Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2018/2019 09.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlundan, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yan ında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dаir Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-51/2019 saylı iş üzrə 27 fevral 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 09 iyul 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı xx.xx.1957-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. O, 10.05.1976-cı ildən 31.05.1978-ci ilədək hərbi xidmətdə olmuş, 06.08.1979-cu ildən 04.07.1980-ci ilədək X3nin Avtobazasında çilingər, 23.09.1980-ci ilədək 03.04.1983-cü ilədək X1nda (hazırkı adı - "X1" ATSC) maşinist, 03.04.1983-cü ildən 01.11.1984-cü ilədək ələkçi, 01.11.1984-cü ildən 16.03.1989-cu ilədək maşinist, 16.03.1989-cu ildən 04.01.1999-cu ilədək ekskavator maşinisti, 04.01.1999-cu ildən 30.09.2002-ci ilədək isə "X2" firmasında ekskavatorçu işləmişdir. "xxxx" ASC-nin 19.02.2018-ci il tarixli *** nömrəli arayışına əsasən isə iddiaçı 29.08.1975-ci ildən 23.04.1976-cı ilədək "X3" İstehsalat Birliyinin xxxx Məmulatları Zavodunda (hazırkı adı - "xxxx" ASC) qayışlara üzçəkən işləmişdir. İddiaçı 23.09.1980-ci ildən 04.01.1999-cu ilədək və 04.01.1999-cu ildən 30.09.2002-ci ilədək "X1" ATSC-də ekskavator maşinisti və "X2" firmasında ekskavatorçu işlədiyi müddətin güzəştli iş stajı kimi hesablanması və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün DSMF-nin Mingəçevir şəhər şöbəsinə müraciət etmişdir. Cavabdehin 13.07.2017-ci il ta rixli 57/1963 nömrəli cavab məktubunda bildirilmişdir ki, "X1" ATSC-nin 14.06.2017-ci il tarixli 09 nömrəli güzəştli arayışı "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” ilə üzləşdirilmiş və müəyyən olunmuşdur ki, 23.09.1980-ci ildən 04.01.1999-cu ilədək maşinist, ələkçi, ekskavator maşinisti peşələri qeyd olunan Siyahının tikinti materialları istehsalı bölməsinin Dəmir-beton və beton məmulatlarının istehsalı yarımbölməsində nəzərdə tutulmamışdır. Ekskavator maşinistləri Siyahıda Dağ mədən işləri bölməsində nəzərdə tutulub. Odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat ların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun olaraq 12 il 6 ay güzəştli iş stajı olmadığından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün hesab edilməmişdir. İmtinanı qanunsuz iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 29.08.1975-ci ildən 23.04.1976-cı ilədək "X3" İstehsalat Birliyinin xxxx Məmulatları Zavodunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, 16.03.1989-cu ildən 04.01.1999-cu ilədək "X1" ATSC-də ekskavator maşinisti və 04.01.1999-cu ildən 30.09.2002-ci ilədək "X2" firmasında ekskavatorçu işlədiyi müddətin güzəştli iş stajı kimi hesablanması və 13.07.2014-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə q oyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ekskavator maşinisti işlədiyi zaman suyun dərin qatlarından qum, çınqıl, gil qarışıqlı kütlənin çıxarılmasında lazım olan işləri görmüş və bütün iş günü ərzində ağır və zərərli iş şəraitində çalışmışdır. Onun məzuniyyətinə hər il 6 gün əlavə olunmuş, gündəlik paltar və sabunla təmin olunmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 06 mart 2018-ci il tarixli, 2-1(84)-192/2018 saylı qərarı ilə (hakim - V.K.Qasımov) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinin üzərinə İddiaçı 29.08.1975-ci ildən 23.04.1976-cı ilədək "X3" İstehsalat Birliyinin xxxx Məmulatları Zavodunda işlədiy i müddətin sosial sığorta stajına daxil edilməsi, 16.03.1989-cu ildən 04.01.1999-cu ilədək "X1" ATSC-də ekskavator maşinisti və 04.01.1999-cu ildən 30.09.2002-ci ilədək "X2" firmasında ekskavatorçu işlədiyi müddətin güzəştli iş stajı kimi hesablanması və ona 13.07.2014-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-226/2018 saylı iş üzrə 10 may 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 06 mart 2018-ci il tarixli 2-1(84)-192/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi koll egiyasının 17 oktyabr 2018-ci il tarixli, 2-1(102)-1585/2018 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 may 2018-cı il tarixli, 2-1(107)-226/2018 saylı qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Şəki Apellyаsiyа Məhkəməsinin İnzibаti-İqtisаdi Kollegiyаsının 27 fevral 2019-cu il tarixli, 2-1(107)-51/2019 saylı qərarı (sədrlik edən və məruzəçi hakim – A.M.Eyvazov, hakimlər – R.Ə.Əliyev və İ.H.Şükürov) ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisаdi Məhkəməsinin 06 mart 2018-cı il tаrixli, 2-1(84)-192/2018 sаylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Ş əki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-51/2019 saylı, 27 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, 01 yanvar 2006-cı il tarixdən Azərbaycan Respublikasında vətəndaşların pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. İddiaçı 57 yaşı tamam olan tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraiti xüsusilə ağır olan işlərdə çalışan kişilərin 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin (əmək şəraiti xüsusilə ağır olan) işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün 3 şərt tələb olunur: 1) “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinə əsasən yaş həddinin tamam olması; 2) azı 25 il sığorta stajının olması; 3) 12 il 6 ay Azərbaycan Respublikas Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sına uyğun güzəştli iş stajının olması. İddiaçı 57 yaşı 2014-cü ildə tamam olmuşdur. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün müraciət etmiş, 29.08.1975-ci il tarixdən 23.04.1976-cı ilədək xxxx zavodunda işləməsi barədə heç bir sənəd təqdim etməmişdir. İddiaçı verilən imtina məktubunda həmin dövrdə işləməsinin sosial sığorta stajına hesablanması barədə heç bir qeyd olmasa da, onun 29.08.1975-ci tarixdən 23.04.1976-cı ilədək “X3” İstehsalat Birliyinin xxxx Məmulatları zavodunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmuşdur. İddiaçı 16.03.1999-cu il tarixədək “X1” ATSC-də (əvvəllər Mingəçevir Çınqıl-Beton zavodu), 04.01.1999-cu ildən 30.09.2002-ci il tarixədək “X2” firmasında ekskavator maşinisti peşəsində işləmişdir. Onun işlədiyi iş stajını müəyyənləşdirərkən işlədiyi peşənin və göstəricilərin Siyahısında işlədiyi sahə üzrə peşələrə uyğunluğu baxılmalı idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmi edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin Siyahısı”nda Tikinti materialları istehsalı, Dəmir-beton və beton məmulatlarının istehsalı bölməsində, Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri və Ümumi peşələr bölmələrində ekskavator maşinisti peşəsi qeyd edilməyib. Tərəflərin izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bild irişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı is ədəyişdirilmədən saxlanılmalıdır. İddiaçının 57 yaşı 13.07.2014-cü ildə tama m olmuşdur. Həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Apellyasiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyənləşdirilməsinə yönəlmiş araşdırma ilə iddiaçının 57 yaşının tamam olduğu tarixə onun 25 ildən artıq ümumi və 12 il 6 a ydan artıq xüsusi sosial sığorta stajına malik olduğu müəyyən edilmişdir. Ona görə də, məhkəmə haqlı olaraq iddianı əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respubli kası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini vəəmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması qaydalarının 3.1.1-ci bəndinə əsasən, qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi X1 A.T.S.C-dən verilən 07 fevral 2019-cu il tarixli, 05 nömrəli arayışdan görünür ki, İddiaçı 23 sentyabr 1980-cı il tarixdə 22 sentyabr 1980-cı i l tarixli 102/k saylı əmrlə 5 saylı sahəyə 3-cü dərəcəli maşinist işinə keçirilib. 07 avqust 1981-ci il tarixdə 168/a saylı əmrlə 5 saylı sahəyə 4-cü dərəcəli maşinist işinə keçirilib. 03 aprel 1983-cü il tarixli 31/a saylı əmrlə 6 saylı sahəyə 3-cü dərəcəli ələkçi işinə keçirilib. 01 noyabr 1984-cü il 257/a saylı əmrlə 6 saylı sahəyə 4-cü dərəcəli maşinist işinə keçirilib. 16 mart 1989cu il tarixli 54/k saylı əmrlə 3 saylı sahəyə 4-cü dərəcəli ekskavator maşinist işinə keçirilib. 01 iyun 1994-cü il tarixli 63/k saylı əmrlə 1 saylı sahəyə 5-ci dərəcəli ekskavator maşinisti işinə keçirilib. Suyun dərin qatlarından qum, çınqıl-gil qarışıqlı kütlənin çıxarılmasında lazım olan işlər görmüş və bütün iş günü ərzində ağır və zərərli şəraitdə yerinə yetirmişdir. Bütün maşinist və ələkçi işlərinin zərərli və ağır iş şəraitində yerinə yetirildiyi üçün onun məzuniyyətinə hər il üçün 6 gün əlavə olunmuş, gündəlik paltar və sabunla təmin olunmuşdur. İddiaçı iş şəraiti ağır olduğundan və işlədiyi maşinist və maşinist ekskavator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının 1.2.1-ci bölməsindəki açıqda dağ-mədən işləri və yer səthində işlər siyahısında göstərildiyinə görə güzəştli şərtlərlə və yaşa görə əmək pensiyası almaq hüququ verilir. Belə ki, "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarının 1.2.1ci bəndində “açıqda dağ-mədən işləri və yer səthind ə işlər” sahəsində ekskavotor maşinisti peşəsi qeyd olunmuşdur. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-51/2019 saylı iş üzrə 27 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2018/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2018/2019
09.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver