Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2014/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı iş üzrə QƏRARİ Açar sözlər: ailə başçısını itirməyə görə pensiyanın yenidən hesablanması, müraciətdən əvvəlki üç ilin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sos ial Müdafiə X4 Təyinat İdarəsinin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X4 Təyinat İdarəsinə (bundan sonra cavabdeh) qarşı “ailə başçısını itirməyə görə təyin edilmiş pensiyanın yenidən hesablanması və yaranacaq pensiya fərqinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1109/2020 saylı, x xxxxxx 2020ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 1973-ci il təvəllüdlüdür, Mingəçevir şəhəri, ünvan 1 ünvanda qeydiyyatdadır.
2. MKT İstehsalat Birliyinin 2142 nömrəli və 2143 nömrəli x xxxxxx 2019-cu il tarixli arayışlarına əsasən iddiaçı ailə üzvləri-X13 (oğlu) və X5 (qızı) ilə birlikdə Mingəçevir şəhəri, Babək küçəsi 2/7 nömrəli evdə yaşayırlar. 3. 1x xxxxxxxx 2014-cü il tarixli “Ölüm haqqında şəhadətnamə”yə əsasən iddiaçının əri X14 xx xxxxx 2010-cu ildə vəfat etmişdir. 4. 014236 nömrəli pensiyaçının uçot vərəqindən görünür ki, 1973-cü təvəllüdlü iddiaçıya 136 nömrəli xx xxxxxx 2010-cu il tarixli qərarla ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir.
5. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçı xx xxxxx 2019-cu il tarixdə ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunması üçün ərizə ilə cavabdehə müraciət etmişdir. İddiaçıya iki övladına görə “Əmək pensiyaları haqqında” Qanunun 20.17.1-ci mad dəsinin tələblərinə əsasən mərhum həyat yoldaşının təminat xərcliyinin 100 faizi məbləğində pensiya təyin edilmiş və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. İddiaçıya keçmiş üç ildən daha artıq müddət üçün pensiya fərqinin ödənilməsi mümkün deyil. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı xx xxxxxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2010cu il tarixdən tətbiq edilməklə pensiyanın yenidən hesablanması və yaranacaq pensiya fərqinin ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının əri müharibə əlili idi, 2010-cu ildə bədbəxt hadisə nəticəsi ndə vəfat etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 12.2 və 20.16-cı maddələrinə əsasən hərbi qulluqçu kimi pensiya təyin olunması üçün mərhum müraciət etməmişdir. Mərhumun pensiyası 2 az yaşlı uşağına təyin olunmuşdur. İddiaçıya 2010-cu ildən pensiya təyin edilir. 2019-cu ilin iyul ayından uşaqlara “Əmək pensiyaları haqqında” Qanunun 12.2 və 20.16-ci maddələrinə əsasən ailə başçısını itirməyə görə təminat xərcliyinin 100% məbləğində pensiya təyin olunmuşdur. Qanunvericilikdə olmuş dəyişikliklərə əsasən iddiaçıya təyin olunmuş pensiyaya əlavələrdə artımlar nəzərə alınmalı idi və pensiya mərhum həyat yoldaşının vəfat etdiyi tarixdən yenidən hesablanmalı idi.
8. Cаvаbdeh iddiаyа dаir еtirаzını imtina məktubu ilə eyni əsaslandırmış və iddianın rədd edilməsini xahiş etmişdir.
9. Bakı İnz ibati Məhkəməsinin (hakim X6, 2-1(112)-604/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçının mərhum əri X9 vəfat etdiyi vaxtdan, yəni xx xxxxx 2010-cu il tarixdən yenidən hesablanaraq ailə başçısını itirməyə görə əmək pensiyasının verilməsi, yaranmış pensiya fərqinin ödənilməsi cavabdehə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun x xxxx 2017-ci il tarixdən qüvvəyə minmiş redaksiyası iş üzrə iddiaçının vəziyyətini yaxşılaşdırdığı üçün həmin Qanunun tələbləri əsas götürülməklə iddiaçıya mərhum ərinin vəfat etdiyi andan hüququ yaranmış pensiya yenidən hesablanmalıdır.
11. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X10-məruzəçi, X11 və X7, 2-1(103)-1109/2020 saylı iş) x xxxxxx 2020-ci il tarixli qərarla birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, cavabdehin apelyasiya şikayətini təmin etməmiş, xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirmədən saxlamışdır.
13. Cavabdeh x xxxxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
14. İddiaçı xx xxxxx 2019-cu il tarixdə ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunması üçün ərizə ilə cavabdehə müraciət etmişdir. İddiaçıya iki övladı na görə “Əmək pensiyaları haqqında” Qanunun 20.17.1-ci maddəsinin tələblərinə əsasən mərhum həyat yoldaşının təminat xərcliyinin 100 faizi məbləğində pensiya təyin edilmiş və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. 15. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
18. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. Tətbiq edilən hüquq 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığo rta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə. 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdak ı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə. Maddə. 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Maddə 20.17.2. Hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçili k borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə—ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavələr təyin edilir (x xxxx 2017-ci ilədək olan redaksiya). Maddə 20.17.2. Hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərb i qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir (x xxxx 2017-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən). Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr ü çün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir (x xxxx 2017-ci ilə qədər olan redaksiya). Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir (x xxxx 2017-ci ildən qüvvəyə minmiş redaksiya).
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/2020 saylı x xxxxxxx 2020-ci il tarixli qərardadı: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tut ulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
21. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası m əhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir... 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 98-1.3. Ali Məhkəmənin inzibati k ollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir. 98-1.5. Ali Məhkəmənin məhkəmə tərkibi eyni xarakterli məsələlərə baxarkən, bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqedən fərqli qərar qəbul olunmasını zəruri hesab edirsə, məsələyə bu Məcəllənin 981.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
22. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Kasasiya şikayətində ape lyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmişdir.
25. Cavabdehin şikayətinin dəlilinə görə iddiaçının pensiyası müraciət etdikdən sonra yenidən hesablanmış və əvvəlki 3 il üçün də ödənilməsi qərar alınmışdır. İddiaçı hesab edir ki, pensiyanın yenidən hesablanmasının əvvəli pensiya hüququnun yarandığı xx xxxxx 2010-cu ildən sayılmalıdır. Halbuki, belə tələb “Əmək pensiyaları haqqında” Qanunun 32-1.1-ci maddəsinə uyğun deyildir.
26. Kasasiya şikayətinin dəlilinə münasibətdə məh kəmə kollegiyası aşağıdakıları qeyd edir.
27. İddiaçı hesab edir ki, xx.xx.2010-cu il tarixdən təyin edilmiş pensiya düzgün hesablanmamışdır. Odur ki, xx xxxxx 2010-cu ildən bu vaxta qədər pensiya yenidən hesablanmalı və yaranmış fərq ödənilməlidir.
28. Cavabdeh xx.xx.2019-cu il tarixli məktubunda iddiaçıya ailə başçısını itirməyə görə təyin edilmiş pensiyanın yalnız 3 il əvvəl üçün hesablanmaqla ödənildiyini qeyd etmiş, pensiya hüququ yaranan andan keçmiş dövr üzrə yenidən hesablanmasından imtina edilmişdir.
29. İddiaçının ailə başçısını itirməyə görə pensiya hüququnun 2010-cu ilin aprel ayında yaranması, həmin vaxt pensiyanın məbləğinin düzgün hesablanmadığı, pensiya məbləğinin iddiaçının cavabdehə müraciətindən sonra əvvəlki 3 il də nəzərə alınmaqla düzgün hesablandığı mübahisə doğurmur.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/2020 saylı x xxxxxxx 2020-ci il tarixli qərardadı ilə aşağıdakılar müəyyən edilmişdir.
31. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.1992-ci il tarixli 1578 saylı əmri ilə xidmətə qəbul olunmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2004-cü il tarixli 349 saylı əmri ilə daxili işlər orqanları sıralarından xaric olunmuşdur. İddiaçının müraciətləri nəticəsində Daxili İşlər Nazirliyi tərəfindən xidmət illəri yenidən hesablanmış və onun barəsində pensiya təyin olunması məqsədilə müvafiq məlumat vərəqəsi tərtib olunmuşdur. Bundan sonra iddiaçı barəsində tərtib olunmuş məlumat vərəqəsinə əsasən cavabdeh tərəfindən 20 il 1 ay 2 gün xidmət illərinə görə xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə istinad edilməklə ona əvvəlki 3 il daxil edilməklə ödənilməmiş pensiya hesablanmışdır. İddiaçı bildirir ki, ona DİO sıralarından xaric olunduğu müddət olan xx xxxxxx 2004-cü il tarixdən xx xxx 2018-ci ilədək, yəni, əmək pensiyası təyin edildiyi günədək 14 il 3 ay pensiya hesablanmalı olduğu halda, cəmi əvvəlki 3 il üçün pensiya hesablanmışdır. Bununla da, ödənilməli olan 11 il 3 aylıq pensiya ödənilməmiş, nəticədə isə konstitusion hüququ olan sosial təminat hüququ pozulmuşdur. Kasasiya icraatı zamanı mübahisəli hüquqi məsələyə dair kasasiya instansiyası məhkəməsinin əvvəlki qər arlarında müəyyən etdiyi hüquqi mövqedən fərqli yanaşma tətbiq edilməli müəyyən olunduğundan hazırkı işə baxan məhkəmə tərkibi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə təqdimatla müraciət etmişdir. Təqdimatın dəlillərinə görə, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvə lki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir. Hazırkı işə baxan məhkəmə tərkibi isə hesab etmişdir ki, bu işdə mübahisəli hüquqi məsələyə dair kasasiya instansiyası məhkəməsinin əvvəlki qərarlarında müəyyən etdiyi hüquqi mövqedən fərqli yanaşma tətbiq edilməli, Ali Məhkəmə mübahisəli məsələyə münasibətdə özünün yanaşmasını və hüquqi mövqeyini dəyişməlidir. Belə ki, sosial və iqtisadi məsələlərin tənzimlənməsində dövlətin daha geniş mülahizə sərbəstliyinə malik olduğu qəbul edilməli, xx.xx.2017-ci il tarixdən qüvvəyə minən qanunvericilikdəki əlavə və dəyişikliklərin məqsədi nəzərə alınmalı, pensiya sisteminə gətirilən yeniliklərin əmək pensiyası alan şəxsləri ümumən əlverişsiz vəziyyətlə qoyubqoymadığı, yəni dövlət büdcəsinin s abitliyinin və uzun müddətli maliyyə dayanıqlılığının qorunmasından ibarət ictimai maraqla şəxsin mülkiyyət hüququ arasındakı ədalətli balansın təmin edilib-edilmədiyi təhlil olunmalıdır. Odur ki, mübahisəli hüquqi məsələyə dair hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 98-1-ci maddəsində nəzərdə tutulmuş hüquqi mexanizmdən istifadə olunmasına qərar verilmişdir.
32. Təqdimatla bağlı məhkəmə kollegiyası yuxarıda qeyd edilən x xxxxxxx 2020ci il tarixli qərardadla belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci i l 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
33. Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi x xxxxxxx 2020-ci il tarixli qərardadda təsbit etmiş, məhkəmə tərkibi eyni xarakterli hazırkı məsələyə baxarkən, x xxxxxxx 2020-ci il tarixli qərardadda müəyyən edilmiş hüquqi mövqedən fərqli qərar qəbul olunmasını zəruri hesab etməmişdir.
34. İşin hallarına görə iddiaçı x xxxx 2017-ci ilə qədər pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etmədiyindən və pensiya əvvəlki illərin fərqi iddiaçıya müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənildiyindən xx xxxxx 2010cu ildən təyin edilmiş pensiyanın həmin vaxtdan yenidən hesablanması və yaranmış fərqin ödənilməsi barədə iddia təmin edilə bilməz.
35. Odur ki, kasasiya şikayəti əsaslı olduğundan təmin edilərək apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd edilməsi barədə qərar qəbul edilməlidir.
36. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1109/2020 saylı, x xxxxxx 2020-ci tarixli qərarı ləğv edilsin. İddiaçı iddiası təmin edilməsin. Qərar qətidir.