Məhkəmə qərarları › İş №2-1(102)-2016/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2016/2020

04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2016/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı iş üzrə QƏRARİ Açar sözlər: iddiadan kənara çıxma, hüquqi yardım Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsinin nümayəndəsi və vəkili X3 işti rakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X8 X4 (bundan sonra cavabdeh) qarşı “pensiyanın yenidən hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1166/2020 saylı, x xxxxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 1975-1978-ci illərdə orduda xidmət etmiş, xx.xx.1978-ci ildən xx.xx.1989-cu ilə qədər S.M.Kirov adına maşınqayırma zavodunda, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə qədər Lenin rayon partiya komitəsində, xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilə qədər büro rəisi, xx.xx.1991-cu ildən x x.xx.1993-cü ilə qədər ağır maşınqayırma işçilərinin həmkarlarının komitəsində, xx.xx.1993-cü ildən xx.xx.2014-cü ilə qədər gömrük orqanlarında böyük inspektor, baş inspektor, şöbə rəisi, gömrükxana rəisi, gömrük idarəsinin rəisi vəzifələrində işləmişdir, sonuncu iş yeri Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin rəisi olmuşdur, ”Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 3-cü bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.

2. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2014-cü il tarixli, 79 nömrəli məlumat vərəqinə əsasən xx xxxx 2014-cü il tarixində iddiaçıya 23 il 10 ay 10 gün xidmət müddəti üçün yaşa görə əmək pensiyası təyin e dilmişdir. Həmin məlumat vərəqinə əsasən iddiaçının cəmi təminat xərcliyi 1090,29 manat təşkil etmişdir, əmək pensiyası təminat xərcliyinin 59 faizi – 643,27 manat məbləğində müəyyən edilmişdir. İddiaçıya əmək pensiyası təyin olunduğu tarixdən sonrakı dövrlərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması ilə bağlı iddiaçının xidmət keçdiyi vəzifə üzrə təminat xərcliyi 1127,99 manat təşkil etmiş, “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı xidmət illərinin güzəştli sayılan hissəsi ilə birlikdə hər il üçün təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla (23 il 10 ay 10 gün) 665,01 man at məbləğində əmək pensiyası iddiaçıya ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı x xxxxxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 20 ildən artıq gömrük orqanlarında xidmət etdiyi üçün yaşa görə əmək pensiyasının vəzifə maaşının və təminat xərcliyinin 80 faizindən yenidən hesablanması, pensiyaya çıxdıqdan sonrakı illər üçün əmək pensiyasının iddiaçının rütbəsində olan və iddiaçının işlədiyi vəzifədə işləyən əməkdaşların əmək haqlarının artımına uyğun yenidən hesablanması, pensiya kapitalının iddiaçı pensiyaya çıxdıqdan sonra hər il indeksləşdirilməsi, bununla əlaqədar artım məbləğinin pensiyasına hesablanması, dövlət qulluğu vəzifə sində 20 ildən yuxarı qulluq etdiyinə görə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla əlavələrin pensiyasına hesablanması və xx xxxx 2014cü ildən bu günə qədər ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin “Əmək pensiyaları haqqında” Qanunun 10-cu və 27-ci maddələrinin tələbləri əsasında hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyətinə hərbi xidmətdən sonra S.M.Kirov adına maşınqayırma zavodunda başlamış, 1981-ci ildə S.M.K irov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1987-ci ildə oranı bitirmişdir. xx.xx.1993-cü ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin narkotik maddələrin qaçaqmalçılığı ilə mübarizə şöbəsinin böyük inspektoru vəzifəsinə təyin edilmişdir, gömrük komitəsində müxtəlif şöbələrdə rəis müavini və rəis vəzifələrində işləmişdir. xx.xx.2014-cü ildə pensiya hüququnun yaranması ilə əlaqədar “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 3-cü bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir və iddiaçıya 23 il 10 ay 10 gün xidmət müddəti üçün əmək pensiyası təyin edilmişdir. Qanunun tələbinə görə iddiaçıya 20 ildən artıq gömrük orqanlarında xidmət etdiyi üçün vəzifə maaşının və təminat xərcliyinin 80 faizindən hesablanmaqla əmək pensiyası təyin edilməli idi. Bununla bağlı cavabdehə müraciət edərək pensiyasının yenidən hesablanmasını və qanunauyğun olaraq indeksləşdirilməsini tələb etsə də müraciəti təmin edilməmişdir.

5. Cаvаbdeh iddiаyа dаir еtirаzını təqdim еdərək bildirmişdir ki, iddiaçının iddiası əsassızdır. Belə ki, iddiaçıya xx.xx.2014-cü ildən etibarən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə müvafiq olaraq pensiya təyin edilmişdir. Həmin maddəyə əsasən hərbi xidmətdən buraxılana qədər 20 təqvim ili və daha çox hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının ayına mütə nasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əlavə olunmaqla pensiya ödənilir. Məlumat vərəqindən aydın görünür ki, iddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin üçüncü hissəsinə görə (pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə) pensiyaya çıxmışdır. Belə ki, həmin əsasnamənin 27-ci maddəsinə əsasən gömrük xidməti polkovniki üçün son yaş həddi 60dır. İddiaçı isə 58 yaşında pensiyaya çıxmışdır və bu səbəbdən də yaşa görə deyil, xidmət illərinə görə pensiya hüququ qazanmışdır. İddiaçıya Qanunun 20.14.1-ci maddəsinə əsasən təminat xərcliyinin 59 faizi məbləğində pensiya təyin edilmişdir. İddiaçıya pensiya təyin olunduqdan sonra Azərbaycan Re spublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəli olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin yalnız 2018-ci il 10 mart tarixli, 3776 nömrəli sərəncamı olmuşdur. Beləliklə, iddiaçının xidmət illərinin güzəşt sayılan hissəsi ilə birlikdə hər il üçün təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla 665,01 manat məbləğində pensiya iddiaçının müvafiq kart hesabına köçürülmüşdür. İddiaçının iddiasının əsası onun dövlət qulluqçusu olması ilə bağlıdır. Lakin iddiaçıya dair sənədlərdə bu fakt öz təsdiqini tapmır.

6. Cavabdehin təqdim etdiyi pensiyaçının uçot vərəqinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təqdim etdiyi məlumat vərəqinə əsasən (vəzifə maaşı 286 manat, rütbə maaşı 138 manat, 30% əlavə 127,20 manat, əlavələr 32 manat və 507,09 manat, cəmi təminat xərcliyi 1090,20 manat əsas götürülməklə) iddiaçıya xx.xx.2014-cü ildən yaşa görə əmək pensiyası təyin edilmişdir.

7. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, Yevlax Gömrük İdarəsinin rəisi vəzifəsinə hal-hazırda Qərb Ərazi Baş Gömrük İdarəsinin strukturunda Yevlax Gömrük Postunun rəisi vəzifəsi uyğun gəlməklə həmin vəzifə üzrə əmək haqqı 646,10 manat təşkil edir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim Hаcıbəyоvа Miminаt Tаcib qızı, 2-1(112)194/2020 saylı iş) x xxxx 2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək iddiaçıya pensiyaya qədər tutmuş olduğu vəzifəsinə hal-hazırda uyğun olan vəzifəsi üzrə təminat xərcliyi nəzərə alınmaqla 20 ildən yuxarı hərbi xidmətinin hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), yəni 3 il 10 ay üçün təminat xərcliyinin 3 faiz əlavə hesablanması, pensiya məbləğinin pensiyaya çıxandan sonra hər il üçün indeksləşdirilməsi və ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının iddia tələbi iddiaçının pensiyaya qədər tutmuş olduğu vəzifəsinə hal-hazırda uyğun olan vəzifə üzrə təminat xərcliyi nəzərə alınmaqla 20 ildən yuxarı hərbi xidmətinin hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) yəni 3 il 10 ay üçün təminat xərcliyinin 3 faiz əlavə hesablanması, pensiya məbləğinin pensiyaya çıxandan sonra hər il üçün indeksləşdirilməsi və ödənilməsi hissəsində əsaslıdır.

10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X7-məruzəçi, X9 və X5, 2-1(103)-166/2020 saylı iş) x xxxxxx 2020-ci il tarixli qərarla birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, cavabdehin apelyasiya şikayətini təmin etməmiş, x xxxx 2020-ci il tarixli qərarı dəyişdirmədən saxlamışdır.

12. Cavabdeh x xxxxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılar ının izahatları a) Kasasiya şikayətinin dəlilləri

13. Məhkəmə iddiaçıya hərbi qulluqçu kimi 20 ildən yuxarı hərbi xidmətinin hər ili (il tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), yəni 3 il 10 ay üçün təminat xərcliyinin 3 faiz əlavə hesablanması barədə qərar qəbul etmişdir. Halbuki iddiaçının müvafiq məzmunda hər-hansı xahişi olmamışdır. iddiaçının xahişi dövlət qulluğu vəzifəsində 20 ildən artıq qulluq etdiyinə görə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla əlavələrin pensiyasına hesablanması ilə bağlı olmuşdur. Yəni, iddiaçının tələb etdiyi 3 faizlə (dövlət qulluqçusu kimi) məhkəmənin təmin etdiy i 3 faiz (hərbi qulluqçu kimi) tamam ayrı-ayrı məsələlərdir, ayrı maddələr ilə tənzimlənir. Məhkəmə açıq şəkildə iddia tələbindən kənara çıxmışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

16. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. Tətbiq edilən hüquq

17. İnzibati Prosessual Məcəllə: Maddə

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış i ddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 54.1. İnzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. 54.2. Cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxış ında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir. 54.3. İddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. 87.8. Apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə müba hisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

18. Kasasiya şikayəti vaxtı nda, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmişdir.

21. Cavabdeh şikayətində bildirmişdir ki, iddiaçı dövlət qulluqçusu kimi pensiyanın yenidən hesablanmasını xahiş etmiş, məhkəmə isə hərbi qulluqçu kimi iddiaçını n pensiyasının yenidən hesablanması vəzifəsini cavabdehə həvalə etməklə açıqaydın iddiadan kənara çıxmışdır.

22. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

23. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində 20 ildən artıq gömrük orqanlarında xidmət etdiyi üçün yaşa görə əmək pensiyasının vəzifə maaşının və təminat xərcliyinin 80 faizindən yenidən hesablanması, pensiyaya çıxdıqdan sonrakı illər üçün əmək pensiyasının iddiaçının rütbəsində olan və iddiaçının işlədiyi vəzifədə işləyən əməkdaşların əmək haqlarının artımına uyğun yenidən hesablanması, pensiya kapitalının iddiaçı pensiyaya çıxdıqdan sonra hər il indeksləşdirilməsi, bununla əlaqədar artım məbləğinin pensiyasına hesablanması, dövlət qulluğu vəzifəsində 20 ildən yuxarı qulluq etdiyinə görə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla əlavələrin pensiyasına hesablanması və xx xxxx 2014-cü ildən bu günə qədər ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin “Əmək pensiyaları haqqında” Qanunun 10-cu və 27-ci maddələrinin tələbləri əsasında hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

24. İşin 41-ci səhifəsində ola məhkəmə iclasının protokolundan görünür ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

25. Birinci instansiya məhkəməsi “Əmək pensiyaları haqqında” Qa nunun 20.14cü maddəsinə əsaslanaraq təminat xərcliyi nəzərə alınmaqla hərbi qulluqçu kimi iddiaçının pensiyasının yenidən hesablanmasını cavabdehə həvalə etmişdir.

26. Cavabdeh apelyasiya şikayətində bildirmişdir ki, iddiaçı dövlət qulluğu vəzifəsində işlədiyi illər nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasını xahiş etmiş, birinci instansiya məhkəməsi hərbi qulluqçu kimi pensiyanın yenidən hesablanması vəzifəsini cavabdehə həvalə etmiş, məhkəmə iddia tələbindən kənara çıxmışdır.

27. Apelyasiya məhkəməsi İPM-in 87.8-ci maddəsinin tələbinə əməl etməyərək apelyasiya instansiyası məhkəməsinin qərarında birinci instansiya məhkəməsinin iddia tələbindən kənara çıxması ilə bağlı apelyasiya şikayətinin dəlillərinə münasibət bildirməmiş, iddia tələbi ilə bağlı İPM-in 13-cü maddəsinin müddəalar ına uyğun qiymətləndirmə aparmamışdır.

28. Apelyasiya instansiyası məhkəməsi prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır.

29. Odur ki, qərarın ləğv edilməsi barədə şikayətin dəlilləri əsaslı olduğundan təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir.

30. Apelyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apelyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilm əsi hissəsində təmin oluna bilməz.

31. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1166/2020 saylı, x xxxxxx 2020-ci tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar