Məhkəmə qərarları › İş №2-1(102)-2013/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2013/2020

11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2013/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kasasiya mümkünlüyü giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil2, üçüncü şəxs Sadıxova Nərminə Akif qızının vəkili X2 iştirakı ilə İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəs inin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) (3-cü şəxslər Sadıxova Nərminə Akif qızı və X3) qarşı bağ sahəsinin nömrəsindəki uyğunsuzluq aradan qaldırılmaqla, naturada qeyd olunan bağ sahəsi üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)1055/2020 saylı, 5 avqust 2020-ci il tarixli qərardadından üçüncü şəxs Sadıxova Nərminə Akif qızının nümayəndəsi və vəkilinin verdiyi kasasiya şikayətinin mümkünlüyünə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə:

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə ona məxsus olan bağ tor paq sahəsinə hüququn qeydə alınmasını xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadı Məhkəməsinin 2- 1(82)-92/2018 saylı, 24 may 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, X1 və İstismarı Birliyi tərəfindən 13 iyul 2004cü il tarixli, 13794 nömrəli müqavilə əsasında Buzovna ərazisində ayrılmış 333a nömrəli bağ sahəsinin nömrəsindəki uyğunsuzluq aradan qaldırılmaqla, naturada qeyd olunan həmin bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, bu barədə dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.

3. Bakı Apelyasiya Məhkəməsinin İ nzibati kollegiyasının 2-1(103)-1055/2020 saylı 5 avqust 2020-ci il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-iqtisadı Məhkəməsinin 21(82)-92/2018 saylı, 24 may 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.

4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1055/2020 saylı 5 avqust 2020-ci il tarixli qərarından iddiaçı ilə yanaşı üçüncü şəxs Sadıxova Nərminə Akif qızının nümayəndəsi və vəkili tərəfindən kasasiya şikayəti verilmişdir. tərəflərin izahatları:

5. Üçüncü şəxsin və iddiaçının vəkilləri məhkəmə kollegiyasının iclasında şikayətin mümkün sayılmasını xahiş etmişlər. əsаslаndırmа hissəsi:

6. Cavabdeh və digər üçüncü şəxs məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hes ab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə iştirakları olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi).

7. Üçüncü şəxs Sadıxova Nərminə Akif qızının kasasiya şikayətinin mümkün sayılması üçün əsaslar olmamışdır. Ona görə də şikayət mümkün sayıla bilməz. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

8. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetm ə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

9. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

10. Normanın məzmunundan göründüyü kimi iddianın mümkün sayılmaması barədə qərardaddan şikayət verilə bilər.

11. İPM-in 81.1-ci maddəsinə əsasən, inzibati-iqtisadi məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər.

12. İPM-in 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər ) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

13. İPM-in 99.1-ci maddəsinə görə məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kasasiya şikayətinə yol verilmir.

14. Normaların əlaqəli təhlilindən göründüyü kimi məhkəmə qərarının motivasiyası ilə bağlı kasasiya şikayəti verilə bilməz, həmçinin o şəxslər şikayət vermək hüququna malikdirlər ki, onların tələbləri təmin edilməmiş olsun.

15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın təmin edilməsinə dair qərarını ləğv edərək iddianı təmin etmədiyindən və üçüncü şəxs məhkəmə qərarının əsaslandırıcı hissəsindən şikayət verdiyindən, işin hazırkı vəziyyətində üçüncü şəxsin qərardan şikayət vermək hüququ olmamışdır.

16. Bəhs olunanlara əsasən üçüncü şəxsin verdiyi şikayət üzrə kasasiya mümkün sayılmamalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şər h olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.2, 96.3, 96.10 və 98.1-cü maddələrini rəhbər tutaraq qərara aldı: Üçüncü şəxs Sadıxova Nərminə Akif qızının Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1055/2020 saylı, 5 avqust 2020-ci il tarixli qərarından verdiyi şikayət üzrə kasasiya mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar