Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2014/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “hərbi xidmət dövrü ilə əlaqədar orqanizmin funksiyalarının pozulmasının müddətsiz 70-90% müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “hərbi xidmət dövrü ilə əlaqədar orqanizmin funksiyalarının pozulmasının müddətsiz 70-90% müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)-211/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə təsdiq olunmuş 60 nömrəli xx.xx.2016-cı il tarixli “X2”yə əsasən, SHXÇDX-nin Şəki rayon şöbəsi tərəfindən xx.xx.2014-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı travmaya uyğun diaqnoz: «Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hospitalın HHK-nın qərarı: L5-S/ fəqərəara sı diskin sol Sı sinir kökünü kompressiya edən yırtığına görə aparılmış soltərəfli interlaminar L5 diskektomiya cərrahi (xx.xx.2015) əməliyyatından sonrakı L5-Sı diskində dural kisəyə sol tərəfdən kompressiya edən sol posterosentral protruziya, sol aşağı ətrafın hərəki, hissi və trofiki pozulmaların artması ilə təzahür edən tez-tez residiv gedişli xroniki soltərəfli diskogen mənşəli S1 radikulopatiyası, kəskinləşmə mərhələsində» qeyd edilmiş, xəstəlikdir, hərbi xidmət dövründə almış, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 692 nömrəli arayışına əsasən, iddiaçı xx.xx.2015-ci il tarixdə SQ BKH cərrahiyyə profilli hospital hərbi-həkim komissiyası tərəfindən şəhadətləndiri lmişdir. Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hospital hhk-nın qərarı: “L5- S1 fəqərələrarası diskin yırtığı, hər iki S1 sinir kökünün kompressiyasına görə aparılmış soltərəfli L5 diskektomiya cərrahiyyə əməliyyatı (xx.xx.2015) nəticəsində onurğa sütunu funksiyasının cüzi dərəcədə pozulması. Nadir hallarda kəskinləşən xroniki residiv verən diskogen mənşəli soltərəfli Sı radikulit, natamam remissiya mərhələsində” qeyd edilmiş, xəstəlikdir, hərbi xidmət dövründə almışdır.
3. Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40- M54 - Dorsopatiyalar => M50M54 - Digər dorso patiyalər => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnməiər...; Diaqnozun mətni: Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, nəticələnən zədələnməsi. L5-S1 fəqərəarası diskin yırtığına görə cərrahi əməliyyatdan sonrakı vəziyyət. Aşağı ətrafların monoplegiyası, Sol aşağı monoparez. 2.2 İkinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9,G80G80.9);.” səbəbi ilə 5 (beş) il müddətinə əlillik dərəcəsi verilmişdir.
4. Şəki Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50M54 - Dig ər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Bel oma fəqərəarası disklərin radikulopatiya ilə nəticələnən zədələnməsi. Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin davamlı kökcük ağrı sindromu.; Meyar: İmtina edilir." Diaqnoz əlillik əlaməti təyin etməməsi Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir səbəbi ilə imtina verilmişdir.
5. Şəki Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Digər paralitik sindromlar, Sol aşağı ətrafın hərəki hissi.trofiki pozğunluqları,distal parez. Sağ aşağı ətraf pəncəsinin hissi hərəki pozğunluqları. Yeriş funksiyasının poz ulması, aktiv hərəkətlərin məhdudluğu..; Meyar: Göndərişin natamam doldurulması - Səbəb: Köməkçi diaqnostik müayinələr tam aparılmamışdır səbəbi ilə imtina verilmişdir.
6. Şəki Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiyası. Bel oma fəqərəarası disklərin radikulopatiya ilə nəticələnən zədələnməsi. Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin davamlı kökcük ağrı sindromu..; Meyar: Diaqnoz əlillik əlaməti təyin etməməsi - səbəbi ilə imtina verilmişdir.
7. Şəki Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Bel və digər şöbələrin fəqərəarası disklərini n mielopatiya ilə zədələnmələri(G99.2), Bel və digər fəqərəarası disklərin radikulopatiya ilə nəticələnən zədələnməsi.Z98.8 L5-S1 interlaminar diskektomiya cərrahi əməliyyatından sonrakı vəziyyət (2015). Radikulopatiya, Sol aşağı ətrafın parezi.ətrafda hissi,hərəki.trofiki pozğunluq. Sağ aşağı ətrafda distal hissi.hərəki pozğunluq.R26 Yeriş funksiyasının pozğunluğu...; Meyar: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış bərpa müalicələri davam etdirilsin..səbəbi ilə imtina verilmişdir.
8. Şəki Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Bel və digər şöbələrin fəqərəarası disklərinin mielopatiya ilə zədələnmələri, Bel və digər fəqərəarası disklərin radikulopatiya ilə nəticələnən zədələnməsi. L5-S1 interlaminar diskektomiya cərrahi əməliyyatından sonrakı vəziyyət. Radikulopatiya, Sol aşağı ətrafın parezi.ətrafda hissi.hərəki.trofiki pozğunluq. Sağ aşağı ətrafda distal hissi.hərəki pozğunluq. Yeriş funksiyasının pozğunluğu.; Meyar: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.səbəbi ilə imtina verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
9. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin iddiaçı barəsində verdiyi imtina qərarını ləğv edib, xəstəliyini nəzərə alaraq barəsində müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Birinci instansiy a məhkəməsinin iclasında iddiaçı iddia tələbini dəqiqləşdirərək “hərbi xidmət dövrü ilə əlaqədar orqanizmin funksiyalarının pozulmasının müddətsiz 70- 90% müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1987-ci ildə anadan olmuşdur. 2006-cı ilin oktyabr ayında çağırış üzrə hərbi xidmətə yollanmış, N saylı hərbi hissədə əsgər hərbi rütbəsində hərbi xidmət keçmişdir. 2008-ci ilin aprel ayında hərbi xidmət müddəti başa çatdığından ordudan tərxis olunmuşdur. 12. 2014-cü ilin iyun ayında maxe kimi yenidən ordu sıralarına qayıtmış, N saylı hərbi hissədə xidmətə başlamışdır. Hərbi xidmət zamanı bir çox ağır fiziki işlərlə bağlı tapşırıqları icra etdiyindən səhhətində müəyyən problemlər yaranmış, 2015-ci ilin yanvar ayında belindəki ağrılar dözülməz həddə çatdığından hərbi hissənin nevroloquna müraciət etmişdir.
13. Onun göndərişi əsasında 2015-ci ilin fevral ayında əməliyyat olunmuşdur. 2016-cı ilin yanvar ayının 10-da baş əsgər vəzifəsində xidmət etmək üçün Yaşmada yerləşən N saylı hərbi hissəyə köçürülmüşdür. 2016-cı ildə aprel döyüşləri zamanı döyüşlərdə iştirak etmək üçün N saylı hərbi hissəyə ezam olunmuşdur. 14. 2016-cı ildə olan “Aprel döyüşləri”ndə Füzuli rayonunun Alxanlı-Aşağı Seyidəhmədli kəndləri istiqamətində döyüş əməliyyatlarında iştirak etmiş, bir sıra döyüş tapşırığını icra etmişdir. 15. 2016-cı ilin may ayının 22-də yenidən xidmət keçdiyi N saylı hərbi hissəyə qaytarılmışdır. Döyüşlərdən sonra 2016-cı ilin sonlarında səhhəti yenidən ağırlaşdığından həkimə müraciət etmişdir. Artıq sağlamlığı hərbi xidmət keçməyə imkan vermədiyindən 2017-ci ilin fevral ayında ordu sıralarında tərxis olunmuşdur. 16. xx.xx.2017-ci ildə bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə nəticələnən zədələnməsi, L5-S1 fəqərəarası diskin yırtığına görə cərrahi əməliyyatdan sonrakı vəziyyət, aşağı ətrafların monoplegiyası, sol aşağı monoparez, yerişin ciddi pozulması, essensial (birincili) hipertenziya, arterial hipertenziya 1 dərəcə diaqnozu ilə ona ikinci dərəcə əlillik təyin edilmişdir.
17. Əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx. 2022-ci ilə kimi göstərilmişdir. 18. xx.xx.2022-ci ildə əlillik müddətinin başa çatdığından komissiyaya göndərilmiş, 5 dəfə tibbi komissiyadan keçmişdir.
19. Uzun keçən prosesdən sonra xx.xx.2023-cü ildə cavabdeh tərəfindən ona 317-4/2-M-6715/2023 nömrəli məktub göndərilmişdir. Həmin məktubda göstərilmişdir ki, ona təqdim edilən sənədlər və müayinənin nəticəsi olaraq onun barəsində diaqnozun əlillik əlamətləri təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı cavabdehin cavabı ilə razılaşmamış, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin etirazları:
20. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbə bi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40- M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalər => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnməiər...; Diaqnozun mətni: Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, nəticələnən zədələnməsi. L5-S1 fəqərəarası diskin yırtığına görə cərrahi əməliyyatdan sonrakı vəziyyət. Aşağı ətrafların monoplegiyası, Sol aşağı monoparez. 2.2 İkinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9,G80- G80.9);.” səbəbi ilə 5 (beş) il müddətinə əlillik dərəcəsi verilmişdir.
21. Şəki Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxı lmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Bel oma fəqərəarası disklərin radikulopatiya ilə nəticələnən zədələnməsi. Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin davamlı kökcük ağrı sindromu.; Meyar: İmtina edilir." Diaqnoz əlillik əlaməti təyin etməməsi Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir səbəbi ilə imtina verilmişdir.
22. Şəki Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİ İİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54-Dorsopatiyalar =>M50M54- Digər Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Bel oma fəqərəarası disklərin radikulopatiya ilə nəticələnən zədələnməsi. Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və, Davamlı kökcük ağrı sindromu.; Meyar: İmtina edilir.” Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir səbəbi ilə imtina verilmişdir.
23. Şəki Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Digər paralitik sindromlar, Sol aşağı ətrafın hərəki hissi.trofiki pozğunluqları,distal parez. Sağ aşağı ətraf pəncəsinin hissi hərəki pozğunluqları. Yer iş funksiyasının pozulması, aktiv hərəkətlərin məhdudluğu..; Meyar: Göndərişin natamam doldurulması - Səbəb: Köməkçi diaqnostik müayinələr tam aparılmamışdır səbəbi ilə imtina verilmişdir.
24. Şəki Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiyası. Bel oma fəqərəarası disklərin radikulopatiya ilə nəticələnən zədələnməsi. Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin davamlı kökcük ağrı sindromu..; Meyar: Diaqnoz əlillik əlaməti təyin etməməsi - səbəbi ilə imtina verilmişdir.
25. Şəki Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Bel və digər şöbələrin fəqərəarası disklərinin mielopatiya ilə zədələnmələri(G99.2), Bel və digər fəqərəarası disklərin radikulopatiya ilə nəticələnən zədələnməsi.Z98.8 L5-S1 interlaminar diskektomiya cərrahi əməliyyatından sonrakı vəziyyət (2015). Radikulopatiya, Sol aşağı ətrafın parezi.ətrafda hissi,hərəki.trofiki pozğunluq. Sağ aşağı ətrafda distal hissi.hərəki pozğunluq.R26 Yeriş funksiyasının pozğunluğu...; Meyar: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış bərpa müalicələri davam etdirilsin..səbəbi ilə imtina verilmişdir.
26. Şəki Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Bel və digər şöbələrin fəqərəarası disklərinin mielopatiya ilə zədələnmələri, Bel və digər fəqərəarası disklərin radikulopatiya ilə nəticələnən zədələnməsi. L5-S1 interlaminar diskektomiya cərrahi əməliyyatından sonrakı vəziyyət. Radikulopatiya, Sol aşağı ətrafın parezi.ətrafda hissi.hərəki.trofiki pozğunluq. Sağ aşağı ətrafda distal hissi.hərəki pozğunluq. Yeriş funksiyasının pozğunluğu.; Meyar: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.səbəbi ilə imtina verilmişdir.
27. Həmçinin, iddiaçı Agentliyə əyani müayinə olunması üçün dəvət olunmuşdur. xx.xx.2022-ci il tarixli protokola əsasən iddiaçıya həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə uyğun olaraq diaqnoz əlillik əlaməti təyin etməməsi b arədə qərar qəbul edilmişdir.
28. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı müvafiq Hərbi Həkim Komissiyasının qərarı və ya şəhadətnaməsi əsas götürülür. Müəyyən olunmuşdur ki, təqdim edilən tibbi sənədlər, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı və əyani müayinənin nəticəsində iddiaçıda MHHK-nın qərarında qeyd edilən diaqnozlar, o cümlədən aşkar olunan patofunksional dəyişikliklər və ağırlaşmalar öz təsdiqini tapmamışdır.
29. Beləliklə, həm elektron qiymətləndirmənin, həm də əyani müayinənin nəticəsi olaraq, iddiaçıya əlillik təyinatının aparılmasından imtina edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
30. Şə ki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1657/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyi”nə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur. Birinci sual: İddiaçıya qoyulmuş “Təsnifatı: Bel və digər şöbələrin fəqərəarası disklərinin mielopatiya ilə zədələnmələri, Bel və digər fəqərəarası disklərin radikulopatiya ilə nəticələnən zədələnməsi. L5-S1 interlaminar diskektomiya cərrahi əməliyyatından sonrakı vəziyyət. Radikulopatiya, Sol aşağı ətrafın parezi. ətrafda hissi. hərəki. trofiki pozğunluq. Sağ aşağı ətrafda distal hissi. hərəki pozğunluq. Yeriş funksiyasının pozğunluğu.” diaqnozu düzgü ndürmü? İkinci sual: Əgər qoyulmuş diaqnoz düzgün deyilsə onun hazırkı vəziyyətini əks etdirən diaqnoz nədir?
31. Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin xx.xx.2023-cü il tarixli, T 597/2023 nömrəli ekspert rəyi ilə iddiaçının adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya aşağıdakı nəticəyə gəlmişdir. Birinci və ikinci suallara cavab:
32. Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilib göndərişdə qeyd edilən “Bel və digər şöbələrin fəqərəarası disklərinin mielopatiya ilə zədələnmələri, bel və digər fəqərəarası disklərin radikulopatiya ilə nəticələnən zədələnməsi, L5-S1 interlaminar diskektomiya cərrahi əməliyyatından sonrakı vəziyyət, radikulopatiya, sol aşağı ətrafın parezi, ətrafda hissi, hərəki, trofiki pozğunluq, sağ aşağı ətrafda distal hissi, hərəki pozğunluq, yeriş funksiyasının pozğunluğu” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyar larının hər-hansı bir bəndini aid etmək mümkün olmadı.
33. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-166/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə hərbi xidmət dövrü ilə əlaqədar orqanizmin funksiyalarının pozulmasının müddətsiz 70-90% müəyyən edilməsi öhdəliyi qoyulmuşdur.
34. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh orqan iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina etmişdir.
35. İddiaçı barəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş diaqnoz “Bel və digər fəqərəarası disklərin radikulopatiya ilə nəticələnən zədələnməsi. Z98.8. L5-S1 İnterlaminar diskektomiya cərrahi əməliyyatdan sonrakı vəziyyət (2015). Sol aşağı ətrafın parezi, hissi, hərəki, trofiki pozğunluqları, distal parez, Sağ aşağı ətrafda distal hissi, hərəki pozğunluq, Yeriş funksiyasının pozulması. Osteoxondroz. TH11-TH12 səviyyədə stenoz” olmuşdur.
36. Məhkəmə, orqanizmin funksiyalarının pozulma faizi və müddətini nəzərə alınmaqla hesab edir ki, iddiaçı barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.5.1-ci bəndi nəzərə alınmaqla qiymətləndirmə aparılmalıdır. Belə ki, iddiaçı barəsində müvafiq göndərişi tərtib edən səhiyyə müəssisəsi M42, M51.0 və M54.1 XBT kodları ilə “Onurğa sütununun hərəkətinin təzahür edən məhdudluğu və aşağı ətraf funksiyalarının əhəmiyyətli pozuntusu: təzahür edən paraparez, əhəmiyyətli təzahür edən distal paraparez, distal paraplegiya və ya təzahür edən proksimal” diaqnozlarının mövcudluğunu bildirir.
37. Sözügedən diaqnozlar M42, M51.0 və M54.1 XBT kodları ilə “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə “Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri (13)” olaraq 13.5.1-ci bənddə (Dorsopatiyalar M40-M54) nəzərdə tutulmuşdur. 13.5.1.3-cü bənddə isə konkret olaraq onurğa sütununun hərəkətinin təzahür edən məhdudluğu - aşağı ətraf funksiyalarının əhəmiyyətli pozuntusu: təzahür edən paraparez, əhəmiyyətli təzahür edən distal paraparez, distal paraplegiya və ya təzahür edən proksimal diaqnozu ilə müşayiət olunduğu halda 7090 faiz, müddətsiz olmaqla orqanizmin funksiyalarının pozulmasının İİİ dərəcə məhdudlaşması halı müəyyən edilmişdir.
38. Diaqnozun doğruluğunu müəyyən etmək məqsədilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmi ş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3”nə həvalə edilmişdir. Sonuncunun xx.xx.2023-cü il tarixli 3950 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyində iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü müəyyən edilmişdir.
39. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə təsdiq olunmuş 60 nömrəli xx.xx.2016-cı il tarixli “X2”dən görünür ki, iddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı travmaya uyğun diaqnozun və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hospital hhk-nın qərarında ona “L5-S/ fəqərəarası diskin sol Sı sinir kökünü kompressiya edən yırtığına görə aparılmış soltərəfli interlaminar L5 diskektomiya cərrahi (xx. xx.2015) əməliyyatından sonrakı L5-Sı diskində dural kisəyə sol tərəfdən kompressiya edən sol posterosentral protruziya, sol aşağı ətrafın hərəki, hissi və trofiki pozulmaların artması ilə təzahür edən tez-tez residiv gedişli xroniki soltərəfli diskogen mənşəli S1 radikulopatiyası, kəskinləşmə mərhələsində” diaqnozu qoyulmuş və xəstəliyin hərbi xidmət dövründə alınması qeyd edilmişdir.
40. Göründüyü kimi, iddiaçının tibbi-sosial müayinəsinin əsası kimi çıxış edən “göndəriş”in məzmunda qeyd edilmiş diaqnozla (Bel və digər fəqərəarası disklərin radikulopatiya ilə nəticələnən zədələnməsi. Z98.8. L5-S1 İnterlaminar diskektomiya cərrahi əməliyyatdan sonrakı vəziyyət (2015). Sol aşağı ətrafın parezi, hissi, hərəki, trofiki pozğunluqları, distal parez, Sağ aşağı ətrafda distal hissi, hərəki pozğu nluq, Yeriş funksiyasının pozulması. Osteoxondroz. TH11-TH12 səviyyədə stenoz”) Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə təsdiq olunmuş 60 nömrəli xx.xx.2016-cı il tarixli “X2”də qeyd edilmiş diaqnoz (“L5-S/ fəqərəarası diskin sol Sı sinir kökünü kompressiya edən yırtığına görə aparılmış soltərəfli interlaminar L5 diskektomiya cərrahi (xx.xx.2015) əməliyyatından sonrakı L5-Sı diskində dural kisəyə sol tərəfdən kompressiya edən sol posterosentral protruziya, sol aşağı ətrafın hərəki, hissi və trofiki pozulmaların artması ilə təzahür edən tez-tez residiv gedişli xroniki soltərəfli diskogen mənşəli S1 radikulopatiyası, kəskinləşmə mərhələsində) bir-birinə uyğundur.
41. İddiaçının sağlamlığının hazırkı vəziyyətinin hərbi-həkim komissiyasının qərar ı ilə müəyyən edilmiş xəstəliklə bilavasitə əlaqəli olması iş materiallarında olan sənədlərlə (anamnez məlumatları və diaqnozun məzmunu ilə) aşkar müəyyən edildiyindən məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
42. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
43. Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)-211/2024 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-166/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razı laşmışdır.
45. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
46. İddiaçının əlillik vəziyyətinə Şəki Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiyası. Bel oma fəqərəarası disklərin radikulopatiya ilə nəticələnən zədələnməsi. Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin davamlı kökcük ağrı sindromu..; Meyar: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir səbəbi ilə imtina verilmişdir.
47. Şəki Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Bel və digər şöbələrin fəqərəarası disklərinin mielopatiya ilə zədələnmələri(G99.2), Bel və digər fəqərəarası disklərin radikulopatiya ilə nəticələnən zədələnməsi.Z98.8 L5-S1 interlaminar diskektomiya cərrahi əməliyyatından sonrakı vəziyyət (2015). Radikulopatiya, Sol aşağı ətrafın parezi,ətrafda hissi, hərəki, trofiki pozğunluq. Sağ aşağı ətrafda distal hissi, hərəki pozğunluq. R26 Yeriş funksiyasının pozğunluğu...; Meyar: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış bərpa müalicələri davam etdirilsin..səbəbi ilə imtina verilmişdir.
48. Şəki Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü i lə əlaqədar; X1: Bel və digər şöbələrin fəqərəarası disklərinin mielopatiya ilə zədələnmələri, Bel və digər fəqərəarası disklərin radikulopatiya ilə nəticələnən zədələnməsi. L5-S1 interlaminar diskektomiya cərrahi əməliyyatından sonrakı vəziyyət. Radikulopatiya, Sol aşağı ətrafın parezi, ətrafda hissi, hərəki, trofiki pozğunluq. Sağ aşağı ətrafda distal hissi, hərəki pozğunluq. Yeriş funksiyasının pozğunluğu.; Meyar: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.səbəbi ilə imtina verilmişdir.
49. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
50. Diaqnozların nəticəsindən aydın olmuşdur ki, iddiaçı barəsində həmin göndərişlər əsasında əlillik təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olmadığı üçün Agentlik tərəfindən iddiaçı barəsində əlillik təyin edilməsi mümkün olmamışdır. 51. “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin xx.xx.2023-cü il tarixli 3950 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyində qeyd edilmişdir ki, Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilib göndərişdə qeyd edilən “Bel və digər şöbələrin fəqərəarası disklərinin mielopatiya ilə zədələnmələri, bel və digər fəqərəarası disklərin radikulopatiya ilə nəticələnən zədələnməsi, L5-S1 interlaminar diskektomiya cərrahi əməliyyatından sonrakı və ziyyət, radikulopatiya, sol aşağı ətrafın parezi, ətrafda hissi, hərəki, trofiki pozğunluq, sağ aşağı ətrafda distal hissi, hərəki pozğunluq, yeriş funksiyasının pozğunluğu” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndini ai d etmək mümkün olmamışdır.
52. Belə olan halda, iddiaçıda olan xəstəliklər qanunvericiliklə səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir.
53. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.2. bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdir ilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi, Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur.
54. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
55. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
56. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahis ə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırs a, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
57. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
58. Apellyasiya məhkəməs inin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
60. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməs inin araşdırmaları yetərli hesab olunur.
61. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddiaçıya əlilliyin təyin edilməsinin əsaslarının mövcud olub-olmaması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
62. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. 63. “Şəki rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.20 23-cü il tarixli məktubundan görünür ki, İddiaçı diaqnozları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə qeyd olunmuş 13.5.1 xəstəliyi ilə eyniyyət təşkil edir.
64. Bundan başqa, “Şəki rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı sağlamlıq vəziyyətində istinad olunan “Meyarların” 13.5.1-ci bənddə qeyd edilmiş aşağıda göstərilən əlamətlərdən XBT kodu M 42 “Onurğa sütununun hərəkətinin təzahür edən məhdudluğu və XBT kodu M 51.0 XBT kodu M 54.1 aşağı ətraf funksiyalarının əhəmiyyətli pozuntusu: təzahür edən paraparez, əhəmiyyətli təzahür edən distal paraparez, distal paraplegiya və ya təzahür edən proksimal” diaqnozları qeyd edilərək TSEK-nın göndərişləri reyestrinə daxil edilmişdir.
65. Məhkəmə kollegiyası nəzərə alır ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır; - TSEK... göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir...
66. Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbihəkim komissiyaları tərəfindən tərtib olunmuş Göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir.
67. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
68. Cavabdeh hesab edir ki, məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin diskresion səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir.
69. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin q ərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. 70. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata k eçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).
71. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.
72. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
73. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(107)-211/2024 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.