Məhkəmə qərarları › İş №2-1(102)-2011/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2011/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2011/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X7 Baş Gömrük İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: gömrük rəsmiləşdirilməsi zamanı artıq ödənilmiş 1844.4 manat məbləğində gömrük ödənişlərinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin nümayəndəsi X5, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “gömrük rəsmiləşdirilməsi zamanı artıq ödənilmiş 1844.4 manat məbləğində gömrük ödənişlərinin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 15 iyul tarixli, 2-1(103)-1356/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 2020-ci il 19 mart tarixdə mühərrik gücü 1490 m3 təşkil edən, 2019-cu il istehsalı olan “Chevrolet Malibu” markalı avtomobili 3913 ABŞ dolları məbləğində pul vəsaiti ödənilməklə X2 keçirilmiş açıq hərracda satın almış və avtomobilin karqo şirkəti tərəfindən Azərbaycana gətirilməsi üçün 1570 ABŞ dolları yol xərci ödəmişdir. Avtomobilin Azərbaycana gətirilməsinin cəmi dəyəri 5483 USD təşkil etmişdir. İddiaçı avtomob ilin hərrac vasitəsilə alınmasını təsdiq edən invoys, ödəniş qəbzləri, avtomobilin foto şəkilləri və ona aid digər zəruri sənədləri gömrük orqanına bəyan etmişdir. **********6937 sorğu nömrəli gömrük bəyannaməsi ilə 2019-cu il istehsallı mühərrik həcmi 1490 sm3, 1G1ZD5ST7KF178142 şassi/ban nömrəsi olan “CHEVROLET MALİBU LT” minik avtomobilinin invoys dəyəri 5.483, gömrük dəyəri 18.700, statistik dəyəri isə 11.000 ABŞ dolları göstərilmişdir.

2. İddiaçı 2020-ci il 21 avqust tarixdə ərizə ilə cavabdehə müraciət edərək gömrük rəsmiləşdirilməsi zamanı artıq ödənilmiş 1844.4 manat məbləğində gömrük ödənişlərinin ona geri qaytarılmasını xahiş etmişdir.

3. Cavabdeh müraciəti əsassız hesab edərək təmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəm əsindəki icraat

4. İddiaçı 2020-ci il 24 sentyabr tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsini, 2019-cu il istehsallı “Chevrolet Malibu” markalı (VİN cod 1G1ZD5ST7KF178142) avtomobilə görə gömrük rəsmiləşdirilməsi zamanı artıq ödənilmiş 1844.4 manat məbləğində gömrük ödənişlərinin ona geri qaytarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2020-ci il 19 mart tarixdə mühərrik gücü 1490 m3 təşkil edən, 2019-cu il istehsalı “Chevrolet Malibu” markalı avtomobili (VİN cod 1G1ZD5ST7KF178142) 3913 (üç min doqquz yüz on üç) ABŞ dolları məbləğində pul vəsaiti ödənilməklə X2 keçirilmiş açıq hərracda satın almış və avtomobilin karqo şirkəti tərəfindən Azərbaycana gətirilmə si üçün 1570 (min beş yüz yetmiş) ABŞ dolları yol xərci ödəmişdir. Avtomobilin Azərbaycana gətirilməsinin cəmi dəyəri 5483 USD təşkil etmişdir. Bundan sonra Dövlət Gömrük Komitəsinin rəsmi, elektron ünvanlarına may ayından iyul ayına kimi dəfələrlə "Gömrük Məcəlləsinin” 299.4-cü və 50-ci maddələrini rəhbər tutaraq müraciət etməyinə baxmayaraq gömrük orqanları üçün məcburi olan qərar ona verilməmiş, müraciətlərinə natamam məktublarla cavab verilmişdir. Gömrük əməkdaşlarının səhlənkarlığı üzündən razılaşmadığından əlavə gömrük rüsumu ödəməyə məcbur edilmişdir. Belə ki, deyilən rüsum məbləği ödənilməyəcəyi halda avtomobilin gömrük orqanında qalacağını və əlavə cərimə yazılacağı bildirilmişdir. Halbuki, “Gömrük Məcəlləsinin” 299.4-cü maddəsinə əsasən fiziki şəxs gömrük sərhədindən keçirmək i stədiyi malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin əvvəlcədən müəyyənləşdirmək məqsədilə gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Həmin müraciət əsasında bu Məcəllənin 50-ci maddəsinə müvafiq olaraq malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından icrası gömrük orqanları üçün məcburi olan qərar qəbul edilir. Buna görə də 2020-ci il 13 iyul tarixdə cavabdehə şəxsən yaxınlaşmış avtomobilin alınmasını təsdiq edən invoys, ödəniş qəbzləri, avtomobilin foto şəkilləri və ona aid digər zəruri sənədləri gömrük orqanına təqdim etmişdir. Mühərrik gücü 1490 m3 təşkil edən, 2019-cu il 19 fevral istehsalı olan “Chevrolet Malibu” markalı 3913 ABŞ dolları m əbləğində pul vəsaiti ödənilməklə, X2 keçirilmiş acıq hərracda satın aldığı (həmin avtomobilin karqo şirkəti tərəfindən Azərbaycana gətirilməsi üçün 1570 ABŞ dolları yol xərci ödənilib) avtomobilin ölkəyə gətirilməsinin rəsmiləşdirilməsini xahiş etmişdir (cəmi dəyəri 5483 USD). Lakin, heç bir qanunverici əsas göstərmədən avtomobilə özləri qiymət qoyacaqları bildirilmiş və avtomobili qiymətləndirmişlər. Halbuki, “Gömrük tarifi haqqında” qanunun 12.2-ci maddəsinə əsasən malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Həmin qayda bu iddia ərizəsinə əlavə olunmuş Gömrük komitəsinin ona rəsmi cavabında da qeyd edilmişdir. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, əsas üsul sövdələşmə üsuludur, yəni rəsmi invoys, (hərrac şirkətinə avtomobil üçün ödənilmiş məbləğin təsdiqi sənədləri) ödəniş çekidir. Belə ki, dəfələrlə 195 qaynar xəttinə və **********-23-22-38 nömrələr ilə əlaqə saxlamağına qanunvericiliyin tələbinə riayət edilməsini xahiş etməyinə baxmayaraq bu xahiş və tələbi nəzərə alınmamışdır. Gömrük Orqanın elektron ünvanın həmin avtomobilin rəsmiləşdirilməsi üçün 4439.12 manat göstərilməsinə baxmayaraq (ödəniş qəbzləri, müqavilə invoys, ödəniş tapşırığı, avtomobilin səkilləri və ona aid digər məlumatlar) qanunsuz qərar əsasında ondan 6283.52 manat rüsum tələb edilmişdir. Valyuta və malların ümumi dəyəri 5483 USD qeyd edilməsinə baxmayaraq hesablama hissədə isə 18700 manat yəni 11000 USD əsasında hesablanmışdır. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları:

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, inzibati orqanda aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, iddiaçı tərəfindən X3 Brooklyn şəhərinin “X6 İnc” şirkətindən idxal etdiyi mənşə ölkəsi X1, 2019-cu il buraxılışlı, mühərrikinin həcmi 1490 sm3, qət etdiyi məsafə: 0 km, şassi/ban nömrəsi 1G1ZD5ST7KF178142 olan "Chevrolet Malibu” markalı minik avtomobilinin gömrük rəsmiləşdirilməsi üçün 2020-ci il 13 iyul tarixdə **********6937 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş ***** *****6937 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında nəqliyyat vasitəsinin xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu **********, 42-ci qrafasında invoys dəyəri 5483,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 18700,00 manat, 46-cı qrafasında statistik dəyəri 11000.00 ABŞ dolları. 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0 6 - ehtiyat üsul seçilərək İddiaçı tərəfindən bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımı 120,00 manat, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən (o cümlədən müvəqqəti gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə gömrük yığımı 30,00 manat, mühərrikin işçi həcminə görə tutulan idxal gömrük rüsumu 1773,10 manat, aksiz verg isi 447,00 manat, əlavə dəyər vergisi 3792,62 manat, nəqliyyat vasitəsinin ekspertizasına görə 30,00 manat, texniki eyniləşdirmə şəhadətnaməsinin verilməsinə görə 20,00 manat, elektron gömrük xidmətlərinin göstərilməsinə görə 60,00 manat və elektron gömrük xidmətlərinin göstərilməsinə görə əlavə dəyər vergisi 10,80 manat, cəmi 6283,52 manat hesablanaraq iddiaçı tərəfindən ödənilmişdir.

7. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra nəqliyyat vasitəsinə gömrük baxışı keçirilərək 2020-ci il 14 iyul tarixdə nəqliyyat vasitəsinin sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. Nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi zamanı **********6937 sorğu nömrəli gömrük bəyannaməsilə bağlı iddiaçı ilə Dövlət Gömrük Komitəsinin X7 Baş Gömrük İdarəsi arasında heç bir mübahisə olmamışdır. Bunu iddia çının həmin vaxt ərzində gömrük orqanına və ya məhkəməyə bu məsələ ilə bağlı hər hansı bir müraciətinin olmaması sübut edir. Buna baxmayaraq, iddiaçı öz iradəsi ilə düzgünlüyünü təsdiqlədiyi, gömrük ödənişlərini ödəyərək gömrük orqanına təqdim etdiyi, gömrük orqanının da öz növbəsində təsdiqlədiyi və hüquqi əhəmiyyətə malik sənəd sayılan bəyannaməni nəqliyyat vasitəsi sərbəst dövriyyəyə buraxıldıqdan sonra şübhə altına almış, poçt vasitəsilə göndərdiyi ərizə ilə cavabdehə və Dövlət Gömrük Komitəsinə müraciət edərək gömrük orqanını gömrük ödənişlərini artıq tutmaqda ittiham etmiş və həmin pulun geri qaytarılmasını tələb etmişdir. Ərizə gömrük orqanı tərəfindən əsaslı olmadığı üçün təmin edilməmişdir. Göründüyü kimi, iddiaçının elektron formada təsdiqləyərək təqdim etdiyi **********6937 sorğ u nömrəli gömrük bəyannaməsini və onlara əlavə olunan sənədləri gömrük orqanı öz vəzifə borcunu yerinə yetirərək öz növbəsində təsdiqləmiş, dövlət büdcəsinə ödənilməli olan gömrük ödənişləri üçün iddiaçının təsdiqlədiyi **********6937 sorğu nömrəli gömrük bəyannaməsində göstərdiyi gömrük dəyəri əsas götürülmüşdür. Beləliklə, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin, 2013-cü il 13 iyun tarixli, 687-İVQ nömrəli “Gömrük tarifi haqqında” Qanunun yuxarıda qeyd olunan müvafiq maddələrində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli, 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları’nın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli, 305 nömrəli Qərarı il ə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın yuxarıda qeyd olunan müvafiq bəndlərində və yuxarıda qeyd edilən digər müvafiq qanunvericilik aktlarında göstərilənlər onu deməyə əsas vermişdir ki, iddianın heç bir hüquqi əsası yoxdur, iddia əsassızdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 3 fevral tarixli, 2-1(112)-1881/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı idxal edilmiş nəqliyyat vasitəsinin gömrük dəyərini bəyannamədə göstərmiş, gömrük bəyannaməsinin 50-ci qrafasında gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünü təsd iq etmiş və gömrük orqanı da həmin bəyannamədə göstərilən məlumatlara uyğun olaraq qanunvericiliyə müvafiq gömrük ödənişləri tətbiq etmiş, gömrük ödənişləri həyata keçirildikdən sonra 2020-ci il 13 iyul tarixdə sərbəst dövriyyəyə buraxılmışdır.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 15 iyul tarixli, 2-1(103)-1356/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarı 2020-ci il 3 fevral tarixli ləğv edilmiş, iddia tələbi təmin edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu kimi avtomobilin sövdələşmə qiymətini əks etdirən invoysu cavabdeh orqana bəyan etmişdir. Lakin cavabdeh orqan bəyannamədə 11.000 ABŞ dolları statistik dəyərin hansı əsasla götürülməsinin izahını verməmişdir... Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsində olan gömrük ödənişlərinin hesablanmasına əsasən dəyəri 5483 USD, istehsal tarixi bir ildən çox, mühərrik həcmi 1490 sm3 X4 istehsalı olan nəqliyyat vasitəsinin gömrük rəsmləşdirilməsi aşağıdakı qaydada müəyyən edilmişdir: - aksiz vergisi 447 AZN; - mühərrikin işçi həcminə görə tutulan gömrük rüsum 1773.1 AZN; əməliyyat haqqı 60 AZN; - vəsiqə haqqı 30 AZN; - ƏDV 2093.62 AZN; - elektron gömrük xidmətinin göstərilməsinə görə 30 AZN; - elektron gömrük xidmətinin göstərilməsinə görə ƏDV 5.4 AZN; - cəmi 4439.12 AZN. İş materiallarından is ə görünür ki, 1490 m3 təşkil edən, 2019-cu il istehsalı “Chevrolet Malibu” markalı avtomobilin rəsmiləşdirilməsi üçün 4439.12 manat göstərilməsinə baxmayaraq, heç bir izah göstərilmədən iddiaçıdan 6283.52 manat gömrük rüsumu alınmışdır... Qeyd olunan avtomobilə görə gömrük rəsmiləşdirilməsi zamanı artıq ödənilmiş 1844.4 manat (6283.52-4439.12=1844.4) məbləğində gömrük ödənişi iddiaçıya geri qaytarılmalıdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlav ə, şikayətdə qeyd edilmişdir ki, “Gömrük ekspertizasının aparılması Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli, 232 nömrəli qərarı ilə təsdiq edilmişdir. Sözügedən Qaydaların 4.1-ci bəndinə əsasən Gömrük Məcəlləsinin 322.1-ci maddəsində göstərilənlərin (o cümlədən malların gömrük dəyərinin təyin olunması) müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük ekspertizasının aparılması ilə bağlı gömrük laboratoriyasına yazılı və ya elektron formada müraciət etmək hüququna malikdirlər. Qaydaların 7.1-ci bəndinə əsasən gömrük ekspertizası 20 (iyirmi) iş günü müddətində aparılır. Lakin iddiaçı vaxtında həmin hüquqdan istifadə etməmiş, **********69 37 sorğu nömrəli gömrük bəyannaməsi ilə idxal etdiyi nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsini 2020-ci il 14 iyul tarixdə başa çatdırmış və nəqliyyat vasitəsi onun sərəncamına verilərək sərbəst dövriyyəyə buraxılmışdır. Göründüyü kimi, gömrük rəsmiləşdirilməsi zamanı iddiaçı tərəfindən idxal edilmiş nəqliyyat vasitəsinin gömrük dəyəri mübahisələndirilməmiş, gömrük dəyərində şübhələr yaranmadığına görə gömrük ekspertizası təyin olunmamışdır. “Gömrük tarifi haqqında" Qanunun 18.1-ci maddəsinə əsasən (ehtiyat üsul) idxal olunan malların gömrük dəyərini bu Qanunun 13-17-ci maddələrinə əsasən müəyyənləşdirmək mümkün olmadıqda, gömrük dəyəri bu Qanunun 7.1-ci maddəsinə uyğun olaraq, beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə, habelə bu Qanunun gömrük dəyərləndirilməsinə dair müd dəalarına uyğun vasitələrdən istifadə etməklə və gömrük ərazisində mövcud olan məlumatlar əsasında müəyyən edilir. İş materiallarında olan təqdim edilmiş **********6937 sorğu nömrəli gömrük bəyannaməsinin 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0 6 - ehtiyat üsul İddiaçı tərəfindən bəyan olunmuşdur. İddiaçı ilə gömrük orqanı arasında gömrük dəyəri ilə bağlı mübahisə mövcud olmadığı üçün iddiaçı gömrük rəsmiləşdirilməsi aparılan zaman yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət etməmişdir.

15. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməmişdən qabaq inzibati orqana, yəni Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X7 Baş Gömrük İdarəsinə ümumi qaydada, şikayət formasında, məktub ilə müraciət edərək gömrük ödənişlərini artıq öd ədiyini bildirmiş və geri qaytarılmasını tələb etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli, 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarımın (Əlavə olunur) 3.1-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına müraciət etməlidir. Lakin iddiaçı adıçəkilən qaydaların müvafiq bəndinin tələblərinə riayət etməmişdir. Eyni zamanda İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 2 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydalarında (Əlavə olunur) müəyyən edilən qaydada gömrük orqanına müraciət etməmişdir. İddiaçı şikayət formasında məktub ilə gömrük orqanına müraciət edərək gömrük ödənişlərini artıq ödədiyini bildirmiş və geri qaytarılmasını tələb etmişdir və qeyd olunan xüsusat məhkəmə instansiyalarında araşdırılmamışdır. Beləliklə maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. b. məhkəmə icraatı iştirakçılarının izahatları

16. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

17. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır.

18. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştir akçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

19. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə ve rilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçi nin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

23. Şikayətin dəlillərinə görə, “Gömrük ekspertizasının aparılması Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli, 232 nömrəli qərarı ilə təsdiq edilmişdir. Sözügedən Qaydaların 4.1-ci bəndinə əsasən Gömrük Məcəlləsinin 322.1-ci maddəsində göstərilənlərin (o cümlədən malların gömrük dəyərinin təyin olunması) müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda bəyann aməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük ekspertizasının aparılması ilə bağlı gömrük laboratoriyasına yazılı və ya elektron formada müraciət etmək hüququna malikdirlər. Qaydaların 7.1-ci bəndinə əsasən gömrük ekspertizası 20 (iyirmi) iş günü müddətində aparılır. Lakin iddiaçı vaxtında həmin hüququndan istifadə etməmiş, **********6937 sorğu nömrəli gömrük bəyannaməsi ilə idxal etdiyi nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsini 2020-ci il 14 iyul tarixdə başa çatdırmış və nəqliyyat vasitəsi onun sərəncamına verilərək sərbəst dövriyyəyə buraxılmışdır. Göründüyü kimi, gömrük rəsmiləşdirilməsi zamanı iddiaçı tərəfindən idxal edilmiş nəqliyyat vasitəsinin gömrük dəyəri mübahisələndirilməmiş, gömrük dəyərində şübhələr yaranmadığına görə gömrük ekspertizası təyin olunmamışdır. “Gömrük tarifi haqqında" Qanunun 18.1-ci maddəsinə əsasən (ehtiyat üsul) idxal olunan malların gömrük dəyərini bu Qanunun 13-17-ci maddələrinə əsasən müəyyənləşdirmək mümkün olmadıqda, gömrük dəyəri bu Qanunun 7.1-ci maddəsinə uyğun olaraq, beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə, habelə bu Qanunun gömrük dəyərləndirilməsinə dair müddəalarına uyğun vasitələrdən istifadə etməklə və gömrük ərazisində mövcud olan məlumatlar əsasında müəyyən edilir. İş materiallarında olan təqdim edilmiş **********6937 sorğu nömrəli gömrük bəyannaməsinin 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0 6 - ehtiyat üsul İddiaçı tərəfindən seçilərək bəyan olunmuşdur. İddiaçı ilə gömrük orqanı arasında gömrük dəyəri ilə bağlı mübahisə mövcud olmad ığı üçün iddiaçı gömrük rəsmiləşdirilməsi aparılan zaman yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət etməmişdir.

24. Məhkəmə kollegiyası şikayətin həmin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

25. İstinad edilən normaların tələblərindən göründüyü kimi, gömrük ekspertizası o halda təyin olunur ki, Gömrük Məcəlləsinin 322.1-ci maddəsində göstərilənlərin (o cümlədən, malların gömrük dəyərinin) müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunsun. Hazırkı işdə iddiaçıya məxsus malın dəyərinin müəyyən edilməsi üçün xüsusi biliklərin tələb olunduğuna, bu səbəbdən də gömrük ekspertizasının təyin olunmasını zəruri edən hallara dair hər hansı məlumat yoxdur. Deməli, bu hüquqdan iddiaçının istifadə etməsi üçün də zərurət və əsaslar olmamışdır. Əksinə, iddiaçı gömrük ərazisinə gətirdi yi malın gömrük dəyərinin “Gömrük tarifi haqqında" Qanunun 12.1.1-ci maddəsində təsbit olunmuş ilkin üsulla (malın sövdələşmə qiyməti ilə) müəyyən edilməsi üçün sənədləri cavabdehə təqdim etmişdir. Eyni zamanda, həmin Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan və 12.1.1-ci maddəsində təsbit olunmuş ilkin üsulun tətbiqini istisna edən şərtlərin mövcudluğuna dair sübut da işdə yoxdur.

26. İddiaçının gömrük ərazisinə gətirdiyi nəqliyyat vasitəsinə münasibətdə “ehtiyat üsul”un tətbiqinin iddiaçının öz iradəsinə uyğun olaraq baş verdiyinə dair cavabdehin dəlilləri də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul edilə bilməz. Belə ki, əvvəla, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd edir ki, iddiaçı gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu kimi avtomobilin sövdələşmə qiymətini əks etdirən invoysu cavabdeh orqana bəyan etsə də, cavabdeh bəyannamədə 11.000 ABŞ dolları statistik dəyərin hansı əsasla götürülməsinin izahını verməmişdir.

27. Digər tərəfdən, “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinin tələbinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinin tələbinə görə, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

28. Həmin Qanunun 23.2-ci maddəsinin (İnzibati orqan tərəfindən məsləhətlərin və zəruri məlumatların verilməsi) müddəalarının tələbinə görə, inzibati orqan ərizə, şikayət və y a vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur.

29. Cavabdeh inzibati orqanın maraqlı şəxsə yardım göstərilməsi, məsləhətlərin və zəruri məlumatların verilməsində ifadə olunan xidməti vəzifələrinə dair məcburi göstərişlər Gömrük Məcəlləsində də təsbit olunmuşdur. Belə ki, həmin Məcəllənin 40.4-cü maddəsinin tələbinə görə, gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdi rilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər.

30. Beləliklə, istinad edilən qanun normalarının tələbləri nəzərə alındıqda, cavabdeh inzibati orqan iddiaçı üçün əlverişli olan, “Gömrük tarifi haqqında" Qanunun 12.1.1-ci maddəsində təsbit olunmuş ilkin üsulun (malın sövdələşmə qiymətinin) iddiaçı barəsində tətbiqi üçün xidməti vəzifəsindən irəli gələn hərəkətləri (yardım etmə, məlumatlandırma, məsləhət vermə) etməli olduğu halda, bunu etməmişdir.

31. Digər tərəfdən, iddiaçı yuxarıda qeyd olunan nəqliyyat vasitəsinin idxalı üçün çəkəcəyi gömrük xərclərini bilavasitə cavabdehin rəsmi internet səhifəsindəki məlumatlara əsasən əvvəlcədən müəyyən etmişdi. Buna görə də, iddiaçıya münasibətdə tətbiq edilən üsulun onun iradəsinə uyğun olduğuna dair dəlil əsaslı hes ab oluna bilməz. Hətta bəyannamənin məzmunu bəyannaməçinin iradəsinə uyğun olduğu halda belə, bu, gömrük orqanını (onun vəzifəli şəxsini) “İnzibati icraat haqqında” Qanunun 23.2, 24.1, 24.2-ci maddələrində və Gömrük Məcəlləsinin 40.4-cü maddəsində təsbit olunmuş xidməti vəzifələrini icra etmək öhdəliyindən azad etmir.

32. Şikayətin digər əsas dəlili ondan ibarətdir ki, iddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməmişdən qabaq inzibati orqana, yəni Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X7 Baş Gömrük İdarəsinə ümumi qaydada şikayət formasında məktub ilə müraciət edərək gömrük ödənişlərini artıq ödədiyini bildirmiş və geri qaytarılmasını tələb etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli, 313 nömrəli Qərarı ilə təsdiq edilmi ş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarımın (Əlavə olunur) 3.1-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına müraciət etməlidir. Lakin iddiaçı adıçəkilən qaydaların müvafiq bəndinin tələblərinə riayət etməmişdir.

33. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, cavabdeh iddia tələbinə etirazında və şikayətində təsdiq edir ki, iddiaçı poçt vasitəsilə göndərdiyi ərizə ilə cavabdehə v ə Dövlət Gömrük Komitəsinə müraciət edərək gömrük orqanını gömrük ödənişlərini artıq tutmaqda ittiham etmiş və həmin pulun geri qaytarılmasını tələb etmişdir. Ərizə gömrük orqanı tərəfindən əsaslı olmadığı üçün təmin edilməmişdir.

34. Göründüyü kimi, cavabdeh iddiaçı tərəfindən inzibati orqana müraciətlə bağlı formal tələblərə (ərizənin formasına) əməl olunmadığını və bunun hüquqi nəticələrini iddiaçıya bildirməmiş, ərizəni icraata qəbul edərək ona mahiyyəti üzrə baxmış və müraciətin təmin olunmasından imtina etmişdir.

35. Beləliklə, məhkəmə kollegiyası iddianın əsaslı olduğuna dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab edir.

36. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi qərarının nəticə hissəsində iddianın təmin edilməsi barədə göstər işi qeyd etsə də, cavabdehin üzərinə məhz hansı məzmunda öhdəlik qoyduğunu göstərməmişdir. Bu səbəbdən qərarın nəticə hissəsi dəyişdirilməli, cavabdehin üzərinə iddiaçı tərəfindən artıq ödənilmiş 1844.4 manat məbləğində pulun iddiaçıya qaytarılması öhdəliyi qoyulmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 15 iyul tarixli, 21(103)-1356/2021 nömrəli qərarı dəyişdirilir. Cavabdehin üzərinə 1844 (bir min səkkiz yüz qırx dörd) manat 40 qəpik məbləğində pulun iddiaçıya qaytarılması öhdəliyi qoyulur. Kassasiya şikayəti təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar