Məhkəmə qərarları › İş №2-1(102)-2016/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2016/2025

29.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2016/2025 29.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsi üzərində istifadə (icarə) hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzəri ndə istifadə (icarə) hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2025ci il tarixli, 2-1(105)-47/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Abşeron rayon X1 20 sentyabr 1991-ci il tarixli, 194 nömrəli qərarından çıxarışdan görünür ki, “Nadir” kiçik müəssisəsinə Xırdalan südçülük-tərəvəzçilik sovxozu ərazisində fəaliyyət göstərmək üçün kənd təsərrüfatı dövriyyəsində olmayan torpaq sahəsi icarəyə verilməsinə razılıq verilmişdir.

2. Abşeron rayon XDS İcraiyyə Kom itəsinin 18 oktyabr 1991-ci il tarixli, 218 nömrəli qərarı ilə Xırdalan Südçülük sovxozu ilə İddiaçı kiçik müəssisəsi arasında 25 il müddətinə 5 ha torpaq sahəsinə dair icarə müqaviləsi qeydə alınmış, icarə müqaviləsinə əsasən 15 il müddətinə 3 ha torpaq sahəsi icarəyə verilmişdir.

3. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Xırdalan südçülük-tərəvəzçilik sovxozunda yerləşən torpaq sahəsinin ayrılmasına əsas olmuş Abşeron rayon XDS İK-nın 18 oktyabr 1991-cı il tarixli, 218 nömrəli qərarının arxiv arayışında və icarə müqaviləsində torpaq sahəsinin ölçüsü və icarə müddətinə münasibətdə uyğunsuzluq olduğu, həmçinin icarə müddətinin bitdiyi müəyyən edilmişdir. Cəmiyyət tərəfindən 0,12 ha torpaq sahəsi üzərində hüquqların daşın maz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət olunsa da, Abşeron rayon XDS İK-nın 18 oktyabr 1991-cı il tarixli, 218 nömrəli qərarının arxiv arayışında torpaq sahəsinin sahəsi 5 ha, icarə müqaviləsində isə 3 ha qeyd edilmişdir. Bundan başqa, sözügedən torpaq sahəsinin yerini müəyyən edən texniki sənədlər müraciət ərizəsinə əlavə olunmamışdır. Həmçinin, sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olduğu müəyyən edilmişdir.

4. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, sözügedən torpaq sahəsi dövlət mülkiyyətinə verilən torpaqlara aiddir.

5. Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, sorğuda qeyd olunan icarə müqaviləsinə dair Abşeron rayon İcra Hakimiyyətində məlumat yoxdur. Sorğuda qeyd olunan müqavilənin müddəti 2006-cı ildə bitmişdir və iddiaçı tərəfindən həmin müddətin artırılması ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur.

6. Abşeron rayon İcra Hakimiyyətinin sonradan verdiyi xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 14 avqust 2024-cü il tarixli, 2-1(105)-792/2024 nömrəli sorğuya cavab verilərkən texniki səhvə yol verilərək iddiaçı tərəfindən müqavilə müddətinin artırılması ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinə müraciət olunduğu bildirilmişdir. Halbuki, həmin cümlədə “müraciət olunmadığı” qeyd olunmalı idi.

7. Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, torpaqların elektron kadastr uçot informasiya sisteminə əsasən sözügedən torpaq sahəsi kənd təsərrüfat ı təyinatlı olmaqla dövlət mülkiyyətindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 18 oktyabr 1991-ci il tarixli, 218 nömrəli “İcarə müqaviləsinin qeydə alınması” haqqında qərarı ilə iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin 2,4 ha hissəsi üzərində istifadə (icarə) hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron Rayon X1 İcraiyyə Komitəsinin 20 sentyabr 1991-ci il tarixli, 194 nömrəl i qərarı ilə İddiaçı MMC-yə icarə hüququ ilə 15 il müddətində 3 ha torpaq sahəsi ayrılmışdır. Həmin qərarda qeyd edilmişdir ki, əgər tərəflər arasında torpaqla bağlı hər hansı mübahisə mövcud deyildirsə, icarə hüququ yenidən 15 il müddətinə uzadılmış hesab edilməlidir. Göründüyü kimi, həmin torpaq sahəsi artıq 30 ildən çox müddətdir ki, İddiaçı MMC-nin istifadəsindədir. Bu səbəbdən də onun tərəfindən Abşeron rayonu, Xırdalan südçülük-tərəvəzçilik sovxozunda yerləşən İddiaçı MMC-yə icarə hüququ ilə ayrılmış 0,12 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət edilmişdir. Cavabdehin 06 yanvar 2023-cü il tarixli, 3-21-3-32/2-Q-01778/23 nömrəli məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Cavabdehin imtinası tamami lə əsassız olmaqla, onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur.

10. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Abşeron rayonu, Xırdalan südçülük-tərəvəzçilik sovxozunda yerləşən İddiaçı MMC-yə icarə hüququ ilə ayrılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının etibarnamə üzrə nümayəndəsi Vəkil1 4 saylı Abşeron Ərazi İdarəsinə 29 noyabr 2022-ci il, 25 iyul 2022-ci il və 19 iyun 2023-cü il tarixli müraciətləri olmuşdur. Aparılan araşdırma zamanı **********90, **********86 və 3-21-3-32/2-İ-0105-8/2023 nömrəli imtina bildirişlərinin Abşeron rayonu, Xırdalan südçülük-tərəvəzçilik sovxozunda yerləşən İddiaçı MMC-yə icarə hüququ ilə ayrılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair verildiyi, lakin iddia ərizəsində sözügedən ərazidə yerləşən 3 ha torpaq sahəsi üzərində hüquqların iddiaçının adına özəlləşdirilməsi tələbi qoyulduğu; müraciətlər üzrə əlavə edilmiş Abşeron rayon XDS İK-nın 18 oktyabr 1991-cı il tarixli, 218 nömrəli qərarı ilə iddia ərizəsində qeyd olunan müvafiq qərarın tarixi və nömrəsi arasında fərq olduğu; İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsinin sözügedən müraciətlərinin icrasından Abşeron rayonu, Xırdalan südçülük-tərəvəzçilik sovxozunda yerləşən torpaq sahəsinin ayrılmasına əsas olmuş Abşeron rayon XDS İK-nın 18 oktyabr 1991-cı il tarixli, 218 nömrəli qərarının arxiv arayışı və icarə müqaviləsində torpaq sahəsinin ölçüsü və icarə müddətinə münasibətdə uyğunsuzluq olduğu; icarə müddətinin bitdiyi; İddiaçı MMC tərəfindən 0,12 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət olunsa da, Abşeron rayon XDS İK-nın 18 oktyabr 1991-cı il tarixli, 218 nömrəli qərarının arxiv arayışında torpaq sahəsinin 5 ha, icarə müqaviləsində isə 3 ha qeyd edildiyi; sözügedən torpaq sahəsinin yerini müəyyən edən texniki sənədlərin müraciət ərizəsinə əlavə edilmədiyi; torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) və torpaq sahəsinin bir hissəsinin magistral su kəmərinin mühafizə zolağında yerləşdiyi; sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olması əsasları ilə imtina edildiyi mü əyyən olunmuşdur.

11. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: L.E.Mirzəyeva) 30 aprel 2024-cü il tarixli, 2-1(118)-373/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 18 oktyabr 1991-ci il tarixli, 218 nömrəli “icarə müqaviləsinin qeydə alınması” haqqında qərarı ilə iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin 2,4 ha hissəsi üzərində İddiaçı istifadə (icarə) hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.

12. Birinci instansiya məhkəməsinin əsaslandırması: 12.1. Torpaq sahəsinə dair ilkin baş planın və ya təsdiq edilmiş a yrıc aktının cavabdeh orqanda mövcud olmamasına münasibətdə qeyd olunmalıdır ki, qeyd olunan hal iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, iddiaçının icarəsində olan torpaq sahəsi digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşsəydi, bu hal başqa şəxslərin hüquqlarının pozulması ilə nəticələnmiş olardı. Lakin hazırkı mübahisədə torpaq sahəsi ilə bağlı hər hansı mübahisənin mövcudluğu müəyyən edilməmiş və qeyd edilən hal da cavabdeh orqan tərəfindən mübahisələndirilməmişdir. Bu səbəbdən də məhkəmə cavabdeh inzibati orqanın qeyd edilən dəlilini əsassız hesab edir. 12.2. Cavabdeh orqanın torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşməsi dəlilini araşdırmaq üçün aidiyyəti üzrə sorğu ünvanlamışdır. "xxxx" ASC-nin 18 sentyabr 2023-cü il tarixli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşmir. 12.3. Cavabdeh orqan imtinasının digər bir əsası kimi isə torpaq sahəsinin hüquqi rejiminə və təyinatına görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmasını qeyd etmişdir. Cavabdehin qeyd edilən dəlilinin hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədi ilə cavabdeh orqana sorğu ünvanlayaraq, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən və mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinə dair çıxarışların və onların verilməsinə əsas olmuş sənədlərin verilməsi xahiş edilmişdir. Cavabdeh orqanın 07 aprel 2024-cü il tarixli məktubu ilə mübahisəli torpaq sahəsinin ətrafın da yerləşən və mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinə dair çıxarışlar və onların verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Qeyd olunan sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri “kənd təsərrüfatı təyinatlı” kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda, işdə olan icarə müqaviləsi və xx.xx.1991-ci il tarixli aktdan müəyyən edilir ki, iddiaçının icarəsinə verilmiş torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə ayrılmışdır. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. 12.4. Cavabdeh orqan imtinasının sonuncu dəlili kimi isə torpaq sahəsinin faktiki ölçülərinin 2,4 ha olmasını göstərmişdir. Cavabdehin qeyd edilən dəlili də əsassızdır. Hazırkı iddia tələbində iddiaçı faktiki istifadəsində olan 2,4 ha torpaq sahəsi üzərində icarə hüquqlarının qeydiyyata alınmasını istəyir. Belə olan halda, qeyd olunan hal iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, iddiaçı sənəd üzrə göstərilmiş ölçüdən artıq torpaq sahəsindən istifadə etmiş olsaydı, bu hal başqa şəxslərin hüquqlarının pozulması ilə, həmçinin artıq torpaq sahəsindən qanunsuz istifadə ilə nəticələnmiş olardı. Lakin hazırkı halda iddiaçı nəinki artıq torpaq sahəsindən istifadə etmir, əksinə onun faktiki istifadəsində olan torpaq sahə sinin ölçüsü (müayinə aktına əsasən) sənəd üzrə qeyd edilmiş torpaq sahəsinin ölçüsündən azdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla, sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur.

13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: G.İ.Cabbarova /sədrlik edən və məruzəçi/, V.E.Əzizova və İ.R.Quliyev) 25 fevral 2025-ci il tarixli, 2-1(105)-47/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-373/2024 nömrəl i qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilməmişdir.

15. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 15.1. Kollegiya işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi icarə müqaviləsinin məzmununda müqavilənin müddəti 15 il qeyd edilmiş, müqavilənin müddəti 2006-cı il tarixdə bitmiş, icarəçi qismində çıxış edən iddiaçı tərəfindən müqavilə müddətinin uzadılması barədə icarəyəverənə indiyədək müraciət olunmamışdır. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin izahatı əsasında müəyyən edilmişdir ki, iddiaçı 2002-ci ilədək həmin torpaq sahəsindən istifadə etmiş, həmin ildən sonra hazırkı vaxtadək torpaq sahəsindən istifadə etməmiş, torpaq sahəsinə görə hər hansı məbləğdə icarə ha qqı ödəməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, indiki halda torpaq sahəsinin icarəyə verilməsinin əsasını təşkil edən icarə müqaviləsinin müddəti bitdiyindən (15 illik müddət), habelə hətta müvafiq qərar əsasında müəyyən edilmiş 25 illik icarə müddəti də əsas götürülsə belə, hər iki halda icarə müddətləri bitmişdir. Qanunvericiliyə əsasən icarə müddətinin bitməsi halı özlüyündə icarə münasibətlərinin xitamı üçün əsas qismində çıxış edir. 15.2. Kollegiya iddiaçının istinad etdiyi hal ilə bağlı onu qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən, torpaq sahəsinin icarəyə götürülməsi zamanı icarəçinin daşıdığı vəzifələrdən biri də məhz, icarə haqqının vaxtlıvaxtında ödənilməsi və torpaq sahəsindən təyinatına uyğun istifadə edilməsindən ibarət olmuşdur. İndiki halda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı hətta icarə müqaviləsinin qüvvədə olduğu müddətdə belə torpaq sahəsindən, ümumiyyətlə, istifadə etməmiş, habelə heç bir icarə haqqı ödəməmiş, habelə 2002-ci il tarixədək istifadə etdiyini bildirsə də, həmin dövrə aid icarə haqqının ödənilməsinə dair heç bir sübut təqdim etməmişdir. Göründüyü kimi, iddiaçı torpaq sahəsindən, ümumiyyətlə, istifadə etmədiyi halda, 20 ildən artıq müddət keçdikdən sonra icarə müqaviləsinin həmin bəndinə istinad etməsi müqavilənin, eləcə də qanunvericilik normasının mahiyyətinə və məqsədinə zidd olmaqla əsassızdır. Belə ki, torpaq icarəsi haqqında qanunvericiliyin dispozitiv şərtinə əsasən, torpaq icarəsi anlayışı icarə müqaviləsi əsasında əvəzi ödənilməklə torpaq sahəsindən müddətli istifad ə etməkdir. Torpaq icarə münasibətlərinin mahiyyəti isə icarəyəverən ilə icarəçi arasında torpaq sahəsi ilə bağlı yaranan hüquqi və iqtisadi əlaqələr üzərində yaranmış münasibətlərdir. Göründüyü kimi, icarəçi və icarəyəverən arasında torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilənin tərəfləri qismində icarəçinin əsas məqsədi icarə haqqı ödənilməsi müqabilində torpaq sahəsindən təyinatına uyğun istifadə etməklə öz maraqlarına uyğun ehtiyaclarının ödənilməsinin təmin edilməsi, icarəyəverənin isə mülkiyyətində olan torpaq sahəsini başqasının müvəqqəti istifadəsinə verməklə, icarə haqqı almaqla, iqtisadi maraqlarının təmin edilməsindən ibarətdir. Bu baxımdan kollegiya hesab edir ki, müqavilənin 3.1-ci bəndi mahiyyət etibarilə formal olaraq təfsir edilməməli, məhz həqiqi-real olaraq davam e dən icarə münasibətlərinin mövcud olduğu halda, həmin icarə münasibətlərinin davamlılığının həm icarəçinin, həm də icarəyəverənin hüquq və maraqlarının təmin olunması baxımından uzadılmış hesab edilməni ehtiva etməlidir. Göründüyü kimi, iddiaçı özünün belə, davam etdirilməsində marağı olmadığı, 20 ildən artıq bu münasibətlərin real olaraq mövcud olmadığı halda, müqavilənin həmin bəndinə istinad etməklə, müqavilə müddətinin uzadılmış olduğundan qüvvədə olması kimi hallara istinad etməkdə haqlı olmamış, formal olaraq həmin hala istinad etmişdir. 15.3. Həmçinin qeyd edilməlidir ki, hətta icarə müqaviləsinin özünün qüvvədə olduğu müddətdə belə icarə münasibətlərinin davamlılığı təmin edilmədiyi və real icarə münasibətləri mövcud olmadığı halda, iddiaçı hazırkı halda icarə münasibətlərinin da vamlılığının təmin edilməsini ehtiva edən müqavilə şərtinə istinad etmişdir. Bu hal isə özlüyündə həm müqavilənin mahiyyətinə və məqsədinə, habelə həmin müqavilə şərtinin özünün mahiyyətinə və məqsədinə birbaşa zidd olmuşdur. Belə olan halda kollegiya hesab edir ki, icarə müqaviləsinin müddəti bitdiyindən, tərəflər arasında həmin müqavilə üzrə yaranmış icarə münasibətlərinə xitam verilmişdir. 15.4. Həmçinin kollegiya hesab edir ki, iddiaçı müqavilənin müvafiq şərtinə əsasən müqavilənin qüvvədə olması ilə bağlı hallara əsaslandığından, iddia tələbinə mahiyyəti üzrə baxılaraq həmin hallara hüquqi qiymət verilməsi zəruri olmuşdur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, müqavilənin müvafiq bəndi məhz həqiqətən, mövcud olan icarə münasibətlərinin real olaraq davamlılığını özündə eh tiva etdiyindən, iddiaçının müqavilənin həmin bəndinə istinad etməklə, müqavilə münasibətlərinin qüvvədə olması barədə arqumenti əsassız olmuş və həmin əsasa istinad etməklə, qeyd edilən iddia tələbini irəli sürməkdə haqlı olmamışdır. Bundan əlavə, kollegiya qeyd edir ki, hətta icarə münasibətlərinin davamlılığı müəyyən edilsəydi belə, müvafiq qərar və icarə müqaviləsi əsasında iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin yerini müəyyən edən hər hansı sxem və ya digər sənəd həmin qərar və müqaviləyə əlavə edilmədiyindən, nəticə etibarilə məhz həmin qərar və müqavilə əsasında iddiaçının icarəsinə hansı torpaq sahəsinin verilməsinin müəyyən edilməsi mümkün deyil. Həmçinin, cavabdeh tərəfindən təqdim edilmiş müayinə aktının məzmunundan görünür ki, iddiaçının göstərdiyi torpaq sahəsi müay inə edilmiş, həmin torpaq sahəsində başqa şəxslərin istifadəsində olan fərdi yaşayış evləri mövcud olmuşdur. Belə olan halda, kollegiya hesab edir ki, qeyd edilən hallar da iddianın əsaslılığının müəyyən edilməsinə imkan vermir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, indiki halda tərəflər arasında uzadılmış icarə münasibətlərinin mövcud olmaması halı müəyyən edildiyindən, hətta həmin hal müəyyən edilmiş olsaydı belə, torpaq sahəsinin yeri bəlli olmadığından və bu hallar özlüyündə iddianın əsaslılığını istisna etdiyindən, iddia tələbinin digər imtina əsasları üzrə yoxlanılmasına zərurət qalmamışdır.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİN İN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

17. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində araşdırma aparılarkən məhkəmə mübahisəli torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələrinin hüquqi statusunun dəqiqləşdirilməsi ilə bağlı sorğu vermişdir. Həmin sorğuya cavab olaraq cavabdeh inzibati orqandan daxil olmuş xx.xx.2024-сü il tarixli məktubla iddiaçının üzərində hüquqlarının dövlət qeydiyyatına aldırmaq istədiyi torpaq sahəsinin ətrafında yerləşən və mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinə dair çıxarışlar və onların verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Bu sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən torpaq sahəl əri “kənd təsərrüfatı təyinatlı” olmaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinə baxarkən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün mühüm əhəmiyyət kəsb edən dəlilə, ümumiyyətlə, münasibət bildirmədən birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə qərarını ləğv etmişdir. Halbuki, apellyasiya instansiyası məhkəməsi tam səlahiyyətli məhkəmə instansiyası olaraq işin bütün hallarını araşdırmalı, o cümlədən birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün istinad etdiyi dəlilləri qiymətləndirməli idi. Bunu etməməklə apellyasiya instansiyası məhkəməsi qərəzsizlik və obyektivlik kimi hüquq prinsiplərinin və bərabərlik prinsipin in tələblərinə də əməl etməmişdir. İşdə olan mübahisəli torpaq sahəsinin ətrafındakı torpaq sahələrinin üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmasına dair sənədlər birinci instansiya məhkəməsi tərəfindən nümayiş etdirilmiş hüquqi mövqedə olduğu kimi, iddiaçının xeyrinə şərh olunmalı idi. Belə ki, iddiaçı MMC-yə ayrılmış torpaq sahəsi də kənd təsərrüfatı təyinatlı olmuş, iddiaçı cavabdeh inzibati orqana müraciətində və məhkəməyə iddia ərizəsində torpaq sahəsinin fərqli təyinatla qeydə alınmasını xahiş etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş bu və digər sənədlər həm də mühüm əhəmiyyət kəsb edən başqa bir xüsusatı da təsdiq etmişdir. Bu isə ondan ibarətdir ki, iddiaçının üzərində hüquqlarının qeydə alınmasını istədiyi torpaq sahəsi başqa fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə kəsişmir, üst-üstə düşmür və beləliklə, iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması nəticə etibarilə, başqa heç bir şəxsin hüquqlarını pozmayacaqdır.

18. İddiaçı MMC-nin nümayəndəsi (direktoru) Nümayəndə torpaq sahəsindən, ümumiyyətlə, istifadə edilməməsi ilə bağlı heç bir izahat verməmişdir. Nümayəndənin izahatı ondan ibarət olmuşdur ki, müəssisə yaradıldığı 1991-ci ildən müəyyən müddətə qədər həmin torpaq sahəsindən aktiv istifadə etmiş və icarə haqlarını vaxtında ödəmişdir. Müəyyən müddətdən sonra müəssisənin fəaliyyəti zəiflədiyindən torpaq sahəsindən istifadə məhdud olmuşdur. Bununla belə, iddiaçı MMC-nin həmin torpaq sahəsi üzərində hüquqlarını dövlət qeydiyyatına aldırmaqda məqsəd yenidən müəssisənin fəaliyyətini akt ivləşdirmək, torpaq sahəsindən də tam şəkildə istifadə etməklə icarəyə götürən qismində bütün vəzifələrin yerinə yetirilməsinə nail olmaqdır. İddiaçı MMC-nin nümayəndəsi izahatında onu da qeyd etmişdir ki, əvvəlki dövrlərdən ödənilməli olan icarə haqlarının da ödənməsi təmin ediləcəkdir. Məhkəmə nəzərə almamışdır ki, icarə müqaviləsi iki subyekt arasında bağlanmış razılaşmadır. Yəni, bu müqavilə münasibətlərində bir tərəfdən icarəyə götürən tərəf çıxış edirsə, digər tərəfdən icarəyə verən tərəf olur. Apellyasiya instansiyası məhkəməsi cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinə baxarkən icarə müqaviləsi üzrə verilmiş torpaq sahəsindən istifadə edilməməsi və icarə haqlarının ödənilməməsi dəlilinə istinad etdiyi halda, həmin icarə münasibətlərinin digər tərəfini, yəni icarəyə verəni müəyyən etməmiş, onun mövqeyini öyrənməmişdir. Digər tərəfdən, torpaq sahəsindən istifadə edilməməsi və icarə haqlarının ödənilməməsi halı varsa, icarə münasibətlərinin ikinci tərəfi olan icarəyə verənin bununla bağlı hər hansı bir fəaliyyətinin olub-olmaması, icarəyə götürəndən həmin torpaq sahəsindən istifadə etmədiyi və ya icarə haqqını ödəmədiyi halda torpaq sahəsindən çıxarılması ilə bağlı tədbir görüb-görmədiyi, hər hansı bir məsələ qaldırıb-qaldırmadığı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Əksinə, iş materiallarında icarə müqaviləsinin digər tərəfi olan icarəyəverən tərəfindən torpaq sahəsinin istifadə edilməməsi və ya icarə haqlarının ödənilməməsinə görə hansısa tədbirlərin görülməsinə, icarəyə götürəndən hansısa addımların atılmasının tələb edilməsinə və ən əsas ı icarə müqaviləsinin ləğv edilməsinə dair hər hansı sübutlar mövcud deyil. Belə olan halda, icarə müqaviləsinin 3.1ci bəndini tətbiq edilərək icarə müqaviləsinin uzadılmış hesab edilməsi iddiaçı MMC-nin hüquqlarının və mənafelərinin qorunması baxımından ən doğru hüquqi nəticə hesab edilməlidir. Onu da nəzərə almaq lazımdır ki, icarə müqaviləsinin 3.1-ci bəndinin tətbiq edilməsi o halda mümkün ola bilər ki, icarəyəverən tərəfindən müqavilənin şərtlərinin dəyişdirilməsi və ya müqaviləyə xitam verilməsi barədə müqavilə müddətinin bitməsinə qədər hər hansı bir məsələ qaldırılmış olmasın. İşdən göründüyü kimi, icarəyə verən tərəfindən müqavilə müddətinin bitməsinə qədər və ondan sonra müqavilə şərtlərinin dəyişdirilməsi, müqavilə şərtlərinə əməl edilmədiyinə görə müqaviləyə xitam verilməsi ilə bağlı hər hansı bir təşəbbüs irəli sürülməmiş, heç bir inzibati və ya hüquqi addım atılmamışdır. Başqa sözlə, kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, mülkiyyət hüququnun realizə edilməsi üçün iddiaçı MMC-nin istinad etdiyi hüquqmüəyyənedici sənəd hazırda qüvvədə olan, heç bir qurum tərəfindən mübahisələndiriməyən, nəticə etibarilə hüquqi anlamda ləğv edilməyən, xitam olmayan, qüvvədən düşməyən icarə müqaviləsi və icarə müqaviləsinin qeydə alınması haqqında qərardır. Nəzərə alınmalı digər bir məqam ondan ibarətdir ki, iddiaçı üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasına dair torpaq sahəsinin təyinatı ilə bağlı hər hansı bir dəyişikliyin edilməsi niyyətində olmayıb və deyil. Başqa sözlə, torpaq sahəsinin ayrılması barədə qərarda və digər sənədlərdə həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi müəyyən edildiyindən, iddiaçı da ona ayrılmış 2,4 ha torpaq sahəsinin tam olaraq kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi rəsmiləşdirilməsi niyyətindədir.

19. İddiaçı MMC-yə torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilənin və həmin müqavilənin qeydə alınması haqqında Abşeron rayon XDS İcraiyyə Komitəsinin 18 oktyabr 1991-ci il tarixli, 218 nömrəli qərarı əsasında həmin torpaq sahəsi üzərində iddiaçı MMC-nin hüquqlarının dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, həmin qərar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1ci maddəsinə əsasən torpaq sahəsi üzərində iddiaçının hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə

14. Kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün torpaq sahələri

1. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini aşağıdakı qaydalarla əldə edirlər: “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından ayrılan payların xüsusi mülkiyyətə verilməsi; bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması; dövlət və xüsusi mülkiyyətdə olan torpaqlardan istifa dəyə və icarəyə, bələdiyyə mülkiyyətində olan torpaqlardan isə icarəyə torpaq sahəsi götürülməsi....

3. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə

73. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları

1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda;... torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə;... istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilm ədikdə; torpaq vergisi və icarə haqqı üzrlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə;... 22. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Torpaq icarəsi anlayışı Torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Maddə

3. Torpaq üzərində icarə münasibətləri İcarəyəverənlə icarəçi arasında yaranan hüquqi və iqtisadi əlaqələr torpaq üzərində icarə münasibətləridir. Maddə

4. İcarə münasibətlərinin obyektləri Torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Azərbaycan Respubl ikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Maddə

9. Torpaqların icarəyə verilməsi şərtləri Torpaqlar icarəyə verilərkən aşağıdakı şərtlərə əməl edilir:... torpaqların təyinatı üzrə istifadə edilməsi;... Maddə

10. Torpaqların icarəyə verilməsinin ümumi qaydaları Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi il ə torpağın dövlət icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət icarəsinə və ya elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi istisna olmaqla, bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahələri istisna olmaqla, digər dövlət və bələdiyyə torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır.... Maddə

11. Torpaq icarə müqaviləsi İcarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Torpaq icarəsi müqaviləsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun tərtib olunmalıdır. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulmalıdır: icarəyəverən və icarəçinin adları, hüquqi ünvanları, digər rekvizitləri, onların hüquq və vəzifələri; torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və təyinatı barədə məlumatlar; icarənin müddəti, icarə haqqı, ona yenidən baxılması şərtləri və ödənilmə qaydaları; torpaqların istifadəsi, m ühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri; müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı qaydası; müqavilənin şərtlərinin pozulması ilə bağlı tərəflərin məsuliyyəti və mübahisəli məsələlərin həlli qaydası. Torpaq icarəsi müqaviləsində torpağın subicarəyə verilməsi, satın alınması, torpaq və mülki qanunvericiliklə müəyyən edilmiş digər şərtlər də nəzərdə tutula bilər. Maddə

12. Torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatı Torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Maddə

13. İcarənin müddətləri Torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qayd ada bağlanan müqavilədə təsbit olunurlar. Maddə

14. İcarə haqqı Torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir.... Maddə

15. Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Torpağı icarəyə verən hüquqi şəxsin yenidən təşkil edilməsi, habelə torpaq mülkiyyətçisinin hüququnun başqa şəxsə keçməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun vaxtından əvvəl ləğv edilməsi üçün əsas ola bilməz. Bu Qanun qüvvəyə mindikdən sonra icarəyə götürülmüş dövlət və bələdiyyə torpaqları özə lləşdirilərkən icarəyəverənin hüquqları yeni mülkiyyətçiyə keçir. İcarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada, onun hüquqi varislərinə keçir. 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməs inə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;.... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz ə mlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3 -cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildi yi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələr i məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin və birinci instansiya məhkəməsinin qərarında istinad edilən dəlilləri təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə 2,4 ha torpaq sahəsi üzərində istifadə (icarə) hüququnun daşı nmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olaraq iddianın təmin edilməməsi barədə qərar qəbul etmişdir.

31. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Qeyd edilməlidir ki, hazırkı kassasiya şikayətində istinad edilən dəlillərlə bağlı apellyasiya icraatında tam və hərtər əfli araşdırma aparıldığından, kassasiya şikayətinin həmin dəlillərinə yenidən hüquqi qiymət verilməsinə də zərurət qalmır.

33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2025-ci il tarixli, 2-1(105)-47/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar