Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2013/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (9 iyun 1965-ci il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabe liyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-558/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1982-ci ildən 1989-cu ilədək Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda soyuducu və kompressor maşınları və qurğuları ixtisası üzrə təhsil almış, xx.xx.1989-cu il tarixdən bugünədək müxtəlif müəssisə və peşələrdə işləmişdir.
2. İddiaçı ona 52 yaşından, yəni 9 iyun 2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilm əsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Kimya istehsalatı bölməsində (8) və Radioaktiv maddələr, ionlaşdırıcı şüa mənbələri, berillium və nadir torpaq elementləri ilə işlər bölməsində (22) fəhlələr, mütəxəssislər və rəhbərlər vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 4 sentyabr 1989-cu il tarixli MT-İ 1293698-ci il tarixli əmək kitabçasında və Azərbaycan Milli Elmlər Akademiyasının “Fizika İnstitutu”nun ona dair xx.xx.2020- ci il tarixli 02908/229 nömrəli arayışında xx.xx.1990-ci il tarixindən bu günədək adı çəkilən İnstitutda böyük mühəndis, mühəndis proqramçı, aparıcı mühəndis və baş mütəxəssis vəzifələrində işlədiyi qeyd olunmuşdur. Fizika İnstitutundakı iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı yuxarıda göstərilən dövr ərzində laboratoriya şəraitində mütəxəssis vəzifəsində işlədiyi müəyyən edilmiş, istehsalatda işlədiyini təsdiq edən hər hansı sənəd aşkar edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1982 - xx.xx.1984 və xx.xx.1986 - xx.xx.1989-cu il tarixlərində ali məktəbdə əyani təhs il aldığı illəri və xx.xx.1984 -xx.xx.1986-cı il tarixədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət illərini əmək stajı hesab edilməsi şərti ilə ona 52 yaşının tamam olduğu 9 iyun 2017-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçən dövr üçün pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı ərizəsində göstərmişdir ki, o, əmək fəaliyyətinə xx.xx.1989-cu ildə başlamışdır və hal-hazırda iş fəaliyyətinə davam edir. 52 yaşı tamam olan zaman güzəştli pensiya hüququ yarandığı üçün cavabdehə müraciət etmiş, lakin ona pensiya təyin olunmasından imtina edilmişdir. Halbuki, o, qanunla tələb olunan ümumi və güzəştli iş stajına malikdir.
5. Cavabdeh iddia tələb inə yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.
6. Bakı İnzibati Məhkəməsinin 5 oktyabr 2021-ci il tarixli, 2-1(112)-3995/2021 nömrəli qərarı ilə (hakim: E.Ə.Əliyev) iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajına malik olsa da, xx.xx.2006-cı il tarixədək 10 ildən çox güzəştli şərtlərlə pensiya hüququ verən iş stajının mövcud olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddiaçıya münasibətdə «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsaslanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması əsassızdır.
8. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edil məsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b.apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-558/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.S.Hüseynov-sədrlik edən, S.İ,Bektaşi və A.Ə.Hüseyni) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 5 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul olunmaqla, iddianın qismən təmin edilməsi, iddiaçıya xx.xx.2017-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, təyin edilmiş pensiya xx.xx.2017-ci ildən hesablanmaqla, hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyinin cava bdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tam iş günü ərzində xüsusilə zərərli şəraitdə işlədiyinə görə qısaldılmış iş rejimi ona şamil edilmiş, gündəlik süd məhsulları ilə təmin olunmuşdur. Zərərli işlərə görə əlavə haqq almışdır. İş şəraitinin zərərlilik dərəcəsi normativ sənədlərə uyğun olmuşdur. Bütün bunlar “Zərərli şəraitdə işlərlə bağlı imtiyazların təyin edilməsi üzrə Komissiya”-nın xx.xx.2020-ci il tarixli Aktı ilə təsdiq olunmuşdur. İddiaçının daimi olaraq tam iş günü ərzində yerinə yetirdiyi işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 N-li siyahının Vİİİ Bölməsinin 1-ci bəndinin (1080A010) və XXİİ bölməsinin 1-ci bəndinin (********), 2-ci bəndinin (12202000, 12202000-17541) göstəricilərinə tam uyğundur.
11. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərini iddiaçıya verilən imtinada göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, xx.xx.2006-cı il tarixədək əmək kitabçasına əsasən 20 ildən çox ümumi iş stajı və 10 ildən artıq güzəştli iş stajının olması “İzahlı arayışıla” təsdiq olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 15. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;...
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi il ə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassa siya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, cavabdehin şikayəti üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
20. İddiaçı 9 iyun 1965-ci ildə doğulmuş, 9 iyun 2017-ci ildə 52 yaşı tamam olmuşdur.
21. İddiaçı 52 yaşda, yəni 9 iyun 2 017-ci il tarixdə yaşa görə güzəştli şərtlə əmək pensiyası hüququ olduğunu bildirib cavabdehə müraciət etmiş, cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 9 və 9.8-ci maddələrində göstərilən işlərdə çalışmış şəxslərin güzəştli şərtlə pensiya hüququ olduğunu bildirmişdir.
22. İddiaçının tələbinə məhkəmə icraatı qaydasında baxılaraq yuxarıda qeyd edilən qərarlar qəbul edilmişdir.
23. Cavabdehin şikayətinin dəlillərinə görə, iddiaçının güzəştli iş stajının olmadığına görə onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün hüququ yaranmamışdır.
24. Kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
25. İddiaçının 52 yaşının tamam olduğu 9 iyun 2017-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün o, iki şərti ödənilməlidi r: 1) 1 yanvar 2006-cı il tarixədək azı 20 il ümumi və 2) həmin tarixədək azı 10 il güzəştli iş stajına malik olmalıdır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi stajının 20 ildən az olması barədə mübahisə açmamışdır.
27. İddiaçının 01 yanvar 2006-cı il tarixinədək 10 ildən çox müddətdə Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməsi də iş materiallarına əsasən təsdiq olunur.
28. Belə ki, AMEA Fizika İnsitutunun xx.xx.2020-ci il tarixli arayışına əsasən, iddiaçı xx.xx.1990 - xx.xx.2007-ci illər ərzində AMEA Fizika İnstitunda mühəndis vəzifəsində işləmişdir. İddiaçı tam iş günü ərzində xüsusilə zərərli şəraitdə işlədiyinə görə qısaldılmış iş rejimi ona şamil edilmiş, gündəlik süd məhsulları ilə təmin olunmuşdur. Zərərli işlərə görə əlavə haqq almışdır. İş şəraitinin zərərlilik dərəcəsi normativ sənədlərə uyğun olmuşdur. Bütün bunlar “Zərərli şəraitdə işlərlə bağlı imtiyazların təyin edilməsi üzrə Komissiya”-nın xx.xx.2020-ci il tarixli Aktı ilə təsdiq olunmuşdur. İddiaçının daimi olaraq tam iş günü ərzində yerinə yetirdiyi işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 N-li siyahının Vİİİ Bölməsinin 1-ci bəndinin (1080A010) və XXİİ bölməsinin 1-ci bəndinin (********), 2-ci bəndinin (12202000, 12202000-17541) göstəricilərinə tam uyğundur. 29. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) bəndinə görə, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malik kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışdıqda pensiya hüququ yaranır.
30. İddiaçı da azı 10 il güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşədə işləmişdir.
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən sübutlar tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən, məh kəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-558/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.