Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2017/2021 28.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmasının qanunsuz hesab edilməsi və iddiaçıya pensiya hüququnun yarandığı 07 mart 2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1931/2021 nömrəli, 05 avqust 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür.
2. İddiaçıya məxsus hərbi bilet və əmək kitabçasına əsasən, o, 04.05.1979-cu ildən 01.06.1981-ci ilə qədər Sovet ordusu sıralarında hərbi xidmət keçmiş, 21.08.1981-ci ildə 3 nömrəli futlyar istehsalı sexinə plastmass məmulatların presləyicisinin şagirdi kimi qəbul edilmiş, 10.11.1981-ci ildə ona plastmass məmulatlarının birinci dərəcəli presləyicisi, 23.10.1984-cü ildə plastmass məmulatlarının ikinci dərəcəli presləyicisi, 21.06.1985-ci ildə plastmass məmulatlarının üçüncü dərəcəli presləyicisi vəzifəsi verilmişdir. 05.09.1985-ci ildə SSRİ cihazqayırma nazirliyinin nazir müavininin 15.08.1985-ci il tarixli 315 nömrəli əmrinə əsasən, Bakı zərgərlik zavodunun adı dəyişdirilərək Bakı “Zərgərsənaye” İstehsalat Birliyi adlandırılmış, iddiaçı 05.05.1991-ci ildə 1 nömrəli sexə usta zərgərin şagirdi kimi keçirilmiş, 12.11.1991-ci ildə ona usta zərgər peşəsi verilmişdir. 11.08.1992 -ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.06.1992-ci il tarixli 306 nömrəli Qərarına əsasən, Bakı “Zərgərsənaye” İstehsalat Birliyinin adı dəyişdirilərək Azərbaycan “Zərgərsənaye” İstehsalat Birliyi adlandırılmış, 16.07.2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. 3. "xxxx" MMC-nin arayışına əsasən, iddiaçı 10.11.1981-ci ildən 04.05.1991-ci ilədək plastik kütlədən məmulatlarının presləyicisi və 12.11.1991-ci ildən 16.07.2012-ci ilədək zərgər-quraşdırıcı peşələrində, keçmiş Azərbaycan “Zərgərsənaye” İstehsalat Birliyində işləmişdir.
4. İddiaçı ərizə ilə cavabdehə bir neçə dəfə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmişdir.
5. Cavabdeh s onuncu dəfə 27 noyabr 2020-ci il tarixli, **********3 nömrəli məktubla müraciətin təmin olunasından imtina edərək bildirmişdir ki, onun ümumi iş stajı 25 ildən (18 il 4 ay 7 gün), güzəştli stajı isə 12 il 6 aydan az ( 6 il 19 gün) təşkil etdiyindən, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən (hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 13010, 48 manat təşkil edir) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanun vericiliyin tələbləri baxımından mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmasının qanunsuz hesab edilməsi və iddiaçıya pensiya hüququnun yarandığı 07 mart 2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddianın əsaslarına görə, iddiaçı xx xxxx 1960-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildən 1981-ci il tarixinədək hərbi xidmətdə olmuşdur. 21 avqust 1981-ci ildən 16 iyul 2012-ci ilədək Bakı Zərgərlik Zavodunda, sonralar Azərbaycan “Zərgərsənaye” İst ehsalat Birliyi və "xxxx" MMC-də müxtəlif işlərdə işləmişdir. 16 iyul 2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. Güzəştli şərtlərlə pensiya təyin olunması üçü cavabdehə müraciət etmiş, müraciəti təmin olunmamaşdır. İddiaçı hesab edir ki, 01.01.2006-cı il tarixədək 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajını topladığından 57 yaşından ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidr. Odur ki, cavabdehin imtinası əsassız olmuşdur.
8. Bakı İnzibati Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 2-1(112)-3446/2021 saylı qərarı ilə (hakim: M.T.Hacıbəyova) iddia təmin edilmiş, cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtinası qanunsuz hesab edilmiş, iddiaçıya 57 y aşı tamam olduğu 07 mart 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə 01.01.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında (2150700a— 19553) nəzərdə tutulan- zərgər və bədii məmulatları qaralayanlar peşəsində güzəştli iş stajı 14 il 01 ay 20 gün, ümumi iş stajı 26 il 05 ay 09 gün olduğundan, onun 57 yaşı tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. İddiaçının iddia ərizəsində göstərdiyi iş stajı əmək kitabçası, "xxxx" MMC-nin arayışı, “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivinin 08 iyun 2020-ci il tarixli, 78 nömrəli arxiv arayışları və əmək kitabçası ilə təsdiq edilir.
10. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1931/2021 nömrəli iş üzrə 05 avqust 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: S.İ.Bəktaşi, hakimlər: A.S.Hüseynov və V.M.Məmmədov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 2-1(112)-3446/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə z ərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
15. Lakin, iddiaçının Filiala təqdim etdiyi sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, onun ümumi və güzəştli iş stajı qanunda qeyd ed ilən müddətlərdən azdır. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalnın aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 13010,48 manatdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 19. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şərait i zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddinin 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
20. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pen siyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları» Bənd 4.1.3 Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Bənd 4.1.10 Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qan unun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; Bənd 4.1.11 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallar da 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə tərkibi hesab edir ki, cavabdehin şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdə liyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
26. Apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, cavabdeh isə apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qərardan kassasiya şikayəti vermişdir.
27. Cavabdeh kassasiya şikayətində iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün ümumi və güzəştli iş stajının olmamasını, həmçinin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyini əsas gətirərək iddia tələbinin rədd edilməsini xahiş edir.
28. Məhkəmə tərkibi iş materiallarındakı sənədlərə və yuxarıda qe yd edilmiş normalara əsaslanmaqla hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlili əsassızdır. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin b) bəndinə əsasən, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajı və azı 12 il 6 ay güzəştli iş stajını tamamlaması lazımdır.
29. İş materiallarından olan sənədlərə əsasən iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı 04.05.1979-cu ildən 01.06.1981-ci il tarixə kimi hərbi xidmət keçmişdir. (2 il 28 gün). Əmək kitabçasının qeydlərinə əsasən, o, 21.08.1981-ci il tarixdən 16.07.2012-ci il tarixədək Azərba ycan “Zərgərsənaye” İstehsalat Birliyində (əvvəlki adı Bakı zərgərlik zavodu) işləmişdir (01.01.2006-cı il tarixədək 24 il 4 ay 11 gün).
30. İddiaçının güzəştli stajına münasibətdə isə məhkəmə tərkibi bildirir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.
31. İş materiallarında olan arayışlara əsasən, id diaçının 10.11.1981-ci il tarixdən 04.05.1991-ci tarixədək (9 il 5 ay 25 gün) Azərbaycan “Zərgərsənaye” İstehsalat Birliyində işlədiyi plastik kütlədən məmulatların presləyicisi peşəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısının XXXİİİ ümumi peşələr bölməsinin 23200000-11159 şifrində və 12.11.1991-ci il tarixdən 16.07.2012-ci il tarixədək (01.06.2006-cı il tarixədək 14 il 6 ay 20 gün) Azərbaycan “Zərgərsənaye” İstehsalat Birliyində işlədiyi zərgər-quraşdırıcı peşəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmi ş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısının XİV metal emalı bölməsinin 2150700a-19553 şifrində nəzərdə tutulmuş vəzifələrə uyğun olması müəyyən edilmişdir.
32. Belə ki, "xxxx" MMC-in direktoru tərəfindən verilmiş izahlı arayışdan görünür ki, iddiaçı 10.11. 1981-cı ildən - 04.05.1991-ci ilədək plastik kütlədən məmulatlarının presləyicisi və 12.11.1991-ci ildən- 16.07.2012-ci ilədək zərgər - quraşdırıcı peşələrində, keçmiş Azərbaycan “ Zərgərsənaye” İstehsalat Birliyində işləmişdir. İşlədiyi müddətdə plastik kütlədən buraxılan məmulatların içərisinə gedən parça materialların üzərinə əvvəlcədən hazırlanmış (lateks, maye şüşə, silikon yağı, taxta kleyi, pva, ammyak və kimyavi bor turşusu) qarışığ ını xüsusi avadanlıqdan istifadə edərək təzyiqlə vurmaqla məşğul olmuşdur. Həmin qarışığın tərkibində zərərli maddələrin təhlükəsizliyi 3-cü sinifdən aşağı olmayan məhlullardan ibarət olmuşdur. Həmçinin, termoplastavtomatda plastik kütlədən müxtəlif məmulatların hissələrini presformalarının köməyi ilə presləmişdir. Texnoloji prosesinə görə, presləmə vaxtı presformada plastik kütlənin yanması nəticəsində istilik əmələ gəlir və insan orqanizminə zərərli maddələr ayrılır. İş vaxtı presformanın termoplastavtomatda oturulması və iş rejiminin təyin edilməsi prosesində iştirak etmişdir. Odur ki, yuxarıda göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 saylı qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzi fələrin və göstəricilərin siyahısı”nın
35. Ümumi peşələr bölməsinin tərkibində zərərli maddələrin təhlükəsisliyi 3-cu sinifdən aşağı olmayan məhlullarla hissə və məlumatların hopdurulması ilə məşğul olan bakelitçilər hopdurucular peşəsinə və plastik kütlədən məmulatların presləyiciləri peşəsinə uyğun gəlir. Göstərilənləri nəzərə alaraq, həmin peşələrdə işləyən şəxslər əmək şəraitinə görə güzəştli şərtlərə görə, yaşa görə pensiyaya çıxmaq hüququ vardır. İşlədiyi müddətdə iddiaçı nümunə əsasında fərdi qaydada əl ilə zərgərlik məmulatları və onların hissələrini bədii səviyyədə hazırlamışdır.
33. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivinin 08 iyun 2020-ci il tarixli, 78 nömrəli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivində saxlanılan maliyyə sənədlərinə əsasən müəyyən edilmişdir ki, iddiaçı Bakı Zərgərlik zavodunda (sonralar Azərbaycan “Zərgərsənaye” İstehsalat Birliyi) bərkidici şagirdi, bərkidici, zərgərquraşdırıcı şagirdi və zərgər-quraşdırıcı vəzifələrində işləyərkən 1981-ci ilin avqust ayından 1995-ci ilin dekabr ayına kimi, 2001-ci ilin yanvar ayından 2008-ci ilin aprel ayına kimi, 2010-cu ilin sentyabr ayından 2011-ci ilin aprel ayına olan dövr üçün əmək haqqı almışdır
34. Cavabdehin kassasiya şikayətində mübahisələndirdiyi digər məsələ iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlıdır.
35. Bununla əlaqədar olaraq məhkəmə tərkibi qey d edir ki, iddiaçıya münasibətdə 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” qanun tətbiq edilir. Həmin qanuna əsasən isə pensiya təyin edilməsi üçün ümumiyyətlə pensiya kapitalı və ya pensiya kapitalının minimum məbləği nəzərdə tutulmamışdır.
36. Göründüyü kimi, iddiaçı hərbi xidmət dövrü də nəzərə alınmaqla 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun güzəştli iş stajına dair arayış təqdim edildiyindən, “Əmək pensiy aları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin b) bəndinə əsasən, onun 57 yaşdan (07.03.2017-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
37. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1931/2021 saylı iş üzrə 05 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.