Məhkəmə qərarları › İş №2-1(102)-2016/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2016/2022

06.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2016/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyun 2022-ci il tarixli, 2-1(103)-690/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər X7 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 1/25 saylı Qərarı və bu qərar əsasında tərtib edilmiş xx.xx.1988-ci il tarixli 8/84 saylı Aktla Dübəndi qəsəbəsi ərazisində yerləşən 2.44 ha torpaq sahəsi S.Bəhlulzadə adına X12 gimnaziyanın bağçılıqyoldaşlıq kollektivinin üzvlərinə ayrılmışdır.

2. S.Bəhlulzadə adına X12 gimnaziyasının bağçılıq-yoldaşlıq idarə heyətinin yığıncağının xx.xx.1996-cı il tarixli, 2 saylı Protokolu ilə S. Bəhlulzadə adına X12 gimnaziyasının bağçılıq-yoldaşlıq idarə heyətinin üzvü kimi ünvan 1 ünvanında yerləşən X12 gimnaziyanın bağ massivində 17 saylı bağ sahəsinin iddiaçının daimi istifadəsinə verilməsi qərara alınmışdır.

3. İddiaçı qeyd edilən sənədlər əsasında cavabdehə müraciət edərək, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

4. Cavabdeh iddiaçının müraciətini təmin etməmiş, bu barədə xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair icarə müq avilələri, sərəncamla və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərinin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Ərizəçinin adı idarənin arxiv siyahısında aşkar olunmamış və torpaq sahəsinin bölgü sxemi təqdim edilməmişdir. Bundan əlavə, torpaq sahəsinin 80 kv.metr hissəsi qaz xəttinin mühafizə zolağına düşür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 17 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaç ı tələbini onunla əsaslandırmışdır ki, cavabdehə təqdim etdiyi sənədlər toplusu (üzlük kitabçası, protokoldan çıxarış, akt, cizgi və s.) onun mübahisə predmetini təşkil edən əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün kifayət qədər mötəbər sənədlərdir. Müvafiq olaraq bağ sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz sayır.

7. Cavabdeh iddia tələbinə yazılı etirazında bildirmişdir ki, bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. İddiaçının adına torpaq sahəsinin qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.7-ci maddəsinə əs asən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair icarə müqavilələri, sərəncamla və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərinin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Sənəd üzrə torpaq sahəsinin ölçüsü 500 kv.m olsa da, faktiki olaraq 495 kv.m təşkil edir və torpaq sahəsinin 80 kv.m hissəsi qaz xəttinin mühafizə zolağına düşür

8. Bakı İnzibati Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 2-1(112)-5986/2021 nömrəli (hakim O.Həsənov) ilə iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyin tələblərinə görə, daşınmaz əmlak üzərində hüquqların əmə lə gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Hazırkı iş üzrə mülkiyyət hüququnun qeydiyyata alınması tələb edilən bağ sahəsi üzərində isə həmin hüququn qeydiyyata alınması üçün nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.Hüseynov sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseyn) 24 iyun 2022-ci il tarixli, 2-1(103)690/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhk əməsinin 17 sentyabr 2021-ci il tarixli, 2-1(112)-5986/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 17 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, idarə tərəfindən qeyd edilən şəxslərin adlarına (X3, X1, X6, X4, X1) bağ sahələrinin çıxarışları təqdim edilmişdir. Sözügedən çıxarışlar cavabdeh İdarənin istinad etdiyi 1-ci, yəni 2 saylı 23./Xİİ-85 il tarixli ProtokolQərarla təsdiq olunmuş bağçılıq üzvlərinin Siyahısında qeyd olunmamış şəxslərə verilmişdir ki, bu da öz nö vbəsində onu təsdiq edir ki, iddiaçının adının həmin Siyahıda olmaması ilə bağlı onun bağ sahəsinə çıxarış verilməsi müraciətinin icra edilməməsi üçün gətirilən səbəb əsaslı və qanuni olmamış, inzibati icraatın bərabərlik prinsipi pozulmuşdur. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı 1-ci Siyahıda göstərilməsə də, həmin Siyahını təsdiq edən Həmkarlar komitəsi üzvlərindən biri olmuşdur. Araşdırma zamanı toplanmış sənədlərə görə, bağçılıq üzvlərinin Siyahıları bir neçə dəfə yenilənmişdir. Növbəti Siyahıda İddiaçı və onun yuxarıda adları çəkilən və çıxarışlar verilmiş qonşuları qeyd olunmuşdur.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassas iya şikayətinin dəlilləri

14. Cavabdeh hesab edir ki, idarənin arxiv məlumatlarına əsasən iddiaçının adı bağçılıq-yoldaşlığın siyahısında aşkar edilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün əsas hesab olunur. Həmçinin, təqdim edilmiş sənəd üzrə torpaq sahəsinin ölçüsü 500 kv.m. olsa da, faktiki olaraq 495.0 kv.m. təşkil edir və torpaq sahəsinin 80 kv.m. hissəsi qaz xəttinin mühafizə zolağına düşür. Göründüyü kimi, yuxarıda qeyd olunan hallar və qanunvericiliyin tələbləri apellyasiya instansiya məhkəməsi tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri: 15.Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanun Maddə 12 Bərabərlik prinsipi Maddə 12.1 Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2 İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3 İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 12.4 İnzibati or qan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən m əhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apel lyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, cavabdehin şikayəti üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxı lan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

23. İşə apelyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən cavabdehə S.Bəhlulzadə adına X12 Gimnaziyanın bağçılıq-yoldaşlıq idarə heyətinin üzvləri X3, X5, X8, X2 adlarına olan bağ sahələrinə dair (ünvan 2 ünvanında yerləşən bağ sahələri) çıxarışların məhkəməyə təqdim edilməsi ilə bağlı sorğu ünvanlanmış, sorğuya cavab olaraq X3, X5, X8, X2 adlarına ayrılmış bağ sahələrinin özgəninkiləşdirilərək digər fiziki şəxslərin adlarına dövlət reyestrində qeydiyyata alındığı bildirilmiş, idarə tərəfindən qeyd edilən şəxslərin adlarına (X3, X1, X6, X4, X1) b ağ sahələrinin çıxarışları təqdim edilmişdir.

24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından İddiaçı 1-ci Siyahıda göstərilməsə də, həmin Siyahını təsdiq edən həmkarlar komitəsinin üzvlərindən biri olmuşdur. Araşdırma zamanı toplanmış sənədlərə görə, bağçılıq üzvlərinin Siyahıları bir neçə dəfə yenilənmişdir. Növbəti siyahıda İddiaçı və onun yuxarıda adları çəkilən və çıxarışlar verilmiş qonşuları qeyd olunmuşdur.

25. Göründüyü kimi, sözügedən çıxarışlar cavabdeh İdarənin istinad etdiyi 1-ci, yəni 2 saylı 23./Xİİ-85 il tarixli Protokol-Qərarla təsdiq olunmuş bağçılıq üzvlərinin Siyahısında deyil, sonradan tərtib olunmuş siyahıda adları qeyd olunmuş şəxslərə verilmişdir ki, iddiaçının da adı həmin şəxslərlə eyni siyahıda olmuşdur. Bu da öz növbəsində onu təsdiq edir ki, i ddiaçının adının 1-ci, yəni 2 saylı 23./Xİİ-85 il tarixli Protokol-Qərarla təsdiq olunmuş bağçılıq üzvlərinin Siyahısında olmamasına istinad etməklə sözügedən bağ sahəsinin mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alınmasından cavabdehin imtinası qanuni və əsaslı olmamış, inzibati icraatın bərabərlik prinsipini pozmuşdur. 26.Həmçinin qeyd olunmalıdr ki, təqdim edilmiş sənəd üzrə torpaq sahəsinin ölçüsünün 500 kv.m. olsa da, faktiki olaraq 495.0 kv.m təşkil etməsi və torpaq sahəsinin 80 kv.m. hissəsinin qaz xəttinin mühafizə zolağına düşməsi barədə kassasiya şikayətinin dəlilləri də əsaslı hesab edilə bilməz. Belə ki, əvvəla cavabdehə həmin halları təsdiq edən sübutlar təqdim etməmişdir. Digər tərəfdən, qeyd edilən halların mövcudluğu iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquq unun qeydiyyata alınması üçün maneə təşkil edə bilməz. 27.Beləliklə, sözügedən bağ sahəsinin iddiaçıya ayrılmasına dair kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası, eləcə də üzvlərin iclasının protokolundan çıxarış olduğundan o, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etməkdə haqlıdr.

28. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Nəticə etibarı ilə, mü bahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyun 2022-ci il tarixli, 21(103)-690/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar