Məhkəmə qərarları › İş №2-1(102)-2015/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2015/2024

05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2015/2024 05.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayonu Şüvəlan bələdiyyəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü, subyektiv hüquq, oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayonu Şüvəlan bələdiyyəsinə qarşı (üçüncü şəxs X5) “sərəncamın və aktın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apell yasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2-1(103)-1903/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayonu Şüvəlan bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X2 1200 kv.m. torpaq sahəsinin ayrılması haqqında Şüvəlan Bələdiyyəsi sədrinin 28 noyabr 2005-ci il tarixli 22 saylı Sərəncamının, eləcə də həmin sərəncamın hüquqi nəticəsi olan torpaqların alqı-satqısına dair aktın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli 2-1(112)-3190/2023 nömrəli qərardadı ilə (hakim T.Məlikov) iddia mümkün say ılmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2-1(103)-1903/2024 nömrəli qərardadı ilə (C.Yusifov /sədrlik edən və məruzəçi/, P.Hüseynov və Ş.Məmmədova) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

3. Apellyasiya məhkəməsi işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçı üçüncü şəxsə torpaq sahəsi ayrılması barədə inzibati aktı və digər əlaqəli sənədləri mübahisələndirmək üçün subyektiv hüququnu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, bununla da cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin edildiyini əsaslandıra bilməmişdir. Belə ki, i ddiaçıya həmin ərazidə torpaq sahəsi ayrılmaması işin mübahisələndirilməyən tərəfini təşkil edir və iddiaçı Şüvəlan bələdiyyəsinin sözügedən sərəncamının faktiki yaşadığı evin ərazisini əhatə etməsi faktından çıxış edərək məhkəmə qaydasında ləğvini tələb edir ki, bu hal ona hazırkı iddianı irəli sürməyə əsas vermir. Belə olan halda məhkəmənin qənaətinə görə, iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün o, cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dəlalət edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən, cavabdeh Bakı şəhəri Xəzər rayonu Şüvəlan bələdiyyəsi tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odu r ki, iddia mümkün sayılmamalıdır.

4. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. İddiaçının əsas dəlili ondan ibarətdir ki, o, mübahisələndirilən torpaq sahəsində ev tikərək 20 ildir məskünlaşıb, bu səbəbdən onun həmin torpaq sahəsinə əldə etmə hüququ yaranmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

5. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

6. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilmə li olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

7. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə tə crübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

8. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud, və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya məhkəməsi analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, C. Nəcəfova Tovuz Rayon İcra Hakimiyyətinə qarşı xx.xx.2023-cü il tarixli, 21(102)-2094/2023 nömrəli; S.Sətyarov Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)86/2023 nömrəli; İ.Ramazanov Daşınmaz Əmlakın Dövlət Kadastr ı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)1796/2023 nömrəli qərarlarda) aşkar və birmənalı şəkildə qeyd edilmişdir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qa ydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. M ümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

9. Eyni zamanda məhkəmə kollegiyası xatırlatmağı zəruri hesab edir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən qəbul edilmiş “İddiaçı "xxxx" MMC-nin direktoru X6 cavabdeh Naxçıvan Bələdiyyəsinə qarşı "Naxçıvan şəhəri, Ağamalıoğlu küçəsi, 1 №-li binanın həyətyanı sahəsinin (0,24 ha) Naxçıvan Bələdiyyəsi tərəfindən 300 m2 hissəsinin X3, 549 m2 hissəsinin X7, 301 m2 hissəsinin isə X1 verilməsi ilə bağlı inzibati aktların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə xx.xx.2024-cü il tarixli, 2-1(102)1305/2024 nömrəli qərardadla da iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməmiş və şikayət mümkün sayılmamışdır. Məhkəmə kollegiyası həmin şikayəti mümkün saymayarkən bu növ işlərlə bağlı vahid məhkəmə təcrübəsinin mövcudluğuna istinad etmiş, eyni zamanda qeyd etmişdir ki, hazırki iş üzrə qanunvericiliklə müəyyən edilən əsasların mövcudluğu müəyyən edilmədiyindən, yəni iddiaçı tərəfindən torpaq sahəsi ilə bağlı müvafiq sənədlərin (alğısatqı müqaviləsi, qeydiyyat vəsiqəsi, texniki pasport və.s) təqdim edilməməsinə görə hazırkı iddia mümkün sayıla bilməz.

10. Beləliklə, formalaşmış vahid məhkəmə təcrübəsi onu göstərir ki, hər hansı bir sahə üzərində hüquqların olduğu barədə tələb irəli sürülərkən müvafiq sənədlərin olması zəruridir.

11. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı ə lavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

12. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 21(103)-1903/2024 nömrəli qərardadından iddiaçı tə rəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Ali Məhkəmənin İnzibati Kollegiyasının 5 sentyabr 2024-cü il tarixli, 2-1(102)-2015/2024 nömrəli iş üzrə hakim Zakir Quliyevin Xüsusi rəyi Məlum olduğu kimi, iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayonu Şüvəlan bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X2 1200 kv.m. torpaq sahəsinin ayrılması haqqında Şüvəlan Bələdiyyəsi sədrinin 28 noyabr 2005-ci il tarixli 22 saylı Sərəncamının, eləcə də həmin sərəncamın hüquqi nəticəsi olan torpaqların alqı-satqısına dair aktın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli 2-1(112)-3190/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2-1(103)-1903/2024 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən qeyd etmişdir ki, “iddiaçı üçüncü şəxsə torpaq sahəsi ayrılması barədə inzibati aktı və digər əlaqəli sənədləri mübahisələndirmək üçün subyektiv hüququnu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, bununla da cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin edildiyini əsaslandıra bilməmişdir. Belə ki, iddiaçıya həmin ərazidə torpaq sahəsi ayrılmaması işin mübahisələndirilməyən tərəfini təşkil edir və iddiaçı Şüvəlan bələdiyyəsinin sözügedən sə rəncamının faktiki yaşadığı evin ərazisini əhatə etməsi faktından çıxış edərək məhkəmə qaydasında ləğvini tələb edir ki, bu hal ona hazırkı iddianı irəli sürməyə əsas vermir. Belə olan halda məhkəmənin qənaətinə görə, iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün o, cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dəlalət edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən, cavabdeh Bakı şəhəri Xəzər rayonu Şüvəlan bələdiyyəsi tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır.” Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-2015/2024 nömrəli, 5 sentyabr 2024-cü il tarixli qərardadı ilə formalaşmış vahid məhkəmə təcrübəsi olduğundan iddiaçının kassasiya şikayəti mümkün sayılmamışdır. Qeyd edilən həmin qərardadla razı deyiləm və aşağıda göstərilən səbəblərdən xüsusi rəydə qalıram. Hesab edirəm ki, işə baxan məhkəmələr işi tam və hərtərəfli araşdırmamışdır. Belə ki, iddiaçının mübahisələndirilən torpaq sahəsindən heç bir məhdudiyyət olmadan (hüquqmüəyyənedici sənədi olmasa belə) uzun müddət istifadə etməsi, həmin torpaq sahəsində hər hansısa təsərrüfatın aparılıb-aparılmaması araşdırılmamışdır. Bundan əlavə həmin torpaq sahəsində fərdi yaşayış evinin mövcudluğunu nəzərə alıb, kim tərəfindən inşa edilməsi və yaşamaq üçün zəruri olan kommunikasiya xətlərinin çəkilməsi, həmçinin kommunal ödənişlərin ödənilib-ödənilməməsi araşdırılmadan yekun nəticəyə gəlinmişdir. Qeyd edil ənlər araşdırıldıqdan sonra işin hallarından asılı olaraq iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olub-olmamasına qiymət verilməli idi və iddianın mümkün sayılıb-sayılmaması barədə yekun qərar qəbul edilə bilərdi. Bütün yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2-1(103)-1903/2024 nömrəli qərardadı ləğv edilərək iş yenidən (qeyd edilən məsələləri araşdırmaq məqsədi ilə) baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli idi.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar