arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X11) “arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2-1(103)-498/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı ŞİH X4 və İstismarı Birliyi ilə iddiaçının mərhum əri X7 arasında bağlanmış 14 iyun 2006-cı il tarixli 33827 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Görədil ərazisində 0,12 ha sahəsi olan 321g saylı bağ sahəsi sonuncunun istifadəsinə verilmişdir. X7 28 mart 2009-cu il tarixdə vəfat etmiş və müvafiq notariat qurumunda açılmış vərəsəlik işində hazırkı İddiaçı onun vərəsəsi kimi müəyyən edilmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək daşınmaz əmlak üzərində hüququnun dövlət qeydiyyatın a alınmasını xahiş etmişdir.
3. Cavabdeh 15 aprel 2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, qeyd olunan ərazinin 321 nömrəsi ilə başlayan bağlara aidiyyəti yoxdur. Həmçinin göstərilən sahəyə X10 müraciəti mövcuddur. Bundan əlavə, torpaq sahəsinin plan və ölçüsündə torpaq sahəsi 1.043,83 kv.m göstərilsə də, faktiki olaraq yol tikintisi ilə əlaqədar torpaq sahəsi azaldılaraq 745 kv.m olmuşdur. Bu səbəblərdən də ərizənin icrası mümkün olmamış İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə m üraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Görədil ərazisində yerləşən 745 kv.m ölçülü 321g saylı bağ sahəsinə İddiaçı mərhum əri X5 mülkiyyət hüququnun mövcud olması barədə arayışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı ŞİH Başçısı Aparatının Abadlaşdırma və X2 Departamentinin X4 və İstismarı Birliyi ilə iddiaçının mərhum əri X7 arasında bağlanmış 14 iyun 2006-cı il tarixli 33827 nömrəli müqavilə əsasında Bakı şəhəri, Binəqədi rayonu, Görədil ərazisində 0,12 ha torpaq sahəsi olan 321 “g” nömrəli bağ sahəsi X6 verilmişdir. X1 Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin əməkdaşları tərəfindən ölçülərək ona verilmiş həmin bağ sahəsini mişar daşı ilə hər tərəfdən hasara aldırmışdır. Həmin torpaq sahəsi X14 kitabında əsas döngə nöqtələrinin koordinatları göstərilməklə 5 iyul 2011-ci ıl tarixdə 26856 nömrə ilə uçota (qeydiyyata) alınmışdır. O, səhhətinin pisləşməsi ilə əlaqədar ona verilmiş həmin bağı abadlaşdırmağa, əkib-becərməyə imkan tapmamış və 28 mart 2009-cu il tarixdə vəfat etmişdir. Vəfat edənədək göstərilən bağ sahəsi onun mülkiyyətində, yəni istifadə və sahibliyində olmuşdur. Əri vəfat etdikdən sonra iddiaçı onun qanun üzrə vərəsəsi olduğuna görə həmin bağ sahəsinin öz adına özəlləşdirilməsi, həmin bağ sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarə müraciətlə əlaqədar onun göstərdiyi bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəsi il ə uyğunluqsuz təşkil etdiyini, göstərilən sahəyə başqa şəxsin müraciəti olduğunu, həmçinin torpaq sahəsinin yol tikintisi ilə əlaqədar azalaraq 1.043,83 kv.m. deyil 745 kv.m. olduğunu göstərərək 15 aprel 2020-ci il tarixli məktubla «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmişdir. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin müraciətə imtinasından narazı olduğuna görə İqtisadiyyat Nazirliyinə şikayət etmişdir. Həmin Nazirlik ona yenidən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmasını tövsiyə etmiş və iddiaçı yenidən adıçəkilən İdarəyə eyni məzmunlu müraciət etmişdir. Lakin eyni cavabı, yəni “imtinanı ” almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin göstərilən 2-ci 9 sentyabr 2020-ci il tarixli “imtina” cavabı ona rəsmi olaraq yazılı surətdə 1 oktyabr 2020-ci il tarixdə təqdim edilmişdir. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı ilin iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Bundan başqa həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci ilin mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kol lektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə 3 mart 2020ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, qeyd olunan ərazinin 321 nömrəsi ilə başlayan bağlara aidiyyəti yoxdur. Həmçinin göstərilən sahəyə X10 müraciəti mövcuddur. Bundan əlavə, torpaq sahəsinin plan və ölçüsündə torpaq sahəsi 1.043,83 kv.m göstərilsə də, faktiki olaraq yol tikintisi ilə əlaqədar torpaq sahəsi azaldılaraq 745 kv.m olmuşdur. Bu səbəblərdən də ərizənin icrası mümkün olmamış və bununla bağlı iddiaçıya 15 aprel 2020-ci il tarixli **********03 saylı cavab mək tubu ünvanlanmışdır.
7. Bakı İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(112)-447/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Görədil ərazisində yerləşən 745 kv.m ölçülü 321g saylı bağ sahəsinə İddiaçı mərhum əri X3 mülkiyyət hüququnun mövcud olması barədə arayışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Görədil ərazisində yerləşən 321g saylı bağ sahəsinin hazırkı İddiaçı mərhum əri X3 istifadəsinə verilməsi barədə sonuncu ilə Bakı ŞİH X4 və İstismarı Birliyi arasında bağlanmış 14 iyun 2006-cı il tarixli 33827 nömrəli müqavilə həmin bağ sahəsinin adıçəkilən şəxsin (mərhum S.F.Qasımovun) qanuni istifadəsində olmasını təsdiqləyən əqddir. Sözügedən bağ sahəsinə dair həmin müqavilə ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə həmin sənəddə göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, mötəbər sübut kimi qiymətləndirilir. Odur ki, hazırkı iddiaçının mərhum əri X7 həmin bağın qanuni istifadəçisi olmuş və onun yerləşdiyi torpaq sahəsinə «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9, 25-ci maddələrinə əsasən mülkiyyət hüququ əldə etmişdir. Üçüncü şəxsin hüquqmüəyyənedici sənədlərinə əsasən ona məxsus bağ sahəsinin nömrəsi 323 “b”dir, yəni fərqlidir. Nəzərə alınmalıdır ki, iddia edilən həmin torpaq sahəsinə dair iddiaçının mərhum ərinin adına keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının mərhum ərinə məxsus olan torpaq sahəsinin koordinatları və yeri ilə bağlı xüsusatlar artıq səlahiyyətli orqan tərəfindən dəqiq müəyyən edilmişdir. İddia edilən torpaq sahəsinin ölçüsünə gəldikdə isə, iddiaçının hazırkı tələbi müvafiq torpaq sahəsinin faktiki ölçüsü ilə eynidir, yəni 745 kv.m-dir. Deməli, hüquqmüəyyənedici sənəd üzrə ayrılmış 1.200 kv.m torpaq sahəsinin qalan hissəsi mübahisəli deyil. Bağların bölgüsü ilə bağlı sxematik xəritə ilə uyğunsuzluq, yəni bağ sahəsinin başqa bağ sahəsinin ərazisinə uyğun gəlməsi iddiaçının iradəsindən asılı olan hal deyil və bu uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasib ətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndi və Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3-cü bəndinə (3.0.29) görə birbaşa inzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətindədir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2-1(103)-498/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 14 iyun 2022ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində işin halları, imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, idarənin mütəxəssisi tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, iddiaçı tərəfindən göstərilən sahənin 321 nömrəsi ilə başlay an bağlara aidiyyəti yoxdur və sxematik xəritədə iddiaçı tərəfindən göstərilən sahədə bağ nömrəsi qeyd edilməmişdir. Bu səbəbdən göstərilən sahədə hər hansı bağ nömrəsinin ayrılıbayrılmamasına barədə elektron kadastr bazasında məlumat aşkar edilməmişdir. Həmçinin, göstərilən sahə X10 323b saylı bağ sahəsi kimi iddia etdiyi torpaq sahəsinin bir hissəsidir. Belə ki, hazırda X10 “çıxarışın verilməsi” tələbi ilə bağlı 2- 1(112)394/2023 saylı inzibati iş Bakı İnzibati Məhkəməsinin icraatındadır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən apellyasiya şikayətində qeyd olunan tam araşdırılmamış, torpaq sahəsinin sənəd üzrə sahəsi və faktiki istifadəçisi müəyyən edilməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməmə sini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;...
16. İnzibati Prosessual Məcəllə: Maddə
91. Müb ahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxs in tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələblər i göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahi sə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
21. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, apellyasiya məhkəməsi bağ sahəsinə mülkiyyət hüquqlarının ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanından arayışın verilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələ də işə baxan məhkəmə tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri tə krarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
22. Bakı şəhəri, Binəqədi rayonu, Görədil ərazisində yerləşən 321g saylı bağ sahəsinin mərhum X3 istifadəsinə verilməsi barədə sonuncu ilə Bakı ŞİH X4 və İstismarı Birliyi arasında 14 iyun 2006-cı il tarixli 33827 nömrəli müqavilə bağlınmış, X7 həmin bağın qanuni istifadəçisi olmuş və onun yerləşdiyi torpaq sahəsinə «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9, 25-ci maddələrinə əsasən mülkiyyət hüququ əldə etmişdir.
23. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarına görə. üçüncü şəxsin hüquqmüəyyənedici sənədlərinə əsasən ona məxsus bağ sahəsinin nömrəsi 323“b”dir, yəni fərqlidir. Nəzərə alınmalıdır ki, iddia edilən həmin torpaq sahəsinə dair iddiaçının mərhum ərinin adına keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının mərhum ərinə məxsus olan torpaq sahəsinin koordinatları və yeri ilə bağlı xüsusatlar artıq səlahiyyətli orqan tərəfindən dəqiq müəyyən edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2-1(103)-498/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.