Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2015/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müraciətin cavablandırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1979-cu il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi nə qarşı “müraciətinə cavab verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyun 2022-ci il tarixli, 2-1(103)-2337/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir.
2. İddiaçının elektron müraciətinə cavab olaraq Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən aşağıdakı məzmunda xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır.
3. Məktubda qeyd edilmişdir ki, Əlillik vəziyyətiniz barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyas ından daxil olmuş müraciətinizə ƏƏSM Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda baxılmamış hesab edilir. Nəzərinizə çatdırılıq ki, Sizə il ərzində üç dəfə aidiyyəti üzrə cavab verildiyi və əlavə araşdırma tələb olunan məsələ olmadığı üçün növbəti müraciətiniz baxılmamış hesab ediləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının müraciətinə cavab veril məsi və poçt vasitəsi ilə müraciət edilən ünvana göndərilməsi öhdəliyinin cavabdeh orqana həvalə edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdə əyani müayinədən keçmiş, adına Laçın rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0280003AAFMA nömrəli forma 88 tibbi göndərişi sistemə yerləşdirilmiş və onun əlilliyinin səbəb əlaqəsi xx.xx.2021-ci il tarixdə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olmaqla dəyişdirilərək 5 il müddətinə xx.xx.2026-cı il tarixədək ikinci dərəcə əlillik təyin edilmiş, bu barədə iddiaçının elektron kabinetində müvafiq qeyd aparılmışdır. İddiaçının mövqeyinə görə cavabdeh sonradan qeyd edilən əlillik qiymətləndirilməsini elektr on sistemdən silmiş və onun əlillik müddətini xx.xx.2021-ci il tarixli qeyd etməklə diaqnozunu dəyişdirmişdir. Beləliklə, cavabdehə xx.xx.2021-ci il tarixdə 2 dəfə müraciət etmiş, lakin müraciətləri cavablandırılmamışdır.
6. Bakı İnzibati Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2-1(112)-4342/2022 nömrəli qərardadı (hakim-R.Kərimli) ilə iş üzrə icraata xitam verilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xx.xx.2021-ci il tarixində cavabdeh inzibati orqana ünvanlanmış elektron məktublarına xx.xx.2022-ci il tarixində elektron formada cavab verildiyindən, artıq mübahisənin aradan qalxması, cavabdeh tərəfindən iddia tələbinin icra edilməsi əsası ilə iş üzrə icraata xitam verilməlidir.
8. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və iddianın təmin olun ması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyun 2022-ci il tarixli, 21(103)-2337/2022 nömrəli qərardadı ilə (sədrlik edən A.P.Oruczadə, hakimlər X.A.Cəmilova, M.N.Tağızadə) Bakı İnzibati Məhkəməsinin 2022-ci il 25 aprel tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
10. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını işin halları və iddia ərizəsində qeyd olunanlar təşkil e dir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 13. kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 7.6. Elektron müraciətlərə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə elektron qaydada və ya müraciət edənin xahişi ilə poçt ünvanı vasitəsilə yazılı cavab verilməklə baxılır. Elektron müraciətdə müraciət edənin elektron ünvanı göstərilmədikdə müraciətə poçt vasitəsilə yazılı cavab verilir. Maddə 8.1. Müraciət aşağıdakı hallarda baxılmamış saxlanılır: (-); 8.1.4. vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda; (-) Maddə 12.2. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər. Maddə 14.0. Müraciətinə baxılan vətəndaşın aşağıdakı hüquqları vardır: (-); 14.0.7. müraciətə baxılması barədə yazılı cavab və ya müraciətin aidiyyəti üzrə göndərilməsinə dair məlumat almaq; (-) 15. “İnzibati icraat haqqında” Qanun Maddə
1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.1. inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Maddə 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 20.1. hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibat i orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır.
16. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.6. Sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Maddə 58.7. Sübutlar məhkəmə tər əfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları dərindən, tam, obyektiv və hərtərəfli araşdırmamış və bunun nəticəsində iş üzrə düzgün olmayan qərar qəbul etmişdir.
20. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi, onun xx.xx.2021-ci il tarixində cavabdehə ünvanladığı müraciətinə yazılı cavab verilməsi və poçt vasitəsi ilə müraciət edilən ünvana göndərilməsi öhdəliyinin cavabdeh orqana həvalə edilməsidir.
21. Cavabdeh iddiaçının həmin müraciətinə xx.xx.2022-ci il tarixli cavab məktubunda “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə istinad edərək bildirmişdir ki, iddiaçıya il ərzində üç dəfə aidiyyəti üzrə cavab verildiyi və əlavə araşdırma tələb olunan məsələ olma dığı üçün növbəti müraciət baxılmamış hesab ediləcəkdir.
22. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə ondan ibarət olmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən onun xx.xx.2021-ci il tarixli müraciətinə cavab verilməmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı qeyd etmişdir ki, iddiaçının xx.xx.2021-ci il tarixində cavabdeh inzibati orqana ünvanlanmış elektron məktublarına xx.xx.2022-ci il tarixində elektron formada cavab verildiyindən, artıq mübahisənin aradan qalxması, cavabdeh tərəfindən iddia tələbinin icra edilməsi əsası ilə iş üzrə icraata xitam verilməsi qanuni və əsaslıdır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi həmin qənaətə gələrkən, iddiaçının cavabdehə ünvanladığı xx.xx.2021-ci il tarixli müraciətinin hansı məzmunda olduğunu tədqiq etməmiş, bunla bağlı müvafiq araşdırma aparmamış, həmçinin cavabdeh tərəfindən həmin müraciətin mahiyyəti üzrə cavablandırılıbcavablandırılmamasını araşdırmamış, yalnız cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna istinad etməklə kifayətlənmişdir.
25. Hazırkı qərarın 14-cü bəndində göstərilən normaların məzmunundan görünür ki, müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər. Vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda müraciət baxılmamış saxlanılır.
26. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iddiaçının müraciətinin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mahiyyəti üzrə cavablandırılıb-cavablandırılmaması istiqamətində, tam, obyektiv və hərtərəfli araşdırma aparmamışdır.
27. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri bu hissədə əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən hazırkı qərarın 16-cı bəndində göstərilən prosessual normaların tələbləri pozulmuşdur.
28. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İPM-in 12-ci maddəsinin tələblərinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
29. Hazırki iş üzrə iddiaçının xx.xx.2021-ci il tarixli müraciətinin hansı məzmunda olduğununun araşdırılması və cavabdehin həmin məktuba mahiyyəti üzrə cavab veribverməməsinin aydınlaşdırılması mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb etsə də, apellyasiya instansiyası məhkəməsi həmin istiqamətdə araşdırma aparmayaraq prosessual pozuntuya yol vermişdir.
30. Odur ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-2337/2022 nömrəli qəraradadı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
31. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehə ünvanladığı xx.xx.2021-ci il tarixli müraciətinin hansı məzmunda olduğunu və cavabdeh tərəfindən mahiyyəti üzrə cavablandırılıb-cavablandırılmamasını Ali Məhkəmənin yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq araşdırmalı, nəticədən asılı olaraq qanuni və ədalətli qərar qəbul etməlidir.
32. Məhkəmə kollegiyası onu da qeyd edir ki,apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
33. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyun 2022-ci il tarixli, 21(103)-2337/20222 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.