Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2009/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzillə təmin) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəsi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “mənzillə təmin edilmə” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2023-cü il tarixli, 2-1(103)-1776/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı məxsus seriya AZE, ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, onun yaşayış yeri ünvan 1 ünvanıdır.
2. BSK mühafizə edən Polis Alayının Mənzil Məişət komissiyasının sədri tərəfindən imzalanmış 10 fevral 1995-ci il tarixli Aktdan görünür ki, aşağıda imza edənlər: X2, X1, Ağayeva Gülgəz həqiqətən 10 fevral 1995-ci ildə İddiaçı Nuxu qızının mənzil şəraiti yoxlanıldı. Həqiqətən o, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, 8də yaşayır. Yaşadığı yer Daxili İşlər Nazirliyi Mühafizə İdarəsinin yataqxanasıdır. Yataqxananın kommunal şəraiti kafidir. Qaz, işıq, su və digər gündəlik tələbatda istifadə olunan əşyalar ümumidir. İddiaçı X3 1992-ci ildən işləyir. İşlədiyi müddətdə özünü nümunəvi zabit kimi göstərmişdir. Alay mənzil məişət komissiyasının yoxlaması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı, mənzil növbəsinə götürülmüşdür.
3. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 280 nömrəli, 08 aprel 1996cı il tarixli Sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Mühafizə İdarəsinin Bakı Su Kəmərlərini Mühafizə edən polis alayının vətəndaş İddiaçı ailə tərkibi bir nəfərlə /özü/ mənzil növbəsinə qəbuluna dair xx.xx.1995-ci il tarixli, İ nömrəli Qərarının təsdiqi haqqında Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil-Məişət Komissiyasının xx.xx.1996-cı il tarixli, 2 nömrəli təklifinin təsdiq edilməsi, vətəndaş A.H.Babayevanın mənzil növbəsi iş yeri üzrə ümumi siyahıya daxil edilməsi qərara alınmışdır.
4. İddiaçı ra yon icra hakimiyyəti tərəfindən mənzil növbəsinə alınmasına istinad edərək, ona mənzil verilməsini cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən tələb etmiş, cavabdeh iddiaçıya imtina cavabı vermişdir.
5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinin iddiaçıya göndərilmiş xx.xx.2022-ci il tarixli, 044-27982/2B-3222 nömrəli imtina məktubunda bildirilmişdir ki, hal-hazırda daxili işlər orqanları əməkdaşları üçün sosial evlər tikilmədiyindən qeyd olunan məsələnin müsbət həlli imkan xaricindədir. Gələcəkdə daxili işlər orqanları əməkdaşları üçün sosial evlər tikilərsə müraciəti nəzərə alına bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraci ət edərək, cavabdehin üzərinə iddiaçıya yaşayış mənzilinin verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 28 il 11 ay 0 gün, imtiyazlı 33 il, 03 ay 12 gün X3 xidmət etmiş və səhhəti ilə əlaqədar olaraq vaxtından əvvəl pensiyaya çıxmışdır. Usta məharət dərəcəsi, qüsursuz xidmətə görə medalın hər 3 dərəcəsi ilə mükafatlandırılmış, dəfələrlə pul mükafatları, təşəkkürnamələrlə və şəxsən daxili işlər nazirinin fəxri fərmanı ilə mükafatlandırılmışdır. Xidmət etdiyi dövrdə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 280 saylı sərəncamı ilə mənzil növbəsinə götürülmüşdür. İndiki vaxtadək yaşamağa evi yoxdur, şəraiti olmayan sənədsiz evlərdə kirayədə yaşamaqdadır. Halbuki cavabdeh tərəfindən kooperativ adı ilə çox yüksək məbləğə mənzillər tikilərək satılır. Belə olan halda heç bir təminatı olmayan, yəni mənzil almaq iqtidarı olmayan növbədə olan əməkdaşlar üçün cavabdeh mənzil ayırmalıdır.
8. Cavabdeh məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, daxili işlər orqanları əməkdaşları və onların ailə üzvlərinin növbəli qaydada mənzil təminatı həyata keçirilmir. Həmçinin, Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 10-cu köndələn, məhəllə 2036-da inşa edilən yaşayış binaları daxili işlər orqanları əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yaradılmış Mənzil Tikinti Kooperativi tərəfindən payçıların öz vəsaiti hesabına tikilir və daxili işlər orqanları əməkdaşlarına güzəştli şərtlərlə təklif olunur. Odur ki, vətəndaş İddiaçı mənzillə təminatı i mkan xaricindədir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1868/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qərarı (hakim- M.Qarayeva) ilə iddia təmin edilməmişdir.
10. Məhkəmə hesab etmişdir ki, “cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, cavabdeh tərəfindən hazırda sosial evlərin inşa edilmədiyi bildirilmişdir. Buna görə iddiaçının iddia tələbinin icrasının cavabdeh tərəfindən obyektiv səbəblərdən mümkün olmaması və bu barədə iddiaçıya məlumat verilməsi qanunsuz hesab edilə bilməz.”
11. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2023-cü il tarixli, 2-1(103)-1776/2023 nömrəli qərarı ilə (hakimlər K.Əkbərov /sədrlik edən və məruzəçi/ M.Tağızadə və P.Hüseynov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1868/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayətində işin hallarını, iddia tələbini, apellyasiya şikayətinin dəlillərini təkrarlamış və əlavə olaraq qeyd etmişdir ki, a pellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Şikayətdə “Polis haqqında” Qanunun 38-ci maddəsinə, “Mülki Məcəlləinin” 385.1 və 442-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilmişdir.Etiraza əsasən cavabdeh Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2023-cü il tarixli, 2-1(103)1776/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Mənzil Məcəlləsi. Maddə
48. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələ ri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 18. “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” Bənd 4.9.8 Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur.
19. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqan larında xidmət keçmə haqqında” Əsasnamə. Maddə
105. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və yeni yerdə xidmətə göndərilən daxili işlər orqanları əməkdaşlarının ehtiyaclarının ödənilməsi üçün zəruri tədbirlər görməlidirlər.
20. İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 1 0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı q ətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə işin hallarının, iddia tələbinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
27. Hazırkı işin hallarına əsasən iddiaçı uzun müddət X3 xidmət etmiş, ehtiyata buraxıldıqdan sonra rayon icra hakimiyyəti tərəfindən mənzil növbəsinə götürülmüşdür. İddiaçı iddiasında cavabdeh tərəfindən mənzillə təmin olunmasını xahiş edir. Cavabdeh imtinasını onunla əsaslandırılmışdır ki, daxili işlər orqanları əməkdaşları üçün sosial evlər tikilmədiyindən qeyd olunan məsələnin müsbət həlli imkan xaricindədir. Gələcəkdə daxili işlər orqanları əməkdaşları üçün sosial evlər tikilərsə müraciəti nəzərə alına bilər.
28. Apelyasiya məhkəməsinin mövqeyinə görə cavabdeh iddiaçı qarşısında onu mənzillə təmin etmək öhdəliy i daşımadığından idia əsaslı sayıla bilməz.
29. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı yaşayış yeri üzrə icra hakimiyyəti orqanında mənzil növbəsinə götürülmüşdür. İddiaçı cavabdeh inzibati orqanda mənzil növbəsində olmamış, və cavabdeh təqaüddə olan daxili işlər orqanı əməkdaşını mənzillə təmin etmək öhdəliyi daşımamışdır. Yalnız yeni yerdə xidmətə göndərilən daxili işlər orqanları əməkdaşlarının ehtiyaclarının ödənilməsi üçün mənzil şəraitinin yaxşılaşdırılması barədə zəruri tədbirlərin görülməsi cavabdehin vəzifəsi kimi müəyyən edilmişdir. Qanunla ehtiyatda olan daxili işlər orqanı əməkdaşlarına aid belə bir vəzifə cavabdehə həvalə edilmədiyindən, iddiaçının tələbindən imtina zamanı cavabdehin hərəkətlərində qeyri-qanuni hal baş verməm işdir. İddiaçı ehtiyatda olan daxili işlər orqanı əməkdaşı kimi cavabdeh tərəfindən deyil, yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti (Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti) tərəfindən mənzil növbəsinə götürülmüşdür, növbəsi çatdığı təqdirdə rayon icra hakimiyyətinə müraciət edə bilər.
30. Yuxarıda qeyd edilən hüquq normalarına əsasən iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamaqla apelyasiya məhkəməsi haqlı olmuşdur.
31. Odur ki, kasasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2023-cü il tarixli, 21(103)-1776/2023