Məhkəmə qərarları › İş №2-1(102)-2012/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2012/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2012/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina, qanuni əsaslarla tərxis olunma Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsini n İnzibati Kollegiyasının 2-N(N03)-3N8/202N nömrəli, 26 may 202N-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ N. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmişdir.

2. Cavabdeh 04.02.2020-ci tarixli, N/7N-N7N6 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, Mərkəzi Arxivin 06.08.20N-cu il tarixli 9/2NN046 nömrəli arayışına əsasən, onun 06.0N.N94-cü il tarixdən sonrakı hərbi xidməti barədə məlumat olmadığından müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldı raraq, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 02.N2.N89-cu il tarixində Cəbrayıl rayonunun hərbi komissarlığından hərbi xidmətə göndərilmiş, 24.0N.N92-ci ilə qədər Sovet ordusunda hərbi xidmətini başa vurmuş, N92-ci ildə könüllü olaraq döyüşlərində N94-cü ilin yanvar ayının 30-na qədər N nömrəli hərbi hissədə qulluq etmiş, N nömrəli hərbi hissədə isə N mart N94-cü ilədək qulluq etmiş, barəsində heç bir cinayət işi olmamışdır. Veteran vəsiqəsini almaq üçün Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxiv İdarəsindən aldığı 06.08.20N-cu il tarixli 9/2NN046 nömrəli arayışdan da görünür ki, xidməti barədə məlumat vardır, bu faktı döyüş yoldaşları təsdiq edə bilər, lakin hərbi biletində xidməti barədə yazının olmaması Cəbrayıl şəhər hərbi komissarlığının günahıdır. Aidiyyəti qurumlar veteran adı və vəsiqəsini almaq barədə müraciətinə cavab olaraq bildirirlər ki, bu məsələ məhkəmə qaydasında həll olunmalıdır.

5. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, Müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi və «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 7 aprel 2006-cı il tarixli 90-İİİ QD №-li Qanunu ilə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən müvafiq icr a hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci hissəsində göstərilən «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №-li Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli 2N6 №-li Qərarı ilə «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməni təsdiq edilmişdir. Həmin Əsasnamənin N-ci bəndinin onuncu yarımbəndinə uyğun olaraq, «N88-ci il fevralın N-dən N9N- ci il oktyabrın 9-dək erməni milliyətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N9N-ci il oktyabrın 9-dan N94-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasınd a verilir». Həmin Əsasnamənin N-ci bəndinin onbirinci yarımbəndinə uyğun olaraq, «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir». İddiaçı barəsində təqdim edilmiş N2.02.20N-cu il tarixli 9/2-N732 nömrəli Arxiv Arayışına əsasən, 26.02.N92-ci il tarixdən sonrakı xidməti və hərbi xidmətdən qanuni əsaslarla təxris olunması barədə məlumat olmadığından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna zidd hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.09.20N8-ci il tarixli 422 nömrəli qərarına əsasən, “Əsasnamə”nin N- ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Tələbin faktiki əsasına gəldikdə isə, ilk öncə qeyd etmək zəruridir ki, şəxsin hərbi xidmət keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və s. xidmətini bilavasitə əks edən sənədlərdə öz təsdiqini tapmalıdır. Cavabdeh qeyd edilənlərə əsasən hesab edir ki, iddia rədd edilməlidir.

6. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-3354/2020 saylı, 27 avqust 2020-ci il tarixli qərarı ilə (hakim: M.C.Qarayeva) iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ordu sıralarından qanuni əsaslarla tərxis olunm adığından onun iddiası əsassızdır.

8. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək, onun ləğv edilməsini, işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N03)-3N8/202N nömrəli iş üzrə 26 may 202N-ci il tarixli qərarı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: A.Ə.Hüseyn və H.Ü.Həmidov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-3354/2020 saylı, 27 avqust 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. N0. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. NN. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və işin yenidən baxılması üçün bir inci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri N2. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, məhkəmələr iddia tələbini tam, hərtərəfli araşdırmamış, iddia tələbi tam əsaslı olmasına baxmayaraq səhv nəticəyə gəlmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri N3. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) İşə şifahi məhkəmə baxışıi keçirilməklə baxılmasına dair vəsatət N4. İddiaçı və onun vəkili vəsatət göndərərək işə məhkəmə iclasında baxılmasını xahiş etmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ N5. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Aşağıdakılar müharibə veteranları sayılırlar:.... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Maddə

7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs lər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. N6. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıld ıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. N7. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə N4. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. N8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd N. Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın N-dən N94-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələri nin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respubl ikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsl ər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. N. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə N4.3 İnzibati aktın qəbul edilməsi tələb inə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 9N. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.N. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N32.3-cü maddələrində nəzərdə tu tulmuş hallarda N0 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin q ərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 2N. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. İddia çı və onun vəkili məhkəmə kollegiyasına müraciət edərək məhkəmə iclasında iştirak etmək istədiklərini və bu səbəbdən də işə şifahi məhkəmə iclası keçirilməklə baxılmasını xahiş etmişlər.

23. Məhkəmə tərkibi hesab edir ki, vəsatət rədd edilməlidir. Belə ki, İPM-in 96.4-cü maddəsində Ali Məhkəmədə işə bir qayda olaraq yazılı icraat qaydasında baxıldığı, məhkəmənin yalnız hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılmasının mümkünlüyü təsbit edilmişdir. Hazırkı işə şifahi məhkəmə baxışı keçirilməklə, məhkəmə iclasında baxılması üçün İPM-in 96.4-cü maddəsində nəzərdə tutulan əsaslar (hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab edilmə) mövcud olmadığında n vəsatət əsassızdır.

24. İşin mahiyyətinə gəlincə isə məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, şikayət əsassızdır.

25. Belə ki, birinci instansiya məhkəməsi və onun mövqeyi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi iş materiallarındakı sənədlərdə istinad edərək bildirmişlər ki, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasına dair işdə mötəbər sübutlar olmadığından iddia əsassızdır.

26. Məhkəmə kollegiyası «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il, 22 sentyabr tarixli 2N6 nömrəli qəra rı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməni təhlil edərək qeyd edir ki, iddiaçının xidməti barədə məlumatlar mötəbər sübutlarla təsdiq edilməlidir.

27. İş materiallarına əlavə olunmuş sənədlərdə isə iddiaçının 06.0N.N94-cü il tarixdən sonrakı dövrdə hərbi xidmət barədə məlumat mövcud deyildir. Belə ki, iddiaçıya məxsus HЗ seriyalı, ******* saylı hərbi biletdən görünür ki, xx.xx.N7N-ci il təvəllüdlü iddiaçı Cəbrayıl rayon çağırış komissarlığı tərəfindən hərbi xidmətə yararlı hesab edilərək həqiqi hərbi xidmətə çağırılmış, NN.N2.N89-cu ildə N saylı hərbi hissəyə göndərilərək hərbi and içmişdir. N2.N2.N9N-cı ildə SSRİ MN-nin 287 saylı əmrilə silahlı qüvvələr sırasından ehtiyata buraxılmışdır. Sonuncu qeyd hərbi biletin 26-cı qrafasında iddiaçının 24.0N.N92-ci il tarixdə hərbi uçota götürülməsi barədə Cəbrayıl rayon hərbi komissarı tərəfindən imzalanmış və qeydə möhür icra edilmişdir.

28. Həmçinin, Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin 06.08.20N-cu il tarixli 9/2- NN046 saylı arayışında aşağıdakılar göstərilmişdir: Cəbrayıl RHK-dan çağırılmış İddiaçı N №-li hərbi hissə komandirinin N sentyabr N92-ci il tarixli 6N №-li əmrilə (əsas: § N, sıra 2, səh 30, əmrdə atasının adı tam yazılmayıb) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilmişdir. Sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N aprel N93-cü il tarixli 049 №-li əmrilə (əsas: § N, sıra 22, əmrdə atasının adı “Sədətqulu” yazılmışdır) həmin tarixdən 07 sentyabr N92-ci il tarix dən hesablanmaqla tank bölüyündə “atıcı, qumbaraatan köməkçisi” vəzifəsinə təyin edilərək bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin N yanvar N94-cü il tarixli 04 №-li əmrində (əsas: § 2, sıra N72, səh N0, əmrdə atasının adı “Sədətqulu” yazılmışdır) şəxsi heyətin siyahısında İİ tağımın tuşlayıcısı, sıravi hərbi qulluqçusu İddiaçı adı qeyd olunmuşdur. Qeyd edilir ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və komandirin mart N94-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, "Müharibə veteranı" adının və "Müharibə veteranı vəsiqəsi"nin verilməsi üçün şəxsin döyüş əməliyyatlarında iştirak etməsi faktı hərbi biletdə göstərildikdə bu fakt o halda yetə rli sayılır ki, hərbi bilet, hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birlikdə təqdim edilsin. Hazırki işdə iddiaçının 06.0N.N94-cü il tarixdən sonrakı hərbi xidməti barədə məlumat olmadığı müəyyən edilir.

30. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə görə, müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada hərbi hissədən tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Belə olan halda, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. 3N. Beləli klə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apelyasiya instansiyasının əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. İddiaçının kassasiya şikayətində irəli sürdüyü dəlillər əslində onun əvvəlki instansiya məhkəmələrində irəli sürdüyü dəlillərlə oxşardır və məhkəmələr həmin dəlillərə əsaslı cavab vermişdir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir.

32. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.

33. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N03)-3N8/202N saylı iş üzrə 26 may 202N-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar