Məhkəmə qərarları › İş №2-1(102)-2011/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2011/2020

08.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2011/2020 08.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (iddianın mümkünlüyü; subyektiv hüquq; mübahisələndirmə haqqında iddianın xüsusi mümkünlük şərti; iddia verilməsi müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (X9 üçüncü şəxs olmaqla) qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1436/2020 nömr əli, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri, xxx saylı kooperativ mənzilin payçısı xxx X19 olmuşdur. O, sağlığında xx.xx.1988-ci il tarixdə vəsiyyətnamə tərtib edərək ölümündən sonra bütün əmlakını bacısı X6 vəsiyyət etmiş, xxx X19 vəfat etdikdən sonra həmin vəsiyyətnamə əsasında Bakı şəhəri 5 saylı X16 tərəfindən X3 adına kooperativ pay haqqının 2/3 hissəsinə xx xxxxxxxx 1989-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 2. xxx X12 ölümündən sonra, ona məxsus kooperativ pay Bakı şəhəri, keçmiş Oktyabr rayon XDS İK-nın (hazırda Bakı şəhəri Cavabdeh) xx.xx.1991-ci il tarixli qərarı ilə X1 adına keçirilmiş, xx.xx.1994-cü il tarixdə həmin mənzilin ilkin hüquqi qeydiyyatı onun adına aparılmışdır.

3. X4 xx.xx.2003-cü il tarixdə mübahisəli mənzili X7 bağışlamış, mənzilin hüquqi qeydiyyatı xx.xx.2004-cü il tarixdə X5 adına aparılmışıdır və hazırda həmin mənzil onun mülkiyyətindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı (bundan sonra iddiaçı) Bakı şəhəri Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, keçmiş Bakı şəhəri Oktyabr rayon X10 İcraiyyə Komitəsinin (hazırki Bakı şəhəri Cavabdeh) xx xxxx 1991-ci il tarixli, 3/1 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Yasamal rayon Məhkəməsində cavabdeh X7 qarşı mənzilə mülkiyyə t hüququna dair çıxarışın ləğvi və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia irəli sürmüşdür. Həmin mülki işə baxılan zaman məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə tanış olarkən məlum olmuşdur ki, həmin mülki iş üzrə mübahisə predmeti olan, Bakı şəhəri, xxx saylı kooperativ mənzilinin yeganə payçısı xxx X12 vəfat etməsi ilə əlaqədar olaraq, ona məxsus olan həmin pay keçmiş Bakı şəhəri, keçmiş Oktyabr rayon X10 İcraiyyə Komitəsinin (hazırki Bakı şəhəri Cavabdeh) xx xxxx 1991-ci il tarixli, 3/1 nömrəli qərarı ilə X1 adına keçirilmişdir. Halbuki, həmin mənzilin yeganə payçısı olan xxx X19 bütün əmlakını, o cümlədən Bakı şəhəri, xxx saylı kooperativ mənzilindəki pay ını xx xxxxxxx 1988-ci il tarixli vəsiyyətnamə əsasında bacısı, yəni iddiaçının anası X6 vəsiyyət etmişdir. xxx X19 vəfat etdikdən sonra həmin vəsiyyətnamə əsasında Bakı şəhəri 5 saylı X16 tərəfindən X3 adına xx xxxxxxxx 1989-cu il tarixdə, 2 - Hkh-167 reyestr nömrəsi ilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Buna baxmayaraq, həmin vaxtdan təqribən 18 ay ötəndən sonra, keçmiş Bakı şəhəri Oktyabr rayon X10 İcraiyyə Komitəsinə yalan məlumatlar və saxta sənədlər təqdim edilmiş və xx xxxx 1991-ci il tarixli, 3/1 nömrəli qərarla həmin pay tamamilə qanunsuz olaraq X1 adına keçirilmişdir. Lakin həmin qərardan nə X3, nə də onun ailə üzvlərinin məlumatı olmamışdır. Mübahisəli mənzilə dair adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilən X8 xx xxxxxx 2013-cü ildə vəfat etmişdir. Hazı rki iş üzrə iddiaçı olan İddiaçı X3 övladı olmaqla, onun birinci dərəcəli vərəsəsidir. Buna görə də Bakı şəhəri, keçmiş Oktyabr rayon X10 İcraiyyə Komitəsinin xx xxxx 1991-ci il tarixli, 3/1 nömrəli qərarı İddiaçı hüquqlarını pozduğundan ləğv edilməlidir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-816/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim: A.P.Oruczadə) X9 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

7. Üçüncü şəxs X9 iddia ərizəsinə qarşı ərizə verərək, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. (səh 41)

8. Cavabdeh iddia tələbinə etiraz təqdim etməmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-816/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakim: A.P.Oruczadə) iddia mümkün sayılmamışdır.

10. Birinci instansiya məhkə məsi hesab etmişdir ki, iddiaçının qərarı mübahisələndirmək üçün subyektiv hüququ olmamış, həmçinin iddiaçı həmin qərar üzrə mübahisələndirmə müddətini ötürmüşdür.

11. İddiaçı apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərardad qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1436/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və V.M.Məmmədov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-816/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mö vqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən hüquqlarının hansı formada pozulmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, həmçinin iddiaçı iddia verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayıla bilməz.

14. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı kassasiya şikayətində bildirir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanuni və ədalətli deyildir. Belə ki, məhkəməyə təqdim olunan iddia ərizəsində iddiaçının dayısı, xxx X12 xx xxxxxxx 1988-ci il tarixli vəsiyyətnamə əsasında bütün əmlakını, o cümlədən Bakı şəhəri, xxx sa ylı kooperativ mənzilindəki payını bacısı, yəni iddiaçının anası X6 vəsiyyət etdiyi və xxx X19 vəfat etdikdən sonra həmin vəsiyyətnamə əsasında Bakı şəhəri 5 saylı X16 tərəfindən X3 adına vərəsəlik hüququ haqqında xx xxxxxxxx 1989-cu il tarixli, 2 - Hkh-167 reyestr nömrəli şəhadətnamə verildiyi qeyd edilmiş və həmin sənədlərin təsdiq olunmuş surətləri iddia ərizəsinə əlavə edilmişdir. Vərəsəlik hüququ haqqında həmin şəhadətnamə mübahisəli mənzil üzərində iddiaçının anasının sahiblik və istifadə hüququnun olduğunu birbaşa təsdiq edən hüquqi sənəddir. Həmin sənədlərə məhkəmə də öz qərardadında istinad etmiş və bu faktı təsdiq etmişdir. X6 məxsus olan həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması, onun həmin mənzil üzərində mövcud olan sahiblik və istifadə hüququna xitam verə bilməz. İddiaçı, X3 birinci dərəcəli vərəsəsi olduğu üçün onun həmin əmlak üzərində mövcud olan sahiblik və istifadə hüququ vərəsəlik qaydasında İddiaçı ötürülmüşdür. Buna görə də, iddiaçının həmin mübahisəli mənzilin sonradan X2 verilməsi barədə keçmiş Bakı şəhəri, keçmiş Oktyabr rayon X10 xx xxxx 1991-ci il tarixli, 3/1 nömrəli qərarını mübahisələndirmək hüququ vardır. İddia tələbinin nə qədər əsaslı olub-olmaması isə mübahisənin mahiyyəti ilə bağlı olan məsələdir və bu hal iddianın qeyri-mümkün sayılmasına əsas verə bilməz.

16. Bundan əlavə şikayət müəllifi qeyd edir ki, iddiaçı iddia müddətini ötürməmişdir. Belə ki, həm xx xxxxxxxx 2000-ci ilədək, həm də ondan sonra qüvvədə olan qanunvericiliyin tələblərinə görə iddia müddətinin axımı şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və bilməli olduğu andan yaranır. İddiaçının nə mübahisəli mənzilin xxx verilməsi barədə Bakı şəhəri, keçmiş Oktyabr rayon X10 İcraiyyə Komitəsinin xx xxxx 1991-ci il tarixli, 3/1 nömrəli qərarından, nə də həmin mənzilin sonradan xxx mülkiyyətinə verilməsinə əsas olmuş xx xxxxxx 2003-cü il tarixli bağışlama müqaviləsindən xəbəri olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə v ə qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 146.1 Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 178.1 Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 32.1 Mübahisələndirmə haqqın da iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qa ldırıla bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin ed ilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanunil iyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları pozulmamışdır. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. İddiaçı, Bakı şəhəri, keçmiş Oktyabr rayon X10 İcraiyyə Komitəsinin (hazırki Bakı şəhəri Cavabdeh) xx xxxx 1991-ci il tarixli, 3/1 nömrəli qərarının ləğv edilməsinə dair iddia qaldırmışdır. Odur ki, hazırkı iddia mübahisələndirmə haqqında iddiadır.

24. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyil, həmçinin mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş müddəti ötürmüşdür.

25. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin m övcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

26. Qanunun tələb inə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

27. Hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir.

28. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən o lunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

29. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilmə klə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarı)

30. İddiaçının subyektiv hüququ ilə bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı hazırki iddia tələbi ilə Bakı şəhəri, xxx saylı mənzilinin X2 verilməsi barədə keçmiş Oktyabr rayon XDS-nin xx.xx.1991-ci il tarixli 3/1 nömrəli qərarının ləğvini tələb etsə də, həmin əmlak üzrə iddiaçının iddia etdiyi kimi anasının hər hansı bir sahiblik və ya istifadə hüququnun yaranmasını təsdiq edən sənədi məhkəməyə təqdim olunmamışdır. Mübahisə predmetini təşkil edən əmlak idd iaçının mərhum dayısı xxx X12 istifadəsinə verilməsi və sonradan həmin mənzilin vəsiyyətnamə əsasında 1989-cu ildə iddiaçının anası X6 verilməsi öz təsdiqini tapsa belə, sözügedən əmlakın 1991-ci il tarixdə Oktyabr rayon XDS-nin xx.xx.1991-ci il tarixli 3/1 nömrəli qərarı əsasında mərhumun arvadı X2 verilməsi halı mövcuddur. xxx X12 ölümündən sonra açılmış vərəsəlik işi olmadığı təqdirdə, həmin mənzillə bağlı 1989-1991-ci illər ərzində X8 ilə X4 arasında sənədləşmənin aparılması və ya həmin mənzildən X3 imtina edib-etməməsini müəyyənləşdirmək mümkün deyildir. Belə olan halda, X3 vəfatından sonra həmin mənzil üzrə İddiaçı hər hansı bir subyektiv hüququnun olması ehtimalı mövcud deyildir.

31. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Bakı şəhəri, xxx saylı mənzilinin X1 və sonradan X5 mülkiyyətinə verilməsinə əsas olmuş sənədlər 1991-ci il və 2003-cü il tarixləri əhatə edir. İddiaçının mərhum anasının 2013-cü ildə vəfat etdiyini nəzərə aldıqda, 1991-2013-cü illəri əhatə edən dövr üzrə belə X8 tərəfindən həmin mənzillə bağlı X4 arasında bir mübahisənin olub-olmaması, həmçinin mübahisənin olduğu təqdirdə, X3 xeyrinə həlli olunması barədə iddiaçı tərəfindən məhkəməyə sübut təqdim olunmamışdır.

32. Qeyd edilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri, xxx saylı mənzilin üzərində iddiaçının anasının vaxtilə hər hansı bir hüququnun yaranmasını təsdiq edən sənədlər təqdim olunmadığı halda iddiaçının həmin mənzilin X2 verilməsinə əsas olmuş Oktyabr rayon XDS-nin xx.xx.1991-ci il tarixli 3/1 nömrəli qərarını mübahisələndirmək üçün subyektiv hüququ mövcud deyildir.

33. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmaması barədə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, iddiaçı, mərhum anasının vərəsəsi olması əsasından çıxış edərək hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olduğunu sübut etmək üçün anasından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə və ya miras qalmış əmlakı vərəsə kimi faktiki qəbul edib sahiblik etməsinə dair sübutlar təqdim etməli idi. İş materiallarında isə bu barədə heç bir sübut yoxdur. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının anasının kooperativ mənzilə deyil, kooperativin pay haqqına vərəsəlik hüququ tanınmışdır. Miras qoyanın kooperativdə pay haqqının vərəsəlik qaydasında başqa şəxsə keçməsi isə, həmin pay haqqına əsaslanan mənzilin də bu şəxsin mülkiyyətinə keçməsi kimi qəbul edilə bilməz. Çünki, burada miras əmlakın predmetini naturada olan kooperativ mənzil deyil, həmin mənzilin pul şəklində olan pay haqqı, pay yığımı təşkil edir. Ona görə də burada kooperativdə pay haqqı olan miras qoyanın mənzilinin deyil, pul şəklində pay haqqının vərəsəlik qaydasında başqa şəxsə keçməsindən söz edilə bilər.

34. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırki iş üzrə qərarı mübahisələndirmək üçün iddia verilməsi müddətini də ötürmüşdür. Belə ki, Ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin "Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan v ə təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat" adlanan XXVİİ fəslinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1(bir) ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). (Həmin fəsil xx xxxx 2011-ci il tarixli, 143-lVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə Mülki Prosessual Məcəllədən çıxarılmışdır).

35. Hazırda mübahisələndirilən qərar, qəbul edildikdən sonra yuxarıda qeyd edilən prosessual normaların qüvvədə olduğu 20 ilə yaxın müddətdə (xx.xx.1991- xx.xx.2011-ci illər) mübahisəli mənzilin kooperativ pay haqqına dair adına vərəsəlik şəhadətnaməsi verilən, iddiaçının anası X8 tərəfindən, eləcə də onun ölümündən sonra ( xx.xx.2013-cü il ) onun qızı – hazırkı iddiaçı tərəfindən iddia qaldıranadək keçən 6 ildən artıq müddət ərzində mübahisələndirilməmişdir. Belə olan halda, kifayət qədər uzun müddət ərzində iddiaçının həmin qərar barədə məlumatlı olmaması əsaslı şübhə doğurur və inandırıcılıq baxımından ağlabatan mühakimə hesab edilə bilməz.

36. Qeyd olunmalıdır ki, ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə xx xxxxxx 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

37. İPM-in qanuni qüvvəyə mindiyi xx xxxxxx 2011-ci ilədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, həmin aktlar inzibati prosessual qanunvericiliyə istinadən mübahisələndirilə bilməz. Ona görə ki, İPM əvvəlki qanunvericiliklə müəyyən edilmiş, lakin istifadə müddəti buraxılmış müdafiə imkanını təzələmir.

38. Bundan əlavə, mübahisələndirilən qərarın (Bakı şəhəri, keçmiş Oktyabr rayon X10 İcraiyyə Komitəsini n xx xxxx 1991-ci il tarixli, 3/1 nömrəli qərarı) iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim olunmasının bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Çünki, iş materialları ilə iddiaçının, həmçinin iddiaçının vəkilinin həmin qərar barədə hətta Yasamal rayon Məhkəməsində iddia qaldırmazdan əvvəl, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə edilmiş müraciətə verilmiş xx.xx.2019-cu il tarixli cavab məktubu əsasında məlumatlı olmaları təsdiq olunur.

39. İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzi bati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia verilməsi axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır.

40. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən iddianın mümkün sayılmaması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə prosessual hüquq normalarının tələblərinə uyğundur.

41. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar olmadığından şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yux arıda göstərilənlərə və Azərbaycan Respublikası İPM-in 96 və 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının verdiyi kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1436/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar