Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2016/2019 29.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinəqarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin nümayəndəsi Nümayəndə3 vəkili Vəkil iştirakı ilə, İddiaçı-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinə qarşı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 27 iyul 2018-ci il tarixli qərarın l əğv edilməsi tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 13 mart 2019-cu il tarixli, 2-1(107)-121/19 saylı qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 29 may 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, səyyar vergi yoxlaması keçirilərkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin bir çox maddələri pozulmaqla yoxlayıcı tərəfindən tərtib edilmiş akt qanunsuz olaraq cavabdeh orqanın rəhbərliyi tərəfindən araşdırılmadan 2 gün sonra təsdiq edilmişdir. Belə ki, müəssisənin baş mühasibi Nümayəndə2 növbəti əmək məzuniyyətində olması ilə əlaqədar olaraq Respublikada olmamasına baxmayaraq yoxlama təxirə salınm amışdır. Yoxlama zamanı vergi ödəyicisinin ərazisinə baxış keçirilməsinə dair 12.07.2018-ci il tarixli **********156180 saylı qərar verilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 41.3cü maddəsinə əsasən, baxış müşahidəçilərin iştirakı ilə həyata keçirilir. Lakin bu norma pozularaq yoxlayıcı 17.07.2018-ci il tarixdə mütəxəssislərin iştirakı ilə iddiaçı cəmiyyətə məxsus karxanalarda olmuş, 3 karxanaya baxış keçirmiş, lakin bu barədə yerində protokol tərtib etməmişdir. Buna baxmayaraq, sonradan 12 iyul 2018-ci il tarixli **********156261 nömrəli protokol tərtib edilmiş (müşahidəçilərin iştirakı olmadan), həmin protokolun İddiaçı-nin direktoruna tanış olmaq və imzalamaq üçün təqdim edildiyi, lakin direktorun protokolu imzalamaqdan imtina etdiyi göstərilmişdir. Qeyd olunan protokolun tərtib edilməsinə dair 28 iyul 2018-ci il tarixdə tərtib edilmiş aktda baxış protokolunun tərtib edildiyi haqda qeydiyyat aparılmasına baxmayaraq baxış protokolunun surəti səyyar vergi yoxlaması ilə birgə vergi ödəyicisinə təqdim edilməmişdir. Cəmiyyətin müraciəti əsasında 25.09.2018-ci il tarixdə elektron poçt vasitəsi ilə həmin protokolun surəti iddiaçı tərəfə göndərilmişdir. Karxanalara yerində baxışın obyektiv keçirilməməsi nəticəsində müəssisəyə məxsus beş karxanadan yoxlama dövründə ikisinin işləməsinə baxmayaraq üç karxananın işlədiyi qeyd edilmiş, nəticədə, Hidromexanikləşdirmə karxanası işləmədiyi halda işləyən kimi göstərilərək həmin karxanada 69424 m3 qum istehsal olunaraq satıldığı, 159355,6 manat satışdan gəlir əldə edilməsi göstərilərək qanunsuz olaraq əlavə vergilər hesabla nmışdır. Cavabdeh orqanın 10 iyul 2018-ci il tarixli **********155946 nömrəli qərarına əsasən elektrik enerjisi sərfinə görə dövriyyənin müəyyən edilməsi məqsədi ilə “xxxx” MMC-nin direktoru və qiymətləndirici mütəxəssisi X2 yoxlamaya cəlb edilmişdir. Həmin şəxsin mütəxəssis kimi rəy vermək hüququnun olub-olmaması araşdırılarkən müəyyən edilmişdir ki, X2 atası Nüsrət İbrahimov tərəfindən verilmiş sertifikata əsasən qeyd olunan rəy verilmişdir. Rəydə tərəflər arasında 12 iyul 2018-ci il tarixdə müqavilə bağlanması göstərilməsinə baxmayaraq tərəflərin kimlər olduğu qeyd edilməmiş, müqavilənin surəti və rəy üçün ödəniş sənədi rəyə əlavə edilməmişdir. Təqdim edilmiş rəyin düzgünlüyü araşdırılarkən müəyyən edilmişdir ki, rəydə elektrik enerjisi sərfinə görə Hidromexanikləşdirmə karxanası 69424 m3 Aztikintikom EKTDE karxanasında 125402 m3, Cahangir-86 karxanasında 231930 m3 olmaqla, cəmi 426756 m3 qum istehsal olunaraq satıldığı qeyd edilmişdir. Halbuki İddiaçı-yə məxsus Aztikintikom EKTDE adlı karxana ümumiyyətlə olmamış, Hidromexanikləşdirmə karxanası isə yoxlama zamanı işləməmişdir. Rəydə hesablama aparılan zaman karxanalarda iki torpaq sovuran, iki ələk avadanlığı olması yazılmasına baxmayaraq üç karxanada qum istehsal edildiyi göstərilmişdir. Karxanalarda mövcud olan 300 m3lik kotlovanların 12 saat ərzində dolması qeyd edilərək 1 saat ərzində məhsuldarlığın 300:12=25 m3 olduğu göstərilmişdir. Əslində isə kotlovan 24 saat ərzində dolur ki, təqdim edilmiş qanunsuz mütəxəssis rəyi əsasında müəssisəyə əlavə qanunsuz vergilər hesablanmışdır. İddiaçı lisenziyalı fəaliyyətlə məşğul olmasına baxmayaraq “Səyyar vergi yoxlamaları aparılması haqqında” Qaydaların 49.3.8-ci maddəsi pozularaq tərtib edilmiş aktda qum istehsalı üçün tələb olunan lisenziyanın müddətinin 31 may 2017-ci il tarixdə bitməsi, 01 iyun 2018-ci il tarixədək olan lisenziyasız fəaliyyət nəticəsində əldə edilmiş gəlir qanunsuz olaraq müəyyən edilməmiş, aktda qeyd edilmədən dövriyyədən qanunsuz olaraq əlavə dəyər vergisi və mənfəətdən vergi hesablanmışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdimatı ilə Azərbaycan Respublikası Baş prokurorluğunun apardığı paralel yoxlama zamanı tərtib edilmiş ittiham aktında və müstəntiq tərəfindən şahidlərin iştirakı ilə tərtib edilmiş 07 iyun 2018-ci il tarixli protokolda da eyni yoxlama dövründə İddiaçı-yə məxsus beş ka rxanadan ikisinin fəaliyyətdə olduğu, digər üçünün hər hansı fəaliyyət göstərmədiyi öz əksini tapmışdır. Lisenziya olmadan qum sataraq əldə edilmiş 286440,0 manat gəlir büdcəyə alınmasına baxmayaraq yoxlayıcı həmin 286440,0 manata əlavə dəyər vergisi və mənfəətdən vergi hesablayaraq maliyyə sanksiyası tətbiq etmiş, nəticədə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 12-ci maddəsinin tələbləri pozulmuşdur. Tərtib edilmiş aktda sənədlər olmadığı qeyd edilərək 20 faiz rentabellik səviyyəsi götürülmüş, mənfəətdən vergi hesablanmışdır. Əslində isə sənədlə təsdiq edilən xərc olan elektrik enerji sərfinə dair bütün qaimələr və əmək haqqı hesablama cədvəlləri mövcuddur. Yoxlamanın başlaması haqqında “Nəzarət kitabçası”na qeyd olunmasına baxmayaraq yoxlamanın başa çatması haqqında qeyd aparılmamış, bu da aparılmış yoxlamanın hüquqi əsası olmadığını göstərir. Bundan başqa, cəmiyyətin orta günlük dövriyyəsinin müəyyən edilməsi cavabdeh orqandan tələb edilsə də, xronometraj keçirilməmiş, dövriyyə müəyyən edilməmişdir. İddiaçı-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinə qarşı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 27 iyul 2018-ci il tarixli **********158101 nömrəli qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 07.11.2018-ci il tarixli iş № 2-1(84)-1567/2018, (sədrlik edən hakim R.Məcidov) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 07.11.2018-ci il tarixli qərarının ləğv edilməsinivə iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 13.03.2019-cu il tarixli iş № 2-1(107)-121/2019 (hakimlər G.Abbasov - sədrlik edən və məruzəçi, R.Rəfiyev və M.Hüseynov) qərarı ilə birinci instansiya məhkəməsinin 07.11.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin “Sübutların qiymətləndirilməsi haqqında” 27 iyul 2018-ci il tarixli ləğv edilməmiş qərarı ilə ibtidai istintaq zamanı cəmiyyətdə həyata keçirilmiş səyyar vergi yoxlaması ilə 139892,88 manat məbləğində ƏDV, mənfəət vergisi və əmlak vergisinin yayındırılması faktı tam təsdiqini tapmış və həmin məbləğ ödənildiyi üçün Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasına Cinayət Məcəlləsinin 73-2.1-ci və 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Qeyd olunan qərar hazıradək ləğv edilməmişdir. Məhkəmənin mövqeyinə əsasən “Mərkəzi-Aran” X3 və Satışı İdarəsindən alınmış məktubda göstərilən göstəricilərin hansı mənbələrə əsaslanaraq qeyd olunduğu araşdırılmamış (üzləşmə aktı, sayğac göstəricisi və s.), iddiaçı tərəf indən qeyd olunmuş müvafiq göstəricilərə əsasən ödənişlərin olması sübuta yetirilməmiş, karxanalara və enerji sərfiyyatına səbəb ola biləcək avadanlıqlara baxış keçirilməmişdir. Bununla bağlı bildirir ki, iddiaçının enerji sərfiyyatı barədə məlumatlar “xxxx” ASC-nin “Mərkəzi-Aran” X3 və Satışı İdarəsindən rəsmi sorğu əsasında əldə edilmiş və qeyd olunan İdarənin 19 iyul 2018-ci il tarixli məktubuna əlavə edilmiş cədvəldə aylıq enerji sərfiyyatının həcmi, dəyəri və ödənişlər barədə ətraflı məlumatlar öz əksini rəsmi şəkildə tapmışdır. Məhkəmə tərəfindən heç bir əsas olmadan qeyd olunan rəsmi məlumatların həqiqiliyinin şübhə altına alınmasının səbəblərı anlaşılan deyil. Bununla yanaşı, məhkəmə qərarında karxanalara baxış keçirilmədiyini bildirsə də, nəzərə almamışdır ki, yoxlama zamanı 12 iy ul 2018-ci il tarixli **********156180 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında” qərar qəbul edilmiş, həmin qərarla cəmiyyətin rəhbəri tanış edilmiş və onun tərəfindən imzalanmışdır. Bundan sonra cəmiyyətin istifadəsində olan karxanalara baxış keçirilmiş, baxışın nəticəsinə dair vergi ödəyicisinin iştirakı ilə “Vergi ödəyicisinin ərazisinə, bınalarına, habelə sənədlərinə, əşyalara baxışın keçirilməsi barədə” 12 iyul 2018-ci il tarixli **********156261 nömrəli protokol tərtib olunmuşdur. Bundan başqa, məhkəmə qərarında elektrik enerjisinin sərfiyyatına görə verginin hesablanmasının Vergi Məcəlləsinin 67.1-ci maddəsində nəzərdə tutulmadığı qeyd olunmuşdur. Məhkəmənin bu mövq eyi ilə bağlı bildirir ki, Vergi Məcəlləsinin 83.2.4-cü maddəyə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsaslanaraq hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini həmin Məcəllənin 67.1.2-ci maddəyə əsasən vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, 67.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlər in alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar və 67.1.9-cu maddəyə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Hazırkı iş üzrə iddiaçının elektrik enerji sərfiyyatı və həmin sərfiyyatla əlaqədar xərcləri barədə “Mərkəzi-Aran” X3 və Satışı İdarəsindən alınmış məlumatlar və həmin məlumatlar əsasında mütəxəssis tərəfindən müəyyən edilmiş satış dövriyyəsinə əsasən vergilər hesablanmışdır. Qeyd olunmalıdır ki, məhkəmənin əmlak vergisinin hesablaması ilə bağlı birtərəfli mövqe nümayiş etdirməsini, birinci instansiya məhkəməsinin qərarını olduğu kimi köçürməklə və Vergi Məcəlləsi ilə müəyyən edilən normaları düzgün tətbiq etmədən vergi orqanının əsaslı olmaması nəticəsinə gəlməsini və apelyasiya şikayətind ə göstərilən halların düzgün araşdırılmamasını aşağıda göstərilən hallar sübuta yetirir: Belə kı, Vergi Məcəlləsinin 196-cı maddəsinə əsasən həmin Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Lakin iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmamış və müəssısənin 2015-ci il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsinin əlavəsındə hesabat ilinin sonuna əsas vəsaitlərinin qalıq dəyəri 250756,17 manat olduğu halda 2016-cı il üzrə vergi orqanına təqdim edilmiş əmlak vergisi bəyannaməsində əmlakın dəyərınin “0” (sıfır) əks etdirilməsi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Vergi Məcəlləsinin 39.4-cü maddəsınə əsasən vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Beləliklə, məhkəməyə təqdim edilmiş 25 iyul 2018-ci il tarixli səyyar vergi yoxlaması aktından da göründüyü kimi akt həmin tarixdə cəmiyyətin rəhbəri Nümayəndə1 təqdim olunmuş, rəhbər aktla tanış olaraq onu imzalamış və bir nüsxəsini qəbul etmişdir. Bundan əlavə iddiaçı tərəfindən “xxxx” MMC-nin “Hidromexanikləşdirmə” karxanasının işləməməsi bildirilsə də, alınmış məlumata əsasən 01 iyun 2015-ci il tarixdən 01 iyun 2018-cı il tarixədək enerji sərfiyyatının 931545,0 kvts. sərf edilmiş elektrik enerjinin dəyərinin 65516,49 manat, həmin tarix aralığında satılmış elektrik enerjisinə görə ödənilmiş məbləğin 82099,41 manat olduğu müəyyən edilmişdir. Bundan başqa, məhkəmə qərarında vergi orqanının 03 iyul 2018-ci il tarixli **********155296 saylı “Səyyar vergi yoxlaması keçirilməsi haqqında” Qərarında səyyar vergi yoxlaması müddətinin 30 iş günü müddətinə müəyyən edilməsinin Vergi Məcəlləsinin tələblərinə uyğun olmadığını bildirmişdir. 04 iyul 2018-ci il tarixli KY181256853 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışdan da göründüyü kimi yoxlamanın başlama tarixi 04 iyul 2018-ci il, sona çatma tarixi 14 avqust 2018-ci il müəyyən edilmişdir. Qərar qəbul edilərkən səyyar vergi yoxlamasının hansı müddətə başa çatması isə məhk əmə tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Məhkəmənin nəzərinə çatdırmağı zəruri hesab edir ki, “Səyyar vergi yoxlaması keçirilməsi haqqında” 03 iyul 2018-ci il tarixli baxılması zamanı onun nümayəndəsinin iştirakına zərurət olmamışdır. Göründüyü kimi, məhkəmə iş üzrə sübutlara və qanunvericiliyin çoxsaylı tələblərinə düzgün qiymət verməmiş və buna görə də iş üzrə yanlış nəticəyə gəlmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin 13 mart 2019-cu il tarixli 2-1(104)-121/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkə məsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 13 mart 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 da, cavabdehin vəkili Vəkilçıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 13 mart 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkə mə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı nümayəndələri Nümayəndə1 və Nümayəndə2 məhkəmə iclasına vəkilsizgəldikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsi 13 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şik ayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 13 mart 2019-cu il tarixli, 21(107)-121/2019 saylı qərarl a cavabdehin kasasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibatiİqtisadi Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli, 2-1(84)-1567/2018 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən, Vergi Məcəlləsinin 3.8, 3.11, 37.2, 38.1, 38.2, 38.4, 39, 41, 47, 53.3, 67.1, 196, 197.1.3, 201.1, 202.0.1-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 67.1, 67.2, 67.3-cü maddələrinə, İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1, 8.1, 32, 35, 85-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 13 mart 2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 13 mart 2019-cu il tarixli qərarla və həmin qərardan cavabdeh tərəfindən verilmiş kasasiya şikayətindəki dəlil lərlə əlaqədar olaraq hesab edir ki, sözügedən dəlillər əsassızdır, belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, vergi orqanı tərəfindən əlavə dövriyyənin hesablanmasına əsas istehsal olunan çınqıl və qum hasilatı ilə bağlı olmuşdur ki, cavabdeh tərəfindən yoxlamaya cəlb edilmiş mütəxəssis yoxlanılan dövrdə “Mərkəzi-Aran” X3 və Satışı İdarəsinin təqdim etdiyi istifadə olunmuş elektrik enerjisinin sərfiyyatının göstəricilərini əsas götürməklə istehsalın həcmini 426756 kub, satış qiymətini isə 1091592,3 manat olaraq müəyyən etmişdir. Vergi orqanı tərəfindən həmin həcm nəzərə alınmaqla dövriyyə hesablanmış və ƏDV-dən yayınma halı müəyyən edilmişdir. Halbuki, iş materialları ilə cavabdeh tərəfindən “Mərkəzi-Aran” X3 və Satışı İdarəsinin təqdim etdiyi arayışlarda göstərilən göstəricilərin hansı mənbələrə əsaslanaraq qeyd olunduğu araşdırılmamış (üzləşdirmə aktları, sayğac göstəriciləri və s.), iddiaçı tərəfindən qeyd olunmuş müvafiq göstəricilərə əsasən ödənişin olması sübuta yetirilməmiş, həmçinin mütəxəssis tərəfindən rəy verilərkən iddiaçının fəaliyyət göstərdiyi karxanalara baxış keçirilməmiş, enerji sərfiyyatına səbəb ola biləcək avadanlıqlar nəzərdən keçirilməmişdir. Burada məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin Vergi Məcəlləsinin 67.1-ci maddəsini tətbiq etməsi və bundan çıxarılan nəticə düzgün olmuşdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən vergi ödəyicisi verginin hesablanması üçün zəruri olan hesabat məlumatlarını bu Məcəllə ilə müəyy ən edilən müddətdən sonra vergi orqanının xəbərdarlıq etdiyi gündən 5 gün müddətində əsas olmadan təqdim etmədikdə, səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. İstinad olunan qanunvericilik normaları ilə birmənalı, konkret olaraq müəyyən edilir ki, 67.1ci maddənin 1-9-cu bəndlərində göstərilən əlaqəli məlu matlardan istifadə etməklə vergi orqanlarının ödənilməli olan verginin məbləğini hesablamaq hüququ vardır. Lakin elektrik enerjisinin sərfiyyatına görə verginin hesablanması qeyd olunan maddənin bəndlərində nəzərdə tutulmamışdır. Həmin maddədən görünür ki, qanunvericilik əlaqəli məlumatların dairəsini konkret olaraq müəyyən etmişdir. Vergi orqanı vergi məbləğini yalnız həmin maddədə qeyd olunan əlaqəli məlumatlardan istifadə etməklə hesablaya bilərdi. Belə ki, Vergi Məcəlləsinin 196-ci maddəsinə əsasən, bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. 197.1.3-cü maddəsinə əsasən, müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri vergitutma obyekti sayılır. 201.1-ci maddəsinə əsasən, vergitutm a məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyən edilir. 202.0.1-ci maddəsinə əsasən, müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür. Müəssisənin əmlakının orta illik qalıq dəyəri hesablanarkən, əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) nəzərə alınmır. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisə predmeti olan qərardan, habelə həmin qərarın qəbul edilməsinə əsas olan aktda n göründüyü kimi, cavabdeh orqan tərəfindən iddiaçı cəmiyyətin 2016-cı il üzrə əmlak vergisini 2507,56 manat azaltması aşkar olunarkən, yəni iddiaçı tərəfə əlavə 2507,56 manat əmlak vergisi hesablanarkən Vergi Məcəlləsinin 202.0.1-ci maddəsinin göstərilən tələblərinə riayət edilməmiş, əmlakın dəyərindən amortizasiya məbləğinin çıxılması və ümumiyyətlə amortizasiya məbləği çıxıldıqda əmlakın dəyərinin olub-olmaması müəyyən olunmamışdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisədə Vergi Məcəlləsinin 3.8-ci maddəsinin müddəalarının tətbiqi və həmin maddənin nəzərə alınması çox böyük əhəmiyyət kəsb edir. Belə ki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Başqa sözlə elektrik enerji xərclərinə əlavə vergi hesablana bilməz. Bu ancaq Vergi Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq mümkündür, lakin hazırkı mübahisədə belə hal mövcud deyildir. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı cəmiyyətin vəzifəli şəxsi olan X1 Cinayət Məcəlləsinin 192.2.1, 247 və 308-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin predmetini Kür çayının hövzəsinin ekoloji durumuna, eyni zamanda Kür çayının və ərazinin hidroloji rejiminə təsirlərin nəticəsində qanunsuz götürülmüş qarışıq süxura görə təbiətə dəymiş 286440 manat ziyan təşkil etmişdir. Həmin iş üzrə tə qsirləndirilən şəxs tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Departamentinin hesabına cərimə ödənişi kimi hesablanmış 286440 manat pul 26 iyul 2018-ci il tarixdə İddiaçı tərəfindən ödənilmiş və Mingəçevir şəhər Məhkəməsinin 21 avqust 2018-ci il tarixli 1(051)107/2018 nömrəli hökmü ilə X4 Cinayət Məcəlləsinin 192.2.1, 247 və 308-ci maddələri ilə təqsirli bilinərək barəsində 2 il sınaq müddəti tətbiq edilməklə, 2 il müddətinə dövlət, bələdiyyə və yerli özünüidarəetmə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə təyin edilmiş cəzaların qismən toplanması yolu ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmə araşdırmasının predmetini təşkil etmiş cinayət əməllərinin nəticəsində ödə nilmiş 286.440 manat ziyan məbləğinin vergilərlə əlaqəsi olmamışdır. Belə olan halda, apelyasiya instansiyası məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, həmin vəsait təbiətə vurulmuş ziyana görə ödənilmiş məbləğdir ki, vergi borclarından çıxıla bilmədiyi kimi, iddiaçıya da həmin məbləğə görə ƏDV-in və mənfəət vergisinin hesablanması düzgün deyildir. Belə ki, iddiaçı cəmiyyət qanunsuz götürülmüş qarışıq süxura görə təbiətə vurduğu ziyana görə cərimə olunmuşdur ki, ziyan vurma nəticəsində əldə etdiyi gəlirə görə vergilərini artıq həmin dövrdə ödəmiş və buna müvafiq bəyannamələrini cavabdehə vaxtında təqdim etmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq hazırkı işin İİİ cildinin 24-cü səhifəsində olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”a diqqət yetirməyi zəruri hesab edir, belə ki, həmin “Çıxarış”ın - “yoxlamanın növü” adlanan hissəsində “növbədənkənar səyyar vergi yoxlaması”, “Çıxarış”ın - “yoxlamanın tipi” adlanan hissəsində isə “plandankənar (növbədənkənar)” yazılmışdır. Başqa sözlə, sözügedən vergi yoxlaması növbədənkənar vergi yoxlaması olmuşdur ki, onun keçirilməsinin qaydası və əsasları Vergi Məcəlləsinin 38.3-cü maddəsində müəyyən edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 38.3-cü maddəsinə əsasən, növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə t ərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə; 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; 38.3.6. cinayət prosessual qanunvericiliyinə u yğun olaraq məhkəmənin və ya hüquqmühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə; 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.9. vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə. Bu halda növbədənkənar səyyar vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz. Lakin növbədənkənar vergi yoxlamasının keçirilməsi üçün bu halların heç biri mövcud deyildir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsi 13 mart 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentin kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2019-cu il tarixli, 21(107)-121/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə
Məhkəmə qərarları › İş №2-1(102)-2016/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2016/2019
29.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver