Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2018/2020 27.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı “müvəqqəti xarakterli müdafiə tədbiri haqqında” ərizəsinə dair iş üzrə QƏRARİ (İş № 2-1(102)-2018/2020) (Açar sözlər: müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi; bank hesabına qoyulmuş sərəncamın icrasının dayandırılması; işin hallarının araşdırılması prinsipinə dair normaların tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X2 və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizəsinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 05 avqust tarixli 2-1(103)1216/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən İddiaçınə əsassız olaraq hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə 57928,39 manat borcun silinməsi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış və ödənilməmiş qalan 20656,55 manat borcun ödənilməsi müddətlərinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdən daha gec müddətə – 5 il müddətinə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. İddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə müraciət edərək cavabdeh tərəfindən İddiaçı “xxxx” ASC-də olan ******************** saylı hesablaşma hesabına qoyulmuş icra (ödəniş) sənədi olan xx.xx.2019-cu il tarixli, **********7AS saylı sərəncamın icrasının müvəqqəti olaraq dayandırılmasını xahiş etmişdir.
3. İddiaçı, həmçinin ərizə ilə müraciət edərək məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmək üsulu kimi İddiaçı əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilməsini xahiş etmişdir.
4. İddiaçı ərizəni on unla əsaslandırmışdır ki, cavabdeh tərəfindən əsassız olaraq müəssisəyə 78.584,94 manat məcburi dövlət sosial sığorta haqqı üzrə borc hesablanmış və həmin borcun Şirkətin əmlakı hesabına ödənilməsi üçün əmlakın siyahıya alınacağı barədə xəbərdarlıq edilmişdir. Şirkətin 78.584,94 manat məcburi dövlət sosial sığorta haqqı üzrə borcu olmadığı halda onun əmlakı hesabına ondan həmin pul vəsaitinin tutulması əsassızdır, həmin məbləğin Şirkətdən tutulması, yəni şirkətin əmlakının siyahıya alınaraq hərraca çıxarılması Şirkətin maliyyə vəziyyətini çıxılmaz hala salacaqdır.
5. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(112)-1333/2020 nömrəli qərardadı ilə ərizələr təmin edilmiş, cavabdeh tərəfindən İddiaçı “xxxx” ASC-də olan ******************** saylı hesablaşma hesabına qoyulmuş icra (ödəniş) sənədi olan xx.xx.2019-cu il tarixli, **********7AZ saylı sərəncamının icrası dayandırılmış, məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmək üsulu kimi İddiaçı əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilməsi qərara alınmışdır.
6. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizələrin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 05 avqust tarixli 2-1(103)-1216/2020 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin qərardadı ləğv edilmiş, ərizə qismən təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək vergi orqanı tərəfindən mübahisələndirilən vergi borcu ilə əlaqədar İddiaçı mill i və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam vermək hüququ istisna olmaqla, Azərbaycan Respublikasının bütün banklarında olan hesablarına pul vəsaiti ilə bağlı digər sərəncamların qoyulması cavabdehə qadağan edilmiş, iddiaçının digər məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmək üsulu kimi İddiaçı əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilməsi barədə ərizəsi təmin edilməmişdir.
8. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsa itinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam vermək hüququ cavabdehdə saxlanılmalıdır.
9. Məhkəmə iddiaçının məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmək üsulu kimi İddiaçı əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilməsi barədə ərizəsinə münasibətdə qeyd etmişdir ki, əmlakın siyahıya alınması yalnız cavabdeh tərəfindən iddiaçıya göndərilmiş bildirişdə yaranmış borcun vaxtında ödənilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərdən biri kimi göstərilərək, Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən borclu vergi ödəyicisinə məxsus əmlakların (daşınar və ya daşınmaz əmlaklar) siyahıya alına biləcəyi qeyd edilmişdir. İddiaçının ərizəsində qeyd etdiyi kimi, ona cavabdeh tərəfindən həmin borcun Şirkətin əmlakı hesabına ödənilməsi üçün əmlakın siyahıya alınacağı barədə yalnız xəbərdarlıq edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, cavabdeh orqan tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmə üsulu kimi iddiaçının əmlakının siyahıya alınmasına müvəqqəti olaraq qadağa qoyulması qanunvericilik tərəfindən cavabdehin üzərinə qoyulmuş funksional vəzifələrin icrasının təmin edilməsinə mane törədə bilər.
11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizələrin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
12. Məhkəmə iddiaçının sərəncamın icrasının dayandırılması barədə tələbinə hüquqi qiymət verməmiş, ərizə tələbindən kənara çıxaraq, belə bir tələb olmadığı halda Azərbaycan Respublikasının bütün banklarında olan hesablarına pul vəsaiti ilə bağlı digər sərəncamların qoyulmasının cavabdehə qadağan edilməsi qərarına gəlmişdir. Halbuki, cavabdeh artıq xx xxxxxxx 2019-cu il tarixli **********7AS saylı sərəncamı qəbul etmiş və məhkəmənin sonradan cavabdehə sərəncam qəbul etmək qadağası qoyması həmin sərəncamın icrasının dayandırılması və ya həmin sərəncamın ləğvi kimi qəbul edilə bilməz. Yəni nəticə etibarı ilə cavabdeh tərəfindən qəbul edilmiş xx xxxxxxx 2019-cu il tarixli **********7AS saylı sərəncam öz qüvvəsində qalmış, Bakı Apellyasiya Məhkəməsi isə vergi orqanı tərəfindən mübahisələndiril ən vergi borcu ilə əlaqədar iddiaçının milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam vermək hüququna qadağa qoyulmasını istisna etmişdir.
13. Məhkəmə qərarından irəli gələn məntiqi nəticəyə görə həm iddiaçının bank hesabından borcun silinməsi barədə cavabdehin sərəncamı qüvvəsində qalmalı, həm də cavabdehə iddiaçının hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncam vermək hüququ qadağan edilməməlidir. Halbuki, iddiaçı cavabdehin bu hüququna qadağan qoyulmasını heç bir zaman tələb etməmişdir. Məhkəmə cavabdehin apellyasiya şikay ətinə baxan zaman iddiaçının iddiasının uğurluluq ehtimalının yüksək olmasını nəzərə almamışdır.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 41.2-ci maddəsinə əsasən, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qəra rdad qəbul edə bilər.
15. Məhkəmə iddiaçının əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilməsi barədə ərizəyə münasibətdə də qərardad qəbul edərkən iddiaçının iqtisadi dövriyyəsi ilə cavabdeh tərəfindən tələb edilən borc məbləğinin mütənasibliyini, iddiaçıya məxsus əmlakın siyahıya alınmasının iddiaçının faktiki olaraq işinin dayandırılması demək olduğunu nəzərə almamışdır. Cavabdeh tərəfindən iddiaçıdan məcburi dövlət sosial sığorta haqqı üzrə ödənilməmiş 78584,94 manat borc məbləği tələb edilir və cavabdehin iddiaçının əmlakının siyahıya alaraq, tələbin həmin əmlaka yönəltməsi artıq iddiaçının öz işinin dayandırılması, orada əmək müqaviləsi ilə işləyən şəxslərin işdən çıxarılması, icarə müqaviləsi əsasında işləyən şəxslərin işlərinin dayandırılması, Şirkətə məxsu s əmlakın dəyərindən aşağı qiymətlə satılması ilə nəticələnəcəkdir ki, iddia tələbi 57928,39 manat borcun silinməsi hissəsində təmin edildiyi təqdirdə, əmlakın siyahıya alınması ilə vurulmuş zərəri bərpa etmək mümkün olmayacaqdır. Belə ki, iddiaçının avtomobillərə texniki xidmət göstərilməsi sahəsində ixtisaslaşmış sahibkarlıq subyektidir və əmlakı əsasən xüsusi texniki avadanlıqlardır ki, hazırkı iddia tələbi məhkəmədə baxıldığı dövrdə bu avadanlıqların cavabdeh tərəfindən siyahıya alınaraq hərraca çıxarılması iddiaçının işinin dayandırılmasına səbəb olacaqdır. b. kassasiya şikayətinə cavabdehin etirazının dəlilləri
16. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, İPM-in 41.2-ci maddəsinə əsasən, işin faktiki və hüquqi hallarının ilkin araşdırılm ası nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər.
17. Göründüyü kimi, məhkəmə inzibati aktın icrasının dayandırılması barədə qərardadı işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməsi halında və ya iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qəbul edə bilər.
18. İPM-in 43.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması (43.1.1) və ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi (43.1.2) əsas sayılır.
19. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, inzibati prosessual qanunvericilik müvəqqəti xarakterli müdafiə tədbiri qismində inzibati aktın icrasının dayandırılması və iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutmuş və müvəqqəti xar akterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün əsasları dəqiq müəyyən etmişdir.
20. Eyni zamanda, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə görə, bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir.
21. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlar ında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyinə həvalə edilmişdir. Lakin iddiaçının mübahisələndirdiyi münasibətlər xx.xx.2019cu il tarixdən əvvəlki dövrlərə yəni, vergi ödəyicisinə hesablanmış borc müvafiq səlahiyyətlərin Vergilər Nazirliyinə verilməmişdən öncəki dövrlərə təsadüf edir.
22. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən də göründüyü kimi, hüquqi şəxsin məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2018-ci il tarixdən saldo keçən 72694,78 manat əsas və 1973,25 manat faiz, cəmi 74668,03 manat borcu vardır.
23. İddiaçının 76235,1 manat borcun 26393,22 manat hissəsinin əsassız hesablandığı barədə iddia tələbi heç bir sübuta və fakta əsaslanmır və bu hal vergi ödəyicisinin şəxsi hesab vərəqəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2019-cu il tarixli **********9 nömrəli məktubu ilə tam sübut edilməkdədir. c. məhkəmə icraatı iştirakçılarının izahatları
24. İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
25. Cavabdeh məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından nümayəndəsi çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ
26. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəm əsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Şikayət qərardadın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
30. Vergi Məcəlləsinin 65.2-ci maddəsinə görə, bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir.
31. Həmin Məcəllənin 65.2.1-ci maddəsinə əsasən, vergi orqanı həmin Məcəllənin 65.2.1.1-65.2.1.4-cü maddələrində göstərilən hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alın ması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir.
32. Normaların məzmunundan da göründüyü kimi qanunverici pul vəsaitinin məxaric əməliyyatları üzrə “dondurulması haqqında” sərəncamı və vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından “dövlət büdcəsinə alınması haqqında” sərəncamı fərqləndirir.
33. Hazırkı işdə iddiaçı onun bank hesabından pul vəsaitlərinin dövlət büdcəsinə alınması haqqında sərəncamın icrasının dayandırılmasını tələb edir. Məhkəmə də məhz həmin məzmunda tələbi həll etməli olduğu halda, tələbdən kənara çıxaraq tərəflərin mübahisələndirmədiyi “pul vəsaitlərinin dondurulması ilə bağlı” məsələni həll etmişdir.
34. İddiaçı haqlı olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi “ sərəncamın icrasının müvəqqəti dayandırılması” barədə ərizədə göstərilmiş tələbdən kənara çıxmışdır. Nəticədə “sərəncamın icrasının müvəqqəti dayandırılması” barədə tələb həll olunmadan, açıq qalmışdır. Apellyasiya instansiyası məhkəməsinin “ərizənin qismən təmin edilməsi” barədə qərarı isə iddiaçının, əslində həmin ərizə ilə arzuladığı nəticəni hər hansı hissədə təmin etməmişdir.
35. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən İPM-in 52-ci maddəsinin tələbi pozulmuşdur. Bu isə, öz növbəsində İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulmasını ehtiva edir. Belə ki, işin halları və həmin hallara aid dəlillər ərizənin predmetinə, ərizəçinin arzuladığı nəticəyə uyğun araşdırılmalı və qiymətləndirilməli idi.
36. İddiaçının məcburi dövlət sosial sığorta haqqı üzrə borc un ödənilməsini təmin etmək üsulu kimi İddiaçı əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilməsi barədə ərizəsinə münasibətdə də apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı və İPM-in 40.3-cü maddəsinin məqsədlərinə uyğun deyil. Həmin normaya görə, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Bu isə o deməkdir ki, cavabdeh tərəfindən borcun iddiaçının əmlakı hesabına ödənilməsi üçün əmlakın siyahıya alınacağı barədə xəbərdarlığı iddiaçıya gözlənilən müdaxilədən qorunmaq üçün İPM-in 40.3-cü maddəsində nəzərdə tutulmuş hüquqi müdafiə üsulundan yararlanmağa əsas verir.
37. Cavabdeh orqan tərəfindən məcb uri dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmə üsulu kimi iddiaçının əmlakının siyahıya alınmasına müvəqqəti olaraq qadağa qoyulmasının qanunvericilik tərəfindən cavabdehin üzərinə qoyulmuş funksional vəzifələrin icrasının təmin edilməsinə mane törədə biləcəyi ilə bağlı qənaətə gəldikdə, apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə, ilk növbədə iddianın uğurluluq ehtimalının yoxlanılmasından, iddianın uğurluluq ehtimalının aydın olmadığı halda isə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra gələ bilərdi (İPM-in 41.2 maddəsi). Bu zaman nəzərə alınmalıdır ki, iddianın uğurluluq ehtimalı ilə bağlı tələb təkcə inzibati aktın icrasının dayandırılması ilə bağlı deyil, həm də müdafiə xarakterli digər tədbirlərin tətbiqində də qüvvədədir (İPM-in 43.1.2- ci maddəsi). Hazırkı halda, bu cür yoxlamanın və qiymətləndirmənin aparıldığı qərardadda öz əksini tapmamışdır.
38. Apellyasiya instansiyası məhkəməsinin qərardadı İPM-in 12.1, 52, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.
39. Apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət ərizənin təmin edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 20-ci il 05 avqust tarixli 2-1(103)-1216/2020 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov X.S.Məmmədov K.N.Bədəlov