Məhkəmə qərarları › İş №2-1(102)-2009/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2009/2022

15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2009/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (yaşa görə əmək pensiyası, məcburi sosial sığorta haqqı ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğundan ibarət tərkibdə, İddiaçı (xx xxx 1963-cü il təvəllüdlü, FİN:QQ0PXB) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1327/2022 saylı, 20 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1963-cü ildə anadan olmuş və 5 uşağını 8 yaşınadək tərbiyə etmiş anadır. O, xx.xx.1985-ci il tarixdə əmək fəaliyyətinə başlamiş, xx.xx.2003-cü il tarixə qədər əmək fəaliyyəti olmuş, xx.xx.2006-cı ildən sonrakı dövr üçün mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxs kimi məcburi dövlət sosial sığorta ha qqı ödənilmişdir.

2. İddiaçının əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajı 17 il 6 ay 17 gün təşkil edir. Həmçinin, X1 X4 Sistemindən əldə olunan məlumatlara görə fərdi hesabın sığorta hissəsində qeydə alınmış 12673.00 manat məbləğində pensiya kapitalı mövcuddur.

3. İddiaçıya xx.xx.2020-ci il tarixindən çoxuşaqlı qadın kimi yaşa görə müavinət təyin olunmuşdur.

4. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 13 iyul 2021-ci il tarixli, məktubla müraciətin təmin olunmasından imtina etmişdir.

5. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçının sığorta stajı 17 il 6 ay 17 gün olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda sığorta stajına uyğun pensiya kapitalı 12673,00 manat olmaqla qanunvericilikl ə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən ona yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a)birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı 31 avqust 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1985-ci ildə Xanlar Mər kəzi rayon Xəstəxanasının Köşkü kəndində yerləşən məntəqədə xadiməçi kimi əmək fəaliyyətinə başlayıb. 15 iyul 1989-cu ildə Köşkü KMM-nin kiçik tibb işçisi vəzifəsinə keçirilərək 03 aprel 2003-cü ilə kimi işləyərək öz ərizəsi ilə işdən azad edilib. 1984-cü ildə X2 ilə rəsmi nikah bağlayaraq bir təsərrüfatı idarə edib. Bu nikahdan 5 qız uşağı anadan olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 14 aprel 1995-ci il tarixli 313 saylı Fərmanı və Torpaq islahatına haqqında qanunun 9-cu maddəsinə əsasən, həmçinin Xanlar rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli 16 saylı qərarı ilə 2,70 ha torpaq sahəsi kənd təsərrüfatı məsullarının istehsalı üçün ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Bu halı Azərbaycan Respublikası Torpağın Mülkiyyət hüququna dair JN-122 kod 50803028 D övlət Aktı təsdiq edir. O və ailə üzvləri mülkiyyətlərinə verilmiş 2,70 ha torpaq sahəsində kənd təsərrüfatı məsullarının istehsalı ilə məşğul olaraq əmək fəaliyyətimi davam etdirib. Bununla bağlı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna Seriya Çil 205332 saylı mədaxil qəbzi ilə məcburi dövlət sosial sığorta haqqı ödəyib. Ümumilikdə 36 il əmək stajı mövcuddur. Cavabdeh onun kənd təsərrüfatı məsullarının istehsalı ilə işlədiyi dövrləri əmək stajına əlavə kimi hesablamayıb.

8. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim etmişdir. Etirazın dəlilləri ilə iddiaçının müraciətinə verilən imtinanın əsasları eynidir.

9. Bakı İnzibati Məhkəməsinin (hakim G.A.Sevdimalıyeva) 2-1(112)-9923/2021 nömrəli, 6 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı yaşa görə əmək p ensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ailə üzvləri ilə birlikdə (əri və beş uşağı) kənd təsərrüfatına yararlı torpaq sahəsinə malikdirlər. İddiaçının ərinin (X2) ailə başçısı kimi ailənin mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə 2008-ci ildə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqqı ödənişinin cavabdeh tərəfindən nəzərə alınmaması qanunun məqsədinə uyğun olmamaqla iddiaçının pensiya təminatı hüququnu pozmuşdur. Nəticədə cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hü quqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, qeyd edilən normaların təhlilinə əsasən, iddiaçının yaşa görə əmək pensiyası təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il kimi nəzərə alınmalıdır.

11. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1327/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: H.Ü.Həmidov-sədrlik edən, C.A.Yusifov və İ.S.Şirinov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 6 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən s axlanılmışdır.

13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a)Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan başqa cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci və 22.1.2-ci maddələrinə istinad edərək bildirmişdir ki, iddiaçıya avtomatlaşdırılmış qaydada o zaman pensiya təyin edilə bilərki, onun fərdi hesabın sığorta hissəsində 1 iyul 2018-ci ilədək pensiya kapi talı mövcud olsun. Hazırki işdə iddiaçının xeyrinə sığorta haqqı həmin tarixədək ödənilmədiyi və fərdi hesabında heç bir ödəniş qeydə alınmadığı üçün ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2 Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstəril ən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 8.1. Beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyu mluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət sığortaolunanın sığorta stajına daxildir. Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya ka pitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.4. Bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: 22-1.4.1. 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesab lanması zamanı; 22-1.4.2. 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019-cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı; 18. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. 19. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu (əvvəlki redaksiya) Maddə

2. Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formaların da olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Maddə 14.1. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Maddə 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir Maddə 14.6. Məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı ödəmələri üzrə xərclər çıxıldıqdan sonra hər ay üçün sonrakı ayın əvvəlində nağd və ya nağdsız hesablaşma qaydasında ödənilir.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edi lməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiya sı məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

21. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 2

2. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkə məsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

25. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

26. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hazırki qərarın 17-19-cu bəndlərində qeyd edilən maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticəl əri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

29. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci bəndinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddənin məzmunundan göründüyü kimi, iddiaçıya avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi üçün onun fərdi hesabın sığorta hissəsində 1 iyul 2018-ci il tarixə qədər pensiya kapitalı tələbi vardır. Hazırki işdə iddiaçının əri (X2) ailə başçısı kimi ailənin mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə 2008-ci ildə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Ailənin birgə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə 2008-ci ildə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqqı ödənişinin cavabdeh tərəfindən nəzərə alınmaması qanunun məqsədinə uyğun olmamaqla iddiaçının pensiya təminatı hüququnu pozmuşdur.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1327/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar