Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2012/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərbi xidmətdən ehtiyata buraxılma barədə əmrin mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1480/2023 nömrəli, 5 may 2023-cü il tarixli qərarından id diaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Baş Qərargah rəisinin xx.xx.2022-ci il tarixli 091 gm nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş 06 iyul 2022-ci il tarixli, 091 gm saylı əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə bərpa edilməsi, qanuni qüvvəyə minmiş məhkəmə aktı qəbul edilənədək cavabdehdən məcburi iş buraxma günləri üçün əmək haqqının hesablanaraq ödənilməs i öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. iddiaçının əsaslandırması:
3. İddianın əsaslarına görə, iddiaçı 2018-ci ilin oktyabr ayında gizir hazırlığı kursundan keçdikdən sonra, xidmətini davam etdirmək üçün H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə göndərilmişdir. Həmin məktəbin maddi texniki təminat taborunun avtomobil bölüyündə baş təlimatçı vəzifəsinə təyin edilmişdir. 2021-ci ilin dekabr ayında Ali Hərbi Məktəbin yeməkxana rəisi başqa vəzifəyə keçirildiyi üçün, məktəb rəisinin əmri ilə müvəqqəti olaraq Məktəbin kursant yeməkxanasının rəisi vəzifəsinin icrası həvalə olunmuşdur.
4. Barəsində Azərbaycan Respublikasında Hərbi Prokurorluğunda cinayət işi başlanmışdır. Lakin, cinayət işi öz təsdiqini tapmadığı üçün Azərbaycan Respublikası Hərbi Prokurorluğun Hərbi təsisatlarla təhqiqata nəzarət və cinayət təqibinin kənar icraatlar idarəsinin 27 may 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması Azərbaycan Respublikasının CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bütün bunlara baxmayaraq, ona məlum olmayan səbəbdən, əmək müqaviləsinə hərbi xidmətdən 091 gm nömrəli xx.xx.2022-ci il tarixli əmri ilə xitam verilmişdir.
5. Daha sonra o, işdən çıxarılma barədə məktəbin kadrlar şöbəsinin rəisinə və qərargah rəisinə öz narazılığını bildirəndə, narazı olduğu təqdirdə, məhkəməyə müraciət edə biləcəyi deyilmişdir. Hesab edir ki, işdən azad edilməyinə əsas olmuş 091gm nömrəli xx.xx.2022-ci il tarixli əmr ləğv edilməli, işə bərpa edilməklə yanaşı qanuni qüvvəyə minmiş məhkəmə aktı qəbul edilənə dək, məcburi iş buraxma günləri üçün əmək haqqı verilməlidir.
6. İddiaçı onun barəsində qəbul edilmiş əmri əsassız hesab edir və qanunvericiliyin tələblərinə zidd olaraq qəbul etdiyini bildirir. İddiaçı qeyd edir ki, onun əməllərində cinayət əlamətləri olmadığından cinayət işinin başlanılması rədd olunmuşdur ki, bu da öz növbəsində onun həmin əsas ilə ehtiyata buraxılması faktını aradan qaldırır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11648/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi qulluqçusu, gizir İddia çı məktəbin kursant yeməkxanasından 26,5 kq ət oğurlanması faktı təsdiqini tapmamış, həmin yeməkxanadan “Pal süd” markalı 2 qutu bir litrlik süd məhsulunu oğurlanması faktı müəyyən olunsa da, həmin əməlində cinayət tərkibi olmamışdır. Məhkəmə qeyd edir ki, baxmayaraq ki, ət oğurlanması faktı öz təsdiqini tapmasa da, iddiaçının digər ərzaq məhsulunun götürülməsi öz təsdiqini tapdığından, onun həmin əsas ilə ehtiyata buraxılması əsaslı olmuşdur”.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1480/2023 nömrəli, 5 may 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin yeni baxışa qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
13. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı işə birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən «Hərbi xidmət keçmə haqqında» Əsasnamənin 156, 161, 162-ci maddələrinin tələbləri, habelə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0, 2.0.2, 2.0.6-cı, 21.1,21.2, 21.3 və 51.1-ci maddələrinin tələbləri pozulmuşdur.
14. Belə ki, Əsasnamənin 156-cı maddəsinə görə hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndinə əsasən yerinə yetirilir. Maddənin dispozisiyasından aydın olur ki, hərbi qulluqçu inzibati xətaya görə yalnız şərəf məhkəməsinin vəsatəti ilə buraxıla bilər. Şərəf məhkəməsinin vəsatəti olmadan, birbaşa buraxılma isə yalnız Əsasnamənin 156-cı maddəsinin ə) bəndinə əsasən mümkün sayılır. Əsasnamənin 156-cı maddəsinin ə) bəndində göstərilir ki, hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar.
15. İşd ən görünür ki, iddiaçı şərəf məhkəməsinin vəsatəti olmadan, birbaşa əsasnamənin 156-cı maddəsinin ə) bəndi ilə deyil, e) bəndi ilə ehtiyata buraxılmışdır. Sözügedən əsasnamənin 156-cı maddəsinin e) bəndində isə göstərilir ki, xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Bütün bunlardan barəsində ehtiyata buraxılma barədə əmrin qanunsuz olduğu aşkar görünür.
16. Bundan başqa, həmin Əsasnamənin 161-ci maddəsinə görə, həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) xəbərdar edilirlər. Qanunun bu tələbinə əsasən iddiaçı buraxılm aya iki ay qalmış xəbərdarlıq edilməmişdir.
17. Digər tərəfdən, həmin Əsasnamənin 162-ci maddəsinə görə hərbi qulluqçular onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hər qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin, maddi məişət təminatının güzəştlər) və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
19. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsa slandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkə mələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbi üzrə işin hallarını lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir. Ona görə də kollegiya apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya ş ikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1480/2023 nömrəli, 5 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.