Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2015/2019 21.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı XXXun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2015/19 Bakı şəhəri 21 avqust 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakı ilə, tərəflərin iştirakı olmadan, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh müdiri XXX tərəfind ən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 mart 2019-cu il tarixli, 2-1(107)-192/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 aprel 1994-cü il tarixdən 23 may 2018-ci il tarixədək müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin birdəfəlik ona ödənilməsindən imtina barədə cavabdehin 03 oktyabr 2018-ci il tarixli məktubunun qanunsuz hesab edilməsi və həmin müavinətin birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişd ir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir və ona 23 may 2018-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Baş Heyət Baş İdarəsi tərəfindən M/V XXX saylı müharibə veteranı vəsiqəsi verilmişdir. Cavabdeh ona 2018-ci ilin may ayından qanunvericiliklə nəzərdə tutulmuş sosial müavinət təyin etmiş, iddiaçı isə həmin müavinətin hüququnun yarandığı 02 aprel 1994-cü il tarixdən hesablanmaqla ona birdəfəlik ödənilməsi barədə müraciət etmişdir. Cavabdeh onun müraciətinin təmin olunmasından imtina etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli, 2-1(84)-85/2019 saylı qərarı ilə (hakim İlqar Cabbarov) iddia qismən təmin edilmiş, 23 may 2015-ci il tarixdən 23 may 2018-ci il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin məhkəmə hesab etmişdir ki, sosial müavinətlər haqqında qanunvericilik müavinətlərin müraciət edilmə vaxtından asılı olmayaraq müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsini nəzərdə tutmuşdur. Bu səbəbdən iddiaçıya 23 may 2015-ci il tarixdən 23 may 2018-ci il tarixədək ödənilməmiş müharibə veteranı üçün nəzərdə tutulmuş müavinət ödənilməlidir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 mart 2019-cu il tarixli, 2-1(107)-192/2019 saylı qərarı ilə (sədrlik edən Mübariz Hüseynov, hakimlər Gündüz Abbasov və Rövşən Rəfiyev) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv olunmaqla iddia qismən təmin edilmiş, iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulmuş və 23 may 2015-ci il tarixdən 25 avqust 2016-cı il tarixədək ödənilməmiş müavinətin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Apellyasiya məhkəməsi hesab etmişdir ki, əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə əsasən, döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına, habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçuların əmək pensiyasının sığorta hissəsinə 11 manat məbləğində əlavə hesablanır. İddiç ıya 25 avqust 2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Birinci instansiya məhkəməsi bunu nəzərə almamış və müavinətin ona 23 may 2015-ci il tarixdən 23 may 2018-ci il tarixədək ödənilməsinə dair düzgün olmayan nəticəyə gəlmişdir. İddiaçıya 25 avqust 2016-cı il tarixdən pensiya təyin edildiyi təqdirdə ona müharibə veteranı üçün nəzərdə tutulmuş müavinət verilməməli və ya verilmişdirsə dayandırılmalı idi. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1, 4.0.1.6, 7.0.6, 9.1, 11.1.5, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3, 7-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunması nı xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, məhkəmənin istinad etdiyi maddə müavinətlərin qanunun qüvvəyə mindiyi tarixdən onu almaq hüququnun yarandığı vaxtdan təyin edilməsini nəzərdə tutmuşdur. Aylıq müavinət yalnız o halda əvvəlki üç il üçün təyin edilə bilər ki, müavinət almaq hüququ müraciət tarixindən 3 ildən daha artıq müddətdə yaranmış olsun. İddiaçının müavinət almaq hüququ ona müharibə veteranı statusunun verildiyi tarixdən yaranmışdır. Cavabdeh həmçinin qeyd etmişdir ki, qanunvericilik veteranlar üçün nəzərdə tutulmuş müavinətlərin ödənilməsini məhz müharibə veteranı vəsiqəsinin təqdim edilməsi tarixi ilə əlaqələndirmişdir. Bu səbəbdən, məhkəmənin iddiaçının müharibə veteranı statusunun daha əvvəl yaranmasına istinad etməsi də düzgün olmamışdır. Belə ki, müharibə veteranı anlayışının əhatə dairəsinə daxil olmaq sosial müavinətin təyin edilməsi üçün əsas ola bilməz. Çünki, sosial müavinətlər haqqında qanunvericilik müavinətin təyin edilməsi üçün “müharibə veteranlarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi” və “müharibə veteranı vəsiqəsinin verilməsi” şərtlərini nəzərdə tutmuşdur. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 4, Azərbaycan Re spublikası Nazirlər Kabinetinin 21 sentyabr 2015-ci il tarixli, 311 saylı qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 7 saylı Əlavəsinin 2.2, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar A pellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsitərəfindən 23 may 2018-ci il tarixli, M/V seriyali, XXX nömrəli müharibə veteranı vəsiqəsiverilmiş və qeyd olunan tarixdən iddiaçının əmək pensiyasına əlavə ödənilmişdir. Bundansonra o, 02 aprel 1994-cü il tarixdən 23 may 2018-ci il tarixədək verilməyən müharibəveteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi barədə cavabdehə müraciətetmiş, lakin cabadeh 03 oktyabr 2018-ci il tarixli, **********1 nömrəli məktubla bildirmişdir ki,“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.6-cı maddəsinəəsasən müharibə veteranı kimi müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərinəmə k pensiyası almaq hüququ olmadıqda təyin edilir. İddiaçıya cavabdehin 30 avqust 2016-cı il tarixli, 389 saylı qərarı ilə 25 avqust 2016cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 23 may 2018-ci il tarixli, XXX saylı müharibə veteranı vəsiqəsi verilmiş, 23 may 2018-ci il tarixdən etibarən iddiaçının əmək pensiyasına müharibə veteranı olduğu üçün 11 manat əlavə hesablanıb ödənilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kass asiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya instansiya məhkəməsi qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhəməsinin mövqeyinə görə, iddiaçı 23 may 2018-ci il tarixdən müharibə veteranı adı və vəsiqəsi əldə etsə də, qanunvericilik onun cavabdehə müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün, lakin pensiyanın təyin edilən müddətədək sosial müavinətin hesablanıb ödənilməsi h üququnu tanıyır. Bu mövqeyi mübahisələndirən cavabdeh hesab etmişdir ki, iddiaçının müharibə veteran adı və vəsiqəsi aldığı tarixdən etibarən sosial müavinət və güzəştlər əldə etmək hüququ vardır. Həmin tarixdən əvvəlki dövr üçün sosial müavinətin ödənilməsi qanunsuzdur. Məhkəmə kollegiyası aşağıdakılara əsasən dəlillə razılaşmadığını qeyd edir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun: - 4.0.1.6–ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlər təyin edilir; - 7.0-ci maddəsinə əsasən, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.6.müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət — onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda; - 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (...) müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət — onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək; - 10.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur; - 11.1.5-ci maddəsinə əsasən,müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət — onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqdamüavinətlərin ödənişi dayandırılır. Göstərilmiş müddəaların mənasından bəlli olur ki, əgər həmin qanunun qüvvəyə minməsindən sonra şəxsin müvafiq müavinət almaq hüququ yaranırsa, bu halda onun müraciət etdiyi vaxtdan ən çoxu üç il üçün ödənilməmiş müavinətin (aylıq müavinətin) məbləği ona ödənilməlidir. Habelə, müavinətin dayandırılmasına əsas olan hal – şəxsin pensiya hüququ ilə təmin olunması ilə bağldıır. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3-cü maddəsinə əsasən, aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; - 7-ci maddəsinin ikinci hissəsinə əsasən, veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Bu müddəalardan göründüyü kimi, müharibə veteranı adını almış şəxsin müəyyənləşdirilmiş məbləğdə aylıq sosial müavinət almaq hüququ veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Həmin vəsiqəni təqdim etməklə şəxs özünün müharibə veteranı olması faktının müəyyən ediməsinə əsaslanır. Yəni vəsiqə şəxsin yalnız müvafiq müharibə iştirakçısı olması faktını təsdiq edir. İddiaçıya müharibə veteranı vəsiqəsi 23 may 2018- ci ildə verilsə də, onun müharibə veteranı olması faktı həmin müddətdən əvvələ, yəni 1994-cü ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müəyyən edilmişdir. Belə ki, Azərbaycanın Dağlıq Qarabağ vilayətinin və daha 7 rayonun erməni işğalçılarından azad edilməsi ilə və aparılan döyüş əməliyyatları ilə bağlı 1994-cü il may ayından tərəflər arasında atəşkəs razılaşması əldə edilməsi hamıya bəlli olan haldır. İddiaçılar da məhz həmin tarixədək olan döyüşlərdə iştiraklarına görə müharibə veteranı adı və vəsiqəsi almışlar. Bu halda iddiaçının yuxarıda istinad edilmiş qanunvericiliyin müddəalarına əsasən, cavabdehə müraciət etdiyi tarixdən əvvəlki müddət üçün, lakin pensiya hüququ qazanan vaxta qədər müavinətin hesablanıb ödənilməsi hüququ yaran mış olur. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, artıq formalaşmış məhkəmə təcrübəsində də analoji mübahisələr üzrə aparılmış bu qiymətləndirməyə uyğun olaraq nəticə əldə edilir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirm ədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh müdiri XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 mart 2019-cu il tarixli, 2-1(107)-192/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-2015/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2015/2019
21.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver