Məhkəmə qərarları › İş №2-1(102)-2009/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2009/2024

08.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2009/2024 08.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərbi biletin xüsusi qeydlər hissəsində “hərbi hissəni özbaşına tərk etmişdir” qeydinin yazılması ilə bağlı inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və qeydlərin silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmət inin Lənkəran rayon şöbəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) qarşı “iddiaçıya məxsus ******* saylı hərbi biletin xüsusi qeydlər hissəsində “hərbi hissəni özbaşına tərk etmişdir” qeydinin yazılması ilə bağlı cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və qeydlərin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-94/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus hərbi biletin surətinə əsasən, İddiaçı xx.xx.1993-cü il tarixdə hərbi xidmətə çağırılmışdır. Xüsusi qeyd olan hissədə isə, onun N və N sayl ı hərbi hissəni özbaşına tərk etməsi və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2006-cı il tarixli Hp-01/36 nömrəli Sumqayıt rayon Hərbi Prokurorluğunun xx.xx.2012-ci il tarixli Hp14/256 saylı məktub və Füzuli rayon Hərbi Prokurorluğunun xx.xx.2012-ci il 17/652 saylı məktubuna əsasən hərbi uçota götürülməsi qeyd edilmişdir.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin məhkəməyə göndərdiyi xx.xx.2021-cı il tarixli məktubunda qeyd edilmişdir ki, Lənkəran RHK-dan çağırılmış İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 75 №-li əmrilə (əsas: səh.48, §1, sıra-97) şəxsi heyətin siyahısına bütün növ təminatlara salınaraq “sıravi" hərbi rütbəsi verilərək kursant vəzifəsinə təyin olunmuşdur. İddiaçı N nömrəli hərbi hissə komand irinin xx.xx.1993-cü il tarixli 79 №-li əmrilə (əsas: səh.41, §2, sıra-66) şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına keçirilmişdir. N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş X3 N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 4 №-li əmrilə (əsas: səh.15, §1, sıra-65, əmrdə adı Sadıq yazılmışdır) şəxsi heyətin siyahısına bütün növ təminatlara salınaraq kəşfiyyatçı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 17 №-li əmrilə (əsas: səh 46, § 4, sıra 3, əmrdə adı Sadıx yazılmışdır) X4 müalicə üçün N №-li hərbi hissənin tibb bölüyünə göndərilərək qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 48 №-li əmrilə (əsas; səh 27, § 2, sıra 4, əmrdə adı Sadıx yazılmışdır) X4 müalicə üçün hospitala göndərilərək qazan təminatından çıxarılmışdır. Araşdırmalar İddiaçı barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş sorğu əsasında aparılmışdır.

3. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Lənkəran rayonu Qurunba kənd sakini xx.xx.1975-ci il təvəllüdlü X2 məxsus H3 ******* nömrəli hərbi biletinin 23-cü səhifəsindəki qeydlər yazılması, N və N nömrəli hərbi hissəni özbaşına tərk etməsi Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2006-cı il tarixli HP-01/36 nömrəli, Sumqayıt Hərbi Prokurorluğunun HP-14/256 nömrəli və Fizu li Hərbi Prokurorluğunun xx.xx.2012-ci il tarixli 17/652 nömrəli məktubları əsasında qeyd edilərək keçmiş Azərbaycan Respublikası Hərbi Komissarlığının xx.xx.2006-cı il tarixli 1113 nömrəli məktubu əsasında da hərbi qeydiyyata götürülmüşdür. X1 Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçməsinə dair xidmət illəri barədə Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə olunmuş təkrar sorğular nəticəsində natamam xidmət etməsi qeyd edilmişdir. X1 Az.Resp.SQ-də tam hərbi xidmət keçib-keçməməsinə dair məlumatların qeyd edilməsi Müdafiə Nazirliyinin səlahiyyətindədir.

4. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsi tərəfindən verilmiş etiraza əsasən, Lənkəran rayon, Qurumba kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı xx.xx.1993-cü il tarixdə Lənkəran onunun keçmiş Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və saylı hərbi hissəyə təhvil verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli 9/2-1337 saylı arxiv arayışında X1 xx.xx.1993-cü il tarixli 75 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil olunması qeyd edilmişdir. xx.xx.1993-cü il tarixdə xidmətini davam etmək üçün N saylı hərbi hissəyə göndərilmiş, lakin hərbi hissədən nə vaxt tərxis olunması barədə qeyd aparılmayıb. Nəzərə almaq lazımdır ki, müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərb i xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar yaralanmış, xəsarət və ya kontuziya almış hərbi qulluqçulara Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik Nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikası Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik Nazirlikləri tərəfindən onların yaratdıqları komissiyanın rəyi ilə verilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsində X1 hərbi xidmətdən nə vaxt tərxis olunması, yaralanması və ya fərariliyə və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilibedilməməsi və ya məhkum olunub-olunmaması barədə heç bir məlumat yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi biletində 23-cü səhifədə yazılan “Hərbi hissəni özbaşına tərk edib“ qeydi etibarsız hesab edilməsini və cavabdehin üzərinə yeni hərbi biletin verilməsi öhdəliyi qoyulmasını barədə qərar qəbul edilməsini məhkə mədən xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1993-1994-cü illərdə Qarabağ döyüşlərində iştirak etmişdir. Belə ki, Nasosnuda hərbi təlim keçdikdən sonra 1993-cü ilin iyununda onu və təlim yoldaşlarını Ağdama döyüş bölgəsinə göndərdilər. Yaralanmış əsgər yoldaşını döyüş zonasından çıxarmağa çalışanda yanlarında mərmi partladı. Həmin vaxt başından yaralanmışdır. Gözünü açanda Bakıda Semaşko xəstəxanasında olub. Müalicə zamanı həkimi ona vəziyyətinin yaxşı olmamasını, təxliyyə olunmasını məsləhət bilmişdir. O, isə razılaşmamış, sonra hərbi hissəyə qayıtmışdır. Lakin onun hərbi hissəsi dağıldığı üçün o, Nasosnuya hərbi hissəyə gəlmişdir, onu yeni çağırışçılarla xidmət etməyə göndərmişlər. O, komandirlə mübahisə edərək köhnə döyüşçü olduğunu bildirmiş, onu könüllü döyüş ə, ön cəbhəyə göndərmələrini bildirmişdir. Lakin komandir onu müddətsiz qumbağa saldırmışdır. Sonra qumbağın komandiri onu tanımış və ona kömək edəcəyini bildirmişdir, ancaq onu yenə də yeni çağırışçılara qoşublar. O, SHXÇ üzrə DXnin Lənkəran şəhər İdarəsinə gedib könüllü döyüş bölgəsinə getmək istədiyini bildirib. Onu 3 gün Pirəkəşküldə saxlayandan sonra Füzulidə yerləşən N saylı hərbi hissəyə göndərmişlər. N il orada Harami düzündə döyüşmüşdür. Həmçinin yaxşı xidmətə görə təşəkkürnamə də almışdır. Onu komandiri leytenant Bahadur Həsənov məzuniyyətə göndərmək istəsə də, o getmirmiş. Batalyon komandiri özü şəxsən pozisiyaya gəlib onu məcburi xx.xx.1994-cü ildə məzuniyyətə göndərib. Onun heç bir sənədi yox imiş. Semaşko xəstəxanasından verilən sənədi də SHXÇ üzrə DX-nin Lənkəran şəhər İdarə sinə veribmiş, onda surəti də qalmamışdır, onun hərbi biletini də bir neçə ildən sonra tanımadığı şəxs gətirib, o, Ağdam rayon sakini imiş. 2012-ci ildə aparıb Lənkəran şəhər Hərbi komissarlığına verib, onlar da qeydiyyata alıblar. 2012-ci ilə qədər SHXÇ üzrə DX-nin Lənkəran şəhər İdarəsi onunla maraqlanmamışdır ki, ölüb, ya sağdır. Hərbi komissar onu hərbi müstəntiqin yanına göndərib, o hər şeyi yazılı şəkildə müstəntiqə təqdim edibmiş. O latın qrafikasını bilmir. Orada nə onun Qarabağda döyüşməsi, nə də yaralanmağı haqqında heç nə qeyd olunmayıb və hərbi biletimdə 23-cü səhifədə yazılan “Hərbi hissəni özbaşına tərk edib“ qeydindən də xəbəri yox imiş. O, bu qeyddən AR MN-ə müraciət etdikdən sonra xx.xx.2017-ci ildə xəbər tutmuşdur.

7. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixl i, 2-1(120)-857/2021 nömrəli qərardadı ilə iddia tələbinə “iddiaçıya məxsus ******* saylı hərbi biletin xüsusi qeydlər hissəsində “hərbi hissəni özbaşına tərk etmişdir” qeydinin yazılması ilə bağlı cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və qeydlərin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması davam etdirilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

8. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-94/2022 saylı, 22 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim A.Hüseynova) iddia rədd edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» xx.xx.1996-cı il tarixli 433 nömrəli F ərmanına əsasən tərxis olunmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarının tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-94/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qərarı ilə (hakimlər: S.Həsənov /sədrlik edən və məruzəçi/, M.Həsənov və İ.Abdullayev) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərbi biletdə olan qeydin qanunsuz olmasını əsas tutaraq cavabdehə müraciət etmişdir. Cavabdeh bu günə kimi heç bir rəsmi cavab verməyib. Məktubu 2020-ci ilin dekabr ayında göndərmişdir. Məktub rəsmi qaydada cavabdehə təqdim edilmişdir. Cavabdehin cavab verməməyi özü qanunsuzdur. Bu hal nəzərə alınmalıdır.

15. Əlavə olaraq bildirir ki, tabe olduğu hərbi hissəni özbaşına tərk etməmiş, fərari deyil. Dövləti, vətəni, torpağı üçün canını verməyə hazır olmuş və bunu əməlləri ilə sübut etmişdir. Dəfələrlə ölüm ilə üz -üzə olmuş, amma döyüş meydanını tərk etməmişdir. Bu formada davranan adama qarşı dövlət orqanının “sən fərarisən” münasibəti göstərməsi olduqca ağrılıdır. Hərbi hissəni özbaşına tərk etməyinə dair heç bir rəsmi sənəd yoxdur, ola da bilməz. Belə olduğu təqdirdə hərbi biletdəki qeydin qüvvədə qalması qanunsuzdur. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Veteranlar haqqında” Qanun: Maddə

3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalar ının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.... Maddə

7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar öz səlahiyyətləri daxilində Azərbayca n Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir. 17. “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Haqqında” Əsasnamə: 5.6.5. Qərarlar formasında normativ hüquqi aktlar, əmr və sərəncamlar formasında isə qeyri-normativ hüquqi aktlar qəbul edir, onların icrasını təşkil edir, yoxla yır və buna nəzarəti həyata keçirir. 5.6.12. Xidmət rəisi vətəndaşları Xidmətə həqiqi hərbi xidmətə və işə qəbul edir, onları işdən azad edir, ali zabit heyəti istisna olmaqla, hərbi qulluqçuları vəzifəyə təyin və vəzifədən azad edir, onları həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxır.

18. «Hərbi xidmətkeçmə haqqında» xx.xx.1997-ci il tarixli Əsasnamə: Maddə 14. hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Maddə

130. Müalicədə və xəstəliyə görə məzuniyyətdə olmaq üçün müəyyən edilmiş müddət bitdikdən sonra hərbi qulluqçuların hərbi-həkim komissiyasında y enidən müayinədən keçməsi barədə qərar qəbul edilibsə və onlar dinc dövrdə hərbi xidmətə yararsız və ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılıblarsa, onları ehtiyata və ya istefaya buraxmaq olar. 19. “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə

3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov v ə Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatla rı ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sən ədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən a zad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respubli kasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklə r edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir.

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslıl ığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası mübahisəyə dair işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

26. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən dəlillər mahiyyətcə iddia ərizəsində sürülən eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından hazırkı iddia tələbi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də ra zılaşır.

29. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. 30. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə görə, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 31. “Hərbi və zifə və hərbi xidmət haqqında” xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Qanunun 37.2-ci maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır.

32. İşin hallarından göründüyü kimi, Lənkəran rayon, Qurumba kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı xx.xx.1993-cü il tarixdə Lənkəran onunun keçmiş Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və saylı hərbi hissəyə təhvil verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli 9/2-1337 saylı arxiv arayışında X1 xx.xx.1993-cü il tarixli 75 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil olunması qeyd edilmiş dir. xx.xx.1993-cü il tarixdə xidmətini davam etmək üçün N saylı hərbi hissəyə göndərilmiş, lakin hərbi hissədən nə vaxt tərxis olunması barədə qeyd aparılmayıb.

33. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, İddiaçı xx.xx.1993-1994-cü il tarixlərdə və həmin tarixdən sonrakı xidməti barədə məlumat aşkar edilməmiş və araşdırmalar İddiaçı barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş sorğu əsasında aparılmışdır. Yəni, iddiaçının xx.xx.1993-cü il tarixində müalicə üçün hospitala göndərildikdən sonra yenidən xidmətini davam etdirmək üçün hərbi hissəyə qayıtması müəyyən olunmur. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Prezidentinin «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» xx.xx.1996-cı il tarixli 433 nömrəli Fərmanına əsasən tərxis olunmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır.

34. Məhkəmə kollegiyası yuxarıda göstərilən hüquq normalarına əsasən qeyd edir ki, iddiaçının hərbi xidmətə daxil olması, sonrakı xidməti və xidmətdən tərxis olunması nizami hissə üzrə əmrlər ilə öz təsdiqini tapmalıdır. Hərbi xidmət keçmə dedikdə isə şəxsin (hərbi qulluqçunun) hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır.

35. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının xidmətdə olduğu zaman müalicə olunması üçün hospitala göndərilməsi öz təsdiqini tapsa da, müalicəsini bitirdikdən sonra yenidən hərbi his səyə qayıtması və hərbi hissədən qanuni əsaslarla tərxis olunması ilə bağlı onun tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş və məhkəmə araşdırması zamanı da belə sübut əldə edilməmişdir.

36. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün hesab edilməli, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-94/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəti

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar