Məhkəmə qərarları › İş №2-1(102)-2017/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2017/2020

04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2017/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tikilinin sökülməsinə görə kompensasiya şdənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi və cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) kompensasiya ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-451/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri, Yasamal rayonu, Ak.A.Qarayev küçəsi, 29 nömrəli fərdi yaşayış evinin ¼ hissəsi, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü ildə aparılmış qeydiyyata əsasən iddiaçının mülkiyyətində olmuş, Yasamal rayonunun “Sovetski” adlandırılan hissəsində yerləşən həmin ev dövlət ehtiyacları üçün sökülmüş, lakin mülkiyyətçiyə nəzərdə tutulan kompensasiya ödənilməmişdir.

2. İddiaçı sökülmüş evinə görə ona çatacaq kompensasiyanın ödənilməsi üçün xx.xx.2018-ci ildə poçt vasitəsilə müraciət ünvanlamış, lakin həmin müraciət xx.xx.2018-ci ildə alınmasına baxmayaraq cavabdeh ona cavab verməmi ş və ona kompensasiyanın ödənilməsi təmin olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdehnə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Ak.A.Qarayev küçəsində yerləşən 29 nömrəli fərdi yaşayış evinin mülkiyyətində olmuş ¼ hissənin sökülməsinə görə 147.780 manat kompensasiyanın dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən, Bakı şəhərinin Yasamal rayonu ərazis ində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan kimi Bakı şəhər Cavabdeh müəyyən edilmişdir. Mübahisə predmeti olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi Nazirlər Kabinetinin adı çəkilən qərarının təsiri altına düşmüşdür. “xxxx” MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 15 00 manat və digər sahələr üzrə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** manat arasında qiymətləndirilmişdir. Cavabdeh tərəfindən müxtəlif tarixlərdə, həmin evin paylı mülkiyyətçilərinə alğı-satqı qaydasında pul ödənilməklə ev satın alınmışdır. Lakin iddiaçının mülkiyyət hüquqları pozularaq onunla hər hansı müqavilə bağlanmamış, kompensasiya ödənilməmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnamələrinə əsasən həmin ünvanda yerləşən iki mərtəbəli, texniki pasport üzrə ümumi sahəsi 251.9 kv.m, yaşayış 128.4 kv.m, yardımçı 123.5 kv.m-dən ibarət 16 otaqlı yaşayış sahəsinə ¼ hissədən qalan (“A” literli tikilinin 1-ci mərtəbəsinin 9.90 kv.m-lik 15 saylı, 13.60 kv.m-lik 16 saylı, 3.90 kv.m-lik 17 saylı, 1.3 kv.m-lik 18 saylı və 17.20 kv.mlik 19 saylı otaqları, eləcə də həmin pasport üzrə “A” tikilisinin 2-ci mərtəbəsinin 3.0 kv.mlik 1 saylı, 5.0 kv.m-lik 2 saylı, 20.50 kv.m-lik 2 saylı, 20.50 kv.m-lik 3 saylı və 7.70 kv.mlik 4 saylı tikililəri) hissədə ayrılaraq naturada iddiaçıya verilməsi qət edilmişdir. Eyni zamanda iddiaçıya məxsus hissədə Cavabdeh ilə X6 və X2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli fərdi yaşayış evinin istifadə hüququnun alğı-satqı müqavilələri etibarsız hesab edilmiş, X3 ödənilmiş 58.888 manat və X1 ödənilmiş 74.847 manat kompensasiya məbləğlərinin Cavabdehnə geri qaytarılması qət edilmişdir.

5. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının mübahisəli sahəyə dair mülkiyyət hüquqları məhkəmə qərarı əsasında əmələ gəlmişdir. Yəni iddiaçının tikiliyə mülkiyyət hüququ Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli qərarından sonra yaranmışdır. Kompensasiya almaq hüququ həmin qərar verilənə qədər mülkiyyət hüququ olan şəxslərə aid edilir. Bundan başqa, Ak.A.Qarayev küçəsi, ev 29 ünvanında yerləşən fərdi yaşayış evinin qalan ¼ hissəsinə görə Cavabdeh ilə X6 və X2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən, müvafiq olaraq 58.888 manat və 74.847 manat kompensasiya ödənilmişdir. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1913/2019 saylı 02 oktyabr 2019-cu il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşmiş fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olmuş ¼ hissəsinə görə 133.735 manat məbləğində kompensasiya ödənilməsi vəzifəsi Cavabdehnə həvalə edilmiş, i ddia qalan hissədə təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh etirazda göstərdiyi hallar, iş materialları ilə təkzib olunduğundan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ¼ hissədən qalan (“A” literli tikilinin 1-ci mərtəbəsinin 9.90 kv.m-lik 15 saylı, 13.60 kv.m-lik 16 saylı, 3.90 kv.m-lik 17 saylı, 1.3 kv.m-lik 18 saylı və 17.20 kv.m-lik 19 saylı otaqları, eləcə də həmin pasport üzrə “A” tikilisinin 2-ci mərtəbəsinin 3.0 kv.m-lik 1 saylı, 5.0 kv.m-lik 2 saylı, 20.50 kv.m-lik 2 saylı, 20.50 kv.m-lik 3 saylı və 7.70 kv.m-lik 4 saylı tikililəri) hissəsinin İddiaçı məxsus olması, həmin hissəyə görə səhvən Cavabdeh ilə X6 və X2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilələrin etibarsız hesab edilərək, onlara ödənilən 58.888 manat və 74.847 manat pul məbləğinin Cavabdehnə geri qaytarılması məhkəmə qətnamələri ilə qərara alındığından, həmin hissənin satılması ilə əlaqədar olaraq İddiaçı Cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alqı-satqı qaydasında alınaraq, pul məbləğinin ödənilməsi sübuta yetirilmədiyindən iddia təmin edilməlidir.

7. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-451/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakimlər H.Həmidov (sədrlik edən və məruzəçi), E.Nağıyeva və V.Baxışova) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-19132019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmə dən qüvvədə saxlanılması qərara alınmışdır.

9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri 11.1 Kassasiya şikayətində göstərilir ki, mövcud inzibati praktikaya əsasən evin əsas və köməkçi sahələri üçün hər kv.m-ə görə ödənilən 1.500 manat bütün kompensasiya növləri, o cümlədən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan əlavələri ehtiva edir. Lakin bir inci instansiya məhkəməsi iddiaçıya məxsus sahələrə görə kompensasiya hesabladığı zaman məhkəmə təcrübəsində təşəkkül tapan və geniş tətbiq edilən əsas və köməkçi sahələrin hər kv.metrini 1.500 manatdan hesablaması üsulunu tətbiq etməmişdir (Ali Məhkəməsinin İzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1 (102)-2348/2019 saylı qərarında kompensasiya hesablanması məsələsinə münasibət bildirilmişdir). Əksinə, kompensasiya hesablayan zaman qanunvericiliklə nəzərdə tutulmayan və heç bir məhkəmə təcrübəsinə əsaslanmayan metodla kompensasiya məbləği müəyyən etmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, X6 və X4 ilə Cavabdeh arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi və ümumilikdə onlara ödənilmiş 133.735 manat alan orqana qaytarılması barədə məhkəmə qətnaməsi olduğu ü çün onlara ödənilmiş 133 735 manat məbləğində pul İddiaçı ödənilməlidir. Halbuki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun 56-cı maddəsi ilə kompensasiyanın qiymətləndirilməsində nəzərə alınmalı olan amillər sırasında belə bir amil yoxdur. Birinci instansiya məhkəməsi iddiaçıya məxsus hissəyə (82,1 kv. m.) görə sahənin hər kv.metrini 1.500 manatdan hesablamalı olsaydı, kompensasiya məbləği hər iki məhkəmələrin qərarlarında göstərilən 133.735 manatdan dəfələrlə az olacaqdı. 11.2. Hər iki instansiya məhkəməsi işin obyektiv araşdırılması üçün Ələskərli Fikrətin və Ələskərli Həqiqətin istifadəsində və sahibliyində olmuş sahələrin ölçülərini və kompensasiya məbləğini əks etdirən müstəqil ekspert “xxxx” MMC tərəfindən tərtib edilmiş qiymətləndirm ə cədvəllərini və tikililərin sxemlərini məhkəməyə təqdim edilməsini tələb etməmişdir və onlara hüquqi qiymət verməmişdir. b. Kassasiya şikayətinə qarşı etiraz

12. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

14. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüy ü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 15.9. Dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacla rı üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyeklərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədilə alınır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qull uq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Maddə 246 bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) qəbul edir Maddə 246.1. Torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır Maddə 246.2. Torpaq sahəsinin alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Maddə 246.3. Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi bu Məcəllənin 246.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən sonra 90 təqvim günündən tez və 180 təqvim günündən gec olmayaraq bu Məcəllənin 247-ci maddəsinin tələblərinə əməl olunması şərti ilə alınan torpaq sahəsini azad etməlidir. Maddə 246.4. Mülkiyyətçinin müraciəti ilə müvafiq icra hakimiyyəti orqanı bu maddədə göstərilən müddətləri dəyişə bilər. Maddə 246.5 Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara) da şamil edilir. 16. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz to rpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir.

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdi m olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. A pelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Kassasiya şikayətinin tikilinin qiymətinin düzgün müəyyən olunmaması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası bildirir ki, cavabdeh iddiaçının mülkiyyətində olan tikiliyə görə səhvən Fikrət Ələskərliyə və Həqiqət Ələskərliyə cəmi 133.735 manat məbləğində kompensasiya ödənilmişdir. Bu fakt Yasamal RİH-nin Fikrət Ələskərliyə və Həqiqət Ələskərliyə qarşı ödənilmiş kompensasiya məbləğinin geri qaytarılması tələbinə dair iddiası üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnməsində iddiaçının nümayəndəsinin izahatı kimi əksini tapmışdır. Adı çəkilən qatnamə ilə iddia tələbi təmin edilmişdir.

22. X5 və Həqiqət Ələskərliyə cəmi 133.735 manat məbləğində kompensasi ya ödənilməsi hazırki iş materiallarına əlavə olunmuş sənədlərlədə (Qiymətləndirmə rəyləri ilə) təsdiq olunur. İşin bu halları, onu deməyə əsas verir ki, iddiaçıya məxsus olan tikilinin kompensasiyasının 133.735 manat təşkil etdiyini cavabdeh Fikrət Ələskərliyə və Həqiqət Ələskərliyə kompensasiya ödəyərkən mübahisəsiz fakt kimi qəbul etmişdir. Hazırki işə baxılanda isə, cavabdeh kompensasiyanın özü tərəfindən müəyyən olunmuş məbləğini mübahisələndirir. Lakin bununla bağlı hər hansı sübut təqdim etmir, ağlabatan dəlil irəli sürmür, formal əsaslardan çıxış edir. Kompensasiya almaq hüququ olan şəxsin dəyişməsi, daşınmaz əmlakın dəyərinin dəyişməsinə səbəb olan hal deyildir və əsaslı səbəb olmadığı halda əmlakın yenidən qiymətləndirilməsinə gətirib çıxarmır.

23. Bundan başqa, cavabdeh birinci instansiya məhkəməsində iddia tələbinə qarşı etiraz dəlillərində, habelə apelyasiya şikayətində kompensasiyanın məbləği ilə bağlı mübahisə açmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası kompensasiyanın məbləği ilə bağlı kassasiya şikayətinin dəlillərinin əsassız hesab edir.

24. Apelyasiya instansiyası məhkəməsi işin halları əsasında düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur.

25. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(103)-451/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar