Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2016/2021 27.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (çıxarışın verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Kəmaləddin Bədəlov, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xid mətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin iştirakı ilə) qarşı mənzilə mülkiyyət hüquqlarının qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-714/2021 nömrəli iş üzrə 30.06.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 27 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmət yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı onun Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 52, 46 A saylı mənzilinə mülkiyyət hüquqları nın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, 01 dekabr 1998-ci il tarixdən 01 noyabr 2013-cü il tarixə qədər Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 35 saylı Mənzil-Kommunal İstismar Sahəsində fəhlə vəzifəsində işlədiyinə görə ona Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən 2006-cı ildə Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 52, 46 A saylı mənzil istifadəsinə verilərək ailə üzvlərində birlikdə həmin mənzilə köçüb orada yaşayıb ümumi təsərrüfat aparmışlar. Həmin vaxtdan o, öz ailə üzvləri ilə həmin mənzildə yaşayır, daimi pasport qeydiyyatındadır, mənzil haqqını və kommunal xidmətlər üzrə bütün xərcləri ödəyir. Buna görə də həmin mənzilə onunla kirayə müqaviləsinin bağlanması üçün Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısına müraciət etmişdir. Həmin müraciətinə əsasən 2006-cı ildən həmin mənzildə yaşadığını nəzərə alaraq Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 07 sentyabr 2016-cı il tarixli, 288 saylı Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, 52 saylı evin 46 A saylı mənzilinin kirayə müqaviləsinin onun adına bağlanması haqqında sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, İ. Dadaşov küçəsi, 52 saylı evin ümumi sahəsi 23,0 kv.m., yaşayış sahəsi 16,5 kv.m. olan 1 otaqlı 46 A saylı mənzilə dair adına icarə müqaviləsi bağlanmış və o, həmin mənzilin icarədarı hesab edilmişdir. Həmin sərəncamın 4-cü bəndinə əsaslanaraq ünvan 1 ünvanda yerləşən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsini cavabdehdən xahiş etsə də, 17 yanvar 2020-ci il tarixli məktubu ilə müraciətinə imtina etmişdir. Həmin məktubu poçt vasitəsi ilə 24 yanvar 2020-ci il tarixdə almışdır. Hesab edir ki, həmin imtina əsassız və qərəzli olmaqla onun mülkiyyət hüquqlarını pozmuş olur. Belə ki, 01 dekabr 1998-ci il tarixdən 01 noyabr 2013cü il tarixə qədər Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 35 saylı MənzilKommunal İstismar Sahəsində fəhlə vəzifəsində işlədiyinə görə ona Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən 2006-cı ildə Bakı şəhəri, Nərimanov rayonu, İ Dadaşov küçəsi, ev 52, 46 A saylı mənzil istifadəsinə verilərək ailə üzvləri ilə birlikdə həmin mənzilə köçüb orada yaşayıb ümumi təsərrüfat aparmışlar. Hal-hazırda o, oz ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır, daimi pasport qeydiyyatındadır, mənzil haqqını və kommunal xidmətlər üzrə bütün xərcləri ödəyir. Sözügedən mənzilə dair müvafiq müqavilə "sosial kirayə müqaviləsi" deyil, "kirayə müqaviləsi"dir. Bundan başqa ünvan 1 ünvanda yerləşən mənzilinə dair kirayə müqaviləsinin bağlanması haqqında Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 288 saylı sərəncamı 07 sentyabr 2016-cı il tarixdə verilsə də belə mənzil münasibətləri 01 oktyabr 2009-cu il tarixdən əvvəlki dövrə təsadüf etdiyindən, yəni 2006-cı ildən istifadəsinə verildiyindən, həmin mənzil Azərbaycan Respubl ikası Mənzil Məcəlləsinin 146.2-ci maddəsinin tələblərinin tətbiq dairəsinə düşmür. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
3. Birinci instansiya məhkəməsinin 22.10.2020-ci il tarixli, 2-1(112)3205/2020 nömrəli (sədrlik edən hakim Şəlalə Həsənova) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, Azərbaycan Respublikası Konstitusiyasının 29, 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2, 152.1-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1, 59.1, 59.4, 146.1, 146.1, 146.2-ci maddələrinə, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1, 4, 5ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqın da» Azərbaycan Respublikası Qanununun 8.0.11, 12.1, 15-ci maddələrinə istinad edərək belə hesab etmişdir ki, iddiaçının mənzilinə mülkiyyət hüquqlarının qeydiyyata alınması yolverilən deyil. Odur ki, cavabdeh inzibati orqanın imtinası qanuna zidd qiymətləndirilə bilməz.
5. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 22.10.2020-ci il tarixli, 2-1(112)-3205/2020 qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiya məhkəməsi) 30.06.2021-ci il tarixli, 2-1(103)-714/2021 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Aida Hüseyn və Səadət Bəktaşi ) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 22.10.2020-ci il tarixli, 2-1(112)-3205/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, birinci instansiya məhkəməsinin də istinad etdiyi maddi hüquq normalarını tətbiq edərək belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərək düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
8. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri pozulmuş, mübahisə üzrə maddi hüquq normaları düzgün tətbiq olunmamı şdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bakı şəhəri Nərimanov rayonu İ.Dadaşov küçəsi, 52 saylı evin 46A saylı mənzili Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən 2006-cı ildə onun istifadəsinə verilmişdir, həmin vaxtdan ailə üzvləri ilə həmin mənzildə yaşayır. Mübahisəli mənzilə dair hüquq münasibətləri 2006-cı il tarixdə yaranmışdır, ona görə də hazırkı mübahisə üzrə həmin dövrdə qüvvədə olmuş maddi hüquq normaları tətbiq edilməlidir.
9. Mübahisəli mənzilə dair hüquq münasibətləri 2006-cı il tarixdə yarandığı üçün 01.10.2009-cu il tarixdə qüvvəyə minmiş Azərbaycan Respubl ikası Mənzil Məcəlləsinin müddəaları hazırkı mübahisə üzrə tətbiq edilə bilməz, mübahisə həmin dövrdə qüvvədə olmuş "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənməlidir.
10. Apellyasiya instansiyası məhkəməsi işin həmin hallarını araşdırmamışdır. “Azərbaycan Respublikasında Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə keçirmək hüququ vardır.
11. Həmin Qanunun 4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cü maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirdir.
12. Həmin Qanunun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. 13. “Mənzil fondunun özəlləşdirilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra 20 gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri sənədlər toplanılaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmişdir, cavabdeh tərəfindən tələbi əsassız olaraq təmin olunmamışdır. Apellyasiya instansiya məhkəməs i tərəfindən mövcud qanunvericiliyin müddəaları mübahisə predmeti üzrə düzgün tətbiq edilməmişdir. Hesab edirik ki, hazırkı mübahisə üzrə 01.10.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq oluna bilməz. Apellyasiya instansiyası hüququn tətbiqində səhvə yol vermişdir.
14. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin 30.06.2021-ci il tarixli, 2-1(103)-714/2021 nömrəli nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apellyasiya instans iyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kassasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 30.06.2021-ci il tarixli qərarının ləğv edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
16. Məhkəmə iclasında iştirak edən İddiaçı də vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 30.06.2021-ci il tarixli qərarının ləğv edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
17. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxsl ər məhkəmə iclasında təmsil edilmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Tətbiq edilən hüquq
18. Mülki Məcəllə: Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 48.1 Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 59.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin – vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Maddə 59.4. Kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Maddə 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu na əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayırlar. Maddə 146.2. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Maddə 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər.
19. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanunun: Maddə
1. Dövlət və ya ictimai mənzil fondunun mü lkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarnın, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə
4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə
5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraçiət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. - 9-cu maddəsinin 1-ci hissəsinə görə müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanun: Maddə 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il ok tyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə. 15-ci Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyi ldirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda.
20. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əml ak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir.
21. İnzibati Prosessual Məcəllə Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi
24. Ali Mə hkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kassasiya şikayətinin təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 30.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
25. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətindəki dəlilləri əsassız hesab edir.
26. Belə ki, Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsi tərəfindən 28.10.2016-cı il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1974-cü ildə Füzuli şəhərində doğulmuşdur. Yaşayış yeri ünvan 1 ünvanıdır. ASA N 1 tərəfindən 16.03.2017-ci il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE 16581733 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 10.11.1981-ci ildə Füzuli rayonu, Şükürbəyli kəndində doğulmuşdur. Yaşayış yeri Füzuli rayonu, Şükürbəyli kəndidir. Füzuli rayon VVAQ Şöbəsinin İİ-AZ 038718 №-li, 03.10.2002-ci il tarixli nikahin bağlanması haqqında şəhadətnamənin notarial qaydasında təsdiq edilmiş surətinə əsasən, İddiaçı ilə X2 ilə 03.10.2002-ci il tarixdə nikah bağlamışlar.
27. İş materiallarından göründüyü kimi, iddiaçıya məxsus 083194 №-li, 21.12.1998-ci il tarixli əmək kitabçasının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01.12.1998- 01.07.2006, 02.10.2006-01.05.2009 və 01.04.2010-01.10.2013-cü il tarixlərədək Bakı şəhəri, Nərimanov rayonu, 35 sayl ı MKİS-də fəhlə, çilingər vəzifələrində işləmişdir. Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyətinə ünvanlanmış x/0-197 №-li, 18.08.2016-cı il tarixli məktubundan görünür ki, İddiaçı 1998-2013-cü illər ərzində tabeçiliklərindəki 35 saylı Mənzil-Kommunal İstismar Sahəsində çilingər işləmiş və həmin tarixdən etibarən İ.Dadaşov küçəsi, ev 52, mənzil 46a ünvanında ailə üzvləri ilə birlikdə qeydıyyatsız yaşayır. İşlədiyi müddət ərzində o, özünü müsbət tərəfdən göstərmiş və verilmiş tapşırıqların öhdəsindən vaxtında gəlmişdir. İşlədiyi dövr ərzində onun nümunəvi işçi olduğunu və uzun illərdir həmin ünvanda yaşadığını nəzərə alaraq İddiaçı yaşadığı mənzilə kirayə müqaviləsinin bağlanılmasına köməklik göstərilməsi xahiş edilmişdir.
28. Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti Başçısının “İ.Dadaşov küçəsindəki 52 №-li evin 46 A №-li mənzilinin kirayə müqaviləsinin İddiaçı adına bağlanması haqqında” 288 №-li, 07.09.2016-cı il tarixli sərəncamından görünür ki, İ.Dadaşov küçəsindəki 52 №-li evin ümumi sahəsi 23,0 kvm., yaşayış sahəsi 16,5 kv.m. olan 1 otaqlı 46 A №-li mənzilinə ailə tərkibi 1 nəfər olmaqla (özü) İddiaçı adına kirayə müqaviləsinin bağlanması və onun həmin mənzilin icarədarı hesab edilməsi, vətəndaş İddiaçı qeyd edilən ünvana pasport qeydiyyatına alınmasının Nərimanov RPİ-nin Qeydiyyat və şəxsiyyət vəsiqələri bölməsinə həvalə edilməsi, İddiaçı ilə həmin mənzilə kirayə müqaviləsinin bağlanılması və onun adına şəxsi maliyyə hesabının açılmasının 35 №-li MKİS-ə tapşırılması, sərəncamın 1-ci bəndinə uyğun ol araq İddiaçı adına mövcud vəziyyətdə texniki pasport tərtib edilməsi və qeydiyyat vəsiqəsinin verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə tövsiyyə olunması qərara alınmışdır.
29. İş materiallarında olan kirayədar Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 35 saylı MKİS ilə kirayəçi İddiaçı arasında bağlanmış 07.09.2016-cı il tarixli dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında birtipli müqaviləsindən görünür ki, Nərimanov rayon İcra Başçısının 288 №-li, 07.09.2020-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 52 nömrəli evin 1 otaqlı, yaşayış sahəsi 16,3 kv.m. (ümumi 23 kv.m.) 46A nömrəli mənzildə ümum i sahəsi 23 kv.m. yaşayış sahəsini müddətsiz istifadə üçün kirayəçi İddiaçı verilmişdir.
30. Bakı şəhəri, Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 35 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 25/133 №-li, 06.02.2020-ci il tarixli Forma 2 arayışından görünür ki, 0631Q şəxsi maliyyə haqq-hesabı 07.09.2016-cı ildə açılmışdır. İddiaçı ünvan 5 ünvanında 2016-cı il tarixdən, həyat yoldaşı X2 2017-ci il tarixdən, oğlu X3 2016-cı il tarixdən, oğlu X4 2016-cı il tarixdən qeydiyyatdadırlar.
31. Bakı şəhəri, Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 35 saylı Mənzil Kommunal İstismar Sahəsinin 35/132 №-li, 06.02.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, 52 №-li evin 46a №li mənzilində pasport qeydiyyatdadır. 1998-ci ildən 2014-cü ilə qədər ünvan 6 ünvanda ailəsi ilə birlikdə yaşayırlar və mənzilin kommunal xərclərin özü ödəyib. Halhazırda kommunal xidməti borcu yoxdur.
32. İş materiallarında olan X1 notarial qaydada təsdiq edilmiş 06.02.2020ci il tarixli ərizəsindən görünür ki, X2 ünvan 5 ünvanında yerləşən mənzilin əri İddiaçı adına sənədləşdirilməsinə, özəlləşdirilməsi və çıxarış almasına etiraz etmir.
33. Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının müavininin 1/487 №-li, 22.07.2020-ci il tarixli məhkəməyə ünvanlanan məktubuna əsasən, Nərimanov RİH başçısının 07.09.2016-cı il tarixli 288 №-li Sərəncamı ilə İddiaçı mübahisə predmeti olan yaşayış sahəsinin kirayəçisi hesab edilmişdir. Sərəncamın 3-cü bəndinə əsasən sözügedən yaşayış sahəsi üzrə mənzil-kirayə müqaviləsinin İddiaçılə bağlanması və onun adına maliyyə-şəxsi hesabının açılması ərazi aidiyyətli 35 №-li MKİS-ə həvalə edilmiş və həmin bəndin icrası 35 №-li MKİS tərəfindən təmin edilmişdir.
34. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanan **********22 №-li, 17.01.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı adına Bakı şəhəri, Nərimanov rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş 288 saylı sərəncamının 07.09.2016-cu il tarixdə verildiyi müəyyən edilmişdir. 2009-cu il oktyabrın 1dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.
35. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, Bakı şəhəri Nərimanov rayonu İ.Dadaşov küçəsi, 52 saylı evin 46A saylı mənzili Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən 2006-cı ildə onun istifadəsinə verilmişdir, həmin vaxtdan ailə üzvləri ilə həmin mənzildə yaşayır. Mübahisəli mənzilə dair hüquq münasibətləri 2006-cı il tarixdə yaranmışdır, ona görə də hazırkı mübahisə üzrə həmin dövrdə qüvvədə olmuş maddi hüquq normaları tətbiq edilməlidir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mənzilə dair hüquq münasibətləri 2006-cı il tarixdə yaranması iş materialları ilə təsdiq edilmir.
37. «Azərbaycan Respublikasında mənzil fondunun özəl ləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci, 5-ci və 9-cu maddələrinə əsasən 01.10.2009-cu il tarixədək kirayə müqaviləsi əsasında vətəndaşların istifadəsində olan dövlət mənzil fonduna aid mənzillərinin orada yaşayan yetkinlik yaşına çatan şəxslərin razılığı ilə (bu, işin mübahisəli hallarına aid deyil) onların mülkiyyətinə verilməsi imkanını nəzərdə tutur və həmin mülkiyyət hüquqlarının qeydiyyatının aparılması səlahiyyətlərini DƏDRX-ə həvalə etmişdir.
38. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, 01.10.2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına görə «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu 01.10.2009-cu il tarixdən sonra vətəndaşlara həmin Məcəlləyə əsasən ve rilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Həmin (qeyd olunan tarixdən sonrakı dövrdə verilən sosial və xüsusi təyinatlı) mənzillərin özəlləşdirilməsi başqa qaydada həyata keçirilə bilər.
39. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 30.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.06.2021-ci il tarixli, 21(103)-714/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmal