Məhkəmə qərarları › İş №2-1(102)-2011/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2011/2024

27.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2011/2024 27.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəhid ailəsi statusu barədə arayışın verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinə qarşı «şəhidlik statusunun bərpa edilməsi öhdəliyinin cavabd ehin üzərinə qoyulması» tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2024-cü il tarixli, 2-1(106)-31/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 1977-ci il təvəllüdlü mərhum X8 xx.xx.1995-ci il tarixdə Biləsuvar RHK çağırılmış, N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 186 nömrəli əmrinə əsasən xx.xx.1995-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin ümumi siyahısına salınaraq bütün növ təminatlara qoşulmuş və ona “sıravi” hərbi rütbəsi verilmiş və “kursant” vəzifəsinə təyin olunmuşdur. 2. 14 aprel 1997-ci il tarixdə xidməti yerində həlak olmuş və bu fakta görə 28 aprel 1997-ci il tarixdə həmin vaxt qüvv ədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100-cü maddəsinin 1-ci hissəsi ilə 19/18168 nömrəli cinayət işi başlanmış, istintaq zamanı əsgər X3 özünü öldürməsi faktı üzrə cinayət hadisəsi müəyyən edilmədiyinə görə cinayət işi üzrə icraata 28 iyul 1997-ci il tarixdə CPM-in 10-cu maddəsinin 1-ci bəndinə əsasən xitam verilmişdir.

3. N saylı hərbi hissə komandirinin N nömrəli əmri ilə R.Abdullayev xidməti yerində özü-özünə qəsd edərək öldürdüyü üçün xx.xx.1997-ci il tarixdən bütün təminat növlərindən və şəxsi heyətindən silinmiş və hərbi qeydiyyat sənədləri çağırıldığı hərbi komissarlığa göndərilmişdir.

4. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsi tərəfindən mərhum R.Abdullayevin ailəsinə şəhidlik statusu barədə arayış verilməmişdir.

5. İddia çı cavabdehə müraciət edərək mərhum övladı X3 şəhidlik statusunun bərpa edilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə Qazax Hərbi Prokurorluğunun xx.xx.2010-cü il tarixli məktubuna istinad edilərək R.Abdullayevin N saylı hərbi hissədə odlu silahdan atəş açaraq özünü öldürməsi səbəbindən iddiaçının tələbi təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, şəhid ailəsi statusu barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, X8 08 may 1995-ci ildə Biləsuvar RHK tərəfindən hərbi xidmətə çağırılmış, Qazax rayonunda N saylı hərbi hissədə xidmət etmiş, xidmət etdiyi hərbi hissə rəhbərliyinin bildirdiyinə görə 14 aprel 1997-ci ildə şəhid olmuşdur. Ona görə də, dəfn mərasimi rayon ictimaiyyətinin və rəhbərliyinin iştirakı ilə şəhid statusuna uyğun keçirilmişdir. 17 iyul 1997-ci il tarixdə ona və həyat yoldaşı X4 Biləsuvar rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən şəhid ailəsi olaraq vəsiqələr verilmişdir. 23 ildən sonra şəhid ailələri üçün sığorta vəsaiti ödənilərkən müvafiq arayış üçün müraciət etmiş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Biləsuvar rayon şöbəsinin 10 dekabr 2018-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, sizin oğlunuz X1 rayon prokurorluğunun xx.xx.2010-cu il tarixli məktubuna əsasən N saylı hərbi hissədə xidmət keçərkən xx.xx.1997-ci il tarixdə odlu silahdan atəş açaraq özünü öldürmüşdür. Cavabdeh övladlarının şəhidlik statusunun bərpa edilməməsini Qazax rayon prokurorluğunun xx.xx.2010-cu il tarixli, 3180 nömrəli məktubuna əsaslanmışdır. Həmin məktubda göstərilir ki, X8 xx.xx.1997-ci il tarıxdə N saylı hərbi hissədə odlu silahdan atəş açaraq özünü öldürmüşdür. Cavabdehin Qazax Hərbi prokurorluğunun ziddiyyətli və anlaşılmaz məktubuna istinad etməsi tamamilə əsassızdır. Belə ki, hərbi prokurorluğun məktubunda gostərilir ki, istintaq zamanı X3 özünü öldürməsi hadisəsi müəyyən edilmədiyinə görə cinayət işi üzrə icraata xx.xx.1997-ci il tarixdə xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CPM-nin 10-cu maddəsinin 1-ci bəndinə əsasən (cinayət hadisəsı müəyyən edilmədiyinə görə) xitam veril mişdir. xx.xx.2015-ci ildə həmin cinayət işi saxlama müddəti başa çatdığına görə müvafiq akt əsasında məhv edilmişdir. Başdan-başa ziddiyyətli olan məktub əsasında şəhidlik statusu ləğv oluna bilməz. “Şəhid adının əbədiləşməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə görə şəhidlik statusu müvafiq hərbi hissənin arayışı əsasında verilir. N saylı hərbi hissənin xx.xx.1997-ci il tarixli Biləsuvar hərbi komissarlığına göndərdiyi bildirişdə də göstərilir ki, X8 xx.xx.1997-ci il tarixdə xidməti yerində xidməti borcunu yerinə yetirərkən həlak olmuşdur. Hərbi hissənin bildirişi də övladının şəhid olduğunu təsdiq edir. Dəfələrlə cavabdehə müraciət edərək şəhidlik statusunun bərpa edilməsini xahiş etmiş, cavabdeh bütün hallarda Qazax rayon prokuro rluğunun məktubuna istinad etməklə onun xahişini rədd etmişdir. Sonuncu dəfə təkrar müraciətinə cavabdeh xx.xx.2022-ci il tarixdə imtina məktubu vermişdir.

8. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli Qərarının 1.2-ci bəndinə əsasən aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1980-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respubilkasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X2 Xidmətində, X6 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının Dövlət Sərhədinin Mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Əlavə olaraq bildirirlər ki, Qazax Hərbi Prokurorluğundan daxil olmuş 05 avqust 2010-cu il tarixli 3180 nömrəli məktubda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, əsgər X5 14 aprel 1997-ci il tarixdə odlu silahdan atəş açaraq özünü öldürməsi faktına görə 28 aprel 1997-ci il tarixdə həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 100cü maddəsinin 1-ci hissəsilə cinayət işi başlanılmış, iş üzrə icraata 28 iyul 1997-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 10-cu maddəsinin 1-ci bəndinə əsasən xitam verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şirvan İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2-1(120)-381/2023 nömrəli qərarı ilə (hakim F.Abbasov) iddia təmin edilmiş X3 şəhidlik statusunun bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdi ki, N saylı hərbi hissənin xx.xx.1997-ci il tarixli, 377 nömrəli arayışına və 17 aprel 1997-ci il tarixli, İV-JQ 458800 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən hərbi qulluqçu X3 xx.xx.1997-ci il tarixdə cəbhə bölgəs ində xidməti yerində xidməti borcunu yerinə yetirərkən döş qəfəsindən aldığı güllə yarası səbəbindən həlak olması mötəbər sübutlarla təsdiq olunur və bu hal Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın “Şəhid və şəhid ailəsi statusunun verilməsi” barədə 4-cü bəndinin 4.1-ci yarımbəndinin (hərbi hissənin arayışı) və Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4-cü bəndinin 1.4.2-ci yarımbəndinin (atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması) təsir və əhatə dairəsinə düşür. N saylı hərbi hissənin hərbi qulluqçusu olmuş X8 şəhid statusunu, anası İddiaçı və atası X7 şəhid ailəsi statusunu qanuni əsaslarla müvafiq olaraq qazanmış və əldə etmişlər.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2024-cü il tarixli, 2-1(106)-31/2024 nömrəli qərarı ilə (hakimlər: S.Həsənov - sədrlik edən və məruzəçi, İ.Əsədov və M.Həsənov) apellyasiya şikayəti tə min edilmiş Şirvan İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “...mərhum R.Abdullayev xidməti vəzifəsinin icrası zamanı vəfat etsə də, bu hal onun döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olmamışdır. Nəzərə alınmalıdır ki, mərhum hərbi xidmətdə olmaqla hərbi qulluqçu hesab edildiyindən onun ölüm səbəbi kimi “hərbi xidmət vəzifələrinin icrası” göstərilmişdir. Lakin, həm “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaların tələbləri baxımından şəxsin şəhid hesab edilməsi üçün onun ölümü ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması (yəni döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi) arasında səbəbli əlaqə mövcud olmalıdır. İşin faktiki hallarına diqqət yetirdikdə isə R.Abdullayevin ölümü ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması halı arasında səbəbli əlaqə mövcud olmamışdır.”

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. Kassat or apellyasiya məhkəməsi tərəfindən İPM-in 68.1-ci maddəsinin tələblərinin pozulduğunu bildirir. Belə ki, həmin normaya görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bundan əlavə apellyasiya məhkəməsinin qərarında birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması göstərilsə də buna dair heç bir əsas göstərməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “İnzibati icraat haqqında” Qanun Maddə

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 18. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə

2. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid v ə ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”:

1. Şəhid anla yışı 1.1.Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

1. Aşağıdakılar şəhid hesab edilirlər: 1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər;

3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar;

4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həl ak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6 Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X2 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhk əmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7 Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular.

2. Şəhid ailəsi

3. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 1. arvadı (əri); 2. valideynləri; 3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.

20. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçıları nın izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasi ya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən g üzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr 2008-ci il tarixli Qərarı:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın 1.2.6-cı bəndinin «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Re spublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir.

22. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlil lərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

28. İşin hallarından müəyyən olunur ki, 1977-ci il təvəllüdlü mərhum X8 xx.xx.1995-ci il tarixdə Biləsuvar RHK çağırılmış, N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 186 nömrəli əmrinə əsasən xx.xx.1995-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin ümumi siyahısına salınaraq bütün növ təminatlara qoşulmuş və ona “sıravi” hərbi rütbəsi verilmiş və “kursant” vəzifəsinə təyin olunmuşdur. X8 14 aprel 1997-ci il tarixdə odlu silahdan atəş açaraq özünü öldürmüş və bu fakta görə 28 aprel 1997-ci il tarixd ə həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100-cü maddəsinin 1-ci hissəsi ilə 19/18168 nömrəli cinayət işi başlanmış, istintaq zamanı əsgər X3 özünü öldürməsi faktı üzrə cinayət hadisəsi müəyyən edilmədiyinə görə cinayət işi üzrə icraata 28 iyul 1997-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 10-cu maddəsinin 1-ci bəndinə əsasən xitam verilmişdir. N saylı hərbi hissə komandirinin N nömrəli əmri ilə X8 xidməti yerində özü-özünə qəsd edərək öldürdüyü üçün xx.xx.1997-ci il tarixdən bütün təminat növlərindən və şəxsi heyətindən silinmiş və hərbi qeydiyyat sənədləri çağırıldığı hərbi komissarlığa göndərilmişdir.

29. Bundan əlavə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsi tərəfindən mərhum X3 ailəsi nə şəhidlik statusu barədə arayış verilməmişdir.

30. Qeyd edilməlidir ki, şəhidlik statusu “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına” uyğun olaraq verilir.

31. Belə ki, həm “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına əsasən Şəhid dedikdə “Azərba ycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs” başa düşülür. Başqa sözlə, qeyd olunan hüquq normalarının tələbləri baxımından Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar, habelə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər.

32. Hazırkı qərarın 22-ci bəndində qeyd edilən qərarda Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Başqa sözlə, şəxsin şəhid hesab edilməsi üçün onun ölümü ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması (yəni döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi) arasında səbəbli əlaqə mövcud olmalıdır.

33. Lakin işin araşd ırılmış halları ilə müəyyən olunmuşdur ki, mərhum X8 xidməti vəzifəsinin icrası zamanı vəfat etsə də, bu hal onun döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olmamışdır.

34. Belə ki, Şəmkir Hərbi Prokurorluğunun apellyasiya məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 1997-ci il üzrə “cinayət işlərinin qeydiyyat kitabına” əsasən Şəmkir (Qazax) hərbi prokurorluğunda N №-li hərbi hissənin hərbi qulluqçusu, əsgər X3 14 aprel 1997-ci il tarixdə odlu silahdan atəş açaraq özünü öldürməsi faktına görə 28 aprel 1997-ci il tarixdə həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100-cü maddəsinin 1-ci hissəsi ilə 19/18168 nömrəli cinayət işi başlanmış, istintaq zamanı əsgər X3 özünü öldürməsi faktı üzrə cinayət hadisəsi müəyyən edilmədiyinə görə cinayət işi üzrə icraata 28 iyul 1997-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 10-cu maddəsinin 1-ci bəndinə əsasən xitam verilmişdir.

35. Mərhumun ölüm səbəbi kimi “hərbi xidmət vəzifələrinin icrası” göstərilməsinin səbəbi isə onun hərbi xidmətdə olmaqla hərbi qulluqçu hesab edilməsindən irəli gəlmişdir.

36. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalı, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2024-cü il tarixli, 2 1(106)-31/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar