Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2014/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın mümkünlüyü, apellyasiya şikayəti üzrə müddətin buraxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə qarşı “yeni məlumat vərəqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2023-cü il tarixli, 2-1(103)2540/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1991-xx.xx.1996-cı il tarixədək hərbi xidmətdə olduğu müddətin 1 günü 3 gün hesablayaraq yeni məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 1 mart 2023-cü il tarixli, 2-1(112)-2448/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
3. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2023-cü il tarixli, 21(103)-2540/2023 nömrəli qərardadı ilə (hakimlər: A.Oruczadə - sədrlik edən və məruzəçi, X.Cəmilova və R.Səmədov) apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.
5. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2448/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı poçt vasitəsilə cavabdeh inzibati orqana xx.xx.2023-cü il tarixli göndəriş məktubu ilə göndərilmiş və işdə olan xəbərnamədən göründüyü kimi xx.xx.2023-ci il tarixdə İsmayılova soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Belə olan halda həmin qərardan apellyasiya şikayəti verilməsi üçün cavabdeh inzibati orqana münasibətdə son müddət xx.xx.2023-cü il tarix hesab olunur. Lakin xx.xx.2023-cü il tarixli qərardan cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilməməklə, xx.xx.2023-cü ildə birinci instansiya məhkəməsinə təqdim edilmişdir.
6. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-2540/2023 nömrəli qərardadının ləğv edilməsini, apellyasiya şikayəti verilməsi müddətin buraxılmış hesab edilməməsi və apelyasiya şikayətinin baxılmasının mümkün hesab edilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
7. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, məhkəmə qərarının təqdim edildiyi xx.xx.2023-cü il tarixi qeyri-iş gününə (şənbə) təsadüf edir. Apellyasiya şikayətinə əlavə edildiyi Bakı İnzibati Məhkəməsinin qərarının Bakı şəhər Baş Polis İdarəsinə daxil olan müşayiət məktubundan və arayışdan görünür ki, 2-1(112)-2448/2023 saylı qərar inzibati orqana xx.xx.2023-cü il tarixdə rəsmi olaraq daxil olmuşdur. Belə olan halda, prosessual müddətin axımının başlanması tarixi məhkəmə qərarının tam formada təqdim olunduğu tarix xx.xx.2023-cü il tarixi olduğu üçün məhkəmə tərəfindən prosessual müddət ötürülmüş hesab edilməməlidir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
8. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsinin 8 iyun 2023-cü il tarixli, 2-1(103)-2540/2023 nömrəli qərardad ını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
9. İnzibati Prosessual Məcəllə (İPM) Maddə 20 Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə
22. Müddətlər 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.... Maddə
85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məh kəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.... Maddə
87. Apellyasiya instansiyası məhkəməsində icraat... 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qər ar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
10. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
11. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
12. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.
13. İşin hallarından müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)2448/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı poçt vasitəsilə cavabdeh inzibati orqana xx.xx.2023-cü il tarixli göndəriş məktubu ilə göndərilmiş və işdə olan xəbərnamədən göründüyü kimi xx.xx.2023-ci il tarixdə “İsmayılova” soyadlı şəxs tərəfindən qəbul edilmişdir.
14. Cavabdehin apellyasiya şikayətinə əlavə edilmiş prosessual müddətin bərpasına dair ərizədə müddətin buraxılmasının üzrlü səbəbi kimi məhkəmə qərarının təqdim edildiyi gün qeyri-iş gününə (şənbə) təsadüf etdiyindən qərarın inzibati orqana təqdim edildiyi gün xx.xx.2023 hesab edilməlidir. 1
5. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəlləsinin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır.
16. Mülki Prosessual Məcəlləsinin 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.
17. Göründüyü kimi, qanunverici yalnız müddətin qurtarma günü qeyri-iş gününə düşdüyü hallarda sonrakı iş günü müddətin qurtarma günü hesab olunmasını müəyyən edib.
18. Belə olan halda, Bakı İnzibati Məhkəməsinin qərarı xx.xx.2023-ci il tarixdə cavabdeh orqanın əməkdaşı tərəfindən qəbul edildiyindən müddətin axımı da həmin tarixdən hesa blanmalıdır. Buna görə də, məhkəmə kollegiyası cavabdehin dəlilini onun şikayət vermək imkanını mümkünsüz edən və cavabdehin iradəsindən aşkar kənara çıxan hal kimi qəbul etmir.
19. Beləliklə, apellyasiya şikayətinin verilməsi üçün müddətin cavabdehin təqsirli davranışı nəticəsində üzrsüz buraxılması səbəbindən müddətin bərpa olunmasına dair ərizənin təmin edilməməsi və bunun üzərindən apellyasiyanın mümkün sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
20. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
21. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 20 23-cü il tarixli, 21(103)-2540/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.