Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2009/2021 27.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi Şıxəli Baxşiyevin və vəkili Fəxrəddin Səfərovun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı statusunun və müvafiq veteran vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması t ələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1344/2021 nömrəli iş üzrə 13.07.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 27 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı statusunun və müvafiq veteran vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1986-cı ildən 1988-ci ilə kimi Sovet ordu sıralarında, 06.06.1992-ci ildən 31.08.N-cü ilədək N saylı h ərbi hissənin tərkibində Qarabağda gedən döyüşlərdə erməni işğalçılarına qarşı döyüşlərdə bilavasitə iştirak etmişdir. Bütün bunlar hüquq müəyyənedici sənəd olan hərbi biletində öz əksini tapmışdır. Xidmət müddəti ərzində dəfələrlə rəhbərlik tərəfindən layiqli xidmətinə görə mükafatlandırılmışdır. Lakin bu günə qədər dəfələrlə müraciətlərinə baxmayaraq o, müharibə veteranı statusu və müvafiq veteran vəsiqəsi ilə təmin olunmamışdır. Bununla əlaqədar sonuncu dəfə 31.05.2020-ci il tarixində Müdafiə Nazirliyi Aparatı yanında Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyasına ərizə ilə müraciət etsə də, cavabı 09.09.2020-ci il tarixdə əldə etmişdir. Onunla birlikdə döyüş bölgələrində iştirak etmiş şəxslər veteran adı və veteran vəsiqələri ilə təmin olunublar. Qeyd edilənlər i nəzərə alaraq veteran adının və vəsiqəsinin ona verilməsinə dair məsələnin həll edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Hesab edir ki, onun hüquqları kobud şəkildə pozulub və məhkəmə qaydasında həll olunmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
3. Birinci instansiya məhkəməsinin 12.01.2021-ci il tarixli, 2-1(112)1725/2021 nömrəli (sədrlik edən hakim Mehriban Qarayeva) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası “Veteranlar haqqında” Qanununun 3 və 7-ci maddələrinə, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 14.3, 58.7 və 68.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 21 6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnaməsinə istinad etməklə belə hesab etmişdir ki, iddiaçı hərbi hissədən qanuni əsaslarla tərxis edilməsini sübut edə bilməmişdir.
5. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 12.01.2021-ci il tarixli, 2-1(112)-1725/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin isə təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiya məhkəməsi) 13.07.2021-ci il tarixli, 2-1(103)-1344/2021 nömrəli (hakimlər Səadət Bəktaşi - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Aida Hüseyn) qərarı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, apelyasiya instansiyası məhkəməsinin 2-1(112)1725/2021 nömrəli 12.01.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası “Veteranlar haqqında” Qanununun 3 və 7-ci maddələrinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 12.1, 58.7, 68.2, 87.6 və 87.8-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında ”Əsasnaməsinə və Azərbaycan Respublikası Müdafiə Nazirinin 06.01.1998-ci il tarixli 4 n ömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatına istinadən belə hesab etmişdir ki, cavabdeh tərəfindən düzgün olaraq İddiaçı hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasını təsdiq edən müvafiq sənəd olmadığından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin məqsədəuyğun olmaması əsası ilə iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
8. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin 2-1(103)-1344/2021 sayl ı, 13.07.2021-ci il tarixli qətnaməsi qəbul edilərkən işə baxan məhkəmə kollegiyası görünür MPM-nin 420 maddəsinin tələblərini yanlış başa düşmüşdür. Əgər işə baxan məhkəmə kollegiyası həmin maddənin tələblərinə əməl etsə idi hazırkı iş üzrə qanuni qətnamə qəbul edərdi. Hörmətli məhkəmə kollegiyası işə baxan apelyasiya instansiyasının müvafiq kollegiyası heç bir əsaslı sübutlar göstərməmişdir. Apelyasiya instansiyası məhkəməsinin 13.07.2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 127 və 129-cu maddələrinin tələblərini də pozmuşdur.
9. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 13.07.2021-ci il tarixli, 2-1(103)-1344/2021 nömrəli qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barə də yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kassasiya şikayətinin təmin edilməsini, iş üzrə apellyasiya instansiyası məhkəməsinin 13.07.2021-ci il tarixli qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Ş.Baxşıyev kassasiya şikayətində qeyd edilənləri rə dd edərək öz çıxışında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin 13.07.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kassasiya şikayətinin təmin edilməməsini, iş üzrə apellyasiya instansiyası məhkəməsinin 13.07.2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili F.Səfərov da kassasiya şikayətində qeyd edilənləri rədd edərək kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 13.07.2021-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası “Veteranlar haqqında” Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şa mil edilmir
14. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir... Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında ”Əsasnamə”nin 1-ci maddəsinin tələblərinə əsasən, 1991-ci il oktyabrın 9-dan N-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya or qanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may N-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut ed ən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.
16. Həmin əsasnamənin 1-ci bəndinin 11-ci yarımbəndinə uyğun olaraq, “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi...tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir...”.
17. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar 1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı 4 bəndinə əsasən, 1991-ci il oktyabrın 9-dan N-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” ad ı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir.
18. İnzibati Prosessual Məcəllə:
19. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi ü çün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi
22. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 13.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
25. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətindəki dəlilləri əsassızdır.
26. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus HЗ seriyalı ******* saylı hərbi bilet ində qeyd edilmişdir ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı oğlunun 06.06.1992-ci ildən 31.08.Ncü ilədək N saylı hərbi hissənin tərkibində Qarabağda gedən döyüşlərdə iştirak etməsi barədə qeyd vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanaraq möhürlə təsdiq edilməmişdir.
27. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Q-8562 saylı 24.06.2020-ci il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx.xx.1968-ci ildə Azərbaycan Respublikası, Cəlilabad rayonunda anadan olmuş İddiaçı məhkumluğu yoxdur.
28. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı 21.08.2020-ci il 1/Q-11056 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı “Müharibə Veteranı ” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissıya”nın 12.08.2020-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin 13.07.2020-ci il tarixli 9/2-7577 nömrəli arayışına əsasən N saylı hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində xidməti barədə məlumat olmadığına görə iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir.
29. İşdə olan Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin iddiaçıya ünvanladığı 20.05.2020-ci il tarixli 9/2-5664 saylı məktubunda qeyd edilmişdir ki, N saylı hərbi hissə komandirinin avqust N-cü il tarixli ni zami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır. Qeyd edilir ki, N () №-li hərbi hissə komandirinin 1992-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.
30. İşdə olan Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin 13.07.2020-ci il tarixli 9/2-7577 saylı arxiv arayışında qeyd edilmişdir ki, N saylı hərbi hissə komandirinin aprel- dekabr 1993-cü il və yanvar-avqust N-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır.
31. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayıla bilməz. Hərbi xidmət keçmə dedikdə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılması nəzərdə tutulur. Şəxsin hərbi xidmət keçməsi hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılmasını özündə ehtiva edir.
32. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətini nəzərdən keçirərkən onun qanunla müəyyən edilmiş qaydada tərxis olunmasına əsas verən heç bir mötəbər sübuta istinad etmədiyini, şikayətini isə ümumi ifadələrlə əsaslandırmağa çalışdığını müəyyən etmişdir.
33. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 13.07.2021ci il tarixli qərarı dəyişdirilmədən qüvv ədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13.07.2021-ci il tarixli, 2-1(103)-1344/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.