Məhkəmə qərarları › İş №2-1(102)-2016/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2016/2023

05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2016/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın iddiaçının xüsusi mülkiyyətində olan evə aid hissəsində etibarsız hesab edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı “sərəncamın iddiaçının xüsusi mülkiyyətində olan evə aid hissəsində etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 may 2023-cü il tarixli, 2-1(103)909/2023 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarışa əsasən ünvan 2 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 114.3 kv.m olan fərdi yaşayış evi və 0.02428 ha torpaq sahəsi üzərində İddiaçı1 xüsusi mülkiyyət hüququ qeydə alınmışdır.

2. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 51 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək, yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsinin icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi, ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlərin, sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsinin, vəsaitin ödənilməsinin və sakinlərin köçürülməsinin müvafiq qanunvericiliyə əsasən "xxxx" MMC tərəfindən həll edilməsi qərara alınmışdır.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında iddiaçı "xxxx" MMC-nin cavabdehlər İddiaçı1, X1, X4, X5, X6, X2 və İddiaçı2 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması və kirayə haqqının ödənilməsi” tələbinə dair 2(006)-799/2022 nömrəli mülki iş vardır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar cavabdehə qarşı 27 dekabr 2021-ci il tarixli iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 51 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamının ünvan 2 ünvanda yerləşən və İddiaçı1 xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə aid hissədə etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçının əsaslandırması:

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 242.8 kv.m. torpaq sahəsi üzərində İddiaçı1 mül kiyyət hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda üçüncü şəxs tərəfindən iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan evdən və torpaqdan çıxarılmaları barədə iddia qaldırılmışdır. İddia ərizəsi və iş materialları ilə tanışlıq zamanı müəyyən olunmuşdur ki, üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyətinin 51 saylı, xx.xx.2020-ci il tarixli sərəncamına istinad etmişdir. Sərəncam xx.xx.2021-ci il tarixdə məhkəmə qəbzinə imza edilməklə götürülmüşdür. Sərəncamla tanışlıq zamanı onun qanunsuz olduğu müəyyən edilmişdir. Belə ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı1 mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə, yəni sərəncamdan 6 ay əvvəl dövlət qeydiyyatına alınmışdır. Buna görə də həmin sərəncam “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın və onun 1, 4, 6 və 7 saylı Protokollarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın tələblərinə və həmin Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə ziddir. Mülki Məcəllənin 203.3-cü maddəsində göstərilən halların heç bir olmadığı üçün iddiaçının öz mülkiyyətindən məhrum edilməsi barədə sərəncam tamamilə qanunsuzdur. Belə ki, hər hansı şəxs iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evini yalnız qarşılıqlı razılıq əsasında ala bilər. Sərəncamda hər hansı normativ hüquqi aktın normasına istinad edilməmişdir. Həmin sərəncam yararsız evlərin sökülməsi üçün qəbul edilmişdir. Bu hal iddiaçının xüsusi mülkiyyətinə aid deyildir və ola da bilməz. Çünki həmin sərəncamın adında belə onun qəzalı vəziyyətdə olan, istismar müddətini başa vuran evlərə aid olduğu görünür. İddiaçının evi isə qəzalı vəziyyətdə deyil və istismar müddəti də vardır. Onun qəzalı olmasını sübut edən heç bir sənəd də yuxarıda qeyd edildiyi kimi səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilməmişdir. İddiaçının mülkiyyəti haqqında isə İcra hakimiyyətinin sərəncam vermək səlahiyyəti yoxdur. Həmin sərəncam iddiaçıların iştirakı olmadan qəbul edilmişdir. Halbuki, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun mə zmunu, xüsusi ilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Lakin, həmin Sərəncam qəbul edilərkən iddiaçılara xəbər verilməmiş, onların fikirləri dinlənilməmiş və iddiaçıların mülkiyyəti haqqında bağlı qapılar arxasında qanunsuz sərəncam verilmişdir. Halbuki, inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Lakin, bu tələblər pozularaq nizamnamə kapitalı 10 manat olan MTK xeyrinə məlum səbəblərə görə milyonlarla dəyəri olan xüsusi mülkiyyətin sökülməsi, mülkiyyətdə olan torpaq sahələrinin zəbt olunması barədə qanunsuz qərar qəbul edilmişdir. Cavabdehin etirazları:

6. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Bakı İnzibati Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2-1(112)-4979/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən sərəncamda məhz İddiaçı1 mülkiyyətində olan əmlakla və İddiaçı2 yaşadığı əmlaklar ilə bağlı heç bir göstəriş verilməmiş, inzibati qərar qəbul edilməmişdir, eyni zamanda iş materialları ilə iddia ərizəsində göstərilən yaşayış evinin qəzalı və ya şəhərin ümumi görünüşünə xələl gətirən bir yaşayış evi olması, yəni sərəncamın təsir dairəsinə düşə biləcəyi barədə sübut olmadığı halda qeyd edilən sərəncamla hal-hazırda iddiaçıların hər hansı bir hüququnun pozulması müəyyən edilmir.

9. İddiaçılar həmin qərard an apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 may 2023-cü il tarixli, 21(103)-909/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2-1(112)-4979/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan ev şəhərin və ərazinin görünüşünə xələl gətirən və yaşayış üçün yararsız olan ev deyildir. Sərəncamda qeyd edilən Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli, Novruzov qardaşları küçəsinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız, şəhərin və ərazinin görünüşünə xələl gətirən köhnə tipli tikililər olması nə iddiaçıların, nə də üçüncü şəxslərin dəyərləndirilməsi ilə deyil, müvafiq icra orqanlarının rəyləri ilə müəyyən oluna bilər. Belə bir rəyin mövcudluğu iş materiallarından müəyyən olunmur. Mübahisələndirilən sərəncamın iddiaçıların hüquqlarını pozma ehtimalı o halda ola bilərdi ki, iddiaçıların yaşadığı ev yaşayış üçün yararsız, şəhərin və ərazinin görünüşünə xələl gətirən köhnə tipli tikili olmasın, həm də qeyd edilən keyfiyyətlərə malik olmadığı halda sökülməsi sərəncamda birbaşa nəzərdə tutulsun.

12. İddiaçı2 həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİ LLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir.

14. İddiaçı əlavə olaraq qeyd edir ki, məhkəmə guya sərəncamın onların evinə aid olmadığını bildirmişdir. Lakin bu əsas deyil, bəhanədir. Belə ki, sərəncamın aid edildiyi ərazi onlara məxsus və mülkiyyətlərində olan torpaq və fərdi yaşayış evini də əhatə edir. Onların evi sərəncamda göstərilmiş ərazinin hüdudları daxilində yerləşir. Həmin sərəncamda bir-bir həmin ərazidə yerləşən vətəndaşların adlarının və ya ünvanlarının yazılmaması o demək deyil ki, həmin sərəncam onların hüquqlarını pozmur. Həmin sərəncamda göstərilən ərazinin daxilinə onlara məxsus evin yerləşdiyi ünvan 2-də aiddir. Məhz buna görə MTK həmin sərəncama istinad edərək onlara qarşı rayon məhkəməsində iddia qaldırmışdır. Lakin bütün bu hallar məhkəmə tərəfindən araşdırılmamışdır.

15. Həmin ünvanın sərəncamla əhatə edilib-edilməməsini müəyyənləşdirmək üçün yerli baxış və ya ekspertiza keçirilməmişdir. Yalnız formal olaraq inzibati aktın onlara aid olmadığı qeyd edilmişdir.

16. Məhkəmənin gəldiyi nəticə onun əsaslandırması ilə uyğun deyil. Belə ki, əgər məhkəmə hesab edirdisə ki, inzibati akt onlara aid deyil, o zaman iddianı rədd etməli deyil, subyektiv hüququn pozulmamasına görə iddia mümkünsüz sayılmalı idi. Məhkəmə eyni zamanda iddia ərizəsində göstərilən yaşayış evinin qəzalı və ya şəhərin ümumi görünüşünə xələl gətirən bir yaşayış evi olması, yəni sərəncamın təsir dairəsinə düşə biləcəyi barədə sübut olmadığını qeyd etmişdir. Əgər belə idisə, onda məhkəmə iddianı təmin etməli, sərəncamı iddiaçılara aid hissəsə etibarsız saymalı və ya iddianı mümkünsüz hesab etməli idi.

17. Apellyasiya instansiyası məhkəməsinin iddiaçıların heç bir hüququnun pozulmadığını bildirsə də, sərəncamı onlara aid hissədə ləğv etməkdən çəkinmişdir. İddiaçıların pozulmuş hüquqlarını “xəyali hüquq” adlandırmışdır. Lakin cavabdehin qəbul etdiyi sərəncamla bağlı hərəkətlərinə qiymət verməmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş sərəncam birbaşa səlahiyyətlərini aşmaqdır. İnzibati orqan onun mülkiyyətində olan torpaq sahəsinə dair sərəncam verərək onu özgəninkiləşdirir. O, torpağını heç kəsə satmamış və ya icarəyə verməmişdir. Kollegiya bu pozuntuya qiymət verməli olduğu halda bunu etməmiş, inzibati orqanın qanunsuz hərəkətlərini uğursuz və qanunsuz şəkildə örtbasdır etməyə çalı şmışdır.

18. Bundan başqa, aşağı instansiya məhkəmələri heç bir araşdırma aparmamışdır. Belə ki, qarşı tərəf guya iddiaçının evinin qəzalı olmasını iddia edir. Məhkəmə bu məsələni araşdırmamış və cavabdehin də bu qənaətə haradan gəldiyini də araşdırmamışdır. Buna baxmayaraq iddiaçılar evin qəzalı vəziyyətdə olması barədə rəy verilib-verilməməsi, verdiyi halda evi nə vaxt müayinə etməsi barədə sorğu vermişdir. Həmin müraciətə cavabda FHN mübahisəli evə kənardan baxdıqlarını və buna əsasən rəy verdiklərini bildirmişdir. Halbuki, evin qəzalı olub-olmamasını müəyyən etmək üçün FHN tərəfindən müayinələr, laborator analizlər aparılmalı olduğu halda buna riayət edilməmişdir. Kənardan baxmaqla müəyyən etmək mümkün olsaydı bununla bağlı qaydalar qəbul edilməz, ayrıca dövlət orqanın səlahiyyətinə aid edilməzdi. FHN yazdığı məktubda bu qaydaları pozduğunu özü etiraf etmiş, qanunvericiliyin tələblərinə uyğun rəy verməmişdir. Buna görə də həmin rəy əsasında verilmiş sərəncam da qanunsuzdur. Bu hallara məhkəmələr qiymət verməmiş, qanunsuz qərar qəbul etmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymə tləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə il ə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bil ər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Şikayət qərarın ləğv edilməsi hissəsində əsa slıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

24. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, mübahisələndirilən sərəncamda məhz İddiaçı1 və İddiaçı2 aid əmlaklar ilə bağlı heç bir göstəriş veril məmişdir.

26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bu qənaətlə bağlı əsaslandırmasını İPM-in 12.1, 58.7, 82 və 87.8-ci maddələrinin tələblərinə uyğun hesab etmir.

27. İşin materiallarına görə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında hazırkı iş üzrə üçüncü şəxsin hazırkı iş üzrə iddiaçılara qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması və kirayə haqqının ödənilməsi” tələbinə dair mülki iş vardır və həmin mülki iş üzrə icraat hazırkı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır.

28. İddiaçılar iddia ərizəsində və apellyasiya şikayətində üçüncü şəxsin onlara qarşı iddia qaldırmasına dair dəlil irəli sürsələr də, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlil tam, hərtərəfli və ob yektiv araşdırılmadan yekun qərar qəbul edilmişdir.

29. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən yaşayış evinin qəzalı və yararsız olmasına dair müvafiq icra orqanlarının rəylərinin iş materiallarında mövcud olmamasına istinad etmiş və hesab etmişdir ki, iddiaçıların mübahisələndirdiyi fərdi yaşayış evi cavabdehin xx.xx.2020-ci il tarixli, 51 nömrəli sərəncamının təsiri altına düşmür. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən bununla əlaqədar heç bir araşdırma aparmamış, formal mülahizələrlə iddia tələbinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

30. Apellyasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçılara məxsus evin də sərəncamın əhatə etdiyi əraziyə düşməsi onların mülkiyyət hüquqları na müdaxilə kimi qiymətləndirilə bilməz.

31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini işin faktiki hallarına uyğun hesab etmir. Belə ki, mübahisəli sərəncamla 4.2258 ha torpaq sahəsinin icarə qaydasında üçüncü şəxsin istifadəsinə verilməsi qərara alınmışdır. İddiaçılara aid torpaq sahəsinin sərəncamda qeyd edilən 4.2258 ha torpaq sahəsinin hüdudlarında olduğunun müəyyən edildiyi halda, cavabdeh orqanın, - buna səlahiyyətli olmadığı halda, - özgəsinin xüsusi mülkiyyətində olan əmlaka dair sərəncam verdiyi də aşkardır.

32. İPM-nin 13-cü maddəsinin tələbinə görə, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, nata mam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

33. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən işin hallarına görə, iddiaçıların hüquqi maraqlarının əsasını onlara məxsus fərdi yaşayış evinin və torpaq sahəsinin satılmaması, onların mülkiyyətində qalması və sökülməsinin qarşısının alınması təşkil edir. Buradan, iddiaçılar iddia etdikləri inzibati aktın qüvvəsinin onların daşınmaz əmlaklarına aid olmadığına (iddiaçılara məxsus torpaq sahəsinin sərəncamda göstərilən 4.2258 ha torpaq sahəsi ilə əhatə olunmadığına), deməli, həm də cavabdehlə onların arasında həmin inzibati aktdan irəli gələn hüquq münasibə tinin mövcud olmadığına əmin olmalıdırlar. Başqa sözlə, iddiaçılara aid daşınmaz əmlakın mübahisəli sərəncamda qeyd olunan 4.2258 ha torpaq sahəsinin hüdudlarında olmadığı müəyyən edildiyi halda, iddiaçıların hüququ marağı (qeyri-əminliyin və ya qeyri-müəyyənliyin aradan qaldırılması) müəyyən etmə haqqında iddia ilə təmin oluna bilər.

34. Beləliklə, İPM-in 12.1, 13, 58.7, 82 və 87.8-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır.

35. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

36. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 may 2023-cü il tarixli, 21(103)-909/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət iddianın təmin edilməsi tələbinə aid hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar