Məhkəmə qərarları › İş №2-1(102)-2015/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2015/2020

17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2015/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası, apelyasiyanın mümkünlüyü. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, onun vəkili X 2, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsi və əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 17-ci maddəsinin tələblərinə əsasən 52 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən təyin etməklə hesablayıb, yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1403/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixl i qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsi və əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 17-ci maddəsinin tələblərinə əsasən 52 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən təyin etməklə hesablayıb, yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(82)1453/2019 nömrəli qərarı ilə (hakim: X.X.İmanov) iddia tələbi təmin edilmiş, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə və əlavələr qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin tələblərinə əsasən 52 yaşından, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən təyin etməklə hesablayıb yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

3. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarını pozmuşdur.

4. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2623/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) apelyasiya şikayəti üzrə apelyasiya icraatı mümkün sayılmamışdır.

6. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti üzrsüz səbəbdən ötürdüyündən apelyasiya mümkün sayıla bilməz.

7. Apelyasiya instansiyası məhkəməsinin qərardadından cavabdeh kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və apelyasiya şikayətinin icraata qəbul edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)452/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: R.S.Nəbizadə, hakimlər: Z.M.Quliyev və İ.Ə.Şəfiyev ) Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2623/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin aparılması üçün həmin məhkəməyə göndərilmişdir.

9. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı cavabdehi lazımi qaydada məlumatlandırmamış dır. Cavabdeh x xxxxxx 2019-cu il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, o, məhkəmə iclasının keçirilməsi məqsədi barədə (apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı) aydın bilgiyə malik olmamışdır. Apellyasiya məhkəməsi göndərdiyi bildirişdə apellyasiya şikayəti üzrə məhkəmə iclasının x xxxxxx 2019-cu il tarixə təyin edilməsini bildirmiş, bildirişdə apellyasiya şikayəti müddət ötürülməklə verildiyindən mümkünlük məsələsinə baxılması qeyd edilmişdir. Mümkünlüklə bağlı hüquqi nəticələr cavabdehə izah edilməmişdir. c) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1403/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: E.E.Nağ ıyeva və H.Ü.Həmidov) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat İdarəsi ilə, sonuncu isə xx xxxxxx 2020-ci il tarixli qərardadla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əvəz edilmişdir.

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1403/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: E.E.Nağıyeva və H.Ü.Həmidov) cavabdehin birinci instansiya məh kəməsinin qərarından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, apellyasiya mümkün sayılmamış, apellyasiya şikayətinin qəbul olunmasından imtina edilmişdir.

12. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh apelyasiya şikayəti vermə müddətini üzrsüz səbəbdən ötürmüşdür.

13. Apelyasiya instansiyası məhkəməsinin qərardadından cavabdeh kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işə apelyasiya icraatında mahiyyəti üzrə baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. Şikayət müəllifi hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin mövqey i qanunsuz və əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişlərinə riayət etmədən apelyasiya şikayətini mümkün saymamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işə apelyasiya icraatında mahiyyəti üzrə baxılmasına dair qərar qəbul olunmasını xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş et di. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 22.1. Bu məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 24.1. Bu məcəllə ilə müəyyən olunmuş müddət proses işti rakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1 Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apelyasiya məhkəməsinin qərardadı bütövlük də mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

22. İşdən (səh.48) görünür ki, birinci instansiya məhkəməsinin xx xxxx 2019-cu il tarixli məktubu ilə məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı tərəflərə göndərilmiş, göndəriş məktubuna cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə şöbənin daxilolma ştampı vurulmuş və “xxx ” adlı şəxs tərəfindən məktuba imza edilmişdir.

23. Cavabdeh apelyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin bərpası barədə ərizəsi ndə qeyd etmişdir ki, müddət üzrlü səbəbdən ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 09 avqust və xx xxxxxx 2018-ci il tarixli 229 və 387 nömrəli Fərmanlarına uyğun olaraq sosial müdafiə və sosial təminat sahəsində əhaliyə xidmətlərin təşkil edilməsi ilə əlaqədar olaraq Fondun strukturunun optimallaşdırılması və yerli qurumların fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsinə dəyişikliklər edilmişdir. Eyni zamanda, 2019-cu il 10 may tarixindən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən aparılır. Aparılan struktur islahatları ilə əlaqədar olaraq məhkəmə qərarından verilən şikayətin müddəti üzrlü səbəbdən ötürülmüşdür.

24. İşin təkrar apelyasiya baxışı zamanı prosessual müddətin bərpa edilməməsi barədə nəticəyə gələn apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin buraxılmış prosessual müddətin bərpası ilə bağlı ərizəsində göstərdiyi dəlil üzrlü hal kimi qəbul edilə bilməz. Çünki, struktur islahatları inzibati orqanın tamamilə ləğvi, yaxud fəaliyyətini birdəfəlik dayandırması demək deyil. Cavabdeh də islahatlar aparılan dövrdə fəaliyyətini davam etdirmiş və funksiyalarını yerinə yetirmişdir. Bundan əlavə, apellyasiya şikayəti bilavasitə ilk cavabdehin özü (DSMF Suraxanı rayon şöbəsi) tərəfindən verilmiş, DSMF-də aparılan struktur islahatları ilə əlaqədar inzibati icraatda onu əvəz edən DSMF Xüsusi şərtlərlə təyinat idarəsi və DSMF PHŞ Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialı daha sonrakı tarixlərdə işə qoşulmuş, buraxılmış prosessual müddətin bərpa olunması barədə hazırkı ərizə də onlar tərəfindən verilmişdir.

25. Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstəril ən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.( “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarı).

26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cavabdehin ərizəsinin dəlillərini Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən qərarında əks olunan hüquqi mövqeyinə uyğun araşdırmamış, ərizədə göstərilən dəlillərin – struktur islahatlarının cava bdehin vaxtında şikayət verməsinə mane olan hal sayıla bilməsinə, beləliklə də şikayət verilməsi müddətinin ötürülməsində cavabdehin təqsirinin olub-olmamasına düzgün hüquqi qiymət verməmişdir. Halbuki, bu halın aydınlaşdırılması müddətin ötürülməsinin üzrlü və ya üzrsüz səbəblərdən baş verməsini müəyyən etmək, beləliklə də ötürülmüş prosessual müddətin bərpa edilməsinə əsas olub-olmaması nəticəsinə gəlmək üçün zəruridir.

27. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, cavabdeh inzibati orqanın buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinə (apelyasiyanın mümkünlüyü) təkrar baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1403/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar