Məhkəmə qərarları › İş №2-1(102)-2014/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2014/2025

31.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2014/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq müvafiq texniki pasport və çıxarışın verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxs Əmlak Məsələləri Dövl ət Xidmətinə) qarşı “qeyri-yaşayış sahəsi üzərində xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla buna dair texniki pasport və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 mart 2025-ci il tarixli, 2-1(107)-179/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 52 nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, Oğuz rayonu, Bucaq kəndində yerləşən qeyri-yaşayış sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2000-ci il tarixdə 01 nömrəli reyestr kitabının 13-cü səhifəsində 52 qeydiyyat və 141 inventar nömrəsi ilə qeydə alınmışdır. 2. 141 in ventar nömrəli qeyri-yaşayış binasına dair Texniki pasportun surətindən görünür ki, Oğuz rayonu Bucaq kənd X4 Komissiyasının xx.xx.1998-ci il tarixli, 20 nömrəli protokol qərarına əsasən, Oğuz rayonu, Bucaq kəndində yerləşən qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır.

3. İddiaçı həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə müvafiq çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu imtina edərək bildirmişdir ki, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, qeyri-yaşayış sahəsinin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsinə dair icarə müqaviləsi təqdim edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsin də icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi Oğuz rayon X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 52 nömrəli Qeydiyyat vəsiqəsi əsasında xüsusi mülkiyyət hüququ xx.xx.2000-ci il tarixdə 01 nömrəli reyestr kitabının 13-cü səhifəsində 52 qeydiyyat və 141 inventar nömrəsi ilə qeydə alınmış Oğuz rayonu, Bucaq kəndində yerləşən qeyri-yaşayış sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair texniki pasport və elektron çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xah iş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Oğuz rayonu Bucaq kənd X4 Komissiyasının xx.xx.1998-ci il tarixli, 20 nömrəli protokol qərarı əsasında Oğuz rayonu, Bucaq kəndi ərazisində yerləşən 1971-ci ildə inşa edilmiş 141 inventar nömrəli qeyri-yaşayış binasına dair İddiaçı adına Texniki pasport tərtib olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi Oğuz rayon X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 52 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən, Oğuz rayonu, Bucaq kəndində yerləşən qeyri-yaşayış sahəsi ü zərində İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2000-ci il tarixdə 01 nömrəli reyestr kitabının 13-cü səhifəsində 52 qeydiyyat və 141 inventar nömrəsi ilə qeydə alınmışdır. Yuxarıda qeyd edilmiş əsaslarla xx.xx.2000-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Oğuz rayonu Bucaq kəndində yerləşən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, buna dair Elektron çıxarışın verilməsi üçün cavabdehə müraciət etsə də, həmin İdarə tərəfindən müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21-3-42/2-3327/2024 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, qeyri-yaşayış sahəsinin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsinə dair icarə müqaviləsi təqdim edilmədiyindən mür aciətinin təmin olunmasından imtina edilmişdir.

6. Cavabdeh iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, ərazi idarəsinin əməkdaşları tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron baza məlumatları ilə müqayisə edildikdə məlum olmuşdur ki, iddia olunan Oğuz rayonu, Bucaq kəndində yerləşən qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir. İddiaçı Oğuz rayonu, Bucaq kəndində yerləşən qeyri-yaşayış binası onun yerləşdiyi 231 kv.m. torpaq sahəsinə dair müvafiq icarə müqaviləsi təqdim etməmişdir. İddia olunan Oğuz rayonu, Bucaq kəndində yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi olduğundan, həmin torpaq sahəs inə dair (qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanları tərəfindən müvafiq olaraq dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar) hər hansı sənəd təqdim etməmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır.

7. Şəki İnzibati Məhkəməsinin (hakim: F.H.Hacızadə) 04 dekabr 2024-cü il tarixli, 21(116)-3038/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Oğuz rayonu, Bucaq kəndində yerləşən qeyri-yaşayış binasına İddiaçı adına Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi Oğuz rayon X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 52 nömrəli Qeydiyyat vəsiqəsi və 141 inventar nömrəli qeyri-yaşayış binasına dair texniki pasporta uyğun mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Oğuz rayonu, Bucaq kəndində yerləşən qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınmış, 52 nömrəli Qeydiyyat vəsiqəsi tərtib edilmişdir. Qeydiyyat vəsiqəsində İddiaçı xüsusi mülkiyyət hüququnun xx.xx.2000-ci il tarixdə 01 nömrəli reyestr kitabının 13-cü səhifəsində 52 qeydiyyat və 141 inventar nömrəsi ilə qeydə alındığı bildirilmişdir. Həmçinin, 141 inventar nömrəli qeyr i-yaşayış binasına dair Texniki pasportun surətindən görünür ki, Oğuz rayonu Bucaq kənd X4 Komissiyasının xx.xx.1998-ci il tarixli, 20 nömrəli protokol qərarına əsasən, Oğuz rayonu, Bucaq kəndində yerləşən qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır. Hazırkı iddia tələbinə əsasən, iddiaçının hüquqi marağı Qeydiyyat vəsiqəsinin Çıxarışla əvəz edilməsindən ibarətdir. Cavabdehin imtinasının əsasını iddia olunan Oğuz rayonu Bucaq kəndində yerləşən qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşməsi təşkil edir. İddiaçının tələbi üzrə daşınmaz əmlakın reyestrində əmlakın qeydiyyata alınması ilə əlaqədar qanunvericilikdə konkret şərtlər öz əksini tapmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10-cu m addəsinə əsasən, əmlakın reyestrdə qeydiyyata alınması üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri olmalı, əlavə olaraq torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan və cizgisi, həmçinin dövlət rüsumunun ödənilməsi ilə bağlı sənəd təqdim olunmalıdır. Hazırkı mübahisəyə münasibətdə əsas amil kimi daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat çıxış edir. Belə ki, iddiaçının adına Oğuz rayonu, Bucaq kəndində yerləşən qeyri-yaşayış binasına xx.xx.2000-ci il tarixdə 01 nömrəli reyestr kitabının 13-cü səhifəsində 52 qeydiyyat aparılmış, 141 inventar nömrəli qeyri-yaşayış binasına dair Texniki pasportun verilməsinə dair dövlət reyestr kitabında qeyd iyyat mövcuddur. Həmin qeydiyyatın mövcudluğunu cavabdeh də təsdiq edir. Yuxarıda qeyd olunanlara əsasən iddia olunan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olması həmin daşınmaz əmlaka dair çıxarış verilməsini istisna etmir. Belə ki, iddia tələbi Qeydiyyat vəsiqəsinə əsasən iddiaçıya məxsus qeyri-yaşayış binasına dair çıxarışın verilməsindən ibarətdir, bu zaman həmin əmlakın yerləşdiyi torpaq sahəsinin hüquqi rejimi, buna dair hər hansı tələb mövcud olmadığından ilkin qaydada saxlanılmalıdır.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (h akimlər: T.H.Həsənov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və Ə.V.Kərimov) 04 mart 2025-ci il tarixli, 21(107)-179/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, apellyasiya şikayətinin başlıca dəlili kimi cavabdeh orqan qeyd etmişdir ki, iddiaçı Oğuz rayonu, Bucaq kəndində yerləşən qeyriyaşayış binası və həmin qeyri-yaşayış binasının yerləşdiyi 231 kv.m torpaq sahəsinə dair müvafiq icarə müqaviləsi təqdim etməmişdir. İddia olunan Oğuz rayonu, Bucaq kəndində yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi olduğundan, həmin torp aq sahəsinə dair (qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanları tərəfindən müvafiq olaraq dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar) hər hansı sənəd təqdim etməmişdir. Məhkəmə kollegiyası bu dəlilə münasibətdə qeyd edir ki, iddiaçının tələbi üzrə daşınmaz əmlakın reyestrində əmlakın qeydiyyata alınması ilə əlaqədar qanunvericilikdə konkret şərtlər öz əksini tapmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10-cu maddəsinə əsasən, əmlakın reyestrdə qeydiyyata alınması üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri olmalı, əlavə olaraq torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərk ib hissələrinin) texniki pasportu, plan və cizgisi, həmçinin dövlət rüsumunun ödənilməsi ilə bağlı sənəd təqdim olunmalıdır. Hazırkı mübahisəyə münasibətdə əsas amil kimi daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat çıxış edir. Belə ki, iddiaçının adına Oğuz rayonu, Bucaq kəndində yerləşən qeyri-yaşayış binasına dair xx.xx.2000-ci il tarixdə 01 nömrəli reyestr kitabının 13-cü səhifəsində 52 nömrəli qeydiyyat aparılmış, 141 inventar nömrəli qeyri-yaşayış binasına dair Texniki pasportun verilməsi barədə dövlət reyestr kitabında qeydiyyat mövcuddur. Həmin qeydiyyatın mövcudluğunu cavabdeh də təsdiq edir. Bu halda, Mülki Məcəllənin 140-cı maddəsinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Belə ki, cavabdeh iddiaçın ın adına qeyd edilmiş Reyestr kitabında İnv. 141, Qeyd 52, kitab 01, səhifə 13-də yerləşən müvafiq qeydiyyatı mübahisələndirmir, həmçinin sözügedən qeydiyyatın sonradan cavabdeh inzibati orqan tərəfindən hər hansı qaydada ləğvinə və ya etibarsızlığına dair icraat aparılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, belə vəziyyətdə Mülki Məcəllənin 140-cı maddəsinə istinadla reyestrin həqiqiliyi və tamlığı prezumpsiyası əsas götürülməklə iddiaçının Qeydiyyat vəsiqəsinin mötəbərliyi və onun əsasında hüququn qeydə alınmalı olduğu təsdiq edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8.0.5-ci maddəsi iddiaçının tələbinin təmin edilməsinin qanuni əsasını təşkil edir. Həmin maddəyə görə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması üçün əsas təşkil edir. İddia olunan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olması həmin daşınmaz əmlaka (qeyri-yaşayış binası) dair qeydiyyat vəsiqəsinin çıxarışla əvəz olunmasını istisna etmir. Həm də ona görə ki, hazırda iddiaçının torpaq sahəsi ilə bağlı hər hansı tələbi də mövcud deyil. Bununla bağlı mübahisə açmamışdır. Cavabdehin bu mövqeyi Konstitusiyaya, eləcə də torpaq qanunvericiliyinə ziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasında qeyd edilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eyni zamanda, Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü bəndinin tələbinə görə, torpaq sahə ləri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Məhkəmə kollegiyası iddiaçının adına verilmiş Qeydiyyat vəsiqəsinə istinad edərək bildirir ki, hazırkı qeyri-yaşayış binası üzərində iddiaçının mülkiyyət hüququ Qeydiyyat vəsiqəsi əsasında dövlət qeydiyyatına alındığından həmin bina iddiaçının xüsusi mülkiyyətindədir. Ona görə də Oğuz rayonu, Bucaq kəndində yerləşən qeyri-yaşayış binası və həmin qeyri-yaşayış binasının yerləşdiyi 231 kv.m. torpaq sahəsinə dair müvafiq icarə müqaviləsinin də təqdim edilməsinə zərurət yoxdur. Bu səbəbdən də, torpaq sahəsinin dövlət mülkiyyətində olması və icarə müqaviləsinin təqdim edilməməsi ilə bağlı cavabdehin irəli sürdüyü dəlillərin heç bir hüquqi əsası yoxdur. Bundan başqa, cavabdeh orqan, məhkəmə koll egiyasına birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən konkret hansı maddi və prosessual hüquq normalarının pozulmasını, düzgün tətbiq edilməməsini, eləcə də məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan hər hansı faktiki halların araşdırılmamasını təsdiq edən hər hansı sübutlar da təqdim etməmişdir. Cavabdehin şikayətinin təmin olunması üçün yetərli əsasların mövcudluğu da iş üzrə materiallarla təsdiq olunmur.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONLARA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh kassasiya şikayətində təkrarlamışdır. apellyasiya şikayətinin dəlillərini b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.... Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 13 9-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. 16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

2. Daşınmaz əmlaka hüquqların qeydiyyatı Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (y üklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələr... Maddə 10 Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi... 10.2. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu norm anın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır.... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiy yəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda....

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştira kçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şi kayət mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassa siya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə Qeydiy yat vəsiqəsi əsasında Oğuz rayonu, Bucaq kəndində yerləşən qeyri-yaşayış sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair texniki pasport və elektron çıxarışın verilməsi ilə bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olaraq birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə mövqeyi ilə razılaşmışdır.

24. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 mart 2025-ci il tarixli, 21(107)-179/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar