Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2015/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: İİ qrup əliliyə görə əmək pensiyasının təyin edilməsi, 01.01.2006-cil tarixədək olan iş müddətinin əmək kitabçasındakı qeydlərə əsasən sığorta stajına daxil edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1182/2021 saylı, 30 iyun 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1967-ci ildə doğulmuşdur və Bakı şəhərində yaşayır. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən o, 23.05.1994-cü il tarixdən N saylı hərbi hissənin Təmir və Təminat hissəsində mühasib vəzifəsində işə başlamış, 07.06.1999-cu ildə hərbi hissədə Avtomobil təmiri sexinə çilingər təyin olunmuş, 06.10.2003-cü il tarixdə tutduğu v əzifədən azad olunmuşdur.
2. İddiaçıya 2016-cı il 13 oktyabr tarixdə İİ qrup əlillik dərəcəsi təyin edilmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək, ona əlilliyə görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.
4. Cavabdeh iddiaçının müraciətini təmin etməmiş və 2018-ci il 22 noyabr tarixli məktubla cavab verərək bildirmişdir ki, onun 1994-cü il 23 may tarixdən 2003-cü il 6 oktyabr tarixədək N nömrəli hərbi hissədə işlədiyi müddəti qarşılıqlı yoxlamaq mümkün olmadığından, ərizənin icrası mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, əmək kitabçasında əks olunmuş 1994-cü il 23 may tarixdən 2003-cü il 6 oktyabr tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı ərizəsində bildirmişdir ki, 2-ci qrup əlildir. Cavabdehin ona pensiya təyin olunmasından imtina etməsi əsassızdır. Çünki, 1994-cü il 23 may tarixdə N saylı hərbi hissənin Təmir və Təminat hissəsində mühasib vəzifəsində işə başlamış, 1999-cu il 7 iyun tarixdə N saylı hərbi hissədə Avtomobil təmiri sexinə çilingər təyin olunmuş, 2003-cü il 6 oktyabr tarixdə tutduğu vəzifədən azad olunmuşdur. Həmin illərdə işləməsi əmək kitabçasında qeyd edilmişdir. Bu barədə, müvafiq arayış verilmişdir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-806/2019 saylı, 22 fevral 2019cu il tarixli qərarı ilə (hakim: R.Kərimli) iddia təmin edilmiş, iddiaçının əmək kitabçasında qeyd olunmuş 1994-cü il 23 may tarixdən 2003-cü il 6 oktyabr tarixədək işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1922/2019 nömrəli, 04 sentyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və V.Ə.Baxışova) apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 22 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
10. Apelyasiya instans iyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-3522/2019 nömrəli, 18 dekabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: İ.K.Hüseynov, hakimlər: N.İ.Rəsulbəyova və Z.M.Quliyev) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1922/2019 nömrəli, 04 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
13. Məhkəmə kolleg iyası qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında qeyd edilən hərbi hissənin Qəbələ radiolokasiya stansiyasına (RLS “DARYAL”) aid olduğu müəyyən edildiyi halda, işin faktiki halları, o cümlədən, əmək kitabçasındakı məlumatlar nəzərə alınmaqla cavabdehin iddiaçıya əmək pensiyası təyin etmək öhdəliyinin mövcud olubolmadığı qanunvericilik aktlarının (o cümlədən, Sazişin müddəalarının) tələbləri nəzərə alınmaqla yoxlanılmalıdır. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-916/2020 nömrəli, 08 iyun 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: X.A.Cəmilova və Ü.A.Mayılov) apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 22 fevral 2019-cu il tarixli qərarı ləğv edi lmiş, iş üzrə yeni qərarı qəbul edilərək iddia rədd edilmişdir.
15. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının 23.05.1994-cü ildən 06.10.2003-cü ilə qədər Rusiya Federasiyasının N nömrəli Hərbi Hissəsində işlədiyi dövrdə aldığı əmək haqqından məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi iş mterialları ilə təsdiq olunmur, buna dair əmək kitabçasında hər hansı qeyd yoxdur, iddiaçı da bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.
16. Apelyasiya instansiyası məhkəməsinin qərarından iddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. d) kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyas ının 2-1(102)1983/2020 nömrəli, 18 noyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-916/2020 nömrəli, 08 iyun 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının işlədiyi Qəbələ radiolokasiya stansiyasının (RLS “Daryal”) sığortaedən kimi qeydiyyatda olub-olmaması, sığorta haqlarının ödənilib-ödənilmədiyi müvafiq icra hakimiyyəti orqanına sorğu edilməklə araşdırılmalıdır. Bu xüsusilə ona görə zəruridir ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında 25.01.2002-ci il tarixdə imzalanmış “Qəbələ radiolokasiya stansiyasının (RLS “DARYAL”) statusu, istifadəsinin prinsipləri və şərtləri haqqında” Sazişdə h əmin məsələlər tənzimlənmir. e) apelyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
19. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1182/2021 nömrəli, 30 iyun 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: A.Ə.Hüseyn və S.İ.Bəktaşi) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
20. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı 11 oktyabr 1985-ci il tarixdən 29 sentyabr 1987-ci il tarixə kimi hərbi xidmətdə olmuş, 23 may 1994-cü ildən 06 oktyabr 2003-cü il tarixə kimi isə işləmişdir. İddiaçının ümumi sığorta stajı 11 il 3 ay təşkil edir və iddiaçının əmək stajı onun adına tərtib edilmiş əmək kitabçası ilə sübut olunur. İdd iaçı əlilliyə görə əmək pensiyası almaq üçün qanunvericiliklə tələb olunan sosial sığorta stajına malikdir. Belə ki, o, 1967-ci ildə anadan olmuş və ona əlillik təyin edilərkən 49 yaşı olmuşdur. Qaydaların 2.3.1-ci bəndinə uyğun olaraq əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 49 yaşlı sığortaolunan - İddiaçı tələb olunan 11 il 3 ay (ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla (49 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 34 x 4 ay = 136 ay: 12 = 11 il 3 ay) sığorta stajı olduğu üçün onun əlilliyə görə əmək pensiyası hüququ vardır. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün hüquqi nəticəyə gəlmişdir və məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
21. Apely asiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, iddiaçının 23.05.1994-cü ildən 06.10.2003-cü ilə qədər Rusiya Federasiyasının N nömrəli Hərbi Hissəsində işlədiyi dövrdə aldığı əmək haqqından məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi iş materialları ilə təsdiq olunmur, buna dair əmək kitabçasında hər hansı qeyd yoxdur, iddiaçı da bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda, iş materialında olan DSMF publik hüquqi şəxsinin 14 saylı regional ərazi filialının 24.04.2021-ci il tarixli məktubunda 1994-2003-cü illərdə Qəbələ radiolokasiya stansiyasının (RLS “DARYAL”) Fondun Qəbələ rayon şöbəsində sığortaedən kimi qeydiyyatda olmadığı bildirilmişdir. Bakı Apellyasiya Məhkəməsi qeyd olunan bu əsaslı dəlillərə ümumiyyətlə, əhəmiyyət verməmişdir.
23. Beləliklə, işin hallarından göründüyü kimi, iddiaçı nə tələb olunan sosial sığorta stajı, nə də tələb olunan pensiya kapitalı şərtinə aid tələbi ödəyə bilmir. Ona görə də iddiaçının əlilliyə görə əmək pensiya hüququ yaranmadığından, ona 2-ci dərəcəli əlilliyə görə əmək pensiyasının hesablanıb ödənilməsi barədə iddia tələbi əsassız olduğundan apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. b) Kassasiya şikayətinə qarşı etir azın dəlilləri
24. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyəti nin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qruplar, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada). 27. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooper ativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə
69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkila tlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
29. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti ha qqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəm ə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiya sı məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
32. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 33 Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
35. İş materiallarından görünür ki, iddiaçı İİ qrup əliliyə görə əmək pen siyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməmişdir. Bundan sonra, iddiaçı eyni tələblə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddiaçının mövqeyini qanuni hesab edərək iddianı təmin etmiş, həmin qərardan cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti isə sonuncu dəfə işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilməmişdir.
36. Hazırda cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək bildirir ki, iddiaçıya münasibətdə nə tələb olunan sosial sığorta stajı, nə də tələb olunan pensiya kapitalı şərti ödənilmədiyindən onun pensiya hüququ yaranmır.
37. Cavabdehin mövqeyi ilə razılaşmayan məhkəmə tərkibi bildirir ki, qanunvericiliyin tələbinə əsasən, məhkəmə qə rarı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
38. İddiaçıya 2016-cı ildə əlillik təyin edildiyindən hazırkı mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin həmin vaxt qüvvədə olan (01.07.2017ci il tarixdə dəyişiklik edilmişdir) redaksiyasına əsasən baxılmalıdır. 39. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə, hazırki iddianın təmin olunması üçün iki şərt: 1. iddiaçının əlil olması; 2. ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması zəruridir.
40. Apelyasiya instansiyası məhkəməsi işin halları nı bu normanın dispozisiya şərtləri əsasında araşdıraraq müəyyən etmişdir ki, iddiaçıya 2-ci dərəcəli əlillik təyin olunmuşdur və bu, işin mübahisəsiz halıdır. Yəni, Qanunun 12.1-ci maddəsində nəzərdə tutulmuş birinci dispozisiya şərti mövcuddur.
41. Cavabdeh qeyd edir ki, iddiaçının 23.06.1994-cü ildən 06.10.2003-cü ilə qədər Rusiya Federasiyasının N nömrəli hərbi hissəsində işlədiyi dövrlərdə aldığı əmək haqqından məcburi dövlət sosial sığorta haqları ödəməsi iş materialları ilə təsdiq edilmədiyindən, həmçinin buna dair əmək kitabçasında hər hansı qeyd olmadığından həmin müddət onun sosial sığorta stajına daxil edilə bilməz.
42. Beləliklə, işin mübahisəli halı iddiaçının 23.06.1994-cü ildən 06.10.2003-cü ilə qədər Rusiya Federasiyası Müdafiə Nazirliyinin Qəbələ rayonu ərazisində yerləş ən N nömrəli hərbi hissəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsinin mümkünlüyü ilə bağlıdır.
43. İddiaçının 23.06.1994-cü ildən 06.10.2003-cü ilə qədər Rusiya Federasiyası Müdafiə Nazirliyinin Qəbələ rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsində işləməsi onun əmək kitabçasında qeyd edilmişdir.
44. Qeyd edilən müddətdə iddiaçı tərəfindən sosial sığorta haqqının ödənilməməsi ilə bağlı kassarotun dəlilinə gəlincə, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında "Qəbələ radiolokasiya stansiyasının (RLS “DARYAL”) statusu, istifadəsinin prinsipləri və şərtləri haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 19 mart 2002-ci il tarixli Qanununa əsasən təsdiq edilmiş, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında 2002-ci il yanvarın 25-də Moskva şəhərində imzalanmış "Qəbələ radiolokasiya stansiyasının (RLS “DARYAL”) statusu, istifadəsinin prinsipləri və şərtləri haqqında" Sazişin müddəalarının nəzərdən keçirilməsi zəruridir.
45. Qeyd edilən Sazişin: - 1-ci maddəsinə əsasən, Qəbələ radiolokasiya stansiyası (RLS “DARYAL”), bu Sazişlə müəyyən edilən informasiya - analitik mərkəz statusuna malikdir. İnformasiya analitik mərkəz Azərbaycan Respublikasının mülkiyyətidir. İnformasiya - analitik mərkəzin istismarı Rusiya Tərəfindən yalnız informasiya - analitik məqsədlərlə, qarşılıqlı maraq kəsb edən hissəsində isə Tərəflər arasında razılaşma əsasında həyata keçirilir. - 11-ci bəndinə əsasən, informasiya-analitik mərkəzin heyətinin sayı 1500 (min beş yüz) nəfərdən artıq olmayacaqdır. İnformasiya - analitik mərkəzin heyətinin komplektləşdirilməsini Rusiya Tərəfi həyata keçirir. İstismar heyətinin, daxili mühafizə bölmələri heyətinin, təminat heyətinin, texniki heyətin və müvəqqəti heyətin informasiyaanalitik mərkəzə göndərilməsini Rusiya Tərəfi Azərbaycan Tərəfini məlumatlandırmaqla həyata keçirəcəkdir. Azərbaycan Respublikası vətəndaşları və Rusiya Federasiyası vətəndaşları informasiya - analitik mərkəzə işə qəbul oluna bilərlər. Onların informasiyaanalitik mərkəzlə əmək münasibətləri müvafiq olaraq Azərbaycan Respublikasının və Rusiya Federasiyasının əmək qanunvericilikləri ilə tənzimlənir. Üçüncü ölkələrin vətəndaşlarının işə qəbul edilməsi Azərbaycan Tərəfi ilə razılaşdırılacaqdır.
46. Göründüyü kimi, Sazişin 11-ci maddəsində həm Azərbaycan Respublikası vətəndaşlarının, həm də Rusiya Fed erasiyası vətəndaşlarının işə qəbul olunmasının mümkünlüyü nəzərdə tutulmuş, eyni zamanda onların mərkəzlə əmək münasibətlərinin müvafiq olaraq Azərbaycan Respublikasının və Rusiya Federasiyasının əmək qanunvericilikləri ilə tənzimlənməli olduğu göstərilmişdir. Başqa sözlə, Azərbaycan Respublikası vətəndaşlarının informasiya - analitik mərkəzlə əmək münasibətləri Azərbaycan Respublikasının qanunvericiliyi, Rusiya Federasiyasının vətəndaşlarının əmək münasibətlərinın Rusiya Federasiyasının əmək qanunvericiliyi ilə tənzimlənməsi müəyyən edilmişdir. Hazırkı halda da, iddiaçı Azərbaycan Respublikasının vətəndaşı olduğundan, onunla əmək münasibətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənməlidir. Belə olan təqdirdə, cavabdehin yuxarıda qeyd edilən kassasiya şikayətinin dəlillə ri əsaslı hesab edilə bilməz.
47. Eyni zamanda iş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin qərarındakı göstərişləri nəzərə alaraq iddiaçının işlədiyi Qəbələ radiolokasiya stansiyasının (RLS “Daryal”) sığortaedən kimi qeydiyyatda olub-olmaması, sığorta haqlarının ödənilib-ödənilmədiyinin araşdırılması məqsədilə AR ƏƏSMN tabeliyində DSMF-yə sorğu göndərmişdir. Cavabdehin nümayəndəsi tərəfindən apelyasiya instansiyası məhkəməsinə təqdim edilmiş AR ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsinin 14 saylı regional ərazi filialının 24.04.2021-ci il tarixli, ********** saylı məktubunda 1994-2003-cü illərdə Qəbələ Radiolokasiya stansiyasının (RLS “Daryal”) Fondun Qəbələ rayon şöbəsində sığortaedən kimi qeydiyyatda olmadığı bildirilmişdir. 4 8. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş st ajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.
49. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İnzibati orqanın verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, iddiaçının 23.05.1994-cü il tarixdən 06.10.2003-cü il tarixədək işlədiyi müddət əmək kitabçasında qeyd edildiyindən, bu qeydlərin mötəbərliyi şübhə doğurmadığından və cavabdeh tərəfindən də mübahisələndirilmədiyindən aşağı instansiya məhkəmələri əmək kitabçasını mötəbər sübut kimi qəbul etməklə həmin iş dövrünü iddiaçının sosial sığorta stajına daxil etməkdə haqlı olmuşlar.
50. Bundan əlavə, cavabdeh iddiaçıya pensiya təyin olunmasından imtina edərkən onun 1994-cü il 23 may tarixdən 2003-cü il 6 oktyabr tarixədək N nömrəli hərbi hissədə işlədiyi müddəti qarşılıqlı y oxlamağın mümkün olmadığını bildirmişdir.
51. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş çoxsaylı qərarlarda da qeyd edilmişdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından, bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
52. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.
53. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRA RA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1182/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.