Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2008/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 29.11.2022 Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1955, FİN:xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının 2-1(103)-738/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxxx 1955-ci il tarixdə anadan olmuş, 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1976-cı ildə orada “Sənayenin planlaşdırılması” ixtisası üzrə tam kursu bitirmiş, 14 noyabr 1976-cı ildən 30 noyabr 1977-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur.
2. Əmək kitabçasının məlumatlarına əsasən, iddiaçı xx.xx.1976-cı ildən xx.xx.1976cı ilədək və xx.xx.1978-ci ildən xx.xx.1983-cü ilədək Azərbaycan SSR Səhiyyə Nazirliyi Virusologiya, Mikrobiologiya və Gigiyena Respublika Elmi Araşdırma İnstitutunda iqtisadçı, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək 1 nömrəli Bakı Avtomobil texniki xidməti stansiyasında mağazanın satıcısı, xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək mağazanın müdiri, xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək 2 nömrəli Bakı avtomobil texniki xidməti stansiyasında çilingər, xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilə qədər həmin idarədə yükləyicisifariş qəbul edən, xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilədək 1 nömrəli Bakı Avtomobil texniki xidməti stansiyasında mağazanın satıcısı, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər Bakı Avtomobil ehtiyat hissələri mağazasında satıcı, xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilədək “Azəri” kooperativində, xx.xx.1989-cu ildən xx.xx.1992-ci ilə qədər “Dostluq” kooperativində iqtisadçı, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə qədər “Bameko” kiçik müəssisəsində menecer vəzifəsində işləmi şdir.
3. İddiaçı 2017-ci ildə fərdi sahibkar X2 (VÖEN: **********) tərəfindən işə götürülmüşdür.
4. İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması tələbi ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən verilmiş 25 may 2021-ci il tarixli **********5 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, X1 X3 Sistemində 01 yanvar 2020-ci il tarixindən fərdi hesabın sığorta hissəsində qeydə alınmış 58,05 manat kapitalı tələb olunan pensiya kapitalından (28800 manat) azdır. Qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliklə mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 65 yaşının tamam olduğu 12 mart 2020-ci il tarix dən yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 38-ci, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7, 22-1-ci maddələrinə istinad edərək cavabdehin imtinasını əsassız və qanunsuz hesab etmişdir.
7. Cavabdeh iddia tələbinə dair etirazında qeyd etmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Belə ki, işin faktiki hallarına görə iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən 25 illik sosial sığorta stajı mövcud deyildir. Həmçinin tələb olunan 28.800 manat pensiya kapitalına qarşı vətəndaşın X1 X3 Sistemində xx.xx.2020-ci il tarixindən fərdi hesabın sığorta hissəsində q eydə alınmış 58,05 manat məbləğində pensiya kapitalı mövcuddur. Bu səbəbdən də vətəndaşa pensiya təyin olunması qanunvericiliyə ziddir.
8. Bundan əlavə, vətəndaş fərdi sahibkar X2 tərəfindən 2017-ci ildə onun xeyrinə məcburi dövlət sosial sığorta haqqının ödənildiyini ərizəsində iddia edir. Bu iddianın araşdırılması üçün İdarə tərəfindən Fondun Fərdi uçota nəzarət və sosial sığorta departamentinə xx.xx.2021-ci il tarixli, **********8 nömrəli sorğu verilmişdir. Departamentin xx.xx.2021-ci il tarixli **********8 nömrəli cavab məktubunda fərdi sahibkar X2 tərəfindən 2017-ci ilin İ, İİİ-İV rübləri üzrə məcburi dövlət sosial sığortası üzrə hesabatlar təqdim edilməmişdir. Məktubun qoşmasından aşkardır ki, İddiaçı fərdi hesabında 30 manat məbləğində məcburi dövlət sosial haqları hesablansa da, 2017-ci il tarixində ödəniş həyata keçirilməmişdir. Həmin dövr üzrə ödəniş yalnız 2020-ci il tarixində həyata keçirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 22-1-ci maddəsinin məzmununda qeyd edildiyi kimi vətəndaşa avtomatlaşdırılmış qaydada o zaman pensiya təyin edilir ki, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qədər qeydə alınmış pensiya kapitalı mövcud olsun. Vətəndaşın xeyrinə məcburi dövlət sosial sığorta haqqı 2020-ci il tarixində ödənildiyi üçün və fərdi hesabında həmin andan qeydə alındığı üçün maddədə vətəndaşın qeyd edilən güzəştdən istifadə hüququ yaranmır. Cavabdeh inzibati orqan qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmamasını xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7839/2021 nömrəli, 26 okt yabr 2021-ci il tarixli qərarı ilə (hakim N.İ.Abıyev) iddia tələbi təmin edilmiş, iddiaçıya 65 yaşının tamam olduğu 12 mart 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Qeyd olunanlara əsasən, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə çatdığından və xx. xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı mövcud olduğundan, sonuncuya cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə müvafiq olaraq avtomatlaşdırılmış qaydada əmək pensiyasının təyin edilməsi təmin olunmalıdır.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-738/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər S.İ.Bəktaşi/sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və V.Ə.Baxışova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7839/2021 nömrəli, 26 oktyabr 2021-ci il tarixli qərarı dəyişdir ilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. İş üzrə iddiaçı tərəfindən 2020-ci il tarixdə məcburi dövlət sosial sığorta haqları ödəməsi ona pensiya təyin olunması üçün əsas verə bilməz. Bu özlüyündə “qazanılmış hüquq” konsepsiyasının tələblərinə ziddir.
16. Belə ki, istifadəsində əkinə yararlı torpaq sahələri olan və xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək məcburi dövlət sosial sığortası üzrə hesabatlar təqdim etməyən vətəndaşlar hal-hazırda hər hansı bi r məbləğdə ödəniş etməklə pensiya hüququnu əldə etməsi istər qanunvericilik, istərsə də ədalət və bərabərlik baxımından mümkün deyildir. 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1.1-ci maddəsindən aydın şəkildə görünür ki, fərdi hesabının sığorta hissəsində qeyd olunan pensiya kapitalı 2006-cı il yanvarın 1-dən 2018-ci ilin 1 iyul tarixinədək ödənilmiş olmalıdır.
18. Hal-hazırda isə iddiaçının fərdi hesabının sığorta hissəsində qeyd olunan pensiya kapitalı 2020-ci il tarixdə ödənilmişdir. Belə olan təqdirdə isə iddiaçıya Qanunun 22-1-ci maddəsinə əsasən pensiya təyinatı aparmaq mümkün deyildir.
19. Eyni zamanda, maddənin məzmununda qeyd edildiyi kimi, vətəndaşa avtomatlaşdırılmış qaydada o zaman pensiya təyin edilir ki, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qədər qeydə alınmış pensiya kapitalı mövcud olsun. Vətəndaşın xeyrinə məcburi dövlət sosial sığorta haqqı 2020-ci il tarixində ödənildiyi üçün və fərdi hesabında həmin andan qeydə alındığı üçün maddədə vətəndaşın qeyd edilən güzəştdən istifadə hüququ yaranmır.
20. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur.
21. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səm ərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı).
22. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir.
23. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə ol an subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) ya şa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sığortaol unanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır;... 22-1.4. Bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: 22-1.4.1. 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; 22-1.4.2. 2019-cu il yanvarın 1-dən sonra ə mək pensiyası təyin edilmiş şəxslərə 2019-cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı; 22-1.4.3. bu Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı; 22-1.4.4. bu Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı. 22-1.5. 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir.
26. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə müb ahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya i nstansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsa slılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhk əməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin məzmununu təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
33. B ununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
34. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə (65 yaş) 12 mart 2020-ci il tarixdə çatmışdır.
35. Qanunvericiliyin tələblərinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla hesablanır.
36. Cavabdeh orqan kassasiya şikayətində qeyd etmişdir ki, vətəndaş fərdi sahibkar X2 tərəfindən 2017-ci ildə onun xeyrinə məcburi dövlət sosial sığorta haqqının ödənildiyini ərizəsində iddia edir. Bu iddianın araşdırılması üçün tərəflərindən Fondun Fərdi uçota nəzarət və sosial sığorta departamentinə xx.xx.2021-ci il tarixli, **********8 nömrəli sorğu verilmiş, Departamentin xx.xx.2021 tarixli **********0 nömrəli cavab məktubunda fərdi sahibkar X2 tərəfindən 2017-ci ilin İ, lll-İV rübləri üzrə məcburi dövlət sosial sığortası üzrə hesabatlar təqdim edilmədiyi qeyd edilmişdir. Məktubun qoşmasından aşkardır ki, İddiaçı fərdi hesabında 30 manat məbləğində məcburi dövlət sosial sığorta haqları hesablansa da, 2017-ci il tarixində ödəniş həyata keçirilməmişdir. Həmin dövr üzrə ödəniş yalnız 2020ci il tarixində həyata keçirilmişdir.
37. Məhkəmə kollegiyası cavabdehin həmin dəlillərini apellyasiya instan siyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, iş üzrə müəyyən olunur ki, məcburi dövlət sosial sığorta haqları üzrə 2017-ci ilin birinci rübünə iddiaçıya münasibətdə hesablama həyata keçirilmiş, lakin həmin sığorta haqları işəgötürən tərəfindən 2020-ci ildə ödənilmişdir. İş materiallarında olan həmin ödəniş qəbzi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, işəgötürən tərəfindən aparılmış ödənişin təyinatı məhz 2017-ci ilin birinci rübünə aiddir.
38. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətlən dirməsi ilə razılaşır.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-738/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.