Məhkəmə qərarları › İş №2-1(102)-2017/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2017/2022

26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2017/2022 26.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraatın dayandırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), hakimlər Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X4) sərəncamın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 avqust 2022-ci il tarixli 2-1(103)-2513/2022 nömrəli qərardadından iddiaçı tərəfind ən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 26 fevral 2016-cı il tarixli 33 nömrəli sərəncamına əsasən Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində 644-cü məhəllədə yerləşən bir mərtəbəli ümumi sahəsi 164,85 kv.m. olan qeyri-yaşayış sahəsi X2 adına sənədləşdirilmişdir.

2. Hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, İddiaçı ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binası üzərində xüsusi mülkiyyət hüququ, 0,01947 ha. torpaq sahəsi üzərində isə istifadə hüququ rəsmiləşdirilmişdir (daşınmaz əmlakın reyestr nömrəsi **********3506301; qeydiyyat nömrəsi **********; qeydiyya t tarixi 17 may 2016-cı il) İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat 3. İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sərəncamın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətində olmaqla, müasir üslubda, şəhərin və yerləşdiyi ünvanda parkın təbii görünüşünə, şəhərsalma və memarlıq dizaynına uyğun olaraq yerləşir, ictimai iaşə obyekti kimi yüksək keyfiyyətlə xidmət göstərməklə hazırda da fəaliyyətdədir və iddiaçı tərəfindən istifadə olunur. 2022-ci ilin yanvar ayında sözügedən qeyri-yaşayış sahəsinə dair n otariat əməliyyatı aparmaq istədikdə məlum olmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində əmlakın üzərində Bakı İnzibati Məhkəməsinin bildirişinə əsasən məhdudiyyət qoyulmuşdur. İddiaçı X2 iddiası üzrə işə məhkəmə tərəfindən baxılaraq 28 dekabr 2021-ci il tarixli 2-1(112)- 9048/2021 saylı qərar çıxarılmışdır. İddiaçının müraciəti əsasında 28 dekabr 2021-ci il tarixli qərarın surəti, K.Əliyevanın iddia ərizəsi, ona qoşulmuş sənədlərin sırasından Bakı şəhəri Nəsimi RİH başçısının 26 fevral 2016-cı il tarixli 33 nömrəli sərəncamının, 52 saylı MKİS-in nəzarətçisinin və İcra Hakimiyyətinin RT Şöbəsinin müdirinin imzası ilə təsdiq edilmiş sxemin, Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 26 may 2016-cı il tarixli məktubunun surəti ona təqdim olunmuşdur. İddiaçı hesab edir ki, mülkiyyətind ə olan qeyri-yaşayış sahəsinə dair vətəndaş X1 adına sənədləşdirilmə aparılmasına dair Nəsimi RİH başçısının 33 nömrəli 26 fevral 2016-cı il tarixli sərəncamı qanunsuz olmaqla, onun mülkiyyət hüquqlarına birbaşa qəsddir. Cavabdeh inzibati orqan hazırkı iddia ilə ləğvi tələb olunan inzibati aktı qəbul etməklə, Azərbaycan Respublikası Konstitusiyasının, “İnzibati icraat haqqında” Qanunun, Şəhərsalma və Tikinti Məcəlləsinin, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və digər normativ-hüquqi aktların tələblərini pozmuşdur. Qanunsuz inzibati aktı qəbul edərkən cavabdeh inzibati orqan, həmin sərəncamın qəbulu üçün hər hansı faktiki və hüquqi əsasları göstərməmişdir. Çünki, belə bir sərəncamın qəbul edilməsi üçün Nəsimi RİH başçısının hər hansı faktiki və hüquqi əsasları mövcud olmamışdı r.

5. Məhkəmənin 2-1(112)-6432/2022 saylı, 12 may 2022-ci il tarixli qərardadı ilə X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

6. Cavabdeh məhkəməyə “iş üzrə icraatın dayandırılması barədə” vəsatət təqdim etmişdir.

7. Vəsatətdə bildirilir ki, X4 həm ona verilmiş sərəncamı, həm də İddiaçı heç bir subyektiv hüquq olmamasını təsdiq edən sənədləri əsas gətirərək sonuncuya verilmiş mülkiyyət hüququna dair qeydin ləğv edilməsi barədə iddia qaldırmış, həmin iddiaya Bakı İnzibati Məhkəməsində baxılmış və iddiası təmin edilmişdir. Daha sonra İddiaçı qərardan apellyasiya şikayəti vermiş, eyni zamanda Könül Əliyevaya verilmiş sərəncamın ləğvinə dair hazırkı iddianı qaldırmışdır. İnzibati iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. İPM-in 7-ci maddəsinə əsasən mübahisənin h əllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibatı mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. Hazırkı işin taleyi məhz Bakı Apellyasiya Məhkəməsindəki inzibati işin nəticəsindən asılıdır. Belə ki, İddiaçı verilmiş reyestrdən çıxarışın, yəni mülkiyyət hüququna dair qeydin ləğv edilmə əsasları həmin işdə kompleks şəkildə araşdırılır, təkcə X3 verilmiş sərəncam deyil, bütövlükdə İddiaçı verilmiş və özünün ərizəsi ilə sonradan ləğv edilmiş sərəncamın əsasında çıxarışın alınma “əsasları” aydınlaşdırılır. Odur ki, hazırda inzib ati iş üzrə düzgün qərar qəbul edilməsi üçün mütləq qaydada Bakı İnzibati Məhkəməsində olan iş dayandırılmalı, iddiaçı X2 iddiası üzrə Bakı Apellyasiya Məhkəməsindəki icraat üzrə işin yekunlaşdırılmasını gözləmək zərurəti vardır.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6432/2022 saylı, 12 may 2022-ci il tarixli qərardadı ilə (hakim R.L.Kərimli) cavabdehdən Bakı şəhəri Nəsimi RİH-in “icraatın dayandırılması barədə” vəsatəti təmin edilmiş, hazırkı iş üzrə icraatın Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2-1(103)-1556/2022 saylı iş üzrə yekun qərar qəbul edilib qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır.

9. Məhkəmə hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 21(103)-1556/2022 saylı iş üzrə mübahisə predmetini hazırkı İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisində inşa edilmiş qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqları təşkil edir və müvafiq əmlaka iddiaçının bu ləğvi, onun hazırkı iddianı qaldırmaq üzrə subyektiv hüququnun mövcudluğuna təsirsiz deyil. Belə olan halda məhkəmənin qənaətinə görə hazırkı iş üzrə icraatın Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2-1(103)-1556/2022 saylı iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəyə minənədək dayandırılması məqsədəuyğundur.

10. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6432/2022 saylı, 12 may 2022-ci il tarixli qərardadının ləğv edilməsi, cavabdehin vəsatətinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir b. Apellyasiya instansiyası məhk əməsində icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2513/2022 nömrəli 3 avqust 2022-ci il tarixli qərardadı ilə (sədrlik edən: A.S.Hüseynov, hakimlər: S.İ.Bəktaşi və H.Ü.Həmidov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6432/2022 saylı, 12 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsinə və icraatın dayandırılmasına dair cavabdeh inzibati orqanın vəsatətinin rədd edilməsinə dair yeni qərardad qəbul edilməsinin xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. Birinci insta nsiya məhkəməsinin yol verdiyi qanunsuzluğu eynilə təkrarlayan apellyasiya instansiyası məhkəməsi sadalanan maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, qanunsuz və əsassız məhkəmə aktı qəbul etməklə, iddiaçının faktiki olaraq mülkiyyət hüququna əsassız müdaxilə edən qanunsuz inzibati aktı məhkəmədə mübahisələndirmək hüququndan məhrum etmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, “Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2-1(103)1556/2022 nömrəli iş üzrə mübahisə predmetini hazırkı İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisində inşa edilmiş qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqları təşkil etdiyindən və müvafiq əmlaka iddiaçının bu ləğvi, onu n hazırkı iddianı qaldırmaq üzrə subyektiv hüququnun mövcudluğuna təsirsiz olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq hazırkı iş üzrə icraatın Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2-1(103)-1556/2022 nömrəli iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəyə minənədək dayandırılması barədə qərar qəbul etmişdir”.

16. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi məhz Bakı İnzibati Məhkəməsinin qanunsuz, Konstitusiya və İPM-in 7-ci maddəsinin tələblərinə zidd qərardadındakı mövqeyini olduğu kimi təkrar etmişdir. Halbuki, Konstitusiyanın 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilmişdir. Məhkəmələr öz mülahizəsi ilə çəkişən tərəflərdən seçim apararaq – inzibati orqanın hüququnun daha üstün olmasına qər ar verə bilməzlər. Bu halda, “məhkəmə müdafiəsi hüququ” artıq öz əhəmiyyətini itirir və belə hüquq inzibati orqanın özbaşına, qanunsuz hərəkətlərinə məğlub olur.

17. Apellyasiya instansiyası məhkəməsi iş üzrə tətbiq etməli və tələbinə əməl etməli olduğu İPM-in 7-ci maddəsinin məzmununu qərardadında yazsa da, bu müddəanın mənasını anlamamış, düzgün təfsir edə bilməmiş və nəticədə bu müddəanın tələbini kobudcasına pozmuşdur. Əslində İPM-in 7.1-ci maddəsi tətbiq olunmaqla Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2-1(103)-1556/2022 nömrəli işin icraatı dayandırılmalıdır ki, müvafiq Kollegiya məhz qanunun bu tələbinə riayət etmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, K.Əliyeva məhz Nəsimi RİH-in 33 nömrəli 26 fevral 2016-cı il tarixli sərəncamına istinad edərək mülkiyyət hüququnun dövlət qeydiyyatının ləğvinə dair iddia qaldırmışdır. Bu baxımdan, K.Əliyeva mülkiyyət hüququnun ləğvinə dair iddiasına “subyektiv hüquq”unun əsasında – məhz Nəsimi RİH başçısının sərəncamı durur. Buna görə də iddiaçıya münasibətdə qanunsuz və əlverişsiz hesab etdiyi, mülkiyyətində olan əmlaka dair özgəsinin adına rəsmiləşdirmə aparılmasını tənzimləyən inzibati aktın ləğvinə dair iddia qaldırmışdır. Bu halda, nəinki hazırkı işin icraatı dayandırılmalıdır, əksinə, Bakı Apellyasiya Məhkəməsindəki işin icraatı dayandırılmalıdır. Yuxarıda istinad edildiyi kimi, mülkiyyət hüququna müdaxilə edilən, qanunsuz hesab etdiyi inzibati aktı mübahisələndirmək konstitusion hüququdur.

19. Həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin 23 iyun 2021-ci il tarixli, 2(102)3520/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-29/2021 nömrəli iş üzrə 4 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsinə qarşı İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi “daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir.

20. Bütün yuxarıda göstərilənlərə əsasən, iddiaçı kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 avqust 2022-ci il tarixli, 2-1(103)2513/2022 nömrəli qərardadının ləğv edilməsinə və icraatın dayandırılmasına dair cavabdeh inzibati orqanın vəsatətinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

22. İnzibati Prosessual Məcəllə Maddə 7.1. Mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. Maddə 7.2. İnzibati məhkəmə icraatının gedişind ə mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhk əmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hazırkı iş üzrə icraatın Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2-1(103)-1556/2022 nömrəli iş üzrə yekun qərar qəbul edilib qanuni qüvvəyə minənədək dayandırılması barədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6432/2022 nömrəli, 12 may 2022-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gələrkən belə hesab etmişdir ki, “Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2- 1(103)-1556/2022 saylı iş üzrə mübahisə predmetini hazırkı İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisində inşa edilmiş qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqları təşkil etdiyindən və müvafiq əmlaka iddiaçının bu ləğvi, onun hazırkı iddianı qaldırmaq üzrə subyektiv hüququnun mövcudluğuna təsirsiz olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq hazırkı iş üzrə icraatın Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2-1(103)-1556/2022 saylı iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəyə minənədək dayandırılması barədə qərar qəbul etmişdir”.

26. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi özü qeyd edir ki, iddiaçının mübahisə predmetinə çevrilmiş qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqları vardır.

27. Qeyd edilməlidir ki, bu fakt işin 8-ci səhifəsində olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinin İddiaçı sözügedən qeyriyaşayış sahəsinə dair verdiyi 17 may 2016-cı il tarixli, seriya RX, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla təsdiq olunur. Eyni zamanda, adıçəkilən çıxarışın hazırda qüvvədə olması Ali Məhkəmənin Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli, 2(102)-3520/2021 nömrəli qərarı ilə də müəyyən olunur. Yəni, həmin məsələ işin təkzibolunmaz halını təşkil edir.

28. Bununla yanaşı qeyd edilməlidir ki, hazırkı iş üzrə mübahisə predmeti olan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının 33 nömrəli, 26 fevral 2016-cı il tarixli sərəncamı sözügedən qeyri-yaşayış sahəsinin vətəndaş X1 adına sənədləşdirilməsi barədədir. Yəni K.R.Əliyevanı n mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışı yoxdur.

29. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, daşınmaz əmlaka mülkiyyət hüququ həmin əmlaka aid digər hər hansı bir inzibati aktdan daha yüksək hüquqi qüvvəyə malik olduğundan (Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri) hazırkı iş üzrə icraat deyil, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2-1(103)-1556/2022 nömrəli iş üzrə icraatın dayandırılması məsələsi müzakirə edilməli, hazırkı iş üzrə icraat təzələnərək davam etdirilməlidir.

30. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilmiş hər iki işin birləşdirilərək bir icraatda baxılmaqla həll edilməsi, qanuna daha uyğun olmaqla, həm də ədalətli və obyektiv olacaqdır.

31. Belə olan halda, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-2513/2022 nömrəli 3 avqust 2022-ci il tarixli qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

32. Şərh edilənləri və İPM-in 96-cı və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2513/2022 nömrəli 3 avqust 2022-ci il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar