Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2012/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Cavabdehnə (üçüncü şəxs X1 iştirakı ilə) qarşı iş üzrə QƏRAR Açar sözlər: (qeydiyyata alınma) Giriş hissə: 14.10.2020 Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın iştirakı ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs X1 iştirakı ilə) qarşı qeydiyyata alınma tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-nın xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-680/2017 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə i clasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə (üçüncü şəxs X1 iştirakı ilə) qarşı onun Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, 4 saylı mənzilə qeydiyyata alınması barədə iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Birinci instansiya məhkəməsinin xx.xx.2016-cı il tarixli,2-1(81)-2934/2016 nömrəli (sədrlik edən hakim Sevinc Alıyeva) qərarı ilə iddianıntəmin edilməsi qərara alınmışdır. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təminedilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyas iya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2017-ci il tarixli, 2-1(103)-680/2017 nömrəli (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Ülvi Mayılov və Cahangir Yusifov) qərardadı ilə üçüncü şəxs X5 tərifindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsaslanmaqla belə hesab etmişdir ki, iddiaçının hazırkı iddianı irəli sürmək subyektiv hüququ yoxdur. İddiaçı həmin qərardaddan kasasiya şikayəti verərək qərardadın ləğv edilməsini,işin mahiyyəti üzrə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsinixahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(102)1389/2017 nömrəli (hakimlər Azər Hüseynov - sədrlik edən və məruzəçi, İlqar Dadaşov və Kəmaləddin Bədəlov) qərarı ilə iddiaçının kasasiya şikayətinin təmin edilməməsi, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə apelyasiya instansiyası məhkəməsinə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2017-ci il tarixli işi üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə müraciət etmişdir. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)-680/2017 nömrəli (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Ai da Hüseyn) qərardadı ilə iddiaçının ərizəsinin rədd edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,İddiaçı hüquqlarını məhdudlaşdıran və Binəqədi Rayon Məhkəməsinin xx xxx 2000-ci il tarixli, 2405/2000 saylı qətnaməsi əsasında bölünmüş və istifadə qaydaları müəyyən edilmiş yaşayış sahələrindən əlavə sahələrin zəbt edilməsinə yönələn cavabdehlər X6, X7 və X3 hərəkətləri qanunsuz hesab edilsin və bu cür hərəkətlərə son qoyulsun. X8 və İddiaçı aid (Binəqədi Rayon Məhkəməsinin xx xxx 2000-ci il tarixli, 2405/2000 saylı qətnaməsi ilə X4 istifadəsinə verilmiş 2 yaşayış otağı – 20 kvadrat metr və 12 kvadrat metr, yardımçı sahə (18 kvadrat metr olan) yaşayış sahəsindən istifadə etmə qaydalarına cavabdehlər X6, X7 və X9 tərəfi ndən edilən müdaxilələr aradan qaldırılsın. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(102)1084/2020 saylı qərarı ilə iddiaçının kasasiya şikayəti təmin edilməməsi, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)10521/2019 salı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Açıq-aşkardır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə İddiaçı həmin evdən istifadə etmə hüquqları müəyyən edilmiş; həmin evdə yaşayan digər şəxslərin, o cümlədən hazırkı işdə üçüncü şəxsin, X2 İddiaçı və qeyrilərinə qarşı hərəkətləri qanunsuz hesab edilmiş və bu cür hərəkətlərə son qoyulmaqla, müdaxilələrin aradan qaldırılması qət edilmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətin də Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-680/2017 saylı qərardadının ləğv edilməsinə və başa çatmış inzibati məhkəmə icraatının təzələnməsinə və ilkin icraat üzrə araşdırmanın davam etdirilməsinə dair qərardadın çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs Hüseyn Hüseynzadə məhkəmə iclasına vəkilsiz gəldiyi üçün, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəldikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd oluna nları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hü quq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Məlum olduğu kimi, İnzibati Prosessual Məcəllənin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halla rın ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətinə verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 104.1-ci maddəsinə müvafiq olaraq, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə mübahisə edilən məhkəmə qərarı haqqında məlumat, icraatın təzələnməsi üçün əsaslar, məhkəmə qərarının mübahisə edilən hissəsi və ya həcmi barədə məlumat və s. göstərilməlidir. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən, ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi yuxarıda göstərilmiş prosessual hüquq normalarına istinad edib düzgün olaraq vurğulamışdır ki, yeni sübutlar və hallar yeni açılmış hallar üzrə icraatın təzələnməsi üçün əsas kimi o zaman çıxış edə bilər ki, həmin sübut və hallar obyektiv səbəbdən, yəni proses iştirakçılarının iradəsindən asılı olmayan səbəblərdən inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələrə və məhkəmə kollegiyasına təqdim edilməsin. Əgər həmin sübutların və halların məhkəməyə təqdim edilməməsi proses iştirakçısının subyektiv davranışından asılı olaraq (yəni onun təqsiri ucbatından) məhkəməyə təqdim edilməmişdirsə, həmin sübut və hallar yeni açılmış hallar üzrə icraatın başlanması üçün əsas ola bilməz. Belə ki, iddiaçının yeni açılmış hal kimi təqdim etdiyi məhkəmə qətnaməsi işə baxılan zaman mövcud olmadığından, yeni iddia kimi məhkəməyə müraciət edə bilər. İnzibati Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, İddiaçı İnzibati Prosessual Məcəllənin 101–104-cü maddələrinə əsaslanmaqla məhkəməyə verdiyi yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsində yeni açılmış hal kimi Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-10521/2019 saylı qətnaməsi və Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)-1084/202 0 saylı qərarı ilə müəyyən edilmiş müddəalarını qələmə verir. Lakin məhkəmə kollegiyası həmin məsələdəki apelyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi və sözügedən qətnaməni dəyişiklik edilmədən saxlamış Ali Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərarı, Ali Məhkəmənin xx xxxx 2017-ci il tarixli, 2-1(102)-1389/2017 saylı qərarının qəbul edilməsi ilə başa çatdıqdan, yəni, qanuni qüvvəyə mindikdən sonra qəbul edilmişdir. Belə olan halda, İddiaçı tərəfindən sözügedən məhkəmə aktları ilə müəyyən edilmiş müddəaları yeni açılmış hal kimi qiymətləndirilməsi və qələmə verilməsi İnzibati Prosessual Məcəllənin 100-cü maddəsinin tələblərinə ziddir. Bu baxımdan apelyasiya instansi yası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının yeni hal kimi təqdim etdiyi məhkəmə qətnaməsi işə baxılan zaman mövcud olmadığından yeni açılmış hal olaraq hesab edilə bilməz. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi və Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə müəyyən edilmiş müddəaları yeni əsas götürməklə onun məhkəməyə iddia ilə müraciət etmək hüququna malik olması izah edilməlidir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlər ə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 21(103)-680/2017 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2012/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2012/2020
14.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver