Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2008/2021 27.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (57 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyina t İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1078/2021 nömrəli iş üzrə 25.06.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 27.10.2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı 1978-1997-ci illərdə işlədiyi illərin güzəştli iş stajına daxil edilməsi və ona güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birin ci instansiya məhkəməsi) müraciət etmişdir.
2. Daha sonra iddiaçı ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir.
3. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, əmək fəaliyyətinə 1978-ci ildə başlamışdır. 13.09.1978-ci ildə “Salyanneft” NQÇİ-nin Təmir Tikinti Sahəsinə 1-ci dərəcəli fəhlə qəbul olunmuş və uzun illər neft sənayesi sahəsində müxtəlif vəzifələrdə işləmişdir. Belə ki, 1978-1984-cü illərdə həmin təşkilatda müxtəlif dərəcəli fəhlə işləmişdir. 1986-cı ildə SSRİ Energetika Nazirliyinin Əli-Bayramlı şəhərindəki istilik elektrik stansiyasında işə qəbul olunmuş və 1997-ci ilə kimi orada işləmişdir. 1997-ci ildə Köçürmə yolu ilə Təmir Mexanikləşdirmə sexinə çilingər peşəsinə qəbul olunmuşdur. 1998-ci ildə Sumqayıt Mexaniki Yığma və Boruəymə sahəsinə işini dəyişmiş və 1999-cu ilə kimi orada işləmişdir. 2002-ci ildə "xxxx" ASC-nin nəzdindəki MMC-yə 6-cı dərəcəli fəhlə işinə qəbul olunmuşdur. Sonrakı illərdə həmin İdarənin adının dəyişməsinə baxmayaraq, eyni idarənin tərkibində müxtəlif dərəcəli fəhlə peşələrində işləmişdir. 2008-ci ildə "xxxx" MMC-yə iş yeri dəyişilib və sonradan həmin İdarə "xxxx" ASC kimi fəaliyyət göstərmişdir. İdarənin adının və ünvanının dəyişilməsinə baxmayaraq o, bütün müddət ərzində həmin İdarədə işləməkdə davam etmişdir. Hal-hazırda da, yəni 03.06.2019-cu il tarixdən hazırkı vaxta kimi "xxxx" MMC-nin Quraşdırma və Sazlama İdarəsində çilingər vəzifəsində işləyir. O, "xxxx" A SC-yə müraciət etmiş və ona 10.01.2019-cu il tarixli, 01-zp/18 saylı məktubla güzəştli arayış təqdim etmişlər. Həmin arayışda 1978-1997-ci illərdə işlədiyi illərə dair zəruri olan arayışın ona verilməsi mümkün olmamışdır. Belə ki, aidiyyəti təşkilatlar bildirmişlər ki, guya həmin təşkilatlar ləğv olunduğundan və hüququ fəaliyyətlərinə xitam verildiyindən arayışların verilməsi mümkün deyildir. O, isə faktiki olaraq 1978-c ildən 1997ci ilə kimi həmin təşkilatlarda işləmiş və bu barədə onun əmək kitabçasında qeydiyyat vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
4. Birinci instansiya məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 2-1(81)4250/2019 nömrəli (sədrlik edən hakim Aygün Abdullayeva) qərarı ilə iddianın təmin edilməsi, iddiaçıya 57 yaşdan, yəni 20.12.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, Azərbaycan Respublikası Konstitusiyasının 38, 60-cı maddələrinə, "Hərbi qulluqçuların pensiya təminatı haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 mart 2014-cü il tarixli qərarına istinad edərək, iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edi lməlidir.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 27.11.2019-cu il tarixli, 2-1(81)-4250/2019 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiya məhkəməsi) 11.06.2020-ci il tarixli 2-1(103)-956/2020 nömrəli (hakimlər Ülvi Mayılov - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Xəyalə Cəmilova) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 27.11.2019-cu il tarixli, 2-1(81)-4250/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi hə min nəticəyə gələrkən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1, 9.8-ci maddələrinə, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə istinad edərək, hesab edtmişdir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə tərəflər arasında mübahisəyə dair düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qərar qanunun normalarına uyğun əsaslandırılmışdır və apellyasiya şikayətinin dəlilləri həmin qərarın ləğvi üçün əsas verə bilməz.
9. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apelyasiya instansiya məhkəməsinin 11.06.2020-ci il tarixli 2-1(103)-956/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat
10. Ali Məhkə məsinin İnzibati Kollegiyasının 06.10.2020-ci il tarixli 21(102)-1812/2020 nömrəli (hakimlər İlqar Hüseynov - sədrlik edən və məruzəçi, Nigar Rəsulbəyova, Kəmaləddin Bədəlov) qərarı ilə apelyasiya instansiyası məhkəməsinin 11 iyun 2020-ci il tarixli, 2-1(103)-956/2020 nömrəli qərarın ləğv edilməsi, işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi gərara alınmışdır.
11. Kassasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən “Əmək pensiyaları haqqında” Qanunun 5.3-cü maddəsinə,. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6cı bəndinə istinad etmişdir. apellyas iya instansiyası məhkəməsindəki icraat
12. Apellyasiya instansiyası məhkəməsinin 25.06.2021-ci il tarixli 21(103)-1078/2021 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Aidə Hüseyn və Səadət Bəktaşi) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, 2-1(81)4250/2019 nömrəli qərarı “İddiaçı 57 yaşdan, yəni 20.12.2017-ci il tarixdən,” sözlərindən sonra “02.06.1986-29.08.1986-cı, 04.05.1987-30.09.1992-ci və 01.10.1992- 01.04.1997-ci işlədiyi illər güzəştli iş stajına daxil edilərək” sözləri əlavə edilərək dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, 01.01.2006-cı il ta rixədək iddiaçının topladığı güzəştli (zərərli) iş stajı 12 il 6 aydan azdır. Ali Məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Lakin, göründüyü kimi, iddiaçı güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını təsdiq edəcək güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışmasını təsdiq edən arayışları təqdim etməmişdir. İddia ərizəsinə qoşma hissəsində qeyd edildiyi kimi “güzəştli staj barədə arayış” yox, “arxiv aray ışı” əlavə edilmişdir. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur.
14. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin 25.06.2021-ci il tarixli, 2-1(103)1078/2021 nömrəli qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kassasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kassas iya şikayətinin təmin edilməsini, iş üzrə apellyasiya instansiyası məhkəməsinin 25.06.2021-ci il tarixli qərarının ləğv edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
16. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kassasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin 25.06.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kassasiya şikayətinin təmin edilməməsini, iş üzrə apellyasiya instansiyası məhkəməsinin 25.06.2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Konstitusiyası Maddə 38 Bənd
1. Hər kəsin sosial təminat hüququ vardır. Bənd
3. Hər kəs qanunla müəyyən e dilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 71 hissə
2. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
18. Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanun Maddə 1.0.2 Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əv vəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli xüsusi ağır olan işlə rdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” ilə iddiaçının vaxtilə işləmiş olduğu vəzifələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələr olaraq müəyyən edilmişdir.
20. İnzibati Prosessual Məcəllə: Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi
23. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 25.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
24. Belə ki, Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır o lan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
25. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
26. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. 27. 01.08.1997-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifəl ərin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa.
28. Həmin Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 6 ay artırılır.
29. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün onun 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının və 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması vacibdir.
30. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, 01.01.2006-cı il ta rixədək iddiaçının topladığı güzəştli (zərərli) iş stajı 12 il 6 aydan azdır. İddiaçı güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını təsdiq edəcək güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışmasını təsdiq edən arayışları təqdim etməmişdir. İddia ərizəsinə qoşma hissəsində qeyd edildiyi kimi “güzəştli staj barədə arayış” yox, “arxiv arayışı” əlavə edilmişdir. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur.
31. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətindəki dəlilləri əsassızdır.
32. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı adına tərtib olunmuş İT seriyalı, ******* saylı «Əmək Kitabçası»nın notariat qaydada təsdiq olunmuş surətindən və «Sığortaolunanın ümumi iş ( sığorta stajı) barədə Məlumat»dan müəyyən edilir ki, iddiaçı 13.09.1978-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 18.05.1979-cu ildən 07.06.1981-ci ilədək Sovet ordu sıralarında qulluq etmiş, 10.07.1981-ci il hal-hazıradək müxtəlif vəzifələrdə işləmişdir. Həmin müddətin 1986-cı il tarixdən 1997-ci il tarixədək olan müddətini SSRİ Energetika Nazirliyinin Əli-Bayramlı şəhərindəki istilik elektrik stansiyasında «qazanxana avadanlığının təmiri çilingəri» vəzifəsində işləmiş, sonradan köçürmə yolu ilə iddiaçı 01.04.1997-ci ildən "xxxx" Dövlət Şirkətinin Qazan və Turbin Avadanlıqlarının Təmiri üzrə Əli-Bayramlı Təmir Mexanikləşdirmə sahəsində çilingər peşəsinə qəbul edilib və 28.11.2008-ci ilədək həmin vəzifədə çalışmış, 01.10.2009-cu ildən 29.12.2012-ci ilədək və 02.03.2015-ci ildən hal-hazı rki dövrədək "xxxx" ASC-nin Energetik Avadanlıqlarının Təmiri İdarəsinin və Mexaniki Avadanlıqların Quraşdırılması və Təmiri İdarəsinin Şirvan sahəsinin Mexaniki Emal və Təmir sexində Çilingər işləmişdir. 01 yanvar 2006-cı il tarixə kimi ümumi iş stajı 25 ildən çox olmuşdur.
33. İş materiallarında olan, NZ seriyalı ******* saylı «Hərbi Bilet»in notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 18.05.1979-cu ildən 07.06.1981-ci ilədək Sovet ordu sıralarında qulluq etmişdir.
34. İş materiallarında olan, "xxxx" ASC tərəfindən verilmiş 01-7P/18 nömrəli, 10.01.2019-cu il tarixli «Güzəştli Arayış»dan görünür ki, iddiaçı 01.04.1997-ci ildən 28.11.2008-ci ilədək "xxxx" Dövlət Şirkətinin Qazan və Turbin Avadanlıqlarının Təmiri üzrə Əli-Bayramlı Təmir Mexanikləşdirmə sahəsində çilingər, 01.10.2009-cu ildən 29.12.2012-ci ilədək və 02.03.2015-ci ildən hal-hazırki dövrədək "xxxx" ASC-nin Energetik Avadanlıqlarının Təmiri İdarəsinin və Mexaniki Avadanlıqların Quraşdırılması və Təmiri İdarəsinin Şirvan sahəsinin Mexaniki Emal və Təmir sexində Çilingər işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 № qərarının 24-cü fəslinə əsasən bilavasitə zərərli sahə hesab edilir. Güzəştli pensiya stajı 18 il, 09 ay, 02 gün təşkil edir.
35. İş materiallarından göründüyü kimi iddiaçı ərizə ilə 19.07.2019-cu il tarixdə cavabdeh inzibati orqana müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, cavabdeh tərəfindən iddiaçıya onun müraciətinin təmin olunmaması barədə 06 avqust 2019-cu il tarixli, **********0 nömrəli imtina məktubu ünvanlanmış və imtinaya səbəb kimi iddiaçının 01.01.2006-cı il tarixə kimi 12 il 6 aydan az güzəştli stajının olması qeyd olunmuşdur.
36. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi iş stajı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarının 2 nömrəli siyahısı üzrə, kod 2140000a-18455) olmuşdur.
37. Belə ki, işə əlavə olunmuş arayışdan görünür ki, iddiaçının 01.01.2002-ci il tarixinə güzəştli staji 12 il 6 aydan çox olmuşdur.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli xüsusi ağır olan işlərd ə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” ilə iddiaçının vaxtilə işləmiş olduğu vəzifələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələr olaraq müəyyən edilmişdir.
39. Bu baxımdan da Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 06 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyası hüququ yaranmışdır.
40. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 25.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25.06.2021-ci il tarixli, 2 1(103)-1078/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.