Məhkəmə qərarları › İş №2-1(102)-2013/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2013/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2013/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi borcunun silinməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1, Cavabdehin vəkili X3 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə qarşı “vergi borcunun silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 iyun tarixli, 2-1(103)-1270/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona əsassız olaraq hesablanmış vergi borcunun silinməsini xahiş etmişdir.

2. Cavabdeh 2020-ci il 6 fevral tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli, 474-VQ nömrəli Qanununa əsasən 2017ci il 13 yanvar və 2017-ci il 1 3 fevral tarixlərdə iddiaçının şəxsi hesab vərəqəsində 2017-ci il 1 yanvar tarixə mövcud olan 65042.1 manat faiz borcu silinmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)2398/2018 saylı iş üzrə 2018-ci il 12 dekabr tarixli qərarı icra olunaraq Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 2019-cu il 12 fevral tarixli, **********176234 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” Qərarı ilə iddiaçı barəsində qəbul olunmuş 2016-cı il 24 oktyabr tarixli, **********051502 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına müvafiq düzəliş olunmuş, şəxsi hesab vərəqəsində 2016-cı il 24 oktyabr və 2016-cı il 03 noyabr tarixlərinə hesablanmış əsas vergi, əsas vergi borcuna hesablanmış faiz borcu və maliyyə sanksiyaları təkrar azaldılmışdır. Eyni faiz məbləği iki dəfə azaldıldığı üçün 2019-cu il 6 aprel tarixdə dürüstləşmə aparılaraq 65042.1 manat borc məbləği İddiaçı MMC-nin şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2020-ci il 3 mart tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 2020-ci il 6 fevral tarixli imtinasının qanunsuz hesab edilməsini və qanunsuz olaraq hesablanmış 65402.1 manat vergi borcunun silinməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən qanuni qüvvədə olan m əhkəmə qərarlarına baxmayaraq şəxsi hesab vərəqəsinə qanunsuz olaraq 65042.1 manat vergi borcu hesablanmış və ödənilməsi tələb olunmuşdur. Hərçənd ki, bu vergi məbləğləri tamamilə əsassız olmaqla hansı əsasla yaranması onlara məlum deyil. Həmin qanunsuz hesablanmış vergi borcunun silinməsi ilə bağlı cavabdehə etdikləri çoxsaylı şikayətlərə baxmayaraq, cavabdeh qanunsuz hərəkətlərindən əl çəkməmiş və 2020-ci il 6 fevral tarixdə qanunsuz hesabladığı borcu silməyəcəyinə dair mövqe nümayiş etdirmişdir. Qüvvədə olan qətnamələrlə iddiaçının heç bir vergi borcunun olmadığı açıq aşkardır. Belə ki, “Cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, 2016-cı il 07 sentyabr tarixli, **********66910 saylı “Səyyar vergi yoxlaması aktı”nın, həmin akt əsasında 2016-cı il 24 oktyabr tarixli, **********0 51502 saylı “Vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi haqqında” Qərarının, vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamənin, qərar və tələbnamə ilə müəyyən olunmuş əlavə hesablanmış vergilər üzrə 192254,46 manat və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası 100769.66 manat, ümumilikdə 293024.12 manat borcun, eləcə də, 2016-cı il 06 oktyabr tarixli, **********132100 saylı və 2016-cı il 22 oktyabr tarixli, **********970500 saylı “Vergilərin hesablanması barədə qərarların və qərarlara əsasən müəyyən edilmiş 169697.34 manat vergi borcunun ləğv edilərək qanunsuz olaraq hesablanmış vergi borclarının, faizlərin və maliyyə sanksiya larının silinməsi barədə qərarın çıxarılması ilə bağlı tərəflərindən qaldırılmış iddia bütün məhkəmə instansiyalarının qərarları ilə təmin edilmiş və hal-hazırda da, həmin qərar qüvvədədir. Bu iş üzrə sonuncu qərar Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən baxılmış və 2018-ci il 12 dekabr tarixli qərarla vergi orqanının kassasiya şikayəti təmin edilməmişdir. Məhz qeyd olunan hallara hüquqi qiymət verilərsə, o halda hesablanmış borcun əsassızlığı tam təsdiq olunacaq. Hətta cavabdeh inzibati orqanın özü belə imtinasında həmin borcu əvvəllər cavabdeh tərəfindən silindiyini amma sonradan bərpa edildiyini qeyd etməklə öz qanunsuz hərəkətlərini etiraf etmişdir. Cavabdehin etirazları:

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünva nladığı imtina məktubunda göstərilənlər təşkil edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 25 noyabr tarixli, 2-1(112)-3821/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə hər hansı bir qanunsuz qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri, eləcə də, hər hansı bir qanunsuz hərəkət (və ya hərəkətsizlik) edilməsi və bunun nəticəsində əsassız olaraq əlavə borc məbləğinin hesablanması halı öz təsdiqini tapmadığından, cavabdehin imtinada və iddiaya qarşı etirazda göstərdiyi hallar şəxsi hesab vərəqəsi ilə təsdiqləndiyindən, bununla da, hazırkı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 iyun tarixli, 2-1(103)-1270/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 25 noyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinin ə sasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmənin cavabdeh inzibati orqanının silmə, təkrar silmə, dürüstləşdirmə və bərpa əməliyyatlarının hüquqi əsaslarını araşdırmadan iddianın rədd edilməsini qənaətinə gəlməsi əsassızdır. Çünki məhkəmə iş üzrə Ali Məhkəmə səviyyəsində vergi borcunun olmaması barədə qərarın aliliyini nəzərə almamışdır. Cavabdeh etiraf etmişdir ki, 2017-ci ildə iddiaçının hesab vərəqəsindən Qanuna edilmiş dəyişikliklərə əsasən 65042,1 manat silinmişdir. Sonra Ali Məhkəmənin 2018-ci il tarixli qərarının icrası əsasında yenə silinmə əməliyyatı aparılmışdır. Sual yaranır ki, artıq, qanuna əsasən silinmiş borc məbləği şəxsi hesab vərəqəsində bərpa edilməmişdirsə, onda məhkəmə qərarının icrası nəticəsində yenidən borc mə bləği necə silinmişdir? 2019-cu ildə iki dəfə silinən məbləği dürüstləşmə apararaq şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. Məhkəmə mühasibatlıq ekspertizası təyin etməli, şəxsi hesab vərəqəsində aparılan silinmə, təkrar silinmə, dürüstləşmə və bərpa əməliyyatlarının düzgün-olub-olmamasını müəyyən etməlidir. Hesab edilməlidir ki, heç bir araşdırma aparılmadan cavabdehin qanunsuz əməliyyatlarına qanuni deyilməsi anlaşılan olmamaqla qanuna ziddir. b. kassasiya şikayətinə etirazın dəlilləri

13. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. c. məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçının vəkili məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş et di.

15. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfind ən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllə nin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN M ÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

20. Cavabdeh bəyan edir ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli, 474-VQ nömrəli Qanununa əsasən 2017-ci il 13 yanvar və 2017-ci il 13 fevral tarixlərdə iddiaçının şəxsi hesab vərəqəsində 2017-ci il 1 yanvar tarixə mövcud olan 65042.1 manat faiz borcu silinmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2398/2018 saylı iş üzrə 2018-ci il 12 dekabr tarixli qərarı icra olunaraq Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 2019-cu il 12 fevral tarixli, **********176234 nömrəli, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” Qərarı ilə iddiaçı barəsində qəbul olunmuş 2016-cı il 24 oktyabr tarixli, **********051502 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına mü vafiq düzəliş olunmuş, şəxsi hesab vərəqəsində 2016-cı il 24 oktyabr və 2016-cı il 03 noyabr tarixlərinə hesablanmış əsas vergi, əsas vergi borcuna hesablanmış faiz borcu və maliyyə sanksiyaları təkrar azaldılmışdır. Eyni faiz məbləği iki dəfə azaldıldığı üçün 2019-cu il 6 aprel tarixdə dürüstləşmə aparılaraq 65042.1 manat borc məbləği İddiaçı MMC-nin şəxsi hesab vərəqəsinə bərpa edilmişdir.

21. İddiaçı haqlı olaraq şikayətində qeyd edir ki, 2017-ci ildə qanuna əsasən silinmiş borc məbləği şəxsi hesab vərəqəsində bərpa edilmədiyi halda, 2018-ci ildə qəbul edilmiş məhkəmə qərarı ilə, artıq mövcud olmayan borc məbləğinin yenidən necə silindiyi məlum deyil.

22. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şəxsi hesab vərəqəsində a parılan silinmə, təkrar silinmə, dürüstləşmə və bərpa əməliyyatlarının (həmin əməliyyatlar üzrə hesablamaların) düzgünlüyünü öz xidməti vəzifəsinə görə tam və hərtərəfli yoxlamalı, yalnız bundan sonra həmin əməliyyatların qanuniliyi ilə bağlı nəticəyə gəlməli idi.

23. Mübahisələndirilən əməliyyatların iddiaçıya hesablanmış faizlər üzrə vergi borcları olduğu qəbul edildikdə, həmin faizlərin hesablanmasının açıqlanması barədə işdə məlumat yoxdur. Başqa sözlə, mübahisənin düzgün həlli üçün şəxsi hesab vərəqəsində qanuna, məhkəmə qərarına və inzibati akta istinadla aparılan silinmə, təkrar silinmə, dürüstləşmə və bərpa əməliyyatlarının əslində eyni borclara aidiyyəti (eyni mənbələrdən yaranıb-yaranmadığı) müəyyən edilməli idi. Hazırkı işdə bu, baş verməmişdir.

24. Beləliklə, apellyasiya inst ansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 iyun tarixli, 21(103)-1270/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə gö ndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar