Məhkəmə qərarları › İş №2-1(102)-2010/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2010/2024

07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2010/2024 07.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünlüyü, hüquqi marağın mövcudluğu Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı "xxxx" X1 cavabdeh Azərbaycan Respublikasının İ qtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə və onun üzərində olan tikililərə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-162/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı "xxxx" X3 cavabdeh 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" İstehsa l X5 məxsus torpaq sahəsinə və onun üzərindəki tikililərə mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1989-cu ildə yaradılmış “Avtomobil kooperativinin” əmlakı və torpaq sahəsi bazasında 1992-ci ildə "xxxx" İstehsal X7 təsis olunmuşdur. Kürdəmir rayonunun “R.Axundov” adına kolxozun 20 yanvar 1989-cu il tarixli ümumi yığıncağının qərarı ilə həmin müəssisəyə 0,20 hektar torpaq sahəsi ayrılmış, 30 yanvar 1989-cu il tarixli Kürdəmir rayon XDS-nin İcraiyyə Komitəsinin Komissiyası ilə bu torpaq sahəsi yerində koordinatları üzrə müəssisəyə təhvil verilərək akt tərtib olunmuş və Kürdəmir rayon XDS-nin sədri tərəf indən imzalanaraq təsdiq edilmişdir. Bundan sonra burada Kürdəmir rayon XDS-nin İcraiyyə Komitəsinin təsdiq etdiyi smeta üzrə anbar binası, talvar və xidməti binalar inşa edilmiş və 1989-cu ildən hal-hazıra kimi istismar olunur. Onlar müəssisəyə baş plan tərtib etmiş, sonra torpağa və tikintiyə dair baş planı Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı təsdiq etmişdir. Qeyd olunanları nəzərə alaraq baş plan və buna əlavə olunmuş hüquqmüəyyənedici sənədlər DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə təqdim olunmuş, onun əsasında torpağa və tikintiyə çıxarışın verilməsi cavabdehdən xahiş edilmişdir. Cavabdeh 15 mart 2021-ci il tarixli cavab məktubu ilə ərizənin icrasından imtina etmişdir. Cavabdeh imtinanın səbəbini qeyri-yaşayış binasının qeydiyyatı üçün əsas hesab edilən torpaq sahəsinin ayrılması barədə qərar, Kürdəmir RİHB-nin tikintinin inşa edilməsinə icazə qərarı, istismara qəbul aktı və yaxud Kürdəmir RİHB-nin tikinti obyektinin istismarına icazənin və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihənin təqdim olunmaması ilə əlaqələndirmişdir. Cavabdehə kiçik müəssisənin yaradılması barədə Kürdəmir RİH başçısının xx.xx.1992-ci il tarixli sərəncamı, 30 yanvar 1989-cu il tarixli R.Axundov adına kolxozun torpaq ayrılmasına dair aktı və onun Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin sədri tərəfindən təsdiqi, müəssisənin nizamnaməsi, ayrılmış torpaq sahəsində tikintiyə dair smeta və onun icrası haqqında sənədlər, elektrik təsərrüfatı üzrə transformatorun qoyulması və onun istismara verilməsi barədə sənədlər, tikintinin baş planı, eskiz planları və 1989-cu ildə təsdiq olunm uş ayrılan sahəyə yer quruluşu planından çıxarış və digər hüquqmüəyyənedici sənədlər təqdim edilmişdir. Buradan aydın olur ki, 1989-cu ildə qüvvədə olan qanunvericiliyə əsasən müəssisənin bütün hüquqmüəyyənedici sənədləri vardır və obyektin istismarı 1989-cu ildən hal-hazıra davam edir. İmtina üzrə tələb olunan sənədlər isə forma və məzmunca yeni qanunvericiliyin tələbləri əsasında tələb olunmaqla yanaşı təhrif edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-128/2023 nömrəli, 15 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakim X8) iddia təmin edilmiş, iddiaçı "xxxx" X1 iddia tələbinin təmin edilməsi, Kürdəmir rayonu Ərşəli kəndi ərazisində yerləşən "xxxx" X2 məxsus 0,20 ha torpaq sahəsi və həmin torpaq sahə sinin üzərindəki "xxxx" X2 məxsus xidməti binanın və anbarın üzərində (vahid əmlak kimi) "xxxx" İstehsal X4 mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

4. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya torpaq sahəsi qanuni əsaslarla ayrıldığından, bu barədə hüquqmüəyyənedici qərar mübahisələndirilmədiyindən və ləğv olunmadığından, həmçinin qeyd olunan torpaq sahəsində inşa edilən tikililər həmin torpaq sahəsinin ərazi hüdudları daxilində inşa edildiyindən, istifadəsində olan 0,20 hektar torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üstüstə düşməsi müəyyən edilmədiyindən, eləcə də həmin tikililər ərazinin ümumi görünüşünə xələl gətirmədiyindən, həmçinin həmin tikililərin mövcudluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən mübahisələndirilmədiyindən, eləcə də tikinti layihəsinin razılaşdırılması, tikintiyə icazə və istismara icazə sənədlərinin səlahiyyətli orqan tərəfindən verilməsi müəyyən edildiyindən iddiaçının həmin torpaq sahəsi və onun üzərində inşa edilmiş qeyri-yaşayış sahələrinə hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmalıdır.

5. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

6. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-162/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər X11 /məruzəçi/, X6 və X9) cavabdeh 16 saylı Ucar Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 2-1(120)-128/2023 nömrəli qərarı ləğv edilmiş, iddiaçı "xxxx" X1 iddia tələbi qismən təmin edilmiş, iddiaçının müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

7. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Qanunun və digər əlaqəli normativ hüquqi aktların müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Həmçinin birinci insta nsiya məhkəməsi də işin faktiki hallarını tam aydınlaşdırmadan düzgün olmayan nəticəyə gəlmişdir. Cavabdeh inzibati orqan iddiaçının müraciətini yenidən qanunvericiliyin tələblərinə uyğun tam dolğun araşdırmalıdır.

8. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ:

9. İş kassasiya instansiyasına daxil olduqdan sonra iddiaçının şikayəti üzrə kassasiyanın mümkünlüyü yoxlanılmış və məlum olmuşdur ki, iddiaçının kassasiya şikayəti verilməsi üçün hüquqi marağı qalmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qər arının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə

96. Ali Məhkəmədə icraat 96.1. Ali Məhkəmə daxil olmuş şikayətin surətini inzibati məhkəmə icraatının digər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır. 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

11. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

12. Apellyasiya məhkəməsi iddiaçı "xxxx" X1 iddia tələbini qismən təmin edərək iddiaçının müraciətinin yenidən araşdırılması öhdəliyinin cavabdeh 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulması barədə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırmışıdr. 12.1 İddiaçı Kürdəmir rayonu “R.Axundov” adına kolxozun dövlət torpaq uçotuna aid yerquruluşu planından çıxarışını təqdim etsə də, cavabdeh məhkəməyə qədər inzibati icraat zamanı sənəd üzrə iddiaçıya ayrılmış torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi üçün tam dolğun araşdırma aparmamışdır. 12.2. Təqdim edilmiş sənədlər üzrə torpaq sahəsinin naturada yerinin, koordinatlarının, kateqoriyasının və təyinatının müəyyən edilməsi cavabdeh inzibati orqanın müstəsna səlahiyyəti və birbaşa vəzifəsidir. Həmin halların başqa qurumlar tərəfindən dəqiq müəyyən edilməsi mümkünsüzdür. 12.3. Cavabdeh iddiaçının müraciətinə formal yanaşmış, torpaq sahəsi üzərində ilkin zəruri araşdırma aparmadan, iddiaçının tikililərinə aid sənədlərə səthi qiymət verərək imtina bildirişi vermişdir. Lakin cavabdeh ilk növbədə iddiaçıya ayrılmış torpaq sahəsinin naturada yerini, həmçinin iddiaçıya aid tikililərin həmin torpaq sahəsində yerləşibyerləşməməsini aydın laşdırmalı idi. 12.4. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın mütəxəssisi cəlb edilməklə ekspertiza təyin etsə də, cavabdeh tərəfindən zəruri araşdırma aparılmadan, təqdim edilmiş sənədlər üzrə torpaq sahəsinin naturada yeri, koordinatları, kateqoriyası və təyinatı müəyyən edilmədən mütəxəssis rəyi verilmişdir. Lakin bu halların müəyyən edilməsi cavabdeh inzibati orqanın müstəsna səlahiyyətidir və qeyd edilən hallar müəyyən edilmədən məhkəmənin nəticəyə gəlməsi mümkünsüzdür. 12.5. Cavabdeh inzibati orqan iddiaçının tikililərinə münasibətdə də zəruri araşdırma aparmamışdır. Qanunvericilikdən göründüyü kimi tikililərə hüququn qeydə alınması üçün ilk növbədə tikililərin yerləşdiyi torpaq sahəsinə müraciət edən şəxsin hansı əsaslarla hansı hüququnun olması aydınlaşdırılmalıdır. Lakin cavabdeh bu halı aydınlaşdırmamışdır. 12.6. Həmçinin cavabdehin imtina məktubunda iddiaçı tərəfindən müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı, yaxud müvafiq icra hakimiyyəti orqanının tikinti obyektinin istismarına icazəsi və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırlımış layihəsinin təqdim edilmədiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan məhkəmə icraatı gedişində də mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün tədbirlər görməlidir. İşdən göründüyü kimi məhkəmə icraatı zamanı cavabdeh mütəxəssis rəyi verərkən, həmçinin sonrakı gedişatda da işin ətraflı araşdırılmasına və mübahisənin həll edilməsinə cəhd göstərməmişdir. Bundan başqa, Prezidentin 14 iyun 2023-cü il tarixli Fərmanın uyğun iddiaçının müraciətinə baxılmalıdır.

13. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsinin qərarı ilə iddiaçının müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

14. İPM-in 90.2-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

15. Apellyasiya məhkəməsinin qərarı ilə iddia tələbinin təmin olunmadığı barədə qərar qəbul edilməmişdir. Başqa sözlə iddiaçının iddia tələbinin cavabdeh inzibati orqan tərəfindən yenidən araşdırılması onun hüquqi marağına uyğun olduğundan iddiaçının hazırki kassasiya şikayəti ilə məhkəməyə müraciət etmək hüququ aradan qalxmış o lur. Bu səbəbdən iddiaçının kassasiya şikayəti mümkün sayılmamalıdır.

16. Eyni zamanda iddiaçıya izah edilir ki, kassasiya şikayətinin mümkün sayılmaması onun cavabdeh inzibati orqan tərəfindən aparılan inzibati icraatın nəticəsindən razı qalmadığı halda, cavabdehin hərəkətindən (hərəkətsizliyindən) inzibati məhkəməyə müraciət etmək hüququnu istisna etmir.

17. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" X1 Şirvan Apellyasiya Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 21(106)-162/2024 saylı qərarından verdiyi kassasiya mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar