Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2010/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (keçmiş dövr üçün pensiyanın hesablanması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Dilarə Qurbanovanın iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə T əyinat üzrə Mərkəzi Filialına qarşı keçmiş dövr üçün pensiyanın hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-921/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1966-cı il tarixdə Beyləqan şəhərində anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalin in Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı keçmiş dövr üçün pensiyanın hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1984-1986-cı illərdə Rusiyada hərbi xidmətdə olmuşdur. 1992-ci ildə Qarabağ müharibəsində aldığı xəsarətlə bağlı pensiyanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsində alırdı. Sonradan pensiya işinin cavabdeh idarəyə verildikdən sonra pensiya məbləğində artım olmuşdur. Lakin pensiya keçmiş dövr üçün yalnız 3 il üçün ödənilmişdir. Əvvəlki illərin pensiya fərqinin ödənilməsindən isə əsassız olaraq imtina edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(81)-3348/2019 nömrəli (sədrlik edən hakim Miminat Hacıbəyova) qərarı ilə iddiа tələbinin təmin еdilməsi, iddiaçı Ramil Zakir oğluAxundova hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası keçmiş dövr üçün (xx.xx.1994-cü ildən - xx.xx.2017-ci ilədək) pensiyanın hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsiAzərbaycan Respublikasının Konstitusiyasının 38 və 71-ci,“Əmək p ensiyaları haqqında” Qanununun 1.0.1, 12.2, 20, 31.1 və 32.2-ci maddəsinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndinə əsaslanaraq iddiaçının iddia tələbi təmin edilməli, Ramil Zakir oğluAxundova hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası keçmiş dövr (xx.xx.1994-cü ildən xx.xx.2017-ci ilədək) üçün pensiyanın hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıolduğuna dair nəticəyə gəlmişdir. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qə rarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-921/2020 nömrəli (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Aida Hüseyn) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi“Əmək pensiyaları haqqında” Qanununun 1.0.1, 12.2, 20, 31.1 və 32.2-ci maddələrinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cümaddəsinə əsaslanaraq iddiaçının hərbi qulluqçu kimi əmək pensiya almaq hüququ artıq 1994-cü ildə yaranmışdır. Lakin cavabdeh tərəfindən iddiaçıya hərbi qulluqçu kimi xx.xx.2017-ci il tarixdən pensiya məbləği hesablanıb ödənilməsi qərara alınmışdır. İddiaçının tələbi əsaslı, cavabdehin imtinası əsassız olduğuna dair nəticəyə gəlmişdir. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,iddiaçıya xx.xx.1994-cü ildən ikinci qrup əlil kimi pensiya təyin edilmiş. İddiaçı həmin qərarı heç bir zaman mübahisələndirməmiş, həmin qərar əsasında xx.xx.20 17-ci il tarixinədək pensiya almışdır. İddiaçının cavabdehə yeni müraciəti əsasında xx.xx.2017-ci il tarixindən iddiaçıya hərbi qulluqçu kimi əlilliyə görə pensiya təyin edilmişdir. Bu pensiyanın təyin olunması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli qərarı və TSEK-in xx.xx.2016-cı il tarixli müayinə aktı təqdim olunmuşdur. Həmin sənədlərin geriyə qüvvəsi yoxdur. İddiaçının xx.xx.1994 - xx.xx.2017ci ilədək hərbi qulluqçu kimi pensiya almasının heç bir qanuni əsası yoxdur. Lakin hətta əsası olsa belə, iddiaçının yalnız xx.xx.2006-cı ildən sonrakı fərqi tələb etmək hüququ ola bilərdi. Belə ki, bütün keçmiş dövr üçün pensiya fərqinin ödənilməsi heç bir dövrün qanunvericiliyində nəzərdə tutulmamışdır. Bütün yuxarıda göstərilənl ərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)921/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili D.Qurbanova kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırki işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)-921/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qər arın qəbul edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdeh kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməli, iddiaçının iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hü ququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə əsasən hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan H üquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, iddiaçıya xx.xx.1994-cü ildən ikinci qrup əlil kimi pensiya təyin edilmiş. İddiaçı həmin qərarı heç bir zaman mübahisələndirməmiş, həmin qərar əsasında xx.xx.2017-ci il tarixinədək pensiya almışdır. İddiaçının cavabdehə yeni müraciəti əsasında xx.xx.2017-ci il tarixindən iddiaçıya hərbi qulluqçu kimi əlilliyə görə pensiya təyin edilmişdir. Bu pensiyanın təyin olunması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Hək im Komissiyasının xx.xx.2017-ci il tarixli qərarı və TSEK-in xx.xx.2016-cı il tarixli müayinə aktı təqdim olunmuşdur. Həmin sənədlərin geriyə qüvvəsi yoxdur. İddiaçının xx.xx.1994 - xx.xx.2017ci ilədək hərbi qulluqçu kimi pensiya almasının heç bir qanuni əsası yoxdur. Lakin hətta əsası olsa belə, iddiaçının yalnız xx.xx.2006-cı ildən sonrakı fərqi tələb etmək hüququ ola bilərdi. Belə ki, bütün keçmiş dövr üçün pensiya fərqinin ödənilməsi heç bir dövrün qanunvericiliyində nəzərdə tutulmamışdır. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun32.1-1-ci maddəsinin tətbiqinə dairxx.xx.2020-ci il tarixli №3/2 020 qərardadı ilə qərara alınmışdır ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İş materiallarında göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hərbi qulluqçu kimi xx.xx.2017-ci il tarixdən pensiya məbləği hesablanıb ödənilməsi qərara alınmışdır. Belə ki, işdə olan iddiaçının cavabdeh orqana müraciəti əsasında cavabdehin cavab məktubunda yazılmışdır ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq bilidiririk ki, əmək pensiyanız üzrə keçmiş müddət üçün hesablanmış 6029,80 manat məbləğində fərq xx.xx.2017-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hissə-hissə müvafiq kart hesabınıza köçürülmüşdür. ” Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayəti təmin edilməli,apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərar ının ləğv edilməli,iddiaçının iddia tələbi rədd edilməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 21(103)-921/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçının iddia tələbi rədd edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-2010/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2010/2020
14.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver