Məhkəmə qərarları › İş №2-1(102)-2008/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2008/2020

27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2008/2020 27.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sabiq prokurorluq işçisinə təyin edilmiş əmək pensiyasının sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması; AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarının tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili X1, Cavabdehin vəkili X3 iştirakları ilə, İddiaç ı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-425/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh orqana müraciət edərək prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətini və hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilməsinə dair ödənişlər də nəzərə alınma qla ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını xahiş etmişdir.

2. Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli **********4 nömrəli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtinanın əsası kimi qeyd olunmuşdur ki, prokurorluq orqanlarının pensiyaya çıxmış işçilərinə yalnız pulsuz dövlət tibb xidməti göstərilməsi nəzərə tutulub. İddiaçının tələb etdiyi müavinətin və vəzifə maaşına əlavənin verilməsi isə prokurorluq orqanlarında xidmətdə olan əməkdaşlar üçün nəzərdə tutulur. Odur ki, həmin müavinətin iddiaçıya ödənilməsi qanunvericilik baxımından mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki birinci icraat

3. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, prokurorluq orqanlarında 25 illik qulluq keçmiş şəxs kimi ona təyin edilmiş pensiyasını “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” AR Qanununun 20.8, 20.9 və 21.4cü maddələri ilə nəzərdə tutulmuş prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətini və hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilməsinə dair ödənişləri də nəzərə almaqla, yenidən hesablayıb təyinat aparılan ilk gündən yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddianın əsaslarına görə, iddiaçı uzun müddət prokurorluq orqanlarında işləmiş, ona prokurorluq işçisi kimi pensiya təyin olunmuşdur. Lakin, pensiya hesablanan zaman qüvvədə olan qanunvericilik normaları ilə təsdiq olunmuş əlavələr nəzərə alınmamışdır.

5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi əlavələri o, almamışdır. Bu əsasdan həmin əlavələrin onun pensiyasının hesablanması zamanı nəzərə alınması mümkün deyildir 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)4298/2019 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, iddiaçıya pensiyasının təyin edilməsi zamanı «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylı q əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətini və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımı nəzərə almaqla pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

7. Məhkəmə hesab etmişdir ki, iddiaçı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən nəzərdə tutulmuş mükafat və maddi yardımları almasa da, həmin normalar iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığından ona münasibətdə də tətbiq olunmalıdır. “Əmək pensiyaları haqqında” Qanununa əsasən pensiyanın ödənilməmiş hissəsinin birdəfəlik şəkildə ödənilməsi müddəası mövcud olmadığına görə isə iddia tələbi “yaranmış fərqin birdəfəlik olaraq ödənilm əsi hissəsində” rədd olunmalıdır.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b). Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-1(103)-425/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-4298/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia təmin olunmamışdır.

10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının pensiya məbləğinə qulluq stajına görə əlavələr hesablanarkən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” AR Qanununun qüvvəyə mindiyi xx.xx.2001-ci il tarixdən başlayaraq prokurorluq işçilərinin aldıqları əmək haqqı na daxil olan bütün növ ödənişlər nəzərə alınmalıdır. Odur ki, məhkəmə kollegiyasının gəldiyi nəticəyə görə, sözügedən əlavələrin verilməsi yalnız 2001-ci ilin iyul ayından qanunla təsbit edildiyindən, iddiaçının seçiminə əsasən pensiyasının təyin edildiyi 1993-1998-ci illəri əhatə edən ardıcıl gələn 60 ay ərzində həmin əlavələr nəzərə alınaraq pensiyanın yenidən hesablanması tələbinə dair iddia təmin edilə bilməz.

11. Məhkəmə qərarını iddiaçı xx xxxx 2020-ci il tarixdə almışdır.

12. İddiaçı həmin qərardan xx xxxxxx 2020-ci il tarixdə kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Şikayətdə, həmçinin göstərilir ki, Əmək Məcəlləsinin 154, 157-ci maddələrinin, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 21.1-ci maddəsinin tələblərinə, habelə Nazirlər Kabinetinin 126 saylı qərarına əsasən əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, maddi yardımlar orta əmək haqqının hesablanmasında nəzərə alınır. Müalicə xərcləri pensiyaçıya deyil, işləyən prokurorluq əməkdaşına verilir deyə, həm də pensiyaçı seçdiyi illər üzrə bu ödənişləri almayıb deyə, orta aylıq əmək haqqına daxil edilə bilməməsi barədə cavabdehin dəlilləri əsassızdır. Belə ki, iddia tələbində müalicə xərcinin pensiyada olduğu dövrə şamil edilməklə hesablan masını deyil, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.9-cu maddəsinə əsasən bu qanunun qüvvəyə mindiyi xx xxxx 2001-ci il tarixindən bu günə kimi də əməkdaşlara verildiyini göstərməklə, ilk gündən iddiaçıya da pensiya təyinatı aparılarkən hesablanmalı olduğunu iddia tələbində qeyd etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi göstərilənləri nəzərə almadan iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

16. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayə tinin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2020ci il tarixli ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair ” qərarına görə: - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğ v edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya sı məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2020-ci il tarixli qərarında bu məsələ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə uyğun həll edilməlidir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu “Əmək p ensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun.

25. Beləliklə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə, artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikd ən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir.

26. Göründüyü kimi Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı mövqeyi qətidir və şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımların nəzərə alınmasını istisna edir.

27. İddiaçının vaxtilə almadığı “hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətini və hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilməsinə dair ödənişlərin” pensiya hesablanmasında nəzərə alınması Konstitusiya Məhkəməsi Plenumunun qərarında şərh edilən qanun normalarının tələbləri ilə uzlaşmadığından iddia tələbinin və kassasiya şikayətinin dəlilləri əsaslı hesab edilə, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə səbəb ola bilməz.

28. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 21(103)-425/2020 nömrəli qərarı dəyişdirilməd ən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov X.S.Məmmədov K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar