Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-201/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 25.01.2022 Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X1rşı (üçüncü şəxs: Azərbaycan Respublikası Təhsil Nazirliyi) “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın 2021-ci il 13 avqust tarixli, 2-1(103)-60/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 2016-cı il 24 oktyabr tarixdə Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universitetində tam kursu bitirmiş və hüquq istiqaməti üzrə hüquq bakalavr dərəcəsi almışdır.
2. İddiaçı ərizə ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi xahiş etmişdir.
3. Azərbaycan Respublikası Təhsil Nazirliyi 2018-ci il 26 iyul tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, İddiaçı tədris dilini bilmə səviyyəsi qənaətbəxş olma mışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 2018-ci il 21 avqust tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 2018-ci il 26 iyul tarixli, 23-04-610/ANİ nömrəli imtinasının qanunsuz hesab edilməsi, iddiaçının Ukrayna Respublikası V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş 2016-cı il 26 oktyabr tarixli, B16 251299 nömrəli diplomun, verilən ixtisasın və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş 24.10.2016-cı il tarixli B16 251299 nömrəli bakalav r diplomu üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə cavabdehin üzərinə vəzifə qoyulmasını xahiş etmişdir. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 5 oktyabr tarixli məhkəmə iclasında ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2012-ci ildə Səbail rayon 49 nömrəli İntellekt məktəb-liseyi bitirmiş və həmin il Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universitetinə daxil olmuş, 2016-cı ildə həmin Universiteti hüquq istiqaməti üzrə tam kursu bitirmişdir. Hazırda Yasamal Rayon Məhkəməsində böyük mütəxəssis vəzifəsində işləməkdədir. İddiaçı 2016-cı il 24 oktyabr tarixdə adına verilmiş B16 25 1299 nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 2018-ci il 26 iyul tarixli, 23-04610/ANİ saylı cavab məktubu ilə xahişi təmin edilməmiş, imtinaya səbəb kimi tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı göstərilmişdir. Cavabdehin etirazları:
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi Ekspert Qrupu tərəfindən müə yyən edilmişdir. Ekspert rəyində göstərilmişdir ki, təhsilin dövlət standartları əsasında aparılan müsahibə zamanı ekspert qrup tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris bilməsi səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Eyni zamanda, iddiaçı 4 il qiyabi formada ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) qaydalarına uyğun olaraq imtina verilə bilər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 2 noyabr tarixli, 2-1(82)3846/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən İddiaçı adına verilmiş 2016-cı il 24 oktyabr tarixli, B16 № 251299 nömrəli bakalavr diplomu üzrə ixtisasının Az ərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə vəzifə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın iddiaçının diplomunun tanınmasından imtinası formal tələblərə əsaslanır. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilm əlidir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 9 oktyabr tarixli, 2-1(103)-565/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 2 noyabr tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının ali təhsil haqqında sənədlərinə və cavabdeh tərəfin məhkəmə kollegiyasına təqdim etdiyi sübutlara əsasən müəyyən edilmişdir ki, Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universitetində təhsilini rus dilində aldığı müəyyən olunsa da, nostrifikasiy a prosedurunun tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»na, «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya»nın müddəalarına uyğunluğu yoxlanılarkən, onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 dekabr tarixli, 2-1(102)-3478/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 9 oktyabr tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
16. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş materiallarından müəyyən edilməmişdir ki, cavabdeh iddiaçının tədris dili üzrə biliklərinin qənaətbəxş olmadığı nəticəsinə hansı sübutlar əsasında gəlmişdir. Yəni, cavabdehin müsahibə zamanı iddiaçının dil biliklərini hansı qaydada yoxladığı bəlli deyildir. Təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaşın həmin ölkədə qısa müddət ərzində olması dəlili özü-özlüyündə bir qədər qeyri-müəyyəndir. Belə ki, qısa müddət deyildiyində nəyin nəzərdə tutulduğu, yetərli müddətin məhz nə qədər olmalı olduğu və ümumiyyətlə, bununla bağlı hansı meyarların rəh bər tutulduğu aydın deyildir. Bu mənada, iddiaçının təhsil aldığı müddət ərzində Ukraynada ümumiyyətlə, nə qədər vaxt olduğu məsələsini müəyyən edilməmişdir. Başqa sözlə, iddiaçının nə qədər vaxt həmin ölkədə qaldığı bəlli olmadığı halda, onun həmin ölkədə qısa müddət ərzində olmasını bildirmək özü-özlüyündə ziddiyyətli mövqedir. Odur ki, yeni apellyasiya baxışı zamanı iddiaçının təhsil aldığı müddət ərzində Ukrayna ərazisində olduğu dəqiq müddət müəyyən edilməli və həmin müddətin yetərliliyinə iddiaçının qiyabi formada təhsil alması, semestr müddətləri və s. konkret meyarlar nəzərə alınmaqla əsaslandırılmış qiymət verilməlidir. İş materiallarında həmçinin bəzi şəxslərə (X2 2017-ci ildə verilmiş 014199 saylı və X3 2018-ci ildə verilmiş 018533 saylı) Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş ekvivalentlik barədə şəhadətnamələr vardır. Həmin şəhadətnamələrdən görünür ki, sözügedən şəxslər iddiaçı ilə eyni olan V.N.Karazin adına Xarkov Milli Universitetinin “Hüquqşünaslıq” ixtisasını 2016-cı ildə bitirmişlər. Bu halda, işə baxan məhkəmə diplomları tanınmaqla ekvivalentlik barədə şəhadətnamələr verilmiş şəxslərlə münasibətdə iddiaçının oxşar vəziyyətdə olan şəxs olub-olmadığına qiymət verməli idi. Apellyasiya məhkəməsi işə baxarkən qəbul etdiyi 2019-cu il 3 aprel tarixli qərardadla iddiaçının müraciətinə Təhsil Nazirliyində yenidən baxılması və müvafiq inzibati aktın qəbul edilməsi üçün 2 (iki) aylıq müddət təyin etmiş və həmin müddət ərzində məhkəməyə məlumat verilməsini cavabdehə həvalə etmişdir. Məhkəmə bu qərardadı çıxararkən cavabdehin müraciəti ilkin ol araq təmin etməkdən imtina edərkən əvvəlcə bir əsasa (tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmasına), daha sonra isə təqdim etdiyi iddiaya qarşı etirazda başqa əsasa (qiyabi formada dörd il təhsil alınması) istinad etməsinə əsaslanmış və imtina məktubunda ikinci əsasın öz əksini tapmadığını bildirmişdir. İşin hallarından görünür ki, cavabdeh apellyasiya məhkəməsinin 2019-cu il 3 aprel tarixli qərardadının icrası ilə bağlı məhkəməyə 2019-cu il 16 sentyabr tarixli məktub göndərərək məsələnin araşdırıldığını və sözügedən diplom üzrə alınmış ixtisasın ölkə ərazisində tanınmaması barədə yekun qərar qəbul edildiyini bildirmişdir. Apellyasiya məhkəməsi bu məktuba formal olaraq istinad etməklə iddianı rədd etmişdir. Bununla bağlı olaraq kollegiya qeyd etmişdir ki, əgər məhkəmə yekun qəra r qəbul etməyə mane olan icraatın gedişində yaranmış hər hansı məsələnin inzibati orqan tərəfindən yenidən araşdırılmasına və müvafiq qərarın qəbul edilməsinə dair aralıq qərardad qəbul edirsə, inzibati orqan tərəfindən bu qərardada formal cavab verilməsinə istinad etməməli, əksinə, qərardadın çıxarılmasına əsas təşkil edən məsələlərin inzibati orqan tərəfindən müvafiq qaydada araşdırılıb-araşdırılmadığına qiymət verməlidir. Bu mənada, 2019-cu il 3 aprel tarixli qərardadın icrası onu tələb etmişdir ki, məhkəmə əmin olmalıdır ki, cavabdeh tərəfindən qərardadda qoyulmuş məsələlər üzrə konkret araşdırmalar aparılmışdır və araşdırmanın nəticələri müvafiq qaydada qiymətləndirilmişdir. Lakin hazırkı işin halları baxımından bu qənaətə gəlmək mümkün deyildir. ç. apellyasiya instansiyası məhkəməsin dəki ikinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 25 may tarixli, 2-1(103)-60/2021 nömrəli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyi hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 13 avqust tarixli, 2-1(103)-60/2021 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 2 noyabr tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 00-05-41/TKTA saylı, 2021-ci il 8 fevral t arixli məktubunda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-723/2020 saylı, 2020-ci il 11 avqust tarixli qərardadının icrası məqsədilə iddiaçıya Ukraynanın Xarkov Milli Universiteti tərəfindən verilmiş 2016-cı il 26 oktyabr tarixli, B16 251299 saylı diplom üzrə ixtisasın tanınması məsələsi aidiyyəti üzrə Təhsildə Keyfiyyət Təminatı Agentliyində yenidən araşdırılmış və həmin ixtisası ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, işin hazırkı apellyasiya icraatı zamanı iddiaçının cavabdeh orqanda aparılmış müvafiq müsahibəsinin audio-video yazısına baxış keçirilmiş və iddiaçının müsahibə zamanı verilən suallara tədris dilində cavab verə bilməməsi görünmüşdür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edil miş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir.
20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmənin iddianı rədd etməsi əsassızdır. Belə ki, iddiaçı ilkin müsahibə zamanı yoxlanan zaman dil səviyyəsi yoxlanılmış və həmin müsahibədə çox səlis və ixtisasına uyğun cavab vermişdir. Lakin nədənsə cavabdeh həmin müsahibənin keçirilməsi video-audio çəkilişini gizlədir və məhkəməyə təqdim etməmişdir. Həmin müddətdən xeyli keçmişdir ki, iddiaçının unutduğu terminlər və s. ola bilər. Halbuki iddiaçı universiteti yeni bitirib müsahibə verən zaman yaxşı cavab vermişdir. Həmin diski cavabdeh təqdim etməli, əgər müsahibədə yaxşı və qənaətbəxş edilməyən cavablar olarsa məhkəmə ilkin müsahibəni nəzərə almalıdır. Həmçinin hazırda cavabdeh tərəfindən praktikada qiyabi təhsilin 4 il olaraq bitirmiş şəxslərin diplomlarının tanınması çoxdur və danılmazdır. Bütün bunlar da iddiaçının bərabərlik və konstitusiya hüquqlarının pozulması deməkdir.
22. Ali Məhkəmənin İnzibati Kollegiyası qərarında inzi bati işə yenidən baxılan zaman iki məsələnin araşdırılmalısı nəzərdə tutulmuşdur. Birincisi, məhkəmə tərəfindən verilmiş aralıq qərardadına yenidən qiymət verilməsi, cavabdeh tərəfindən formal məktub deyil tam və ətraflı araşdıraraq rəsmi sənədlərlə rəy verilməsini və iş materiallarında olan iddiaçı ilə eyni İxtisas üzrə, eyni təhsil müəssisəsindən və eyni tarixdə məzun olmuş şəxslərin diplomlarının Təhsil Nazirliyi Tərəfindən tanınması halının müəyyən olunarsa bunun səbəblərinə dair cavabdehin mövqeyinin öyrənilməsi olmuşdur. Apellyasiya baxışı zamanı 2-ci göstərişə qiymət vermədən və araşdırmadan qərar çıxarmışdır. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Həmçinin hal-hazırkı məqamda Təhsil Nazirliyi universitetin tədris sisteminə müdaxilə edə bilməz. Hər bir fəaliyyət göstərən Universitet həmin ölkənin qanunvericiliyinə əsasən tənzimlənir. İddiaçı isə hal-hazırda universitetin tədris yükünü mənimsəmiş və lazımı peşə biliklərinə yiyələnmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
23. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarının: - 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfind ən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. - 1.3-cü bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. - 1.6-cı bəndinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentl ik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. - 3.2-ci bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). - 3.3-cü bəndinə əsasən, təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin y üksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. - 3.5-ci bəndinə əsasən, xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. - 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. - 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ix tisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
25. Azərbaycan Respublikasının 2000-ci il 18 iyul tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş” (bundan sonra mətndə - Saziş): Maddə
1. Bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. Maddə
2. Azərbaycan Respublikası və Ukraynada orta ümumtəhsil və texnikipeşə təhsili haqqında verilən dövlət sənədlərinin nümunələri qarşılıqlı surətdə tanınır və növbəti pillədə təhsili davam etdirərkən ekvivalent sayılır. Maddə
5. Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Re spublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Maddə
6. Bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6-cı bəndinə görə, bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir.
27. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməl idir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktını n bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
31. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkəmə tərəflərin iddia tələbi və həmin tələbə qarşı etirazla bağlı əsaslandırmalarına, normativ aktlara istinadlarına (o cümlədən, inzibati orqanın müraciətlə bağlı cavabındakı istinadlara), onların qərar, ərizə və etirazlarının ifadə tərzinə bağlı deyil və iş üzrə gəldiyi nəticəni tərəflərdən fərqli əsaslandıra və mübahisənin aid olduğu münasibətləri tənzimləyən fərqli normalara istinad edə bilər.
32. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığı nın müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğunu müəyyən etməlidir.
33. Yuxarıda istinad edilən Qaydaların 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qaydaların 1.3-cü bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları t ərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir.
34. Azərbaycan Respublikasının 2000-ci il 18 iyul tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”in tələblərinə əsasən, iddiaçının aldığı təhsilin yalnız müddətinə və məzmununa dair dəlillər nəzərə alınmalıdır.
35. Məhkəmə kollegiyası nəzərə alır ki, Sazişin 2-ci maddəsi ilə yalnız orta ümumtəhsil və texniki-peşə təhsili haqqında verilən dövlət sənədlərinin nümunələri qarşılıqlı surətdə tanınmış və növbəti pillədə təhsili da vam etdirərkən ekvivalent sayılmışdır. Başqa sözlə, Sazişlə Ukrayna ali təhsil müəssisələrinin bakalavr və magistr diplomlarına münasibətdə ekvivalentlik müəyyən edilməmişdir və ona görə də Qaydaların 1.6-cı bəndinin «Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir» müddəası hazırkı mübahisəyə tətbiq oluna bilməz.
36. Eyni ilə, iddiaçıya verilmiş diplomun Azərbaycan Respublikasında tanınması da həmin Qaydaların müəyyən etdiyi ümumi tələblərə uyğun olaraq həyata keçirilməlidir.
37. Həmin Qaydaların 3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölk ələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra).
38. Normanın məzmunundan göründüyü kimi, Qaydalar “ekspertiza“ proseduruna xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınmasını da aid etmişdir. Buna görə də, Qaydaların 1.6-cı bəndinin «Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verili r» müddəasının tətbiqi “ixtisasın tanınması”na münasibətdə də istisna edilir. Bu da o deməkdir ki, Sazişin 5-ci maddəsində qeyd olunduğu kimi, Azərbaycan Respublikası Ukraynada verilmiş bakalavr və magistr ixtisas dərəcələri haqqında diplomları təhsil müddətinə və təhsilin məzmununa uyğun gələrsə, tanıyır. 39. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində Azərbaycan Respublikasında qiyabi təhsilalma forması nəzərdə tutulmuşdur (13.1.2-ci maddə).
40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6-cı bəndinə görə, bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir.
41. İddiaçı qiyabi təhsilini 4 il müddətində almış və bu hal Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6-cı maddəsinin tələbləri ilə uzlaşmır.
42. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.6-cı bəndinin tələbləri təmin olunmamışdır. Başqa sözlə, iddiaçının tədris dilini bilmə səviyyəsi ilə bağlı şərt təmin olunduğu halda belə, yuxarıda istinad edilən normativ aktlarda təsbit olunmuş “təhsilin müddətinə” dair şərt ödənilmədiyindən, məhkəmə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoya bilməz.
43. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 13 avqust tarixli, 2-1(103)-60/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.