Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2009/2020 13.10.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili X2, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyin at İdarəsinə qarşı “pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)1441/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1962-ci ildə doğulmuş, xx.xx.1980-xx.xx.1982-ci illərdə həqiqi hərbi xidmət keçmiş, 1985-1988-ci illərdə Sumqayıt Kimya-texnologiya Texnikumunda “X1” ixtisası üzrə təhsil almışdır və xx.xx.1982-ci ildən əmək fəaliyyəti ilə məşğuldur.
2. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2020-ci il tarixli, **********4 nömrəli məktubla iddiaçıya güzəştli şərtlərlə əmək pe nsiyası təyin etməkdən imtina etmiş və imtinanı belə əsaslandırmışdır ki, iddiaçının xx.xx.1982-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində “X1” müəssisəsində Turbin Avadanlıqlarının Təmiri və Sazlaması sexində işlədiyi təmirçi çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun güzəştli şərtlərlə əmək pensiyasının 57 yaşdan təyin olunmaqla 2019-c u il martın 20-dən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsini belə əsaslandırmışdır ki, işlədiyi sahə və peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır və iddiaçının güzəştli şərtlərlə ümumi pensiya stajı 29 ildən artıqdır.
5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3761/2020 nömrəli qərarına əsasən (hakim-N.İ.Abıyev) iddianın təmin edilməsi, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməklə, pensiyanın 2019-cu ilin mart ayının 20-dən hesablanması öh dəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etmişir.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xx.xx.2006-cı ilə qədər 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq, yəni 23 il, 29 gün güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapır. Belə olan halda, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci maddələrinə müvafiq olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır.
7. Cavabdeh qərardan apelyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3761/2020 nömrəli qərarının ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apelyasiya Məhkəməsinin İnziba ti Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1441/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – V.M.Ağayev, hakimlər – A.B.Nuriyeva və A.Ə.Hüseyn) cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3761/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
9. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının xx.xx.2006-cı ilə qədər 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq, yəni 23 il, 29 gün güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapır. Belə olan halda, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci maddələrinə müvafiq olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır.
10. Məhkəmə qərarı tər əflərə göndərilsə də iş materiallarında tərəflərin qərarı nə vaxt almasını təsdiq edən sənəd yoxdur.
11. Cavabdeh həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)1441/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ c) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə iddiaçının 57 yaşı xx.xx.2019cu il tarixində, yəni xx.xx.2017-ci il tarixindən sonra tamam olduğundan, ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2006-cı il tarixinədək zəruri ümumi və güzəştli iş stajını toplamalı idi. İddiaçı isə müvafiq iş stajını qeyd olunan tarixədək toplamamışdır. Belə ki, iddiaçının təqdim etdiyi xx.xx.1981-ci il tarixli, ******* nömrəli əmək kitabçasında onun xx.xx.1982-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində “X1" müəssisəsində Turbin Avadanlıqlarının Təmiri və Sazlanması sexində təmirçi çilingər vəzifəsində işlədiyi qeyd edilmişdi ki, həmin sahə üzrə həmin vəzifə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi hüququ verən peşələr sırasında nəzərdə tutulmamışdır. Məhkəmə tərəfindən istinad olunmuş kod altındakı peşə ilə qeyd olunan peşə uyğunluq təşkil etmir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. e) Məhkəmə icr aatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X3 izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
17. Həmin Qanunun 9.1-ci maddəsin ə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 18. “Əmək pensiyaları haqqında” AR Qanunu qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsa sən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırınc ıiş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 19. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
20. Azərbaycan Respublikası Nazirlər Kabi netinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»na görə “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” fəsli kod 2140000, kod 2140000a-18455 ilə qeyd olunmuş qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri və “Ümumi peşələr” fəsli, kod 23200000; 23200000-11618 ilə qeyd olunmuş qazla kəsicilər iddiaçının işlədiyi vəzifələrlə uyğunluq təşkil edir.
21. Həmin Qanunun 24.4-cü madd əsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
23. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYA ŞİKAYƏTİN İN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişd irilməsi üçün əsas yoxdur.
27. Hazırkı qərarın 16-19-cu bəndlərində göstərilən normaların tələblərindən görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.
28. İşin apellyasiya instansiyası məhkəməsində müəyyən edilən hallarına görə iddiaçının xx.xx.2006-cı ilə qədər 25 ildən artıq ümumi iş stajı və 12 il 06 aydan artıq güzəştli iş stajı mövcuddur.
29. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının xx.xx.1982-xx.xx.1998-ci il tarixləri arasında işlədiyi təmirçi çilingər peşəsi müvafiq siyahı ilə uyğunluq təşkil etmir.
30. Bu dəlili əsas sız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda, eləcə də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır ki, bu hal da işə apelyasiya instansiyası məhkəməsində baxarkən müəyyən olunmuşdur.
31. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburet mə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
32. Göründüyü kimi, iddiaçının tələb edilən ümumi və güzəştli iş stajının mövcudluğu təsdiq olunduğundan iddia tələbi əsaslıdır və apelyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə qərar qəbul etmişdir.
33. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1441/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.