Məhkəmə qərarları › İş №2-1(102)-201/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-201/2023

17.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-201/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Vəkil2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əsaslandırılmamış inzibati akt; bəyannamə təqdim edilmədən kameral vergi yoxlamasının keçirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Vəkil2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qa rşı qərarın ləğv olunması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1760/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Vəkil2 xx.xx.2015-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış və xx.xx.2015-ci il tarixdə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti ilə **********55200 nömrəli “Vergi partnyorluğu” Sazişi bağlamışdır.

2. İddiaçı xx.xx.2015-xx.xx.2016-cı il tarixləri arasında hər ay dövlət büdcəsinə 2500 manat vergi məbləği ödəmiş, lakin aylar üzrə müvafiq vergi bəyannamələri təqdim etməmişdir.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş **********826300 nömrəli xx.xx.2019-cu il tarixli vergilərin, sosial siğorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar qəbul etməklə iddiaçıya gəlir vergisi bəyannaməsini təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən 2016-cı il üzrə 47000 manat gəlir vergisi hesablamışdır.

4. İddiaçı **********826300 nömrəli xx.xx.2019-cu il tarixli qərarın ləğvi ilə bağlı Dövlət Vergi Xidmətinə müraciət etmiş, sonuncu xx.xx.2020-ci il tarixli qərar ilə inzibati şikayəti baxılmamış saxlamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixli, **********826300 nömrəli “Vergilərin, sosial sığorta və i şsizlik sığortası haqlarının hesablanması” barədə qərarın ləğv edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərar qəbul edilən zaman Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbləri gözlənilməmişdir. Belə ki, 67-ci maddəyə əsasən vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdan kənar gəlirləri barədə rəsmi məlumatlar, vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərclər barədə rəsmi məlumatlar, vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən istehsal olu nmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar, vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar, vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar, vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar əlaqəli məlumat hesab edilir ki, bu məlumatlar əsasında onun 2016-cı ildə hər hansı gəlirinin olması təsdiq olunmur. Bundan başqa xx.xx.2016-cı il tarixdə fəaliyyətini dayandırmışdır. Beləliklə, cavabdeh tərəfindən qəbul olunmuş xx.xx.2019-cu il tarixli, **********826300 nömrəli qərar əsassız olmuşdur.

7. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, xx.xx.2015-ci il tarixli, **********755200 nömrəli partnyorluq sazişinə əsasən vergi ödəyicisi tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr ərzində hər ay dövlət büdcəsinə 2500,0 manat vergi məbləği ödənilmiş, lakin ödənilmiş vergi məbləğlərinə uyğun müvafiq dövr üzrə vergi bəyannamələrinin təqdim etməməklə dövriyyənin göstərilmədiyi müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə vergi ödənişlərinin edilməsinə baxmayaraq, vergi hesabatlarının vergi orqanına təqdim etməməklə müvafiq hesablamaların verilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və cari bəyanna mə təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə gəlir vergisi üzrə 2016-cı il üçün 47000,0 manat olmaqla əlavə vergi məbləği hesablanmışdır.

8. Bakı İnzibati Məhkəməsinin 9 sentyabr 2022-ci il tarixli, 2-1(112)-297/2022 nömrəli (hakim Ş.Həsənova) qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən Vəkil2 barəsində qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********826300 nömrəli qərar ləğv edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, vergi ödəyicisi 2016-cı il üçün gəlir vergisi bəyannaməsi təqdim etmədiyi halda cavabdeh inzibati orqan tərəfindən qanunla müəyyən edilmiş müddət ərzindən kameral vergi yoxlaması keçirilməmiş, bununla da V ergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbləri pozulmuşdur. Həmçinin mübahisələndirilən **********826300 nömrəli, xx.xx.2019-cu il tarixli qərar qanunvericiliyin tələblərinin pozulması ilə qəbul olunduğundan “İnzibati icraat haqqında” Qanununun 58.1 və 67.1-ci maddələrinin tələblərinə əsasən qanunsuzdur. Odur ki, iddia tələbi əsaslı sayılmaqla həmin qərar ləğv edilməlidir.

10. Cavabdeh apellyasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1760/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər X.Cəmilova - sədrlik edən, M.Tağızadə və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 9 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, Vergi Məcəlləsinin 67.1-ci maddənin 1-9-cu bəndlərində göstərilən əlaqəli məlumatlardan istifadə etməklə vergi orqanlarının ödənilməli olan verginin məbləğini hesablamaq hüququ vardır. Həmin maddədən göründüyü kimi qanunvericilik əlaqəli məlumatların dairəsini konkret olaraq müəyyən etmişdir. Vergi orqanı vergi məbləğini yalnız həmin maddədə qeyd olunan əlaqəli məlumatlardan istifadə etməklə hesablaya bilər. Hazırki iş üzrə mübahisələndirilən qərarın qəbul edilən zamanı hansı əlaqəli məlumatlara istinad edilməsi məhkəmə araşdırılması zamanı müəyyən edil məmiş, həmçinin cavabdeh inzibati orqan tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir.

13. Cavabdeh kasasiya şikayəti verərək apellyasiya məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir. Kassator Vergi Məcəlləsinin 23.1.1, 37, 67, 70.2-1, 83, 85.4-cü maddələrinə, İPM-nin 12.1, 38.1, 58.7-ci maddələrinə istinad edərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

15. Daha sonra cavabdeh 12 dekabr 2022-ci il tarixli **********374100 nömrəli məktubla müraciə t edərək, xx.xx.2019-cu il tarixli **********826300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edildiyini və vergi ödəyicisinin şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilməklə xx.xx.2022-ci il tarixli **********356300 nömrəli yeni qərar qəbul edildiyini bildirmişdir. Odur ki, Azərbaycan Respublikası İPM-nin 97.1 və 97.3-cü maddələrinə əsasən kassasiya şikayətinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz ərizəsi verərək, cavabdeh tərəfindən verilmiş iş üzrə icraata xitam verilməsi barədə ərizənin əsassız olduğu üçün təmin edilməməsini, iş üzrə yekun qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Vergi Məcəlləsi (mübahisələndirilən qərarın qəbulu zamanı mövcud olan redaksiya) Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə ve rilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar.

18. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya b ilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. Maddə 97.2. Şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. Maddə 97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Maddə 98.1 Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

19. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN H ƏDLƏRİ

20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. X2 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental v acib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

25. Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzar ət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar: kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddəaların tələblərinə əməl etməlidir.

26. Qanunvericilik kameral vergi yoxlamasının keçirilməsi müddətini vergi bəyannaməsinin t əqdim edilməsi ilə əlaqələndirmişdir. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən vergi bəyannaməsinin təqdim edilməməsi işin mübahisəsiz halıdır.

27. Cavabdeh Vergi Məcəlləsinin 85.4-cü maddəsinə istinadən 3 il ərzində vergiləri ödəmək hüququ olduğunu bildirsə də, bununla bağlı qeyd edilməlidir ki, kameral vergi yoxlaması metodu ilə 3 il ərzində o halda vergi hesablana bilər ki, iddiaçı bəyannamə təqdim etsin və həmin bəyannamədən 30 iş günü müddəti keçməmiş olsun. Hazırkı halda, iddiaçı tərəfindən bəyannamə təqdim edilmədiyindən kameral vergi yoxlaması aparılmaqla vergi hesablanması Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələblərinə ziddir (qeyd edildiyi kimi kameral yoxlamanın aparılması bəyannaməyə əsaslandığından). Belə ki, kameral vergi yoxlamasını tənzimləyən normaların birgə təhlili onu deməyə əsas verir ki (Vergi Məcəlləsinin 37.3 və 37.4-cü maddələri), vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə uyğunsuzluq aşkar edildiyi halda bu barədə ödəyiciyə məlumat verilir və əlavə sənədlər tələb edilir, bundan sonra bəyannamənin düzgünlüyünə qiymət verilir. Göründüyü kimi, bəyannamə təqdim edilmədiyi halda kameral vergi yoxlamasının proseduru qaydasında vergi hesablanması Vergi Məcəlləsinin 37-ci maddəsində nəzərdə tutulmamışdır. Bununla belə qeyd edilməlidir ki, məhkəmə tərəfindən kameral vergi yoxlaması qaydasında vergilərin hesablanmasının qanunsuz hesab edilməsi vergi orqanının Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş hüquqlarının məhdudlaşdırılması kimi təfsir edilə bilməz. Cavabdeh səyyar vergi yoxlaması keçirməklə 2016-cı ilin gəlir vergisi ilə bağ lı hesablama apara bilərdi, lakin bu hüququndan istifadə etməmişdir.

28. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan iş üzrə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu, başqa sözlə, iddiaçı tərəfindən qərarla hesablanan məbləğdə verginin azaldılması halını sübut edə bilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Qanunun tələblərinə zidd əsaslandırılmamış qərar qəbul etmişdir. Yəni, hazırkı iş üzrə iddiaçının tələbi (xx.xx.2019-cu il tarixli məsuliyyət qərarının ləğv edilməsi) mübahisələndirmə haqqında iddia növünə aid olduğundan, sübutetmə vəzifəsi cavabdehin üzərindədir (İPMnin 14.1-ci maddəsi).

29. Mübahisələndirmə haqqında iddia növündə olan işlərdə cavabdeh faktiki şərtlərin mövcudluğunu məhkəmə prosesi zamanı təqd im edilmiş sənədlərlə sübut etməklə yanaşı və hətta daha öncə, inzibati icraatın gedişində, o cümlədən icraatın nəticəsində inzibati aktın qəbulu zamanı şəxsə faktiki şərtlərin mövcudluğunu göstərməlidir. Bu “İnzibati icraat haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinin tələbindən irəli gəlir. Belə ki, həmin maddələrə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.

30. Nəzərə alınmalıdır ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona tə qdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

31. İnzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə isə inzibati orqan haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki, yuxarıda qeyd edildiyi kimi, inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul ed ilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Qeyd edildiyi kimi, məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.

32. Odur ki, hazırkı halda qiymət verilməli olan, cavabdeh tərəfindən vergilərin hesablanması zamanı inzibati icraatın tələblərinə riayət edilib-edilməməsidir.

33. Lakin iddiaçının iş üzrə mübahisələndirdiyi xx.xx.2019-cu il tarixli qərarda, yəni inzibati aktda yuxarıda qeyd olunan normaların tələblərinə uyğun hər h ansı əsaslandırma aparılmamış, işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməmişdir.

34. Digər tərəfdən, cavabdehin iddia tələbinə qarşı verdiyi etirazdan, o cümlədən apellyasiya və kassasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçıya əlavə vergilərin hesablanmasının əsası kimi Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə (əlaqəli məlumat) istinad edilir. Lakin cavabdeh bu əlaqəli məlumatın nədən ibarət olmasını göstərməmiş, başqa sözlə, iddiaçı tərəfindən vergidən yayınma halının mövcudluğunu təsdiq edən mötəbər sübutlar (iddiaçının gəlirləri və xərcləri barədə) təqdim etməmiş, iddiaçının həqiqətən gəlir etdiyi halda vergi bəyan etməməsi halını sübuta yetirə bilməmişdir.

35. Bundan əlavə, cavabdeh artıq mübahisələndirilən qərarı ləğv etməklə hesablanmış vergi borcunun əsassızlığını etiraf etmişdir.

36. Beləliklə, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1760/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar