Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2010/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona 57 yaşının tamam old uğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.08.2021-ci il tarixli, 2-1(103)-707/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur.
2. İddiaçı 01.09.1976-1978-ci illərdə 2 il 1 ay müddətində Bakı 22 nömrəli Texniki Peşə Məktəbində oxumuş və üçüncü dərəcəli elektroqaz qaynaqçısı ixtisasına yiyələnmiş, 19.10.1979-cu il tarixdən 22.11.1981-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir.
3. Əmək kitabçasına əsasən iddiaçı 02.08.1978-ci ildən 10.10.1979-cu ilə qədər 4 nömrəli X2 sexində elektrik qaynaqçısı, 28.11.1996-cı ildən 02.03.1997-ci ilə qədər Mexaniki təmir sexində qaynaqçı, 02.03.1997-ci ildən 18.11.1997-ci ilə qədər elektrik qaynaqçısı, 12.01.1982-ci ildən 01.03.1993-cü ilə qədər həmin müəssisədə təzyiq boruları sexində elektrik qaynaqçısı, 01.03.1993-cü ildən 01.09.1996-cı ilə qədər “Dostluq” Assosiasiyasında qaynaqçı, Anfel-Park Azərbaycan-İngiltərə birgə müəssisəsində 01.09.1996-cı ildən 27.11.1996-cı ilə qədər, 18.11.1997-ci ildən 09.06.2000-ci ilə qədər pambıq emalı sexində qazançı-bişirici, 12.06.2000-ci ildən 30.05.2007-ci ilə qədər elektrik qaynaqçısı, "xxxx" SC-nin X4 İstismarı İstehsalat İdarəsində 01.06.2007-ci ildən 02.05.2011-ci ilə qədər elektrik-qaz qaynaqçısı, 02.05.2011-ci ildən 01.08.2012-ci ilə qəd ər qazla kəsən qaynaqçı vəzifəsində işləmişdir. 01.08.2012-ci ildən hal-hazıra kimi elektrikqaz qaynaqçısı işləyir.
4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
5. Cavabdeh 15.11.2019-cu il tarixli məktubla müraciətin təmin edilməsindən imtina olunduğunu bildirmiş və öz imtinasını iddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az təşkil etməsi ilə əlaqələndirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək, işlədiyi illərin, təhsil və hərbi xidmət müddətlərinin iş stajına daxil edilməsi, 57 yaşdan, yəni güzəştli şərtlərlə pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 01.09.1976-cı ildən 19.07.1978ci ilədək Binəqədi rayon 22 nömrəli Peşə məktəbində qaz qaynaqçısı peşə təhsili almışdır. 02.08.1978-ci ilədək 13 nömrəli Dəmir-beton məmulatları zavodunda elektrik qaz qaynaqçısı işləmişdir. 19.10.1979-cu ildən 20 noyabr 1981-ci ilədək Sovet ordusunda hərbi xidmətdə olmuşdur. 12.01.1982-ci ildən 01.03.1993-cü ilədək armatur boru sexində elektrik-qaz qaynaqçısı işləmişdir. 01.03.1993-cü ildən 01.09.1996-cı ilədək Dostluq Assosiasiyasında elektrik-qaz qaynaqçısı işləmişdir. 01.09.1996-ci ildən 27.11.1996-cı ilə dək Anfel-Park Azərbaycan - İngiltərə Birgə müəssisəsi tibbi pambıq emalı sexində qazançı-bişirici işləmişdir. 28.11.1996-cı ildən 18.11.1997-ci ilədək X1 Birliyinin 4 nömrəli sənaye Kombinatında mexaniki təmir sexində 5-ci dərəcəli qaynaqçı işləmişdir. 18.11.1997-ci ildən 09.06.2000-ci ilədək Anfel Park Azərbaycan-İngiltərə Birgə müəssisəsinin tibbi pambıq emalı sexində qazançı-bişirici işləmişdir. 12.06.2000-ci ildən 30.05.2007-ci ilədək Anfel Park Azərbaycan-İngiltərə Birgə müəssisəsinin tibbi pambıq emalı sexində 6-cı dərəcəli elektrik qaynaqçısı işləmişdir. 01.06.2007-ci ildən bu günə kimi "xxxx" SC X4 İstehsalat İdarəsinin mexaniki təmir sexində elektrik qaz qaynaqçısı işləyir. 17.07.2019-cu il tarixli, 02 nömrəli “X6” ASC tərəfindən verilən arayışa əsasən o, 02.08.1978-ci il tarix də 4 nömrəli sənaye kombinatında, 29.03.1993-cü ildən armatur sexində 2-ci dərəcəli elektrik qaynaqçısı, 28.11.1996-cı ildən 18.11.1997-ci ilə qədər mexaniki təmir sexində 5-ci dərəcəli qaynaqçı işləmişdir. 4071 nömrəli, 29.12.2011-ci il tarixli sərəncama əsasən X3 Müəssisəsi “X6” ASC-yə çevrilmişdir. 22.07.2019-cu il tarixli, 46 nömrəli arayışa əsasən iddiaçı 01.06.2007-ci ildən bu günə kimi "xxxx" ASC X5 İdarəsinin Su təchizatı və mühəndis texniki qurğuların təmiri və xidməti sahəsində elektrik qaz qaynaqçısı işləmişdir..
8. Cavabdehin iddia ərizəsinə yazılı etirazının dəlilinə görə, iddiaçının təqdim etdiyi əmək kitabçasında və Azərbaycan Respublikası “X6” ASC tərəfindən 17.07.2019-cu il tarixdə verilmiş arayışda onun həmin müəssisədə elektrik qaynaqçısı olması göstərilmiş, həmin peşən in ona güzəştli şərtlərlə pensiya hüququ verən peşə olması qeyd edilməmişdir. Həmçinin iddiaçının iddia ərizəsində qeyd etdiyi elektrik qaynaqçısı peşəsi nə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü ildə təsdiq edilmiş 320 saylı qərarı ilə təsdiq edilmiş siyahıda, nə də 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş yenilənmiş siyahıda yoxdur.
9. Birinci instansiya məhkəməsinin 28.10.2020-ci il tarixli, 2-1(112)-2986/2020 nömrəli (sədrlik edən hakim Miminat Hacıbəyova ) qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı iş, təhsil və hərbi xidmət müddətlərinin iş stajına daxil edilməsi, 57 yaşdan, yəni g üzəştli şərtlərlə pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdаfiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
10. Məhkəmə hesab etmişdir ki, cavabdeh həm iddia ərizəsinə yazılı etirazda, həm də imtina məktubunda iddiaçının işlədiyi dövrü qəbul etməsə də, bunun əksini sübut edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir.
11. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
12. Apelyasiya instansiyası məhkəməsində icraat zamanı iddiaçı tərəfindən təq dim edilmiş “X6” ASC-nin 22.04.2021-ci il tarixli güzəştli arayışına əsasən, iddiaçı 4 nömrəli Sənaye Kombinatının 02.08.1978-10.10.1979, 12.01.1982-01.03.1993 və 28.11.1996-18.11.1997-ci tarixlərdə əl ilə işləyən elektrik-qaz qaynaqçısı vəzifələrində çalışmışdır. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarının 35-ci bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi güzəştli şərtlərlə pensiya hüququ verən peşə kimi nəzərdə tutulmuşdur.
13. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.08.2021-ci il tarixli, 2-1(103)-707/2021 nömrəli (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Vüsalə Baxışova və Azər Hüseynov) qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 28.10.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, Kassasiya şikayətinin dəlilləri
15. İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.
16. İddiaçı onun müraciətinə verilmiş imtina cavabı ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş 30 gün iddia müddətinə əməl etməmiş, bu müddət keçdikdən sonra iddia ərizəsi ilə məh kəməyə müraciət etmişdir. 17. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yasa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
18. İddiaçının təqdim etdiyi əmək kitabçasında 01.03.1993-01.09.1996-cı il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası “Dostluq” Assosiasiyasında qeyd olunan əmək stajının dəqiqləşdirilməsi ilə bağlı idarə tərəfindən aidiyyəti üzrə sorğu verilmiş, cavab olaraq həmin müəssisənin hüquqi ünvanı müəyyən edilməmişdir.
19. İddiaçının iddia ərizəsində qeyd etdiyi elektrik qaynaqçısı peşəsi nə “Güzəştli şərtlərlə yaşa görə pens iya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü ildə 320 saylı qərarı ilə təsdiq edilmiş siyahıda, nə də ki, 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş yenilənmiş siyahıda yoxdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı daxil olmuş etiraz iddia ərizəsinin məzmununa uyğundur. Etirazda şikayətin təmin edilməməsi xahiş olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər də (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar y aşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 22. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01.07.2017-ci ilədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə g üzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
23. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
24. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli S iyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 25. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Maddə
67. Hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, ali, orta ixtisas, texniki p eşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
26. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə
87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri 87.1 İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (b aş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 28. “İnzibati icraat haqqında” Qanunu Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
31. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Ali Məhkəmənin İnzibati Kollegiyası iş in materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Avropa İnsan hüquqları M əhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
34. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apelyasiya şikayətinin məzmununa uyğun hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
35. Hazırkı mübahisəyə münasibətdə cavabdehin kassasiya şikayətinin əsas dəlili iddiaçının işlədiyi elektrik qaynaqçısı peşəsinin ona güzəştli şərtlərlə pensiya hüququ verən peşə olması və bunun iş yerindən arayışda qeyd edilməməsi ilə bağlıdır. Həmçinin bildirilir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi elektrik qaynaqçısı peşəsi güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin siyahısında yoxdur. Bundan başqa güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı 01.01.2006-cı il tarixə qədər tələb olunan ən azı 25 il ümumi iş stajına malik deyildir.
36. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, 01.01.2006-cı il tarixədək qüvvədə olmuş (iddi açının işlədiyi dövrdə qüvvədə olan) "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
37. Hazırkı mübahisəyə münasibətdə qeyd edilməlidir ki, iş materiallarına iddiaçının əmək kitabçası əlavə edilmişdir və həmin sənəd iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliyə görə əmək stajının müəyyən olunması zamanı nəzərə alınmalıdır.
38. Yuxarıda istinad olunan normaların tələbinə görə 57 (55+2) yaşdan güzəştli şərtlərlə əmək pensiyası o halda təyin olunur ki, şəxs əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan tam əmək stajını, yəni həm ümumi və həm də xüsusi stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsun.
39. Bu Qərarın 25-cı bəndində istinad olunan normaya əsasən, hərbi (alternativ) xidmət müddəti, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
40. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına əsasən iddiaçının hərbi xidmət dövrü, təhsil müddəti və əmək kitabçasında qeyd olunan iş stajı nəzərə alındıqda, onun tələb olunan 25 il ümumi əmək stajına malik olduğu təsdiq olunur.
41. Bundan başqa, iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün tələb olunan 12 il 06 ay güzəştli şərtlərlə pensiya hüququ verən iş stajına münasibətdə qeyd edilməlidir ki, “X6” ASC tərəfindən verilmiş 22.04.2021-ci il tarixli arayışa əsasən, iddiaçının 02.08.1978-10.10.1979, 12.01.1982-01.03.1993 və 28.11.1996-18.11.1997-ci tarixlərdə çalışdığı əl ilə işləyən elektrik-qaz qaynaqçısı peşəsi ona güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir. Belə ki, həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarının 35-ci bölməsində (əl ilə qaynaq aparan elektrik qaynaqçıları) güzəştli şərtlərlə pensiya çıxmaq hüququ verən peşələr sırasındadır (bax: bu qərarın 12-ci bəndinə).
42. Həmçinin, aldığı peşə təhsili üzrə ixtisasca elektrik-qaz qaynaqçısı olan iddiaçının 01.01.2006-cı il tarixədək işlədiyi elektrik qaynaqçısı vəzifəsi 2 nömrəli Siyahıda nəzərdə tutulmuş “23200000 - XXXİİİ. Ümumi peşələr - 23200000-19906 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə uyğun gəlir.
43. İstinad edilən qanunvericilik normalarına görə, şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.
44. Belə ki, güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iddiaçının 01.01.2006-cı ilə qədər, təhsil və hərbi xidmət dövrü də daxil olmaqla azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajını topladığı məhkəmələr tərəfindən müəyyən edilmişdir.
45. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından şəxsin müraciəti üzrə inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi imtina qərarında şəxsin müraciətinin təmin edilməsindən imtinasını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə ə saslandırmağa borcludur. Şəxs inzibati orqanın onun müraciəti üzrə hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, imtinanın səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
46. Bundan başqa, “İnzibati icraat haqqında” Qanunun 59.1.5-ci və 62-ci maddələrinin tələbinə görə, inzibati orqan imtina qərarı haqqında maraqlı şəxsə rəsmi məlumat verməyə, həmçinin imtina qərarında həmin qərara qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquq i müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət verə biləcəyi orqan və ya məhkəmə haqqında məlumat verməyə borcludur. Hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən qeyd edilən tələblərə tam əməl olunmamışdır.
47. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və o byektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
48. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
49. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.
50. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası: Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.08.2021-ci il tarixli, 21(103)-707/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.