Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2014/2022 07.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanaraq təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı (xx.xx.1953-cı il, FİN: 3N01CR) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında D övlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanaraq təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1707/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının mərhum arvadı X3 pensiya işinə əsasən Z.Cəbrayilovaya cavabdehin əmək pensiyasının yenidən hesablanması barədə qərarı ilə xx.xx.2006-cı ilədək təhsil müddəti daxil olmaqla 32 il stajına görə xx.xx.2017-ci il tarixindən ömürlük yaşa görə 276,55 manat məbləğində əmək pensiyası təyin edilmişdir.
2. İddiaçının pensiya işinə əsasə n ona cavabdehin əmək pensiyasının təyin edilməsi barədə 6194 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə müvafiq yaşa çatdığına görə xx.xx.2021-ci il tarixli müraciəti əsasında mərhum arvadı X2 ölümü ilə əlaqədar xx.xx.2021-ci il tarixindən ailə başçısını itirməyə görə 260,95 manat məbləğində əmək pensiyası təyin edilmişdir.
3. Cavabdehin əmək pensiyasının yenidən hesablanması barədə 6977 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixdən pensiya kapitalının əlavəsi səbəbi ilə yenidən hesablanmış, 316,80 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir.
4. X1 Sisteminin Pensiya altsistemindən çıxarışdan görünür ki, mərhum Z.Y.Cəbrayılovanın yaşa görə əmək pensiyası hüququ yaranan tarixdən (xx.xx.2017-ci ildən) ölüm tarixinə kimi (xx.xx.202 0-ci il) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 5796.67 manat təşkil etmişdir.
5. Cavabdehin 22 sentyabr 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaş həddi 65 yaş müəyyən edilmişdir. Qeyd olunan maddənin həmin dövrdə qüvvədə olan tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2016-cı il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.2, 17.1, 1.0.8, 5.1, 34, 31.2-ci maddələrinin tələblərinə uyğun olaraq iddiaçıya müvafiq yaşa çatdığına görə xx.xx.2021-ci il tarixli müraciəti əsasında mərhum X2 ölümü ilə əlaqədar xx.xx.2021-ci il tarixində 260.95 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Mərhum arvadı Z.Y.Cəbrayılovanın yaşa görə əmək pensiyası hüququ yaranan tarixindən (xx.xx.2017-ci ildən) ölüm tarixinə (xx.xx.2020-ci il) fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5796.67 manat pensiya kapitalına əsasən ailə başçısını itirməyə əmək pensiyası yenidən hesablanmış və xx.xx.2021-ci il tarixindən aylıq pensiya məbləği 316.80 manata çatdırılmışdır. Məlumat üçün bildirilmi şdir ki, iddiaçıya ötən dövr üzrə (xx.xx.2021 tarixindən) hesablanmış məbləği cari pensiyanın üzərinə əlavə edilməklə növbəti aylarda ödəniləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı 4 noyabr 2021-ci il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona ailə başçısını itirməyə görə əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1.-ci maddəsinin tələbləri nəzərə alınmaqla yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya ailə başçısını itirməyə görə 260.95 manat əmək pensiya təyin olunmuşdur. Müraciətinə əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kap italına əsasən ailə başçısını itirməyə görə əmək pensiyası yenidən hesablanmış və ona 316.80 manat məbləğində pensiya təyin olunmuşdur. Əmək pensiyasının necə hesablanması barədə DSMF-yə müraciət etsə də ona şablon cavab verilmiş və cavabdeh öz imtinasını əsaslandırmamış, pensiyanın yenidən necə hesablanması barədə ona məlumat verilməmişdir. Belə ki, X4 pensiyaya çıxdıqdan sonra 3 il 9 ay (45 ay) əmək fəaliyyəti ilə məşğul olmağı nəzərə alınmamışdır. Bundan əlavə 2017, 2018, 2019 və 2020-ci illər üzrə toplanmış pensiya kapitalı 6249,99 manat olduğu halda, yanlış olaraq 5796,67 manat göstərilmişdir. Həmçinin qeyd etmişdir ki, əmək pensiyası hesablanarkən inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin tələblərini pozmuşdur. İşləyən əmək pens iyaçıların pensiya kapitalı işlədiyi müddətlər çıxılmaqla mütənasib aylara bölünməlidir, ancaq pensiya kapitalı adi qaydada 144-ə bölünmüşdür. Həmçinin əmək pensiyası hesablanarkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin tələbələri də pozulmuş, 2018, 2019-cu illər üzrə indeksasiyalar nəzərə alınmamışdır.
8. Cavabdehin iddiaya dair etirazının əsaslarına görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaş həddi 65 yaş müəyyən edilmişdir. Qeyd olunan maddənin həmin dövrdə qüvvədə olan tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2016-cı il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bu Qanununun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının ata, ana, ər, arvadı bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1 -ci maddəsində tələb edilən sı ğorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin edilir. Sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin üzrə alındığı subhesabdır. Qeyd olunan Qanunun 5.1 -ci maddəsinə əsasən müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pens iyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 6.2-ci yarımbəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1- dən ödənilir. Qeyd olunan maddələrin tələblərinə uyğun olaraq iddiaçıya müvafiq yaşa çatdığına görə xx.xx.2021-ci il tarixli müraciəti əsasında mərhum X2 ölümü ilə əlaqədar xx.xx.2021-ci il tarixində 260.95 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Mərhum arvadı Z.Y.Cəbrayıl ovanın yaşa görə əmək pensiyası hüququ yaranan tarixindən (xx.xx.2017-ci ildən) ölüm tarixinə (xx.xx.2020-ci il) fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5796.67 manat pensiya kapitalına əsasən ailə başçısını itirməyə əmək pensiyası yenidən hesablanmış və xx.xx.2021-ci il tarixindən aylıq pensiya məbləği 316.80 manata çatdırılmışdır. İddiaçıya ötən dövr üzrə (xx.xx.2021 tarixindən) hesablanmış məbləği cari pensiyanın üzərinə əlavə edilməklə növbəti aylarda ödəniləcəkdir. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim M.C.Qarayeva) 19 yanvar 2022-ci il tarixli, 21(112)-3609/2022 nömrəli qərarı ilə iddiа təmin edilərək iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının “Əmək pensiyaları haqq ında” Qanunun 37.3.1.-ci maddəsinin tələbləri nəzərə alınmaqla yenidən hesablanaraq ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
10. Məhkəmə qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələbləri iddiaçıya tətbiq olunduqda, mərhum arvadına pensiya təyin edildikdən sonrakı dövrdə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 3 il 9 ay 11 gün işləyərək işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra, hazırki halda isə öldüyü vaxtadək pensiyanın yenidən hesablanmasını pensiya təyin olunduqdan sonrakı dövr üzrə mərhumun qazandığı sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalına görə iddiaçı ailə başçısını itirməyə görə əmək pensiyaçı kimi tələb edə bilər.
11. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1( 112)3609/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1707/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilməmişdir.
13. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 15. “Əmək pensiyaları haqqında” Qanunun 18.3-cü maddəsinə görə vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir.
16. İddiaçı mərhum arvadı Z.Y.Cəbrayılovanın vəfat etdiyi xx.xx.2020-ci il tarixində yaşa görə əmək pensiyasının məbləği 276.55 manat təşkil etmişdir.
17. Qanunun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (144 ay). 18. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır.
19. Z.Y.Cəbrayılovanın xx.xx.2006-cı il tarixinədək 31 il 7 ay 13 gün sığorta stajına əsasən həmin tarixədək fərdi hesabının sığorta kapitalı 5374,72 manat təşkil edir: (31 +7/12+13/30/12)x170=5374,72 xx.xx.2006-cı il tarixinədək olan fərdi hesabının sığorta kapitalının yaşa görə əmək pensiyası təyin olunduğu xx.xx.2017-ci il tarixinə indeksləşdirilmiş məbləği 11642,4 manat təşkil edir: 5374,72+8,3%+16,7 %+2 0,8 %+1,5 %+5,7 %+7,9%+1,1 %+2,4 %+1,4 %+4 %+12,4=11642,4 Pensiyanın sığorta hissəsinin hesablanması: 11642,4:144=80,85 X1 Sisteminin Pensiya altsisteminə əsasən Z.Y.C əbrayılovanın xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının 2017-ci il tarixinə indeksləşdirilmiş məbləği 3889,44 manat təşkil edir: 5928,05-11,4%-16,6%-3%-5,7%-12,4%=3889,44 3889,44:144=27,01 Pensiyanın 2017-ci il tarixinə məbləği: P=80,85+110(baza hissə)+27,01 =217,86 manat xx.xx.2018 - 217,86+5,7%=230,28 manat xx.xx.2018 - 230,28+3%=237,19 manat xx.xx.2018 - 237,19+16,6%=276,55 manat
20. Qanunun 18.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3-1 -ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmı ş məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayma bölünməsi yolu ilə müəyyənləşdirilir.
21. Z.Y.Cəbrayılovanın yaşa görə əmək pensiyası hüququ yaranan tarixdən xx.xx.2017-ci il tarixdən vəfat etdiyi xx.xx.2020-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 5796.67 manat təşkil edir.
22. Qanunun 13.3-cü maddəsinə görə əlilliyə görə (Qanunun 18.2-ci maddəsinə əsasən analoji olaraq ailə başçısının itirməyə görə) əmək pensiyasının sığorta hissəsinin məbləği SH = PSK/(TxK) düsturu ilə müəyyən edilir (5796.67/144x1=40,25 manat). burada: SH - əlilliyə (analoji olaraq ailə başçısını itirməyə) görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunduğu tar ixə qeydə alınmış pensiya kapitalıdır (5796,67) T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (144); K - sığorta davamiyyəti əmsalıdır (1), pensiya təyin olunan dövrdə qüvvədə olan Qanunun 13.2-ci və 18.2-ci maddələrinə uyğun olaraq ailə başçısını itirməyə görə sığorta davamiyyəti əmsalı ailə başçısını itirməyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-ə olan nisbəti şəklində müəyyənləşdirilir. Ailə başçısının itirməyə görə əmək pensiyası təyin edilməsi üçün Qanunun 12.1 və 17.1 -ci maddələrinə uyğun olaraq vəfat etmiş ailə başçısının 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı tələb olunur. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün mərhum arvadının tələb olunan sı ğorta stajı 16 il təşkil edir. ((63-15)x4=192 ay=16 il) K=192 ay: 192=1
23. Qeyd olunanlara əsasən İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği mərhum arvadı Z.Y.Cəbrayılovanın yaşa görə əmək pensiyasının məbləği və onun pensiyası hüququ yaranan xx.xx.2017-ci il tarixdən vəfat etdiyi xx.xx.2020-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının sığorta hissəsinin cəminə əsasən 316,80 manat təşkil edir (276,55+40,25=316,80 manat).
24. İş materiallarından da aydın olur ki, iddiaçının iddia etdiyi illər, həmçinin 2017, 2018 və 2019-cu illər üzrə pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği yenidən hesablanarkən nəzərə alınmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
25. İddiaçı kassasiya şikayətinə q arşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcbu ri dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə
5. Pensiya seçmək hüququ 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. Maddə
13. Əlilliyə görə əmək pensiyasının məbləği 13.1. Əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin İ qrup əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 120 faizi (İ qrup gözdən əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 200 faizi), İİ qrup əlillərə 100 faizi, İİİ qrup əlillərə isə 55 faizi həcmində müəyyən edilir. 13.2. Əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesabla nmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. 13.3. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiy yəti əmsalıdır. İ qrup əlillərə təyin olunmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. 13.3-1. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin fərdi hesabı vardırsa və hesablanan əmək pensiyasının sığorta hissəsinin məbləği əmək pensiyasının minimum məbləğindən azdırsa həmin məbləğə çatdırılmaqla, fərdi hesabı olmadıqda isə əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği əmək pensiyasının minimum məbləğində ödənilir. Bu kateqoriyadan olan şəxslərin bu Qanunun 12.1-ci və 13.3-cü maddələrindəki şərtlər nəzərə alınmaqla fərdi hesabının sığorta hissəsindəki p ensiya kapitalı əmək pensiyasının minimum məbləğindən böyük məbləğdə əmək pensiyasının hesablanmasına əsas verdikdə, pensiyanın sığorta hissəsi həmin məbləğdə müəyyənləşdirilir. 13.4. Əlilliyə görə əmək pensiyasının yığım hissəsi bu Qanunun 10.3cü maddəsində göstərilən qaydada müəyyən edilir. 13.5. Əlilliyə görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P = BH+SH+YH, burada: P - əlilliyə görə əmək pensiyasıdır; BH - əlilliyə görə əmək pensiyasının baza hissəsidir; SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; YH - əlilliyə görə əmək pensiyasının yığım hissəsidir. Maddə
18. Ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği 18.1. Ailə başçısını itirməyə görə əmək pensiyasının baza hissəsinin məbləği hər iki valideynini itirmiş uşaqların və vəfat etmiş tənha ananın uşaqlarının hər biri üçün, habelə vəfat etmiş ailə başçısının bir ailə üzvü olduqda və ya bu Qanunun 14.1-ci maddəsinə əsasən pensiya hüququ olan bir ailə üzvü qaldıqda həmin şəxs üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində, digər ailə üzvlərinin hər biri üçün isə yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində hesablanır. 18.2. Ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.31-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Ailə üzvlərindən biri (bu Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud bu Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. 18.3. Vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itir məyə görə əmək pensiyasının sığorta hissəsinin (bu Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayma nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. 18.4. Ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği bu Qanunun 18.118.3-cü maddələrinə uyğun olaraq hesablanmış ailə başçısını itirməyə görə əmək pensiyasının baza hissəsinin və ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləğlərinin cəminə bərabərdir. 18.5. Vəfat etmiş sı ğortaolunanın və əmək pensiyasının yığım hissəsi təyin olunmamış əmək pensiyaçısının fərdi hesabının yığım hissəsində olan vəsaitlər qanunvericiliyə uyğun qaydada onun varisləri arasında bərabər bölünür. 18.6. Sığortaolunanın və ya əmək pensiyasının yığım hissəsi təyin olunmamış əmək pensiyaçısının varisləri olmadıqda, onun fərdi hesabının yığım hissəsində olan vəsaitlər və əmək pensiyasının yığım hissəsi üzrə alınmamış vəsaitlər müvafiq icra hakimiyyəti orqanının büdcəsinin gəlirlərinə aid edilir. Maddə
21. Ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə
31. Əmək pensiyasının təyin olunması üçün müraciət və əmək pensiyası təyinatı üçün sənədlərə baxılması müddətləri 31.2. Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfin dən müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Maddə
34. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. 34.2. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. Maddə
37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (ça tdırılması) qaydaları 37.1. Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir. 37.2. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; 37.3.2. əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmi ş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan, yaxud əmək pensiyası bu maddəyə əsasən yenidən hesablandıqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır; 37.3.2-1. Bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müra ciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir; 37.3.3. ailə başçısını itirməyə görə əmək pensiyası tam məbləğdə ödənilir; 37.3.4. bu qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində, digər hallarda isə tam məbləğdə ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələ rdə, 20.1.3-1ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. 37.3.5. bu qanunun 20.1.11-ci—20.1.13 -cü maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr tam məbləğdə ödənilir. Qeyd. 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş bu Qanunun 20.1.11-20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.5-ci maddəsinin müddəaları tətbiq olunur. 37.4. Əmək pensiyaçısının müalicə müəssisələrində stasionar müalicədə, habelə cüzam xəstəxanasında olduğu dövrdə onun əmək pensiyası tam məbləğdə ödənilir. 37.5. Ahıllara və əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara stasionar sosial xidmət göstərən müəssisə lərdə, həmçinin xüsusi təhsil müəssisələrində yaşayan əmək pensiyaçılarına təyin olunmuş əmək pensiyası tam məbləğdə ödənilir. 37.6. Cəzaçəkmə müəssisələrində və həbsdə saxlanılma yerlərində məhkumlara əmək pensiyası, məhkəmənin fərqli qərarı yoxdursa, tam məbləğdə ödənilir. 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar y arandıqda. 27. “İnzibati icraat haqqında” Qanun: Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1.inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.
28. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiy a instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən i rəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
35. Kassasiya şikayətində cavabdehin dəlili ondan ibarətdir ki, iddiaçının iddia etdiyi illər, həmçinin 2017, 2018 və 2019-cu illər üzrə pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği yenidən hesablanarkən nəzərə alınmışdır.
36. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edir və bununla bağlı qeyd edir ki, qanunvericiliyə uyğun olaraq iddiaçının mərhum arvadı yaşa görə əmək pensiyasına çıxmışdır ki, bununla bağlı tərəflər arasında hər hansı bir mübahisə yoxdur. Mübahisə yalnız “Əmək pensiyal arı haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin iddiaçıya şamil olunub-olunmaması ilə bağlıdır. İddiaçının mərhum arvadı pensiyaya çıxdıqdan sonra işləməyə davam etmiş və bu hal cavabdeh tərəfindən təkzib olunmur. Cavabdeh hesab edir ki, qeyd edilən norma iddiaçıya şamil edilməməlidir. Halbuki, iddiaçının istinad etdiyi norma əmək pensiyaçılarının pensiya təyinatından sonra işləməyə davam etdikləri halda, onların əlavə hüquqlarının müəyyən edilməsi ilə bağlıdır. Qeyd olunan normanın məzmunundan da göründüyü kimi, normanın tətbiqi üçün 2 şərt nəzərdə tutulub - şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində p ensiyanın yenidən hesablanması üçün də 2 hal müəyyən olunub - şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi.
37. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 nömrəli 2017-ci il 11 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü bəndinə əsasən Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığı m hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir.
38. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normaların tələbləri iddiaçıya tətbiq olunduqda, mərhum arvadına pensiya təyin edildikdən sonrakı dövrdə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixə dək 3 il 9 ay 11 gün işləyərək işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra, hazırkı halda isə öldüyü vaxtadək pensiyanın yenidən hesablanmasını pensiya təyin olunduqdan sonrakı dövr üzrə mərhumun qazandığı sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalına görə iddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası kimi tələb edə bilər.
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə bilməz. Odur ki, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1707/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli