Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2017/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüquqları ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın dəyişdirilməsi (paylı mülkiyyət hüququnun qeydiyyata alınması)) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası, Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrin in 1 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair aparılmış qeydiyyatda dəyişiklik edilərək, ümumi sahəsi 353,9 kv.m olan həmin evə iddiaçıların hər birinə 1/8 pay olmaqla paylı mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)130/2023 nömrəli, 11 may 2023-cü il tarixli qərarından iddiaçılar tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1965-ci ilin aprel ayında tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid paspor t” un surəti ilə müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən 4 saylı ev ölçüsü 353,9 kv.m olmaqla X12 və Tubu Eyvaz qızının paylı mülkiyyətində olmuşdur.
2. Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 22 fevral 2003-cü il tarixli, 2V-İ-53 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.1985-ci il tarixdə ölmüş X5 vərəsələri iddiaçılardır.
3. Bakı şəhəri, Qədirli küçəsi, dalan 5-də yerləşən, 10 otaqlı, 114,2 kv.m yaşayış sahəsi və 185, kv.m ümumi sahəsi olan 4 saylı fərdi yaşayış evinin 1/8 hissəsi İddiaçı1, 1/8 hissəsi X1, 1/8 hissəsi İddiaçı2, 1/8 hissəsi İddiaçı3, 1/8 hissəsi X2, 1/8 hissəsi X6, 1/8 hissəsi X14 mülkiyyəti kimi qeydiyyatdan keçmiş və adlarına Bakı ŞİH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfin dən FM seriyalı, 020806 nömrəli qeydiyyat vəsiqəsi tərtib edilmişdir. Qeydiyyat vəsiqəsi 175 saylı reyestr kitabının 7912-ci səhifəsində 30/907 nömrə ilə 17 aprel 2003-cü il tarixdə qeydiyyata alınmışdır. 4. ünvan 3 ünvanında yerləşən 4 saylı ev paylı mülkiyyətdə olmaqla 1/8 hissə X7, 2/8 hissə X14, 1/8 hissə İddiaçı1, 1/8 hissə X1, 1/8 hissə İddiaçı2, 1/8 hissə İddiaçı3 və 1/8 hissə X3 mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və adlarına RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
5. İddiaçılar həmin qeydiyyatda dəyişiklik edilməsi və ümumi sahəsi 353,9 kv.m olan həmin evə hər birinə 1/8 pay olmaqla paylı mülkiyyət hüquqlarının qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın ve rilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2020-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və hal-hazırda sökülmüş fərdi yaşayış evinə dair verilmiş sənədlər qanunamüvafiq qaydada tərtib edilərək verilmişdir. Belə ki, iddiaçı tərəfindən ərizədə qeyd olunan sənədlər (texniki pasportda qeyd olunan 225,7; 9,7; 21.3; 7,3; 4.6 kv.m) təqdim olunmuş texniki pasportda öz əksini tapmış yaşayış evlərinin və həyət tikililərinin tikintialtı sahəsidir. Qeyd olunan mülk söküldüyündən, naturada yerini təyin etmək mümkün olmamışdır. Bu səbəbdən də ərizənin icrası mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair aparılmış qeydiyyatda dəyişiklik edilərək iddiaçıların ümumi sahəsi 353,9 kv.m olan həmin evə hər birinə 1/8 pay olmaqla paylı mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1965-ci ilin aprel ayında Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən X8 adına verilmiş çıxarışa əsasən, 1-ci Razyezdnoy küçəsi, 5-ci dalan, 4 nömrəli ev yarı payda X9 məxsus olmuşdur. Həmin mülk vərəsəlik qaydasında vərəsələr olan iddiaçılara keçmişdir. Belə ki, vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş vərəsənin əmlakına qanun üzrə vərəsəlik hüququ haqqında 11 mart 2003-cü il tarixdə Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş şəhadətnamədən görünür ki, xx.xx.1985-ci ildə vəfat etmiş X8 vərəsələri iddiaçılardır. Şəhadətnamə verilən əmlak vərəsəliyi qəbul etmiş, lakin bu vərəsəlik hüquqlarını rəsmiləşdirmədən xx.xx.1983-cı il tarixdə vəfat etmiş X4 arvadı və qızlarıdır. Şəhadətnamə verilən əmlak Bakı şəhəri Texniki İnventarlaşdırma Bürosunun verdiyi qeydiyyat vəsiqəsinə əsasən, ünvan 5 ünvanında 4/8 paydan ibarət mülk olmuşdur. Yəni ümumi mülkün (353,9 kv.m) yarısı iddiaçılara miras qalmışdır. Həmin şəhadətnamə əsasında cavabdeh İddiaçı1 adına çıxarış verərkən miras mülkün iddiaçılara düşən payın yarı hissəsinə (1 85,1 kv.m) səhvən digər yan hissədə payları olan üç şəxsin adı da göstərilmişdir. Halbuki onların mülkün iddiaçılara aid hissəsində payları yoxdur, onların payı ümumi mülkün digər 1/2 hissəsindədir. Lakin, Bakı ŞİH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi xx.xx.2003-cü il tarixdə İddiaçı1 adına FM seriyalı, 020806 saylı qeydiyyat vəsiqəsi verərkən aşkar yanlışlığa yol verərək, Bakı şəhəri, Qədirli küçəsi, dalan 5-də 10 otaqlı 114,2 kv.m yaşayış sahəsi, 185.1 kv.m ümumi sahəsi olan 4 saylı fərdi yaşayış evinin İddiaçı1 adına 1/8 payda, digər payçılar üzrə X1 adına 1/8 payda, İddiaçı2 adına 1/8 payda, İddiaçı3 adına 1/8 payda, X2 adına 1/8 payda, X6 adına 1/8 payda, X14 adına 2/8 payda xüsusi mülkiyyət hüququnu qeydiyyatdan keçirmiş və bu barədə 175 saylı reyestr kitabında 7912 səhifədə 30/907 nömrə ilə 17 aprel 2003-cü il tarixdə qeydiyyat aparılmışdır. Halbuki, qeyd olunan ünvana dair İddiaçı1 adına yeni qeydiyyat vəsiqəsi verilərkən həmin ünvana dair 1965-ci ilin aprel ayında Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən X8 adına verilmiş çıxarışa əsasən (175 nömrəli kitabın 7912-ci səhifəsi) 1-ci Razyezdnoy küçəsi, 5-ci dalan 4 nömrəli ev-mülkün yarı payda X9, digər hissəsi isə X22 və X10 məxsus olması nəzərə alınmamışdır. Həmin evə dair çəkilmiş Planla da 1-ci Razezdnoy küçəsi, 5-ci dalan 4 nömrəli ev yarı payda X22 və Tubu Eyvaz qızına, qalan yarı payda X9 məxsus olması qeyd olunmuşdur. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri, Oktyabr rayonu, Qədirli küçəsi, dalan 5, ev 4-ə dair Tubu Eyvaz qızı və X9 məxsus şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid 1965-ci ilin aprel ayında çəkilərək təsdiq olunmuş pasportda tikililərin və həyətə məxsus torpağın ümumi sahəsinin 353,9 kv.m olması göstərilmişdir. Pasportda həmin sahənin 85,3 kv.m-nin həyət torpağı, qalanın isə (225,7; 9,7; 21,3; 7,3 və 4,6 kv.m.) yaşayış otaqları və digər tikililərin olduğu əks olunmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən 2003-cü ildə ünvan 8 evə dair qeydiyyat vəsiqəsi verilərkən qeyd olunan pasportda göstərilən tikililərin ümumi sahəsi 268,6 kv.m (353,9 – 85,3 = 268,6) göstərilməli olduğu halda, tərtib olunmuş yeni arayışda ümumi sahə 353,9 kv.m göstərilməklə dəyişikliyin olmaması göstərilsə də, yeni qeydiyyat vəsiqəsində ümumi sahə səhvən 185,1 kv.m kimi qeyd olu nmuşdur ki, bu da iddiaçıların xüsusi mülkiyyətdə paylarının yarı hissədə azaltmaqla mülkiyyət hüquqlarını kobud surətdə pozmuşdur. İddiaçıların qeydiyyatı aparılmamış həmin aşkar mülki hüquqlarının bərpa edilməsi (ya ümumi miras mülkün-353,9 kv.m 1/8 hissəsinə paylara dair yeni çıxarışın verilməsi ya da iddiaçıların yarı payında adı yazılan digər vərəsələrin adını xaric etməklə yarı payın hər birinə 1/4 hissədə göstərilməklə yeni çıxarışın verilməsi yolu ilə) və iddiaçıların adına müvafiq payda yeni çıxarış və texniki pasportun verilməsi barədə qanuni tələbləri əsassız olaraq cavabdeh tərəfindən təmin edilməmişdir. Cavabdehin hərəkətləri nəticəsində iddiaçıların ümumi paylı mülkiyyətdə olan payları əhəmiyyətli dərəcədə azalmışdır. Cavabdeh yanlışlığını könüllü olaraq düzəltməkdən imtina etdiyindən, həmin yanlışlığın düzəldilməsi vəzifəsinin məhkəmə qaydasında ona həvalə edilməsinə zərurət yaranmışdır.
8. Cavabdehin iddiaya qarşı yazılı etirazının dəlilləri iddiaçıların müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.
9. Bakı İnzibati Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2-1(112)-7277/2021 nömrəli qərarı ilə (hakim R.L.Kərimli) iddia təmin edilmiş, Daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 5-ci dalan, ev 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair aparılmış qeydiyyatda dəyişiklik edilərək iddiaçıların ümumi sahəsi 353,9 kv.m olan həmin evə hər birinə 1/8 pay olmaqla paylı mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Məhkəmənin möv qeyi ondan ibarət olmuşdur ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi mərhum X11 məxsus olmuş və onun vəfatından sonra miras əmlaka onun vərəsələri kimi hazırkı iddiaçılar bərabər həcmdə pay almışlar. Bu paylar ümumi sahəsi 353,9 kv.m olan həmin evin 1/8 hissəsi kimi mərhum X11 məxsus olmuş əmlakın 1/4 hissəsini təşkil edir, çünki, mərhuma aid hissə ümumi əmlakın yarısıdır. Lakin hazırkı işin hallarına görə daşınmaz əmlakın dövlət reyestrində həmin evə iddiaçıların mülkiyyət hüquqları Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1965-ci ilin aprel ayında verilmiş pasport və vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında qeydiyyata alınsa da, aparılmış qeydiyyatda iddiaçıların 353,9 kv.m ümumi sahəsi olan evə yox, onun yarısı həddində – 185,1 kv.m olan evə 1 /8 pay üzrə hüquqları əks olunmuşdur. Halbuki, onların hər birinin 1/8 payı ümumi sahəsi 353,9 kv.m olan fərdi yaşayış evinə münasibətdədir. Belə olan halda məhkəmə hesab etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 5-ci dalan, ev 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair aparılmış qeydiyyatda dəyişiklik edilərək iddiaçıların ümumi sahəsi 353,9 kv.m olan həmin evə hər birinə 1/8 pay olmaqla paylı mülkiyyət hüquqları qeydiyyata alınmalıdır.
11. Məhkəmə cavabdehin dəlil kimi təqdim etdiyi hala münasibətdə də qeyd etmişdir ki, müvafiq fərdi yaşayış evi hazırda mövcud olmasa da (sökülsə də), həm iddiaçıların gələcəkdə digər hüquqlarının, o cümlədən kompensasiya alınması hüququnun həyata keçirilməsində çıxış edə bilən zəruri təminat kimi bərp a olunmalıdır, həm də nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Odur ki, məhkəmənin qənaətinə görə cavabdehin iddiaçıların müraciəti üzrə reyestrdə aparılmış qeydiyyatın dəyişdirilməsindən (düzəliş edilməsindən) imtinası qanuna zidd və iddiaçıların hüquqlarının pozulmasına səbəb olan kimi qiymətləndirilməlidir.
12. Cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2023-cü il tarixli, 2-1(103)-130/2023 nömrəli qərarı ilə (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/ V.Ə.Baxışova və R.Ə.Qurbanov) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7277/2021 nömrəli, 28 dekabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.
14. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı ŞİH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 020806 nömrəli qeydiyyat vəsiqəsinə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Qədirli küçəsi, dalan 5-də yerləşən, 4 saylı fərdi yaşayış evinin yaşayış sahəsi 114,2 kv.m və ümumi sahəsi 185.1 kv.m-dir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, hazırda əmlak söküldüyündən naturada yerin i təyin etmək mümkün deyildir. 27 sentyabr 2017-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından göründüyü kimi, ünvan 3, 4 saylı evin ümumi sahəsi 185,1 kv.m-dir, xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. Texniki pasportda qeyd olunan “A” tikilisi-225,7; “B” tikilisi-9,7; “V” tikilisi-21,3; “İ” tikilisi-7,3; “İİ”-tikilisi-4,6 kv.m texniki pasportda öz əksini tapmış yaşayış evlərinin və həyət tikililərinin tikintialtı sahələridir. Daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş və hal-hazırda sökülmüş fərdi yaşayış evinə dair verilmiş sənədlər qanunamüvafiq qaydada tərtib edilərək verilmişdir. Belə olan halda cavabdehin imtinası qanuni və əsaslı olmuş, iddiaçıların hüquqları pozulmamışdır.
15. İddiaçılar kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
16. İddiaçıların kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq e dilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunma sına dair şəhadətnamələr, mənzil sertifikatı;... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... 8.0.8. Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əml ak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda.
19. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış tor paq sahələrinə dair – Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qə rardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instan siyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərin ə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
24. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etməl əri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
25. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edən şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin ayrı-ayrı d əlillərinə münasibətdə təkrar olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
27. Mübahisəyə dair iş materiallarına əlavə olunmuş Bakı ŞİH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı, 020806 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinin yaşayış sahəsi 114,2 kv.m və ümumi sahəsi 185.1 kv.m-dir.
28. Cavabdeh inzibati orqan tərəfindən apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş 27 sentyabr 2017-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, ünvan 9 ünvanda yerləşən evin ümumi sahəsi 185,1 kv.m-dir, xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçirilmişdir. Texniki pasportda əksini tapmış ölçülər yaşayış evlərinin və həyət tikililərinin tik intialtı sahələrinin ölçüləridir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, həmin əmlak söküldüyündən və hazırda mövcud olmadığından, onun naturada yerini və ölçülərini obyektiv olaraq müəyyən etmək mümkün deyildir. Mübahisə predmeti olan həmin evin sökülməsi və faktiki olaraq hazırda mövcud olmaması işin mübahisələndirilməyən halıdır və iş üzrə materiallarla təsdiq olunur.
30. Hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən qeydiyyat vəsiqəsinin ilkin sənədlərdə, o cümlədən də texniki pasportda əksini tapmış ölçülərə uyğun tərtib olunduğu iş üzrə materiallarla təsdiq olunur. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası həm də həmin daşınmaz əmlak söküldüyü üçün hazırda onun ölçülərinin obyektiv olaraq müəyyən edilməsinin mümkün olmadığından da çıxış edir. Bu zaman həmçinin qeydiyyat vəsiqəsind ə əksini tapmış ölçülərin yanlış olduğunu iddia edən iddiaçıların həmin əmlak sökülənə qədər qeyd olunan yanlışlığın aradan qaldırılması üçün uzun zaman kəsiyində müvafiq tədbirlərin görülməməsinin iddiaçıların məsuliyyət sferasına aid olduğu da nəzərə alınmışdır.
31. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2023-cü il tarixli, 21(103)-130/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.